Müasir oğlanlar arasında elələri var ki, kişilik anlayışını düzgün başa düşmürlər. “Kişi”, “ər” sözləri leksik cəhətdən “mərdlik”, “kişilik” sözləri ilə üzvi surətdə əlaqədardır. Kişi anlayışında mərdlik, igidlik çalarları vardır. Kişiyə çevrilən gənc haqqında adətən deyirlər: kişiləşir, yəni daha güclü, daha möhkəm, daha dözümlü olur.
Kişilik ümumi anlayışdır. O, tarixi dövrdən asılı olaraq daimi inkişafdadır, məzmunca zənginləşməkdədir. Kişi xarakteri üçün iradə gücü, özünə sahibolma, kişi şərəfi və ləyaqətli, xeyirxahlıq, verdiyi sözə sədaqət və s. keyfiyyətlər xasdır.
Qadına münasibət kişi ləyaqətinin ölçüsü hesab olunur. Hazırda bu, qadına münasibətdə nəinki nəzakətli və ehtiyatlılıqda, ilk növbədə ən ağır işləri öz üzərinə götürməkdə ifadə edilir. Cəmiyyətimizdə qızlar və qadınlar istəyirlər ki, onları bir insan, yaxın yoldaş və dost kimi qiymətləndirsinlər. Ona görə də oğlan və kişi sevir və məhəbbətinə cavab almaq arzusundadırsa, qızların və qadınların bu nəcib hisslərini uca tutmalı, onların qızlıq və qadınlıq ləyaqətinə hörmət bəsləməlidirlər.
Çox vaxt oğul övladlar analarına bir xidmətçi kimi yanaşırlar, 1 stəkan çayı belə süzmür, buyurur, tələb edirlər. Sonralar bu münasibətləri öz arvadlarına da aşılamağa çalışırlar. Müasir qadın isə bu münasibətə çox vaxt dözmür. Bəzi ailə ixtilaflarına səbəb də məhz belə bir münasibətdir.
Əgər kişi həyat yoldaşı seçdiyi qadını həmişə toy günündə olduğu kimi görmək istəyirsə, ona daim qayğı göstərməlidir. Müasir oğlanı səciyyələndirən əsas əlamətlər bizcə aşağıdakılardır: əməksevərlik, mənəvi təmizlik, məsuliyyət hissi, düzlük, doğruçluq, ağıllılıq, iradəlilik, ədalətlilik, cəsarətlilik, qətiyyətlilik, tərbiyəlilik, xeyirxahlıq, təvazökarlılıq, nəzakətlilik, qayğıkeşlik, qızlara və qadınlara hörmətcillik, haqq işini müdafiə etmə, borc hissi və s.
Əsl kişi kimi formalaşmış müasir oğlan qıza məsuliyyət və qayğı ilə yanaşır. Onun üçün təminlilik, dözüm, özünü saxlaya bilmək, hisslərini buxovlamaq bacarığı xasdır. Kişinin qəlbi sağlam fikrə tabe olmaqla onu qorumağa çalışmalıdır.
Qızı rəqsə dəvət etmək, qonaq qəbul etmək, qonaq getmək, məclisdə stol arxasında davranmaq, qıza və qadına qulluq göstərməyi bacarmaq, qıza və oğlana hədiyyə bağışlamaq və s. qaydalarını bilmək hər bir müasir gənc üçün zəruridir.
XƏBƏR LENTİ
Devid Rokfeller haqqında yayılmış şəhər əfsanəsi
Saçların elektriklənməsinin səbəbi və həlli yolu
Mikroelementlər-1
Nüsrət Ərzurumdan FOTO paylaşdı
Xanımlarımız üçün gündəlik sadə makiyajlar
Hadise yeni imicdə-FOTO
İnternetə qoşulanlar 33 milyarda çatacaq
Azərbaycanda zəlzələ oldu
Koronavirusla bağlı son STATİSTİKA
Radio və televiziya işçilərinin peşə bayramıdır
Müdafiə Nazirliyindən səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilmə ilə bağlı əhaliyə ÇAĞIRIŞ
CeyLo Türkiyədən 1 milyon qazanıb
Günün ulduz falı
Lənkəranlı bağbanın konfet ağacı növbəti dəfə bar verdi
Koronavirusun qalıcı ZİYANLARI
Ətli blinçik (foto resept)
Ermənistanın təlimlərə cəlb etdiyi muzdlu: “Kabuslar görməyə başladım”
Milyaderlər uşaqlarına nə hədiyyə edir?
Akın əsil adını açıqladı
Hava haqqında
Qışda güllərə necə qulluq etməli?
Aydın-Qərb, Qaranlıq-Şərq?
22 yaşlı xidmətçi "zadəgan" oldu, fırıldaqla milyonlar yığdı - FOTO
DƏCƏL DEYƏ - DEYƏ DƏCƏL OLMASIN!
Yerlərinə yapışdır
Subaylar üçün vacib xəbər
HAVA necə olacaq?- 16 APREL
Depressiya əleyhinə 7 faydalı qida
Kolleclərə və V qrupa ərizə təqdim etmiş abituriyentlərin nəzərinə
Arıqlamaq üçün edilən hərəkətlərin texnikası
Balıq satışı qaydaları sərtləşdirildi
Hellouindəki qeyri-adi kostyumlar
Hərəkətin möcüzəvi gücü (Son)
Məşhurların kompleksləri
Sərnişinlərə şad xəbər
Məşhur cütlüyün övladı olacaq-FOTO
Putin Azərbaycana hərbi donanma ilə gəlir
Cobs haqqında film bəyənilmədi
Pomidorlu düyü şorbası (foto resept)
Leyla Əliyeva atasını belə təbrik etdi - VİDEO
Əks cinsi 7 saniyəyə valeh edin
Məşhur bədən boyama festivalı
Qış aylarında körpə gəzintisi
Sezen Aksunun makiyajsız FOTOsu yayıldı
Jasmin çayının faydaları
Səhiyyə Nazirliyi vətəndaşlara çağırış etdi
Mila Kunis 9 kq ARIQLADI-FOTO
Bu günün hava proqnozu
Bakı sakini nazirliyə ceyran bağışladı
Yedikləriniz əhvalınıza təsir edir
- ŞƏRHLƏR