Hal-hazırda yaşanan əlaqələrə baxdığımızda qopuq, soyuqluq, müzakirələr və anlaşılmazlıqlarla dolu, eqoist davranışlar gözə dəyir. Nə kifayət qədər sevə bilirik, nə də kifayət qədər sevilə bilirik. Fədakarlıq etmək, zaman vermək, xoş görmək, başa düşmək və eşitmək kimi sözlər fərdi lüğətimizdən sanki çıxarılıb. Yer kürəsinə aid olan biz insanlar arada qalmışlıq və sıxılmışlıq hissləri ilə yaşayıb gedirik. Şəxsi əlaqələrimizdə sərt və eqoistik. Kişilər rahat ürəkləri istəyən əlaqələr yaşayıb müstəqil olmaq istəyirlər. Ya da uzun dəvamlı əlaqələrindən bezib macəra axtarmağa başlayırlar. Qadınlar isə kişilərin bu davranışları səbəbiylə eqoist və sevgisiz ruh halları içinə girirlər. Həmişə strateji və hesablı əlaqələrimizdə düşünürük. Mən üç dəfə axtardım, indi o dörd dəfə zəng vursun, deyirik, məsələn! Qadınların ictimai həyatda güc və təhsil alması da onları müstəqilliyə çəkir. İşləyən, karyeralı, intellektual və güclü qadınlar əgər sevgilim məni xoşbəxt etməyəcəksə, tək olmaq daha yaxşıdır deyə fikirləşirlər. Kişilər də ciddi və uzun müddətli əlaqələri çox istədiklərini söyləyib, tam tərsinə olan davranışlar sərgiləyirlər. Əlaqələr ciddiliyə getdiyi vaxt qaçacaq yer axtarırlar. Yaxşı bəs niyə uzun müddətli əlaqələrdə tez yoruluruq? Bu problemin cavabını on maddədə sizlər üçün izah etməyə çalışacağam.
Anlıq həzzlərə daha çox əhəmiyyət veririk.
Hər şeyin uzaqdan idarə cihazlar və mausla idarə edildiyi bir dünyada anlıq həzlərlə xoşbəxt oluruq. Bir kliklə bilet alıb səyahətə çıxırıq, bir kilklə yemək sifarişi verir və bir kliklə film izləyə bilirik. Buna görə anlıq həzzlər vərdiş halına gəlir və vərdişlərimiz şəxsi əlaqələrimizdə də öz təsirini göstərir.
Sərbəstliklərlə yaşayırıq.
Hal-hazırda bir çox insanın spirtli içki və çox təəssüf ki, narkotik problemi vardır. Çox spirtli içki və narkotik istifadəsi əlaqələri köhnəldir və əlaqəyə son qoyur. Çünki bu faktorlar fərqli bir dünya və reallıqdan kənarlaşmağa səbəb olur. Sağlam başla fikrə gəlməyəcək şeylər haqqında düşünülür. Spirtli içki və narkotik maddələrin əsla istifadə edilməməsi lazım olduğunu yaddan çıxarmayaq.
Qısa müddətli əlaqələrimiz olur.
Bəzi insanlar heç anlaya bilmədiyim səbəblərlə qısa müddətli əlaqələri seçirlər. Bağlanmaq, fədakarlıq etmək və həqiqətən birini sevmək bu qədər gözəl ikən çox təəssüf ki, bunu seçmirlər.
Get-gedə eqoistləşirik.
Prioritetlərimiz, seçimlərimiz, həyat tərzimiz və düşüncələrimiz başqalarından daha əhəmiyyətli hala gəlir. Həmişə işimiz başımızdan aşır, həmişə məşğuluq və vaxtımız olmadıqı üçün şikayət edirik. Eqoları bu qədər obez olmuşkən ürəkdə ikinci bir adama yer açmaq sizcə də çətin deyilmi?
Flört etməyi daha çox üstün tuturuq.
Əlaqənin uzun və davamlı olması üçün əmək verməkdənsə, flört edərək yarıda buraxmağı daha üstün tuturuq. Eqolarımızı təmin edirik və qırılmaqdan qorxuruq.
Güzəşt getməkdə müvəffəqiyyətli deyilik.
Həmişə öz yolumuzu seçirik. Mən qaydaları əlaqələrdə dövrəyə girir və gözümüz bir başqasının ehtiyaclarını, xəyallarını, istəklərini görməz hala gəlir.
Ağ atlı oğlanın nağılına inanırıq.
