Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
Hüseyn xan Naxçıvanski
(1863-1919)
Hüseyn xan Naxçıvanski 1863-cü il iyunun 28-də zadəgan ailəsində anadan olub. Atası Kəlbalı xan oğlunu hərbçi görmək istədiyindən Hüseyn xanı 1876-cı ildə imperatorun himayəsində olan və Rusiyanın ən mötəbər zadəgan nəsillərinin oğullarının təhsil aldığı Peterburqdakı Paj korpusuna oxumağa göndərir. İmperator II Aleksandr Hüseynin atasının rus ordusunun generalı, "Müqəddəs Georgi" ordeninin kavaleri olmasını nəzərə alaraq oğlanın bu məktəbdə oxumağına etiraz etmir.
Hüseyn xan Paj korpusunu 1883-cü ildə əla qiymətlərlə bitirir və Peterburqda yerləşən 1-ci qvardiya süvari diviziyasının leyb-qvardiya süvari alayına təyinat alır. 1898-ci ilə qədər alayda xidmət edən rotmistr Hüseyn xan eskadron komandiri vəzifəsində Qafqaz hərbi dairəsinə göndərilir. Şimali Qafqazda süvari hissələrdə xidmətdə olan Naxçıvanskiyə 1903-cü ildə polkovnik rütbəsi verilir.
1904-cü ildə rus-yapon müharibəsinə Naxçıvanski 2-ci Dağıstan süvari alayının komandiri vəzifəsində yollanmışdı. Alayda bir çox azərbaycanlı xidmət edirdi: podyasavul şahzadə Feyzulla Mirzə Qacar, ştabs-kapitan Gəray bəy Vəkilov, xorunji Əbdürrəhman Qurbanov, xorunji Cəmaləddin Musayev və b. çox keçmir ki, alayın sürətli süvari reydləri haqqında bütün cəbhələrdə danışmağa başlayırlar, Hüseyn xan isə bacarıqlı süvari komandiri kimi tanınır. Landun-Qou döyüşü onu daha da məşhurlaşdırır. Həmin döyüş səhnəsi rəssam V.Mazurovskinin rəsmində öz əksini tapmışdır (hazırda Moskvadakı Rusiya Dövlət Müzeyində saxlanılır).
Rusiya ordusunda Hüseyn xan daha çox "Xan Naxıçevanski" kimi tanınmışdır. Rus-yapon müharibəsi qurtardıqdan sonra polkovnik Hüseyn xan leyb-qvardiya süvari hissələrinə təyinat alır, 1906-cı ilin əvvəlində isə Tiflisdə yerləşən 17-ci Nijeqorod draqun alayının komandiri təyin olunur. İmperator öz oğlunu da bu alayın döyüşçüsü sıralarına göndərmişdi. Alayın döyüş hazırlığının yüksək səviyyədə olmasına görə Hüseyn xana fligel-adyutant vəzifəsi verilir. Bu vəzifə imperatorun şəxsi yavərlərinə verilirdi. Daha sonra fligel-adyutant polkovnik Hüseyn xan Naxçıvanski leyb-qvardiya süvari alayının komandiri təyin edilir.
1907-ci ildə Hüseyn xanın rütbəsi artırılır: o, general-mayor olur. I Dünya müharibəsi ərəfəsində Hüseyn xan 2-ci süvari diviziyasının komandiri təyin edilmiş, ona general-leytenant rütbəsi verilmişdi.
Müharibə başlananda o, üç qvardiya süvari diviziyadan ibarət süvari birləşmənin komandanı təyin olunur. Qafqaz müsəlmanlarından təşkil edilmiş və "Vəhşi diviziya" kimi tanınan diviziya və polyaklardan təşkil olunmuş süvari diviziya da ona tabe edilir. Hüseyn xanın rəhbərliyi altında alay komandiri Karl Qustav Mannerheym (gələcəkdə məşhur fin marşalı), polyak diviziyasının komandiri Anders (gələcəkdə məşhur Polşa sərkərdəsi) və başqaları vuruşurdu.
