
İnsan həyata bir dəfə gəlir, amma iki dəfə ölmək "şansı" var: mənən və cismən.
Bizimlə paralel olaraq hərəkətdə olan bir dünyanın yoxluğunu nə qədər inkar etsək də, bu, fakt və reallıqdır. Cinayət törədərək həbsxanaya düşmüş şəxslər "paralel dünya"nın sakininə çevrilirlər. Onlarla eyni dünyada yaşayıb günü gün etsək də, fərqli cəhətlərimiz həddindən artıq çoxdur.
Araşdırmalara görə, cinayət məsulliyyətinə cəlb olunanların çoxu keçmiş məhkumlardır. Burada bir situasiya ortaya çıxır ki, niyə ikinci dəfə?! Görəsən, məhkumluq həyatı yaşayan insanların təkrarən cinayət əməli törədərək dəmir barmaqlıqlar arasına düşməsinə səbəb nədir? Bir dəfə həbsxananın dadına baxdıqdan sonra buna nə gərək?
Psixoloqların çoxu hesab edir ki, həbsxanadan azad olunduqdan sonra cəmiyyətə uyğunlaşmaqda çətinlik çəkən, bir çox hallarda isə müxtəlif problemlərlə üzləşən məhkumlar yenidən cinayətlərə əl ataraq "doğma evə" - həbsxanaya qayıtmağa üstünlük verirlər. Cəmiyyətdə özünü doğrulda bilməyən, adaptasiya problemi yaşayan məhkumlar istənilən bir cinayəti bir göz qırpımında törədə bilərlər.
Mövcud problemin bir neçə həlli üsulu var. İlk öncə bu problemi aradan qaldırmaq üçün məhkumların sosial adaptasiyasına xüsusi diqqət ayrılmalıdır. Burada əsas hədəf həbsxanalarda psixoloqların sayının artırılmasıdır. Psixoloq sənətini əsasən xanımlar seçdiyi üçün onlar həbsxanalarda işləməkdən çəkinərək, boyun qaçırırlar. Psixoloqlar məhkumlarla fərdi şəkildə məşğul olaraq, onlarla maraqlansalar, həmin məhkumun cəmiyyətə adaptasiya prosesində böyük məsafə qət edilər.
Bundan əlavə, məhkumları həm həbsxanada, həm də azad olunduqdan sonra işlə təmin etmək məsələsi də əsas kriteriyalardan biridir. Məhkumların cəmiyyətə adaptasiya olunması prosesinə həbsxananın özündə başlanmalıdır ki, burada məşğuliyyət əsas şərtdir. Çünki azadlığa çıxmış şəxslərin təkrar cinayətlər törətməsinin qarşısını almaq məqsədilə 2007-ci ildə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında qanun qəbul edilib. Həmin qanuna görə, ölkədə sosial adaptasiya mərkəzləri yaradılmalı, keçmiş məhbuslara tibbi, psixoloji, hüquqi yardım göstərilməli, onlar müvəqqəti yaşayış yeri və işlə təmin edilməlidirlər.
Bu haqda Milli.Az-a danışan psixoloq Tahiba Quliyeva bildirdi ki, həbsdən azad olunduqdan sonra məhkumlar bir sıra problemlərlə qarşılaşırlar: "Həbsdən çıxdıqdan sonra məhkumların cəmiyyətə adaptasiya prosesi heç də asan olmur. Müxtəlif problemlər onların yaxasından əl çəkmir. Özəl və dövlət müəssisələrində özlərinə iş tapa bilməyərək, çarəsiz duruma düşürlər. İnsanların çoxu həbs həyatı görmüş biri ilə dostluq, yaxınlıq qurmaq istəmir. Belə olduqda cəmiyyət bir növ bu insanları özündən təcrid edir. Məhz elə buna görə azadlığa çıxmış məhkumlar yenidən cinayət törətməyi lazım bilirlər. Bir çoxu isə başqa yol seçərək son çarə kimi intihara cəhd edir. Bu insanların cəmiyyətə uyğunlaşması üçün mütləq və mütləq psixoloji yardım lazımdır. Son illərdə bununla bağlı Ədliyyə Nazirliyi tərəfindən müəyyən tədbirlər görülür".
Daha sonra Tahiba Quliyeva həbsxanalarda niyə xanım psixoloqların az olmasına da münasibət bildirib: "Həbsxanalarda qadın psixoloq və psixiatrların az olması isə oradakı mühitin ağır olması ilə bağlıdır. İstər həbsxana şəraiti, istərsə də ağır cinayətlər törətmiş məhkumlarla işləmək xanım psixoloq və psixiatrlarda çəkingənlik yaradır. Bundan əlavə, xanımların ailələri onların həbsxana şəraitində işləmələrinə adətən qarşı çıxırlar".
