General Naxçıvanskilər
Kəlbalı xan Naxçıvanski
Nə Azərbaycan, nə də rus hərb tarixi general-mayor Kəlbalı xan Naxçıvanskinin anadan olduğu ili saxlamayıb. Ümid verən arxivlərdə, inqilabdan əvvəlki hərbi-tarixi mənbələrdə nə qədər axtardıqsa, onun təvəllüdünü dəqiqləşdirə bilmədik. İnqilabdan əvvəlki ədəbiyyatlarda general Kəlbalı xan Naxçıvanskinin bir neçə yerdə səthi də olsa, adı çəkilir və hərbi fəaliyyəti qeyd olunur.
Kəlbalı xan, Naxçıvanın sonuncu hakimi Ehsan xanın oğludur. Zaqafqaziya Rusiya ilə birləşəndən sonra generallıq rütbəsi alan Ehsan xan, 1828-ci il fevralın onunda Rusiya ilə İran arasında Türkmənçay sülh müqaviləsini imzalayanlardan biri olmuşdur. O, burada İrəvan və Naxçıvan xanlığının, Ordubad dairəsinin səlahiyyətli nümayədəsi kimi iştirak etmişdi.
Hərbi tarixçilər V.Potto, İ.Zinovyev, general V.Zubov, İ.Paskeviç və yazıçı A.Qriboyedovun yol qeydlərindən məlum olur ki, rus-İran müharibəsi zamanı Ehsan xan on min nəfərlik naxçıvanlılardan və ruslardan ibarət olan qoşuna başçılıq etmişdir. Bu müharibədə adsan
qazanan general Ehsan xan sonralar Krım müharibəsində də şücaətlə vuruşmuş, ali hərbi ordenlərlə təltif olunmuşdur. Görkəmli sərkərdə kimi Ehsan xanın adı Kremlin Georgi salonunda qızıl hərflərlə yazılmışdır. Tarix öz səhifələrində bir maraqlı faktı da saxlayıb: Aleksandr Qriboyedov və Abbasqulu ağa Bakıxanov İrana gedəndə Ehsan xanın Xandikindəki evində qonaq olmuşlar. Bu barədə
A.Qriboyedovun “İrəvan yürüşü” yol qeydlərində maraqlı sətirlər var: “Sübh tezdən oyandıq: bərk isti idi. Abbasqulu ağa nəql elədi ki, Yelizavetpol döyüşü şair Nizaminin məqbərəsi yanında baş verib. Naxçıvandan səkkiz mil aralıda dayanmışıq. Araz kənarından Abbasabadın geniş mənzərəsi açılır. Şimal-şərqdən Qarabağ dağlarının, Naxçıvan düzənliyinin möcüzəli gözəlliyi açılır. Arazın arxası Yaylandağla və ona oxşar iki başqa dağla əhatə olunub. Qərbə doğru baxanda isə Ağrıdağı ucalır. Naxçıvan özü isə Qarabar dağlarının davamı olan düzəngahda yerləşir.
Naxçıvana daxil oluruq. Xan evinin qülləsi mənim otağımın pəncərəsindən daha aydın görünür”. 1826-cı ildə Fətəli şahın vəliəhdi Abbas Mirzə altmış minlik qoşunla Arazı keçib Azərbaycana hücum etdi. Bu vaxt Ehsan xan Abbasabad qarnizonunun rəisi idi. Ehsan xanın,
qalanı iranlılara təslim etmək istəmədiyini görən Abbas Mirzə şah qoşununun qırx minini İrəvan və Naxçıvana yeridir. Həmin döyüşlərin şahidi olan məşhur tarixçi Mirzə Adıgözəlbəy yazırdı: “O vaxt naxçıvanlı Ehsan xan Abbasabad qalasının mühafizi idi. Orada olduğumu bilib yanıma qasid göndərdi. O, mənə xəbər verdi: “Knyaza (komandan İ.F.Paskeviç nəzərdə tutulur.-Ş.N.) bildirin ki, bu tərəfə hərəkət etsin.” “Qafqaz hərbi-tarix muzeyi”nin 1913-cü ildə nəşr etdiyi altı yüz otuz bir nömrəli “Soraq kitabçası”-nda general Kəlbalı xan Naxçıvanskinin məşhur xan nəslindən olduğu qeyd olunur. O, on dörd yaşında ikən Peterburqdakı zadəgan balalarına məxsus paj korpusuna daxil olur. Əla oxuyan Kəlbalı xana məktəbdə tam təhsil almaq qismət olmur. Qəfil xəstələndiyinə görə vətəni Naxçıvana qayıdır. Bir müddət müalicə olunduqdan sonra yenidən hərbi işə səfərbər edilir. 1849-cu ildə könüllü olaraq Dağıstan yürüşündə iştirak edir. Gergebel döyüşlərində göstərdiyi igidliyə görə üçüncü dərəcəli müqəddəs Stanislav ordeni ilə təltif olunur və zabit rütbəsinə layiq görülür.
