Hər bir insanın özünə xas vərdişləri var və bu olduqca təbii haldır. Sadəcə olaraq, insanların seçimlərindən asılı olaraq bu vərdişlər onları uğurun zirvələrinə və yaxud da əksinə, olduğu vəziyyətdən daha aşağılara apara bilər. Bəzi uğur qazananlar isə, uğurun xırda nüanslarını vərdiş etmədikləri üçün, qısa zaman ərzində əldə etdikləri bütün nailiyyətlər əllərindən uçub gedir.
Bəs uğur nədir? Uğurlu insanlar özlərində nələri vərdiş edirlər? Ümumiyyətlə daimi uğurun sirri nədədir? Bəlkə bu heç elə də çətin bir şey deyil. Sadəcə bir neçə vərdişləri qazanmaqla biz uğur yoluna ilk addımımızı ata bilərik. Gəlin bir neçə vərdişlərə göz ataq, onlardan hansıları özümüzdə formalaşdıra biləcəyimizi götür-qoy edək.
1. Uğurlu insanlar heç zaman geri çəkilmirlər.
Onlar yıxıla bilərlər, ancaq həmişə ayağa qalxıb öz arzularının arxasınca gedəcəklər. Transandantalizmin ən önəmli təmsilçilərindən biri olan amerikan yazıçısı və mütəfəkkiri Ralf Valdo Emerson bu barədə belə deyir: "Bizim şöhrətimizin böyüklüyü heç zaman yıxılmamağımızda deyil, hər yıxıldığımızda qalxa bilməyimizdədir."
2. Həyata optimist baxır və hər bir vəziyyətdə pozitiv bir məqam tapmağı öyrənirlər.
Məsələn, Tomas Edison elektrik lampasını kəşf edərkən 1000 dəfə uğursuzluqla qarşılaşıb. Ondan bu haqda soruşanda isə o dedi: "Mən heç vaxt 1000 dəfə uğursuzluqla qarşılaşmamışam. Mən elektrik lampasını düzəldə bilməməyin 1000 yolunu müvəffəqiyyətlə kəşf etmişəm." Göründüyü kimi uğurlu insanlar öz düşüncələrini nəticəyə yönləndirilər, problemlərə deyil.
3. Uğurlu insanların aydın məqsədləri olur və onlar nəticəni görmə qabiliyyətini özlərində təkmilləşdirirlər.
Təsəvvür edin, siz uçuşa hazırlaşırsınız və bilet alarkən deyirsiz "Zəhmət olmasa, mənə Amerikaya bir bilet verin." Amerikanın 50 müxtəlif ştatı var və əgər sən hara getdiyini bilmirsənsə, həyat səni hara oldu apara bilər. Ona görə də sən uğurlu olmaq istəyirsənsə, sənin dəqiq məqsədlərin olmalıdır və sən nə istədiyin bilməlisən. Əgər sən hələ bu haqqda düşünməmisənsə bu heç də gec deyil, özünə zaman ayır və necə deyərlər, "brainstorm" et, beynindəki bütün fikirləri bir-bir nəzərdən keçir. Bir vərəq götürüb orada bu sualı yaz - "Mənim həyatda məqsədim nədir?" ..ağlına gələn hər şeyi yaz. Bəlkə də sən yazdıqca hönkürtü ilə ağlayacaqsan, bəlkə də ruh yüksəkliyi, həyəcan hiss edəcəksən, amma əmin ol ki sonda bunu həyata keçirsən də, keçirməsən də həyatdan nə istədiyini biləcəksən. Bu arzular sənin həyatını mənalı, səni isə güclü edəcək.
4. Uğurlu insanlar həyatda sevdikləri işlə məşğul olurlar.
Ən vacib məsələrdən biri də odur ki, sən öz arzuladığın sahəni tapasan və onun üzərində öz işini qurasan. Konfutsi bu haqda belə deyir: "Sən öz sevdiyin işi seç, o zaman ömrün boyunca bir gün də olsa işləməyəcəksən." Stiv Cobsun da motivasiya üçün çox faydalı fikirləri var: "Sizin zamanınız məhduddur, ona görə də bunu başqa birinin həyatını yaşamaqla boşa keçirməyin. Başqalarının fikirləri və nəticələri ilə yaşayan insanların tələsinə düşməyin. Başqa fikirlərin sizin daxili səsinizi əzməsinə imkan verməyin. Və ən önəmlisi, öz ürəyinizin və intuisiyanızın sizi izləməsi cəsarətinə sahib olun, çünki onlar haradansa artıq bilirlər ki, siz əslində nə olmaq, necə olmaq istəyirsiz. Yerdə qalan hər şey ikinci dərəcəlidir." Çox uğurlu sahibkarlardan biri Riçard Branson isə öz fikrini belə izah edir: "Əgər sən bir şeydən zövq almırsansa, əylənmirsən onu etmə. Biznesə atılmaq çoxlu qan, tər və gözyaşları (və kofein) tələb edir. Lakin günün sonunda sən mütləq fərx edə biləcəyin bir şey inşa edə bilirsən."