O, 1914-cü ilin avqustunda Şərqi Prussiyaya yürüşdə iştirak etmişdir. Məşhur Qumbinen döyüşləri, Kraupişken şəhərinin ətrafında gedən döyüşlərdə, Samsonov və Rennekampfın korpuslarının mühasirədən çıxarılmasında Hüseyn xanın süvarilərinin çox böyük rolu olmuşdur. Şöhrəti bütün Rusiyanı dolaşan A.Brusilov, Y.Barsukov, M.Draqomirov, Y.Alekseyev kimi generallar onun müharibədəki döyüş xidmətlərini yüksək qiymətləndirmişlər.
Hüseyn xan Naxçıvanskini müasirləri sərt, nüfuzlu bir general kimi təsvir edirlər. K.Adaridi yazırdı: "Xan Naxçıvanskinin ali hərbi təhsili olmasa da, rəhbərliyin əmrlərini həmişə dəqiqliklə yerinə yetirən igid şəxsiyyət olmuşdur. Bilavasitə özünə tabe olan diviziya komandirlərinə sərbəstlik verdiyinə görə həmin komandirlər öz hərbi hissələri üçün yaxşı döyüş şəraiti yaradırdılar. Onun tabeliyində olan ən yaxşı döyüşkən qvardiya alayları özlərinə xüsusi qayğı və münasibət tələb etdiklərindən general Xan Naxçıvanskiyə bu qvardiyalara komandanlıq etmək o qədər də asan deyildi. General Xan Naxçıvanski qabiliyyəi hesabına şəxsi mənafe güdmədən süvari birləşmələrinə məharətlə komandanlıq edirdi".
Hüseyn xanın sərkərdəlik qabiliyyətini Karl Mannerheym "Memuarlarım" kitabında əks etdirmişdir.
I Dünya müharibəsi cəbhələrində göstərdiyi sərkərdəlik məharətinə görə Hüseyn xan Naxçıvanskiyə 1916-cı ildə tam süvari qoşun generalı rütbəsi və general-adyutant adı verilir. "Kaspi" qəzeti o zaman iftixarla yazırdı: "Qafqaz Ordusunun Baş Komandanının sərəncamında olan qvardiya süvarisi general-adyutant, general-leytenant həmyerlimiz Hüseyn xan Naxçıvanskiyə tam süvari generalı rütbəsi verilib".
Hüseyn xan Rusiyanın ən yüksək orden və medalları ilə təltif edilib: "Müqəddəs Aleksandr", "Müqəddəs Georgi" ordeninin 3-cü və 4-cü dərəcələri, "Ağ qartal", "Müqəddəs Vladimir", "Müqəddəs Anna", "Müqəddəs Stanislav" ordenlərinin bütün dərəcələri, üzərində "İgidliyə görə" yazılmış qızıl silah, Bolqarıstanın "Döyüş xidmətlərinə görə", zabitlərə məxsus "Rumın Ulduzu" ilə, İranın "Şire-Xurşid" ordeninin 2-ci və 4-cü dərəcələri ilə.
Dövrün şahidləri yazırlar ki, inqilab baş verəndə sədaqət andına sadiq qalan generalımız son günlərədək çar ailəsi ilə olmuşdur. Müasir rus tədqiqatçısı F.Nesterov "İllərin əlaqəsi" (1984) tarixi-publisistik əsərində əlahəzrətin sadiq generalları sırasında artilleriya generalı N.İ.İvanovun, general qraf Kellerin və general Xan Naxçıvanskinin adlarını fəxrlə çəkir. O yazır ki, "çar hakimiyyətdən imtina edəndə belə, bu əsilzadə generallar əlahəzrətə teleqramla müraciət edərək bildirdilər ki, biz andımıza sadiq qalacağıq. İmperator uzun illər boyu bu əsilzadə generallara inanmaqda zərrəcə səhv etməmişdi".