Yuxu kimi əlaqələr və xoşbəxt sonla bitən evlilik hekayələrinə çox inanırıq. Hər şeyin nağıllarda olduğu kimi olmasını gözləyirik. Gözlədiklərimizə deyil, həqiqətdə olanları görə bilsək, daha xoşbəxt olacağımız qətidir.
Davamlı ən mükəmməl olana çatmağa çalışırıq.
Heç bir vaxt və heç cür mükəmməl sevgilini tapa bilməyəcəyik. Çünki hər insanda bir əskiklik var unutmayın. Üstəlik özümüz mükəmməl deyilkən bunu bir başqasından gözləmək də böyük bir səhvdir.
Bir hədəf seçin.
Həmişə işlərimiz çoxdu, həmişə çıxılması lazım olan karyera pillələrimiz var. Buna görə çox işləyirik və həmişə məşğuluq. Xaricə gedirik, həkimə gedirik, sevgilimizə illərcə laqeyd yanaşırıq. Kaş ki bu həyata öz planlarımızıda rahatlıqla daxil edə bilsəydik!
Çoxumuz sevmeyi bacarmırıq.
Həqiqətən də belədir! Etiraf edək ki, çoxumuz sevme əngəlliyiz. Həmişə sevilmək gözəldir, amma bəs sevmək? Bir az da sevməyimiz lazımdır. Sevmə əngəlliyimiz də özünəinamsızlıqdan qaynaqlanır. Özümüzə həqiqi mənada güvənə bilsək, qarşı tərəfə ürəyimizi açmaq da asan olacaq. Nə demiş şair: "Bir insanı sevməklə başlayacaq hər şey"...
XƏBƏR LENTİ
Beren Saat "Quruluş Osman"a görə üsyan etdi
Qoz qabığının möcüzəvi xüsusiyyəti
Bu gün Beynəlxalq Sülh Günüdür
Koronavirus pandemiyasının bitəcəyi tarix açıqlandı
2013-cü ilin dəbli gəlinlikləri
Obama məscidə gedir
Olimpiyaçıların gülməli simaları
Suqovuşanı işğaldan azad edən komandandan ilk AÇIQLAMA - VİDEO
Bakıda bu işçilərin maaşları artıb
Ölkədə əhalinin peyvəndlənməsinə başlanılacaq
Bakıda yağış yağacaq
Niyə hündürdaban ayaqqabı seçirik?
Çimərlik geyimləri
Azərbaycanın orta məktəblərində yay tətili azaldılacaq
“Cəsur döyüşçü” medalının kimlərə veriləcəyi müəyyənləşdi
Gələcəyin evləri belə olacaq
Uşağınızdan sizə məktub!
Günün ulduz falı
Kraliça şahzadənin qərarından narazıdır
Aktyor çəkiliş meydanında faciəli şəkildə öldü
Türkiyə Suriyanı vurdu
İstanbulda Şuşa sevinci - VİDEO
Yaponiyada inanılmaz yenilik - "Bax və ödə"
Bakıda "Baku World Challenge 2014" cəlbedici finalı start götürdü
“Qarabağ”da şok itki
Azərbaycanın bu şəhəri koronavirusa görə qırmızı zonadır? - AÇIQLAMA
Dekabrın ilk günündə QAR YAДћACAQ - Sabahın HAVAsı
İstilərə hazır olun
"Wi-Fi"yın sürətini artırmaq üçün bunları edin
Akademik Milli Dram Teatrının kollektivi Səyavuş Aslanın məzarını ziyarət edib
Restoranlarda bu qidalardan uzaq durun! - XƏBƏRDARLIQ
Taksi sürücülərinin nəzərinə!
Erməni silahı susmur
Yaponların dəriyə qulluq qaydaları
Gülnar Salmanova vəfat etdi
Xeyirli içkilər
Məşhurlar gözəl qalmağı necə bacarırlar? (2)
Yaponiyada sonuncu nüvə reaktorunun fəaliyyəti dayandırılır
Urmiyadan SOS: göl 2 il ərzində yox ola bilər
Kəs və yapışdır-10
Erməni silahı susmur
Beyons və əri dünyanın ən kasıb rayonunda - FOTO
"Bloomberg" saytı gündən-günə müasirləşən Bakıdan yazır
Məşhur müğənni səhv döymə etdirdi-FOTO
İspaniyada koronavirusa görə qadağalar davam edir: Əhali ayağa qalxdı
Azərbaycanlı ssenarist Amerikada İLKƏ imza atacaq
Qarabağ problemi - RUSİYA QARANT OLACAQ
"Qabusnamədən dəyərli sözlər" I hissə
Damla şokoladlı paxlava (foto resept)
İçi doldurulmuş kartof (foto resept)
- ŞƏRHLƏR