Atalığın gətirdiyi təzyiqlər, evdə artan məsuliyyətlər, maliyyə çətinlikləri və həyat tərzindəki dəyişikliklərə əlavə olaraq həyat yoldaşı ilə olan əlaqədə yaşanan dəyişmə kişilərdə depressiv duyğuların yaranmasına səbəb olur. Amma kişilərin doğuş sonrası depressiyaya düşməsi, demək olar ki, heç bir zaman nəzərə alınmır. Ancaq mütəxəssislər doğuşdan dərhal sonra atanın depressiyaya girməsi ilə uşaqlarına qarşı davranış problemləri yaşadıqlarını hesab edirlər. Oğlanlar atanın depressiyasından qızlara nəzərən daha çox təsirlənir. Ananın doğuş sonrası depressiyada olması atanın depressiyaya düşmə riskini 3-7 faiz artırır. İlk dəfə ata olmaq, 40 yaşından sonra ata olmaq, atanın təhsil səviyyəsinin aşağı olması, stress yaradıcı vəziyyətlərin təkrarlanması, körpənin anası ilə olan əlaqənin vəziyyəti kişilərin də doğuş sonrası depressiyaya düşməsinə səbəb olur. Bəzi kişilərdə depressiya həyat yoldaşının doğuş sonrası deyil, elə hamiləlik dövründə başlayır. Mütəxəssislərə görə isə doğuş sonrası depressiyada olan kişilər çox içməyə başlayır, narkotik maddələrə aludə olur, bəziləri isə xarici əlaqələrə girməyə başlayır. Kişilərin ən çox depressiya yaşadığı dövr doğuşdan sonra ilk 3-6 aydır. Körpənin gəlişiylə analar kimi ataların da həyatında böyük dəyişikliklər baş verir.
Psixoloq Aynur Əlibəylinin fikrincə, depressiyaya girən kişilər dəli kimi olur: "Hamiləlik dövründə körpəsini daha çox düşünən qadın kişiyə az diqqət göstərir. Kişi də bunun fərqində olur. Kişi elə düşünür ki, qadın artıq laqeydləşib. Depressiyaya düşən qadın kədərli olduğu halda kişi əsəbi, dəli kimi olur".
Doğuş sonrası depressiya qadınlarda, ümumiyyətlə, daha geç - 2-8 həftədə başlayır və 1 ilə qədər davam edir. Kişilərdə isə bu daha uzun müddət davam edir. A.Əlibəylinin sözlərinə görə, bu, elmi dildə "Rədd edən Atalıq Sindromu" adlanır. Psixoloq deyir ki, bir çox kişilərdə qadınları hamilə olduğu dövrdə "Couvade sindromu" da özünü göstərir. "Couvade sindromu" həyat yoldaşları hamilə olan kişilərin hamiləlik simptomları yaşamasıdır. "Couvade sindromu" ilk dəfə XVII əsrdə Frans Basqua tərəfindən müəyyən edilib, "yumurtadan cücə çıxması" və ya "kürtə yatmaq" mənasını verir. Hamiləliyin bu simptomları Trethovan və Conlon tərəfindən 1965-cı ildə "Couvade sindromu" adlandırılıb.
Həmsöhbətimizin sözlərinə görə, hər kişi ata olduqdan sonra fərqli duyğular hiss edir. Bəzi kişilər özünü çox xoşbəxt hiss etdiyi, lovğalandığı təqdirdə, bəzisi ağlayır, bəzisi isə evdən qaçıb can qutarmaq istəyirlər. Dediyinə görə, "Rədd edən Ata Sindromu" yaşayan kişilər içlərinə qapandığı kimi, həddindən artıq gərgin və əsəbi rəftarlarıyla da diqqət çəkirlər. "Onlar öz körpələrinə düşmən kimi baxır, rəqib kimi görürlər. Onlara elə gəlir ki, həyat daha əvvəlki kimi olmayacaq. Düşünürlər ki, həyat yoldaşları əllərindən alınıb. Depressiyaya düşən kişilər özlərini yaşadıqları evə aid hiss etmir, xor görüldüklərini düşünürlər. Gəzmək, əvvəllər olduğu kimi söhbət etmək, sevişmək və hətta yatmaq da mümkün deyil. Və uşağın özü ilə gətirdiyi xərclər - yeməyi, pampersi, həkimi, peyvəndi, geyimi. Kişi bunları düşündükcə evdən qaçmaq istəyir və çox zaman da qaçır. Körpəyə düşmən, həyat yoldaşına isə xəyanətkar kimi baxır".
