Sevgi nədir?
1. Onu tək görəndə deyil, onun barəsində düşünəndə artıq ürək tup-tup döyünür səndə.
2. Hər bir insanın qoxusu var, o insanın qoxusu sənin burnundadır hər zaman. Bu qoxu dünyanın ən gözəl qoxusudur.
3. Onun kim, nəçi olduğu sənin vecinə belə deyil, sənin üçün əsas odur ki, o səni sevir və sən də onu.
4. Onu ona görə qısqanırsan ki, onun ancaq sənə aid olduğunu istəyirsən. Hətta dostlarına belə qısqana bilərsən.
5. Onun səsi dünyanın ən cazibədar səsidir sənin üçün.
6. “Kişilər ancaq başqa orqanı ilə düşünür “– deyimi ona aid olmur, o səni sevirsə, səninlə yatağa girmədən daha çox səninlə sadəcə olaraq bir insan kimi üz-bə-üz oturub ürəkdən söhbət etmək istər.
7. Nə olursa olsun, bircə sənə olan sevgisi heç vaxt bitməsin – kimi əsas bu fikir beynində fırlanır.
8. O insan sənə doğma insan olur, ailə üzvlərindən biri kimi.
9. Ona həm yar, həm dost, həm də ana kimi qayğıkeş də olmaq istəyirsən, o da sənə lazım gələrsə, ata qayğısı kimi öz istiliyini və diqqətini göstərər, sən bunu hiss edərsən.
10. Yanında olmasa da, fikrində onunla səhəri açıb onunla gününü bitirərsən.
11. Hər zaman beynində onunla danışarsan.
12. Onun hər bir xırda fikri səni maraqlandırar, eyni zamanda o da sən nəsə danışanda diqqətlə gözlərinin içinə baxıb səni dinləyər.
13. Siz son tikə çörək qalsa da onu birlikdə aranızda bölüb yeyərsiz.
14. O səni sevirsə, hər zaman dostlarla olan gəzməyi kənara qoyub sakitlikdə səninlə görüş keçirdər, vaxtını səninlə keçirtməyi daha çox dəyərləndirər.
15. Hər zaman qorxar ki, onun yerini başqası tutar.
16. Ən kifir halında belə onun gözündə gözəl olarsan, bunu dilə gətirməsə də gözlərindən anlarsan.
17. İllərlə bu hisslər bitməyib zamanla sınaqdan keçər.
18. Onun üçün başqa qızlar səndən sonra kölgədə qalar, hətta səndən gözəlləri belə.
19. Onun tək varlığı, bu cür insanın həyatında olmağı səni ən pis və depressiv hallarda belə təsəllik verər.
20. Onun hər bir mesajı sənə doğma gələr, hər bir sevgi məktubunu, mesajını, mailini dəfələrlə təkarar edib oxuyarsan, doymazsan.
21. Səninlə nəfəs aldığını sənə utanmadan söyləyər, sənə olan sevgisindən danışanda sevinclə deyil, xüsusi bir qəm, kədərlə bunu deyər ki, özünün sənin qabağında necə aciz olduğunu anladığını hiss edərsən.
22. Sənsiz bir neçə saat ayrı qalsa da, mütləq çox darıxdığını deyər, sənin onun yanında hər zaman olduğunu istər.
23. Səndən övlad istər.
24. Hər dəfə görüşdən ayrılanda qəmlənər, hətta sabahsı gün də görüşəcəksinizsə, o yenə də sabaha qədər o görüşü necə gözləyəcəyinin dərdini çəkər, elə sən də.
25. Sən də, o da çalışıb bir-birinizi unutmaq üçün başqaları ilə başınızı qatmaq istəsəz də, yenə də “bu o deyil” fikri ilə yenidən elə öz sevgilinizə qayıdarsız, ayrıla bilməzsiz bir-birinizdən.
26. Əlindən tutanda bütün dünyanın dayandığını, küləklərin susduğunu, zamanın donduğunu hiss edərsən. O zaman sizdən başqa dünyada heç nə mövcud olmaz. Və bu anı dayandırmaq istərsən, “zaman keçməsin!” deyərsən.
Bu yazılanlar heç bir saytdan, heç bir tərcümə edilmiş yazıdan gəlməyib, bu sadalanları özüm, sevgi haqda olan fikrimi sizə geniş izah etmişəm. Aranızda bu siyahıya əlavələri olanlar varsa, buyursunlar.
XƏBƏR LENTİ
Bəstəboy kişilər daha yaxşıdır?
Appendisit və onun fəsadları
Sarkisyanın 2014-cü il xülyası
Həm ev tikən, həm ev yıxan internet
Rusiyada həbsxanalarda cəzaçəkmə qaydaları dəyişdirilib
Şaftalının faydaları
Göz ətrafını canlandırmağın 3 yolu
Saturnun peykində yaşamaq üçün hər şey
Yataq dəstləri
Eşqin tərifi - Sevgi
Müsəlman qadınlarından qeyri-adi aksiya
Arda Turandan etiraf: “Peşman deyiləm, amma səhv etmişəm”
Bakının mərkəzində qırmızı dairə?
İbrahimoviç Parisdən qovulur
Ağdamdakı Çay evinin 27 il fərqlə görüntüsü - FOTO
Koronavirus müxtəlif səthlərdə nə qədər yaşayır? - Araşdırma
Heyva cemi ilə tez hazırlanan piroq (foto resept)
Sabriyedən Emreyə təklif-"SURVİVOR"-FOTO
Ermənilər Azərbaycana gələsi olmadılar
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA
Kleopatranın gözəllik sirləri
İvanka Trampın şəxsi köməkçisində koronavirus aşkarlandı
Təşvişə səbəb olan “aslan” başqa heyvan çıxdı
Bakıya yağış və külək vədi
Güpürlü geyimlər
Günün qoroskopu: mövqelərinizdən geri çəkilməyin
Barak Obamadan İlham Əliyevə məktub
Uşaqlar üçün şokoladlı tortların bəzədilməsi
Film seyr edərkən yemək yeməyin!
Əsgərimiz ad günündə şəhid oldu
Çudu (foto-resept)
Paytaxtın ən böyük prospektində sürət həddi qaldırıldı
Bu dərdi biganə anlamaz!!!
"Şoko" çubuqları (foto resept)
Bu dondurmaların istehsalına qadağa qoyuldu - Təhlükə doğuranların adları
Prezidenti “öldürdülər”
Xoşbəxtlik ətrafımızdadır
Belə şəraitdə kəsilən ətləri almayın - Həyatınız üçün təhlükəlidir!
Kasilyas etiraf etdi
Bilmədiyiniz məlumatlar
Azərbaycanda iki yaşlı uşaq koronavirusa yoluxdu - RƏSMİ
Günün ulduz falı
Müsəlman qadınlarla bağlı İNANILMAZ YENİLİK
Yüksəkliklərin düşmən tərəfindən yenidən zəbt edilməsi xəbərlərinə RƏSMİ MÜNASİBƏT
Qadınların güclü olduğunu göstərən filmlər
Məşhur aktrisa hamiləlik FOTOsunu paylaşdı
Ermənistan işğaldakı ərazilərimizdə terror təşkilatı yaradıb - RƏSMİ
İnfeksiya otaqdakı insanlara belə yayılır
Şahzadələrin cazibədarlıq sirləri
Hindistanda virusa yoluxanların sayı bir milyonu ötdü
- ŞƏRHLƏR