Əziz xanımlarımız!
Bu mövzunu açmaqda mənim məqsədim sizin yuxularınızın çin çıxmaları barədə bilməyimdir. Ümid edirəm sizə də bu mövzu maraqlı gələr, amma şəxsən mənim üçün bu mövzunu açmaqda şəxsi statistikamı bilməkdir. Çünki, mənim öz yuxularımın demək olar ki, hamısı çin çıxır və realda baş vermiş hər hansı bir hadisəni eşitdikdə, və ya yaxınlarıma yuxumu danışanda, onun real həyatla paralel əlaqəli olduğunu, və ya bir neçə ay, hətta il qabaq gördüyüm yuxunun (fikir verin, belə yuxular yadımdan çıxmır) sonradan real həyatda əks olunması şəxsən məni çox təəccübləndirir, hətta çox vaxtı özüm özümə inana bilmirəm, yanımdakılara da çox bunu danışmıram, inanmaya da bilərlər, elə bilərlər uydururam.
Məsəlçün, elə bu gün olan şeyi deyim. Səhər tez durub getməli yerim olduğu üçün, gündüz evə gəlib yatdım. Sonra axşam durub anamla skype vasitəsilə danışdım. Anam dedi ki, getmişdim divan sifariş etməyə. Elə onu dedi, susdurdum onu və dedim: "Yadıma düşdü, indicə yuxuda görürdüm ki, gedirsən bir divan almağa. Rəngi tünd qəhvəyi, və ya tünd boz kimi idi, amma qara deyil idi. Qiyməti 200 manat idi. Amma şəxsən mənim xoşuma gəlmədi, deyirdim bu divanı alma, bir az 300-400 manatlıq al da. Satıcı 2 nəfər idi, biri cavan, biri bir az yaşlı". Anam şokda idi. İndi gördüyüm yuxunun realda əksini anam belə danışdı mənə: "Deməli, əvvəlcə anam istədi ki, 200 manatlıq divan alsın, amma 300-lüyü daha çox bəyənib sifariş etdi. Satıcı həqiqətən 2 nəfər idi - yaşlı və cavan, divanın rəngi tünd qəhvəyidir, amma qara deyil, üstündən də azcana qızılı naxışlar keçir". Anam da, mən də şokda idik.
Bu cür real olan yuxularım az deyil. Bundan öncə bir neçə ay qabaq anamın xalasını görürdüm iri ekran TV almışdılar, plazma. Həqiqətən də bu günlərdə onlar yekə TV aldılar, amma yuxunu təxminən 3-4 ay qabaq görmüşdüm, amma süjeti unutmamışdım. TV alınmışdı və anamın xalasının yoldaşı nəsə narahat halda Tv qabağında oturmuşdu. Realda isə TVnin alınma məqsədi ondan idi ki, onun yoldaşı yaşlı adamdır, özünü pis hiss edib, elə bilirlər ki, öləsidir. Sonra özünə gəlir və anamın xalası qərara gəlir ki, evə bir TV (divan da aldılar) alsınlar ki, həyatdır birdən hüzür olar hüzüra gələnlər evdəki köhnə TVni görməsinlər (indi bu cür düşünən insandır da, neyləyəsən).
Buna əsasən mənə çox maraqlı gəldi, bu cür çin çıxan yuxular sizin aranızda çoxmu adamda olur? İnanın ki, yazılarınız mənə maraqlı gələr. Ona görə sizə üz tutub soruşuram:
Yuxularınız çin çıxırmı?
XƏBƏR LENTİ
Sevgi alimin ağlını aldı
Aslı Murad haqqında danışdı
Tarkan qızı üçün mahnı yazdı-FOTO
Dərs ili qısaldıla bilərmi?
Azərbaycan əhalisinin son sayı açıqlandı
Neslihandan Fahriyenin artıq çəkilərinə dair AÇIQLAMA
Menstruasiya haqqında bilməli olduqlarınız
Azərbaycan Ordusu mülki əhalini heç vaxt hədəf almır - RƏSMİ
Beyonsdan kababçı Nüsrətə şok təklif
Google-un lobbiçiləri zəifləyəcək
Hər kəs təyyarə sürə biləcək
Gülməli anlar
Yataq üstü rəflər
Millət vəkili oğluna 1500 nəfərlik toy etdi - FOTO/VİDEO
Türkiyəli ulduz "Ay qız"ı oxudu - VİDEO
Portağallı kokostar qurabiyəsi (foto-resept)
Hadisənin son FOTOsu narazılıq yaratdı
Pensiyalarla bağlı YENİ MƏLUMAT
Merlin Monronun öldüyü ev rekord qiymətə satıldı
İstirahət gününün havası
Günün ulduz falı
Feil - 1
Skype-da gözlənilən yenilik gerçəkləşdi
Azərbaycanda evdə təhsil alanlara müjdə
Yay geyimləri
Bakı kəndlərində sel köçü
Albalı keksi (foto resept)
Putindən dünyanı ayağa qaldıran həmlə
Koronavirusu ən çox yayan mahnı məlum oldu
Danışa bilməsə də, milyonlar onu seçdi-FOTO
Müəllimlər üçün İKT-dən istifadə təlimləri keçirilir
Hava necə olacaq?
Əl işləri
Hicablı xanımlar üçün ziyafət geyimləri
Britni Spirs pəhrizi
Xəyanətin ölçüsünü orada axtarın
Bir günə 20 min artdı - Əcnəbilərin “Qarabağ” marağı...
Dolu bədənli xanımlar üçün
Şahzadələrin cazibədarlıq sirləri
Övlad sahibi olmaq istəyənlər
Berkay tənqid olundu - FOTO
"Uşaqlar və qadınlar zorla bu xoşagəlməz vərdişlərə məcbur edilirlər"
Vanqanın Qarabağla bağlı PROQNOZU
Nəvələri Heydər Əliyevin məzarında
Ay tutulması baş verəcək - Dəqiq vaxt açıqlandı
HAVA necə olacaq?
Hava haqqında
İstirahət günlərində Bakıda bu yol bağlı olacaq
Ramil Səfərov ata oldu
Bergüzar Korel çətin hamiləliyindən danışdı – FOTO
- ŞƏRHLƏR