Hüseyn xan Kəlbalı xan oğlu Naxçıvanski 1919-cu ildə Petroqradda bolşeviklər tərəfindən güllələnib və Aleksandr Nevski monastırının qəbiristanlığında dəfn olunub. Hüseyn xanın həyat yoldaşı knyaginya Sofiya Nikolayevna Taube Danimarka kralı və eyni zamanda III Aleksandrın arvadının qohumu idi. Atalarının ölümündən sonra iki oğlu Avropaya mühacirətə getmişdir. Nəvəsi Corc Naxçıvanski ABŞ-da, digər nəvəsi Mariya Naxçıvanskaya Misirdə yaşayır.
Tədqiqatçı Ş.Nəzirlinin qənaətinə görə, ümumiyyətlə, Kəngərli nəslindən olan Naxçıvanskilər ailəsi Azərbaycana beş general vermişlər: general-mayor Ehsan xan, general-mayor Kəlbalı xan, tam süvari generalı İsmayıl xan, tam süvari generalı Hüseyn xan, general-mayor Cəmşid xan Naxçıvanskilər.
Bu nəsildən olan yüzlərcə zabit çar Rusiyası ordusunda xidmət etmişdir, onlardan bir çoxu Azərbaycan Milli Ordusunun formalaşmasında yaxından iştirak etmişdilər.
XƏBƏR LENTİ
Yun paltarlara qulluq- Vacib qaydalar!
Qorxunc PROQNOZ: Fəsillər yox olur
Uşaq "Bismillah" dedi, avtobusdan qovuldu
Türkiyə parlamentinin sədri: “Atatürkün Naxçıvan sərhəd qapısına verdiyi önəm illər sonra səmərəsini verdi”
Çoxuşaqlılığa görə müqavimət alan analar
22 yaşlı tələbə evdə sınaq keçirmək istədi, şok nəticə
“Eurovision-2019”un aparıcısı supermodel olacaq
Öskürəyə qarşı ballı qəhvə
Səhiyyə Nazirliyi yeni peyvənd sifariş verib
Ebola bitmədi
Sevgilisinə 50 min dollarlıq sırğa bağışladı
Maraqlı mətbəx əşyaları
Ağlayan keks (video-resept)
Christopher McCandles-Cəmiyyət
Nemtsovun qətlini kim sifariş verib?
Olimpiya məşəli tarixdə ilk dəfə açıq kosmosa çıxarıldı
Burak Özçivit 14 fevralda 80 qadınla görüşəcək
Pərviz "Survivor"dan yazdı
Fəlakət robotu ən güclü oldu
Gün var əsrə bərabər: ötənləri yada salaq
Kökəlməmək üçün bunları yeyin
Dəb və sevgi diyarı "Fransa"
Çox sevilən içki - kapuçino
Müəllimlərin işə qəbulu üçün elektron ərizələrin qəbulu başa çatır
"Cəbhənin düşmən tərəfində yerləşən kəndlər köçürülüb"
Piylənmə ömürü 8 il qısaldır
Azərbaycanlı şagirdlərin üz qarası
Yağış yağacaq, temperatur yüksələcək
"Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün əlindən gələni edir"
İspaniyanın ən gözəl şəhərləri
Selena Gomezdən gözlənilməz açıqlama- VİDEO
Yuxugörmənin öyrənilmə tarixindən (son)
Əmək kitabçaları tarixə qovuşur
Türkiyə dənizçiləri 466 liviyalı qaçqını xilas etdilər
Rihannadan FOTOsessiya
Ölümü proqnozlaşdıran texnologiya yaradıldı
"Rocketman"hər kəsin diqqətini çəkir-FOTO
Ledi Qaqanın AYRILIQ səbəbi məlum oldu-FOTO
Manat nə vaxt ucuzlaşacaq?
Kartoflu çörək (video-resept)
"Küləklə sovrulan"ın əfsanəvi kostyumu satıldı
Bayram süfrəsinin bəzədilməsi üçün 10 aksessuar
Şərf və yaylıq bağlama üsulları - 2
Uşağımın dostu yoxdur...!
Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən 100-ü keçdi
Siyənək ilə kartof
2014-cü ilin hörüklü saç düzümləri
Toyda çəkilən FOTO hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Tele ulduz geyimi ilə HEYRƏTLƏNDİRDİ
Əsla bunu YEMƏYİN!
- ŞƏRHLƏR