5. Uğurlu insanlar öz zamanlarını boş yerə sərf etmirlər.
Onlar zamanın son dərəcə qiymətli olduğunu bilirlər və onlar bilməkdən savayı, dərk edirlər ki, zaman yeganə məhvumdur ki biz onu geri ala bilmirik.
6. Uğurlu insanlar öz talelərini özləri yaradırlar.
Onlar lotoreyada qalib olmağı gözləmirlər, onların həyat üçün aydın bir planları var və onlar müvəffəqiyyətin yolu olduğu üçün qurduqları planları mütləq nizamlayırlar. Onlar həyatın "havasının" sağ istiqamətə doğru əsəcəyi zamanı gözləmək əvəzinə hərəkət etməyi üstün tuturlar. Uğurlu insan olduğu vəziyyətin passiv izləyicisi deyil, o öz taleyinin film rejissorudur.
7. Hər zaman öyrənirlər.
Uğurlu insanlar heç zaman inkişaf etməyi dayandırmırlar. Fərqi yoxdur, bu intellektual istiqamətdirmi, daxili özünüinkişafdırmı, yoxsa yeni bacarıqların mənimsənilməsi. Mahatma Qandi deyir: "Elə yaşa ki, sanki sabah öləcəksən. Elə öyrən ki, sanki ömürlük yaşayacaqsan." Volter isə çox gözəl vurğulayır: "Nə qədər çox oxuyuramsa, o qədər çox əldə edirəm, və getdikcə daha çox əmin oluram ki, mən heç nə bilmirəm."
Bu sadalanan sadə misalları öz həyatımızada hamımız tətbiq edə bilərik. Bunun üçün bizdən çətin heç bir şey tələb olunmur. Ümumiyyətlə, insan həyatda böyük şeyləri hər zaman xırda və sadə vərdişləri özünə aşılamaqla əldə edir. Mənə görə, səbr və iradə uğurun əsas dayaq nöqtələridir. Əgər bunları özümüzdə formalaşdıra bilsək, digər sadalanan bütün nüansları həyat fəaliyyətimizdə vərdiş halına gətirə bilərik.
Uğur bizi tərk etməsin! :)
Vəsilə ABBAS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Millət vəkilləri süni mayalanmanı müzakirə etdilər
Dünyada ilk dəfə - Şəffaf televizor istehsal edildi
DIQQƏT! Güclü maqnit qasırğası gəlir
Divan-kreslo dəstləri
Diqqətli olun - havalar soyuduqca ürəyiniz də çox enerji sərf edir
BÜRCLƏR bizə nə vəd edir?-6 Oktyabr
Yenə zəlzələ olacaq?
Qayınanasının zəngindən sonra milyonçu olmağa qərar verdi-FOTO
Sürücülük vəsiqələri dəyişəcək - 18 manata
Azərbaycanda erkən nikah quranların sayı ilbəil artır
Sabah Bakının bu əraziləri qazsız qalacaq
BÜRCLƏR bizə nə vəd edir? - 13 mart
Su içməyin təhlükəli olduğu hallar
Daha bir qütb yaranır
Kibritdən hazırlanan əşyalar
Luçano Pavarottinin dul xanımı ərə getdi
Suriya baş naziri: "Savaşı qazanırıq"
İntihar barədə bilinməyən gerçəklər, detallarda gizlənən şeytanlar...
Həbsdən çıxıb həyatın zindanına düşməmək üçün nə etməli?
Baş infeksionistdən XƏBƏRDARLIQ
Sarkisyana növbəti şapalaq
İllər üzrə 2017-nin PROQNOZU: Xoruz ilində bizi nə gözləyir?
Detoks təsiri göstərən ərzaqlar
Romantik yataq otağı dekorasiyası
Sadə toyuq kotleti (foto resept)
Sizin eşqiniz hansıdır?
Məktəbəhazırlıq kurslarına uşaqların qoyulması məcburi olacaq?
Bu gün Messinin 1 yaşı tamam oldu
Bill Geyts yenə təəccübləndirdi-FOTO
S-300 raketləri təlimdə (FOTO)
Qat-qat xəmirli soba peraşkisi (foto resept)
4 ay sonra reanimasiyadan çıxan COVID-19 xəstəsinin ilk sualı: "Niyə hamı.."
Bu il məhsuldarlıq aşağı ola bilər
Özcan Deniz haqqında gözlənilməz xəbər
Quzu qabırğa qızartması (foto resept)
Tibbin qorxunc tarixi - FOTOSESSİYA
Xərçəngin yarandığını göstərən əsas əlamət açıqlandı
Hər gün 10 min addım atın!
Vera Bakıda çıxış etdi-FOTO
Dünya iqtisadiyyatının inkişaf sürəti zəifləyir
Bakı metropoliteni iş qrafikini dəyişəcək
Çində 600 milyon nəfər internetdədir
Bu günün hava proqnozu
Hamilələrin ruhi vəziyyəti
"Jara Music Awards" keçirildi - FOTO
Bu şagirdlərə attestat verilməyəcək
Ətirlər haqqında bilməli olduğunuz 10 qayda
Rusiyadakı azərbaycanlılar geri qayıdacaqlar?
Günəş tutulması başladı
Əlillərin pensiyası ilə bağlı yenilik















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]