Əziz Qadın. Net xanımları, mən sizə badımcan, pomidor, bibər dolmasının Naxçıvan variantını təqdim edirəm.
Tərkibi:
1 kq yumşaq ət
300 q baş soğan
300 q noxud ləpəsi
9-10 ədəd orta boylu badımcan
Pomidor, bibər
Azərduz yodlu narın xörək duzu, istiot, sarıkök
Əti və ləpəni ayrıca qablarda üzərinə su töküb bişməyə qoyuruq.
Ət bişib hazır olan kimi sudan çıxarırıq, soyuduqdan sonra xırda-xırda doğrayırıq.
Soğanı orta böyüklükdə doğrayıb, yağda qovururuq.Yağı bir az çox olsa yaxşı olar.
Soğan tam qızarmadan, doğradığımız əti bura əlavə edirik, bir az da ətlə soğanı bir yerdə qovururuq, sonra bişmiş ləpənin suyunu süzüb, əlavə edirik. Duzunu, istiotunu, sarıkökünü vurub, hazır içi soyumağa qoyuruq.
Badımcanların içini şəkildə göründüyü kimi oyuruq. Bir qaşıq duz və sarıkökü qarışdırıb, badımcanları duzlayırıq.
Qalan tərəvəzlərin də içini cıxarırıq.
Badımcanları əvvəlcə üzü aşağı yüngülcə sıxırıq, içini doldurub, dibinə azca yağ tökülmüş tavaya düzürük. Bibərləri də düzəndən sonra ətin bulyonunu, sürtgəcdən keçirilmiş pomidoru əlavə edirik. Pomidorları da üstdən düzürük, qapağın örtüb, orta odda bişməyə qoyuruq. 40-50 dəq-yə hazır olur.
Artıq dolmamız hazırdır! Nuş olsun!
Qeyd: İçi hazırlayarkən zövqə görə soğanı, ləpəni artırıb, azaltmaq da olar.
XƏBƏR LENTİ
Heydər Əliyevin anım günüdür
Günün ulduz falı
Qadın.Netlilər 2013-cü ili necə keçirib?
Gündəlik 30 dəqiqə kitab oxumaq...
Kəsmikli alma piroqu (foto-resept)
Prezident fəxri ad verdi
Yoxsulları qurtaran asan dizaynlar
Kim tapar?
YAP Gənclər Birliyinin "Yay məktəbi" davam edir
Nurgül Yeşilçaya ad günü sürprizi
Günəşli hava sabah da davam edəcək
Analar və qızları
Sürücüsüz avtobuslar xəttə buraxıldı-FOTO
Prezident onlara fəxri ad verdi - SİYAHI
Azərbaycan zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı Pakistana kömək təklif edib
Lənkəranlı bağbanın konfet ağacı növbəti dəfə bar verdi
Kainat gözəli qüsurlarını göstərdi-FOTO
Yenidoğulmuşlar arasında inkişaf qüsurları erkən aşkarlanacaq
Kardi B boşanır
"Qara leylək" 30 qəpik, "Daş dələsi" isə 60 qəpik...
Kənd təsərrüfatı məhsullarının qiymət artımına səbəb nədir?
Tibbi sığortaya bu qədər pul ödəyəcəyik - MƏBLƏДћ
Şirin pizza (foto resept)
Jerar Depardye azərbaycanlı rəssamın atelyesində-FOTO
Ürək pirojnası (foto resept)
Şumaxerin daha bir avtomobili satışa çıxarıldı
Limonlu brauni (foto resept)
Ermənistan Azərbaycana başqa yol qoymur
Dodaq makiyajında nəyə diqqət etməli?
İdeal almaz satılır
Ətli kesadil (foto resept)
Ən çox yayılmış burun tipləri
Bədheybət yenidən GÖRÜNTÜLƏNDİ=ŞOK FOTO
SOS! Hazır qidalar kişilərdə sonsuzluq yaradır
Yardımlı rayonu
Azərbaycanda daha doqquz nəfər koronavirusdan öldü: 332 yeni yoluxma - FOTO
Terrorçulara görə islamı günahkar saymaq olar?
Azərbaycan Ebolaya qarşı hərəkətə keçdi
Qaliblər bəlli oldu
Azad söz (7-ci hissə)
Günəş ləkələrinə qarşı nə etməli?
Amerikasayağı Lamborghini Aventador
Tolgahan və Almeda körpəsi ilə -FOTO
Günün qoroskopu:Aktiv olun!
Əsil epilyasiya prosesi və hazırlanması
Divar saatları
Arvadının 8 il həbsini tələb edir
Qəzəblənə bilirsinizmi? (test)
23 yaşlı gəncin vəsiyyəti üzə çıxdı
Həyatda istədiyinizi əldə etmək üçün 3 qayda
- ŞƏRHLƏR