Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.
Milli.Az Azər tac-a istinadən xəbər verir ki, sənəddə deyilir:
"Ümumi təhsil müəssisələrində çalışan müəllimlərin həftəlik dərs yükünün optimallaşdırılması yolu ilə əməkhaqqının artırılmasını təmin etmək və bununla maddi rifahını yaxşılaşdırmaq məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını bir ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
4. Bu Sərəncamın 1-ci hissəsi 2015-ci il yanvarın 1-dən qüvvəyə minir".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Azərbaycan idmançıları erməniləri geridə qoydular
Azərbaycanda zəlzələ oldu
Birinci Bakı Beynəlxalq Memarlıq Mükafatı müsabiqəsi başa çatıb
Məşhur model növbəti dəfə sosial şəbəkəni silkələdi - FOTO
Qadın.Netlilərin mənfi və müsbət cəhətləri (IV hissə)
Qarğadalı lopasından keks (foto resept)
Tələbə və pensiyaçılar üçün ictimai nəqliyyat güzəştli OLA BİLƏR
Erməni kəşfiyyatı hücuma keçdi
Azərbaycan polisinə "nömrə" gəlmək neçəyədir?
Alimlərin yeni iddiası: Buzlaşma dövrü 2020-də başlayacaq
Azərbaycan polislərinə müjdə
Gözləriniz nə deyir?
"Ağıllı ayaqqabılar" satılacaq
Bu telefonlardan uzaq durun!
Qatillərin ən çox hansı bürcdən çıxdığı açıqlandı (1)
Toy stressindən necə xilas olmalı?
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Dəniz Çakır yeni FOTOsuyla diqqət çəkdi
Harry Potter dünyası ilə bağlı izah olunmaz nüanslar
Armud və heyvanın faydaları
Halva (foto resept)
Günün ulduz falı
Koronavirusa qarşı peyvəndlərin hazırlanması məqsədilə tədbirlər görülür
Əkiz olan məşhurlar
Dua Lipa hər kəsi təəccübləndirdi-FOTO
Bakının bu rayonlarında ev tikmək məqsədəuyğun sayılmır
Azərbaycan Ginnesin rekordlar kitabına düşə bilər
"Reyyan" Seda Sayanın oğlu ilə sevgilidir
Əhvalınız xoş olsun
Nişanlanma xəbərləri yalan çıxdı-FOTO
"Bir zamanlar Çukurova"-nın aktrisası görənləri TƏƏCCÜBLƏNDİRDİ
Bakının harası sökülməyəcək?
Azərbaycanda Respublika Günü qeyd edilir
Düşməni vahiməyə salan döyüşçü Paşa kimdir?
Qadınlar arasında şahmat üzrə dünya çempionu bəlli oldu
Məşhur bəstəkar Aleynanı tənqid etdi-FOTO
Hava necə olacaq?
Ceylan Atınc silikonlarına görə xərçəng xəstəliyinə tutuldu
İranın baş məşqçisi istefa verdi
"Milli Şura müxalifəti bir araya gətirə bilmədi..."
Dənizdəki görüntü hər kəsi təlaşlandırdı – VİDEO
HAVA necə olacaq?
Zövqlü geyim dəstləri
AŞ PA-nın yeni sədri Azərbaycanla münasibətindən danışdı
Gecə yemək sindromu
"Azercell" abunəçilərinə xəbərdarlıq
Maskalar və gözəllik sirləri (I hissə)
Putin: “Dağlıq Qarabağ və ona bitişik rayonlar Azərbaycanın ayrılmaz tərkib hissəsidir”
İsrail atəşkəsə razı oldu
İsveçrəli pilotun adı tarixə yazdıldı
- ŞƏRHLƏR