1853-cü ildə Krım müharibəsi başlananda yerli bəylərdən ibarət süvari alayı təşkil edir. Bir il sonra, iyunun 19-da Kəlbalı xan Naxçıvanski Çınqıl döyüşündə fərqləndiyinə görə dördüncü dərəcəli müqəddəs Georgi ordeni ilə təltif olunur. Həmin il iyulun otuzunda rus ordusunun general-leytenantı, İrəvan süvari polkunun rəisi Vrangel Qafqaz ordusunun baş komandanına məlumat göndərmişdi. General təkcə Kəlbalı xan haqqında deyil, həmçinin döyüşdə igidliklə vuruşan oğullarımız barədə fəxrlə yazırdı: “Qoşunlarımızın hədsiz igidliyi barədə əlahəzrət cənabınızın qarşısında təkrarən şəhadət verməyi özümə borc bilirəm ki, zabit və əsgərlər döyüşə həvəslə gedirlər: yüngül yaralananlar cəbhəni tərk etmir, ağır yaralılar isə döyüş meydanında qalırdılar. Tibb işçiləri elə oradaca onlara
yardım göstərirdilər. 18 iyul tarixli ilk məlumatımda adları çəkilən kapitan İsmayıl xandan (Kəlbalı xanın qardaşıdır - Ş.N). və podporuçik Kəlbalı xandan başqa müsəlmanlardan ibarət bəy drujinasından praporşiklər Əlixan və Paşa xanın, dörd nömrəli müsəlman (Azərbaycan) polkundan kapitan Hüseyn Sultanın adlarını da çəkməliyəm. İsmayıl xanla Kəlbalı xan hücum zamanı öz hissələrinin önündə gedərək igidlik nümunəsi göstərirdilər.
...Yanımda volonter3 işləyən Xancan xan Məmmədqulu oğlunu da həmçinin müəyyən göstərişlərlə döyüşə göndərirdim... Onlar yaralanır, ancaq döyüş meydanını tərk etmirdilər”. 1855-ci ildə imperator II Aleksandrın tacqoyma mərasimi günü Kəlbalı xan leybqvardiya qusar polkuna komandir təyin olunur. Bundan sonra Qafqaz canişinliyinin sərəncamında xidmət edir. Müxtəlif batalyon və polkların komandiri olur. Nizami ordudakı nümunəvi xidmətinə və əla komandirlik fəaliyyətinə görə 1874-cü ildə general-mayor kimi
yüksək rütbəyə layiq görülür. 1877-78-ci illərdə rus-türk müharibəsində general Kəlbalı nur. Bütün döyüşlərdə şücaətlə vuruşan, azərbaycanlılardan ibarət İrəvan süvari briqadasının komandiri Kəlbalı xan hərbi əməliyyatlarda böyük şücaət göstərmişdir. Bu müharibədə onun qəhrəmanlığı brilyantla bəzədilmiş qılıncla və müqəddəs Georgi ordeni ilə qeyd edilmişdir. General-mayor Kəlbalı xan
Ehsan oğlu Naxçıvanski 1883-cü ildə vəfat etmişdir.