Həkim-psixiatr Orxan Fərəclinin fikrinə görə isə azadlığa çıxmış məhkumları daima nəzarətdə saxlamaq lazımdır: "Həbsxanalarda cəza çəkən məhbuslar cəza müddətlərinin bitməsinə bir qədər qalmış xüsusi adaptasiya təlimlərinə cəlb olunmalı, onları cəmiyyətdə davranış qaydaları, mübahisəli vəziyyətlərdən çıxış yolları, həbsdə olduqları müddətdə mülki həyatda baş verən yeniliklər barədə məlumatlandırmaq lazımdır. Bu tədbirlərin az olmasının və ya olmamasının nəticəsidir ki, residivli, yəni təkrarlanan cinayətlərin sayında bir artım var. Eləcə də həbsdən sonra bu şəxslər ictimai tədbirlərə cəlb olunmalı, vaxtaşırı inteqrasiya, sosial, psixoloji vəziyyətlərinin yerində olmasına diqqət etmək lazımdır. Qadın psixoloq və psixiatrların həbsxanalarda işləməkdən imtina etməsinə səbəb isə cəmiyyətdə o tip yerlərin qınanılmasıdır. Belə yerlərdə nəinki psixoloq və psixiatr, hətta nəzarətçi kimi işləyən xanımlar da tapmaq çox çətindir".
Mənən ölü vətəndaşlarımızın olmaması diləyilə...
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Dünya koronavirusun üçüncü dalğası ilə mübarizəyə başladı
Mavi rəngli balıq fantastik qiymətə satıldı
Firuzə İbadova imicini dəyişdi - video
Prezident manatdan danışdı
"Dağlıq Qarabağ münaqişəsinin həlli üçün siyasi iradə lazımdır"
Ərdoğan sərt xəbərdarlıq etdi
Hidrogenlə işləyən ilk gəmi dünya turuna çıxıb
Ətli makaronlu yemək (foto resept)
Dekorasiyada mavi rəng dəbi
Pomidorlu göbələk qovurması (foto-resept)
Hava haqqında
Azərbaycanda daha çox hansı tibb işçiləri koronavirusa yoluxub? - RƏSMİ AÇIQLAMA
Günün ulduz falı
Prezidentdən xanımlara 8 Mart təbriki
Məşhur aktyor qəzəbləndi-SƏBƏB-FOTO
Xəstələnmək qorxusu xəstəliyi
Planetin ən yaşlı sakini 118 yaşını qeyd edir
Conni Depp keçmiş yoldaşından 50 milyon tələb edir-SƏBƏB
Sevgi "məktub"-um
Tələbələrə uçan aparatlar veriləcək
1 kilo arıqlamaq üçün neçə saat yeriyək?
Frappucino (foto-resept)
Azərbaycanda daha doqquz nəfər koronavirusdan öldü: 332 yeni yoluxma - FOTO
Həyatın sonuna nə qədər qalıb?
Summativ qiymətləndirmələr dərs vaxtında keçirilməyəcək-YENİLİK
Balıq bazarında canlanma yaranıb
Yayda saç baxımı necə olmalı?
Dərinizin gənc qalmasını təmin edən ərzaqlar
Türkiyədə Xocalı Şəhidləri Parkı açıldı
Ermənilər yenidən mülki əhalini top atəşinə tutdu: Ölənlər var - RƏSMİ
Çingiz Abdullayevdən yeni təyinatlar
Həyatınızdan çıxarmalı olduğunuz 4 insan tipi
Kremli bezeciklər (foto-resept)
Üzdəki çuxurları necə aradan qaldırmalı?
"Texnikabank" müflis elan edildi - İflas proseduru başladı
DİQQƏT! Maqnit fırtınası yaxınlaşır- Gecə saat...
"Kurtlar Vadisi"nin aktyoru "Çarpışma"da
Prezident İlham Əliyev MTN-lə bağlı fərman verdi
Boksçumuz dünya çempionu oldu
Onlar sonuncu ola bilərlər
Alimlərdən qorxunc açıqlama: "Yer məhv olur"
Yas qadağaları ilə bağlı açıqlama
10 oğulun anası - Gündə 7 dəfə evi təmizləyirəm - FOTO
Obamadan qalmaqallı namaz açıqlaması
Ermənilərin Gəncəyə top atəşləri zamanı xəsarət alan olmayıb, mülki infrastruktura zərər dəyməyib - RƏSMİ
Ölkədaxili otellər
Böyük hücum planı
Beşəm dünyaya gətirən qadının həyatı
Leyla Əliyeva “Ağrı”nın təqdimatında -FOTO
Yorğunluğun qarşısını alan məhsullar















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]