Gün ərzində kifayət qədər yüklənən orqanlarımızdan biri də onurğadır. İdman edərkən isə bədən ağırlığının üç-dörd qatından çoxu onurğaya yük olur. Ortopediya və travmatologiya mütəxəssisiÇağatay Öztürk xüsusilə idman edərkən səhv seçilən ayaqqabıların bütün bədənə zərər verdiyi kimi, onurğa sağlamlığına da mənfi təsir etdiyini vurğulayıb.
Milli.Az lent.az-a istinadən həkimin bu barədə məsləhətlərini təqdim edir.
Həkim bildirir ki, hər insanın bədən quruluşu fərqli olduğu kimi, idman bacarıqları da fərqlidir. Bütün idman sahələrinin özünə xas ayaqqabıları var. Səhv ayaqqabı seçimi insanların performansına psixoloji təsir edir, bütün bədənə zərər verir, eyni zamanda onurğa sağlamlığını zədələyir: "Onurğa sağlamlığı bütün bədənin tarazlığı üçün çox əhəmiyyətlidir. Etdiyiniz idmana uyğun ayaqqabılar seçin. Çünki səhv ayaqqabı seçimi bel ağrısı və onurğa formasının pozulmasına qədər ciddi problemlər yaradır. İdman edərkən onurğa ilə yanaşı, ən çox ağırlıq düşən orqan ayaqlardır. Buna görə də düzgün ayaqqabı seçimi sağlam idman üçün vacibdir".
Mütəxəssis düzgün ayaqqabı seçimi ilə bağlı məsləhətlər də verib:
- Piyada yeriyən zaman geyindiyiniz son model ayaqqabının onurğada ciddi problemlərə səbəb olma riski var. Doğru ayaqqabı seçimi onurğa üzərində son dərəcə uyğun bir yumşaltma və gərginliyi aradan qaldırma təsiri yaradır, onurğanı qoruyur.
- Davamlı altı düz və sərt ayaqqabılarla gəzmək onurğanın zəifləməsinə və elastikliyinin məhdudlaşdırılmasına gətirib çıxarır. Səhv ayaqqabı seçimi isə bel ağrısı və onurğada forma pozuqluğu yaradır.
- Ayağı dəstəkləyən ayaqqabılar geyinmək, düzdabanlı ayaqqabıların içinə onurğanı tarazlıqda tutması üçün ortopedik dəstək qoymaq lazımdır.
- Hər insanın ayaqda sümük quruluşu eyni olmadığı üçün ayaqqabını geydikdə əvvəlcə ayağınızı narahat edən sərt tikiş olub-olmadığına nəzarət edin.
- İdman ayaqqabınızın bağlarına diqqət edin. Möhkəmcə bağlanmış ayaqqabılar qan dövranını yavaşlatdığı üçün əvvəlcə dizlərə, sonra da belə təzyiq edir, bu da səhhətinizə mənfi təsir göstərir. Ona görə də ayaqqabılarınızın ipini möhkəm bağlamayın.
- Bel ağrısı olanlar ortopedik ayaqqabılar geyinməlidir. Ortopedik ayaqqabılar onurğanı dəstəkləyir və yorulmağa qoymur.
Milli.Az
XƏBƏR LENTİ
Dilənçi qız təsadüf nəticəsində milyonçu oldu – FOTO
Günün ulduz falı
Facebook istifadəçiləri təhlükədə
Şərbətli-portağallı keks (foto resept)
Dəbdəbəni sevən xanımlara
Bakı sakini nazirliyə ceyran bağışladı
Çəkmə evdə yaşamaq ayda 1200 dollara başa gəlir
Mən şəkil çəkirəm- 3
Meyvələrdən canlı obrazlar yaratdı
Bakı yol polisindən sərt açıqlama: "Kimliyindən asılı olmayaraq..."
Azərbaycanda ali məktəblərə ixtisas seçimi başlayır
Xaricdə iş elanları nə qədər etibarlıdır?
Instagram-ın gələcəyi necə olacaq?
Marsda yeni həyat əlaməti aşkarlandı
Şeir öyrənək-1
Bakıda abituriyent problemini necə həll etsin?
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Sibel Can 49 yaşını belə qeyd etdi - FOTO
Ev formasında tortu necə hazırlayaq?(foto resept)
5 ayaqlı quzu hər kəsi heyrətləndirdi - FOTOLAR
Nazir müavini mesaj verdi: "5-6 kənd qalıb"
Qadınların nifrət etdiyi 6 kişi davranışı
Sürətli arıqladan içki
"Sürücülər sükan arxasında telefonla danışır, bazarlıq və digər problemlərini həll edirlər"
Habil ilə Qabilin hekayəsi (çizgi film)
Prezident İlham Əliyev fəxri adlar verdi
Beren Saat və Kənan Doğulunun ayrılıq əbəri yayıldı-FOTO
Aralarında 33 yaş fərqi olsa da...-FOTO
Dəbli geyimlər
Saç uzadan aloe vera maskası
Hərbi cinayətlərlə bağlı RƏSMİ AÇIQLAMA
Övladınızın çəkdiyi rəsmlərdə onların gələcəkərini görəcəksiniz
75 ildir böyüməyən ağac-FOTO
Kürəyə taxılan çantalar
Sinan Akçıl məşhur aktrisa ilə evlənir - FOTO
Ana və atalar ən çox bu 5 səhvi edir
Hava haqqında - 13.09.2013
Şokolad haqqında bilmədiyiniz faktlar
2017-nin ən yaxşı şəkilləri
Yuxular və yuxuyozmalar
Ermənistan ordusu Qazaxı atəşə tutdu
Üz dərinizi məhv edən təhlükəli düşmənlər
Ali məktəblərdə boş qalan yerlərin siyahısı dərc olunub
"Krep" - axıtma (foto resept)
Geyim dəstləri
Ən gözəl bilərzik kombinasiyaları
Murad və Aslı toy hazırlığına başladılar-FOTO
İngilis dili-Ee
Quru dərilər üçün darçın
Ləzgilər Su çərşənbəsini necə qeyd edirlər?