Bəziləri isə elə davranır ki, sanki evdə nə körpə və var, nə həyat yoldaşı. Onlar üçün körpəni sevmək, maraqlanmaq yalnız və yalnız yükdür. Həyat artıq mənasız və çətinliklərlə doludur. Bəzi kişilər belə məqamlarda özlərini işə verib, çox zaman işdə də gecələyirlər.
Atalıq sindromu 3 ay ərzində keçir və yerini məsuliyyətli atalıq hissi alır. Uzanan depressiyalar zamanı kişilərin müalicə alması çox vacibdir. Əks halda vəziyyət boşanmaya qədər gedib çıxa bilir.
Mənbə: Ekspress.Az
XƏBƏR LENTİ
Arıqladan cəfəri suyu
FİFA-da korrupsiya qalmaqalı
Ermənipərəst jurnalistin daha bir yalanı - VİDEO
Bakının bu yolları dünyada fərqlənəcək
Manatın məzənnəsində ciddi dəyişiklik
Anamın ətli sırdağı (foto resept)
Anadangəlmə qüsurlu qız MODEL oldu - FOTO
Həyat üçün təhlükə - Bəzi dondurmaların istehsalı dayandırıldı - SİYAHI
Övladınızın ilk müəllimi olaraq izləməli olduğunuz 5 yol
Məşhur cütlüyün oğlundan GÖZLƏNİLMƏZ addım-FOTO
Rusiya Avropa Oyunlarını keçirməyəcək
Dreykin 663 minlik döşəyi diqqət çəkdi
"Hiss etdim ki, elmdə yeni nə isə etməliyəm" - FOTO
Rus dili - Р—Р·
"WhatsApp"a çox pis xəbər
Ermənilərə şərt qoyuldu
Qəhvə içmək ölüm riskini azaldır
BÜRCLƏR bizə nə vəd edir?- 13 Dekabr
Havanı təmizləmək üçün məsləhətlər
Qucağa öyrəşən uşaqlara necə davranmalı?
Dünyanın gözlədiyi XƏBƏR: 15 dəqiqədə KORONAVİRUS TESTİ - FOTOLAR
Nikaha daxil olan qadınların 6,17 faizi yaşı 18-dək olanlardır
Sızanaqlara qarşı nar qabığı maskası
Bakıdan Sarkisyanın şərtlərinə cavab
Emal müəssisəsi əvəzinə çay kənarlarına tökülən Quba alması
Hansı ləkə necə çixar?
Smartfonları başqa cür "yemləyəcəklər"
Gəlinlik yerinə Dinozavr paltarı geyindi-FOTO
Nəhəng dalğa fotosessiya edən cütlüyü “yuyub” apardı - VİDEO
Varşava Universitetində 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib
Qaraciyər yağlanmasının səbəbləri
Müəllimlər imtahan verəcək
Güləşçilərimiz yenə birincidir
"Pokrov" meyvə-tərəvəz bazasında azərbaycanlılar köməksiz qalıblar
Turabi finala qaldı-1 milyon qazana bilər!-FOTO
FİFA prezidenti istefa verdi
Şeyma Subaşı sevgilisindən ayrılıb?
Prezidentin köməkçisi: “İş saatlarına dəyişiklik edilib”
Dünyanın ən böyük avto şousu başladı
Günün qoroskopu:Uğurlu gündür!
İstirahət gününün HAVAsı
Sevgililər günü üçün hədiyyələr
Məşhurların sevdiyi yoqa
Azərbaycan-Rusiya sərhədindəki vətəndaşlarımızla bağlı AÇIQLAMA
“İşğal olunmuş Azərbaycan torpaqlarını tərk edin”
Bu şüşə iPhone-u qoruyacaq
Diqqətli olun: güclü qasırğa yaşayırıq
Saqqız çeynəmək olarmı?
Prezidentin köməkçisi: “Ermənilər qorxurlarsa, işğalı dayandırmalıdırlar” - VİDEO
Dəbli qısaboğazlı çəkmə modelləri
- ŞƏRHLƏR