Sənədləri araşdırarkən məlum oldu ki, Ehsan xan oğluna Kəlbalı xanın adını qoymuşdur. Ona görə də mənbələrdə iki Kəlbalı xan adına rast gəldik. Baba Kəlbalı xan Naxçıvanski haqqında Azərbaycan Sovet Ensiklopediyasının yeddinci cildində qısa da olsa məlumat verilir.
“Kəlbalı xan Naxçıvanski (? - 1823, Təbriz) - Naxçıvan xanı. Rusiyadan hərbi yardım istədiyi üçün altı il Tehranda həbsdə saxlanmış, gözünün biri çıxartdırılmışdı. Fətəli şah hakimiyyət başına gəldikdən sonra İrəvan xanlığında yaşamışdır. Abbas Mirzə tərəfindən
Naxçıvana vali təyin olunan Naxçıvanski İran hökumətinə xidmət etmək istəmədiyindən Məkkəyə ziyarət bəhanəsilə, yerinə oğlu Ehsan xanı təyin edib hakimiyyətdən uzaqlaşmışdı”. Bir maraqlı faktı da oxucuların nəzərinə çatdırmaq istərdim: XIX əsrin ortalarında
Naxçıvanda “Qönçeyi-Ülfət” adlı ədəbi məclis fəaliyyət göstərirdi. Bu məclisə, o vaxtlar Naxçıvan şəhər rəisinin müavini işləyən məşhur gürcü şairi Nikolaz Barataşvili də tez-tez gələrdi. O, burada on səkkiz yaşlı Qönçəbəyim adlı çox istedadlı bir qızla tanış olub dostlaşır.
Lirik qoşmaları ilə bu gün Azərbaycan ədəbiyyatında yaşayan həmin Qönçəbəyim general-mayor Kəlbalı xan Naxçıvanskinin bacısıdır.
3 Fədai, 12 könüllü əsgər Nikolaz Barataşvili, Maiko Orbelianiyə yazdığı məktubunda Qönçəbəyimlə tanışlığını belə təsvir edir: “İndi Naxçıvanda yeni bir şer var. Bu, on səkkiz yaşlı Qönçəbəyimin şerləridir. Xan qızıdır. Olduqca gözəl və vüqarlı görkəmi var. Təsəvvür edin, gözəllikdə lap Orlovun arvadına oxşayır. Ərindən çox yanıqlıdır. İndi ərindən ayrılıb, çalışır ki, boşansın. Yazıq qızın on
iki yaşı olanda zorla ərə veriblər. Onların əhvalatı bir romandır. Şerlərində öz halına ağlayır. Yazılarından birində deyir ki, mənim gözəl bağçam, istəyirəm gəlib sənin fəvvarən və güllərinlə söhbət edəm. Ancaq qorxuram ərim orada olsun.
Bu şeri tərcümə edib göndərəcəm. Mənə belə gəlir ki, Səttar bu mahnını bilir. Yenə bir mahnı var. Çox xoşagələndir. Belə düşünürəm ki, bunu Cəfər də bilir, Səttar da. Onlara rast gələndə deyərsən ki, bu mahnıları oxusunlar”.
Ey mənim məzar çiçəkli bağçam,
Gülüstan qoynunda fəvvarə vuran.
Sularla həmsöhbət olmaq istərəm,
Qorxuram ki, ərim çıxa o yandan.
Gözəl və fitri istedada malik olan Qönçəbəyim 1837-ci il martın on beşində atası Ehsan xanın Naxçıvanda açdığı qəza məktəbində oxumuşdur. İki yüzə qədər azərbaycanlı uşağın təhsil aldığı bu məktəbin hamisi, əvvəlcə general-mayor Ehsan xanın özü, sonralar isə onun iki oğlukapitan İsmayıl xan və general-mayor Kəlbalı xan olmuşlar. Bu vətənpərvər, ziyalı oğullar atababa mülkünü on iki il müddətinə məktəb üçün pulsuz istifadəyə verməklə yanaşı, hər il Naxçıvan qəza məktəbinin nəfinə gümüş pulla iki yüz manat ianə də hədiyyə etmişlər. Təəssüf ki, ailə səadətində Qönçəbəyimin bəxti üzünə gülməmişdir. Onu 1844-cü ildə sevmədiyi Şamil xana ərə vermişlər. Ömrünü sərxoşluqla keçirən Şamil xana könül verməmiş, ondan boşanmışdır. Könül verib sevdiyi, lakin qovuşa bilmədiyi mayor İbrahim xanın həsrətilə yaşamışdır.
Bizə sək rəqiblər deyirlər asi,
Mövlayə bağladıq yəni ixlası,
Mən Bəyiməm İbrahimin butası,
Gizlin deyil aşkarə, de gəlsin.
Fərəhləndirici haldır ki, təkcə naxçıvanskilər nəsli Azərbaycan hərb tarixinə beş general bəxş etmişdir. Nəvə Kəlbalı xanın oğlu Hüseyn xan Naxçıvanski də general-leytenant olmuşdur. O, rus ordusunda tam artilleriya generalı rütbəsinəcən yüksəlmişdir.
Şəmistan Nəzərli -Azərbaycan Geniralları
XƏBƏR LENTİ
Namus haqqında deyilənlər
Azərbaycanda daha bir kənddə koronavirus yayıldı
İstidən qovrulduq
Arıqlamağa kömək edən limon və istiot
Gül avatarları
3 boksçumuz Avropa birinciliyinə qələbə ilə başladı
Firuşkamızın əl işləri
Səhər oyanan kimi 4 stəkan su içsəniz..
Bananlı desert (foto-resept)
Jennifer Aniston və Reese Witherspoonun gözəllik sirləri
Bakıda sürücülər ən çox hansı yollardan istifadə edirlər?
Ebru Polatdan GÖZLƏNİLMƏZ PAYLAŞIM
Nazirlik yaşı 65-i keçən 3200 müəllimlə yenidən müqavilə bağlayıb
"Traktorsazi"nin yeni baş məşqçisi var
Sıla yox, Ahmet şiddətə məruz qalıbmış
Rayon yollarındakı postlar ləğv olunur - VİDEO
HAVA necə olacaq?- 30 APREL
Zövqlü üzük modelləri
​Azərbaycan neftinin qiyməti 50 dollara çatdı
Məşhurların əvəzedilməz estetik əməliyyatları
Zabit Səmədov Azərbaycan vətəndaşı oldu
Dost dedikdə - 3 (son)
Luici Bokkerini
Uzun illərdən sonra Şuşada ilk dəfə Azərbaycan radiosu səsləndi - VİDEO
Ağ Ev iPhone və iPad-in köhnə modellərini dəstəklədi
Ermənistanın Rusiya ilə yeganə yolu bağlanıb
Dünya mətbəxi - Fransa
Göbələkli tərəvəz yeməyi (foto-resept)
Ermənilərin cəbhədə təxribatı davam edir
Uydurulmuş personajlar - uşaqların tərbiyəsi
Barış Mançonun atası vəfat etdi
Azərbaycan üçün qorxulu proqnoz
Potensial təhlükəli asteroid Yerə yaxınlaşır
Banan mürəbbəsi (foto resept)
İnanılmaz xoşbəxtsiniz? Bəlkə, içiniz qanayır?
Azərbaycanda zəlzələ olub
Böyürtkənli-qaymaqlı tart (foto resept)
SAG 2019: Qırmızı xalça
Məşhur aktyor gizli evləndi
Qızardılmış toyuq ciyəri (foto-resept)
Ən yeni dəniz canlıları
Gözünüzün kökü saralmasın
Satışda keyfiyyətsiz şprislər var? - Səhiyyə Nazirliyindən RƏSMİ CAVAB
Marsda "top" tapıldı
Günün ulduz falı
Ömür yolu
Sarkisyan bağırdı: "O olacaq ki, azərbaycanlılar Qarabağı alacaqlar"
Kişilər bu qadınlardan qaçır...
Çobanyastığı çayının faydaları
BAŞ-saytını Azərbaycan idarə edəcək
- ŞƏRHLƏR