Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, turnirin ilk günündə mübarizəyə qoşulan Hacı Əliyev (61 kq)bütün rəqiblərindən üstün olub və qızıl medala sahib olub. Güləşçimiz Əlcəzair, Ermənistan, Bolqarıstan və Türkiyə güləşçilərini mübarizədən kənarlaşdırıb. 74 kq-da mübarizə aparan Cəbrayıl Həsənov isə bürünc medal qazanıb.
Turnirin ikinci günündə 3 pəhləvanımız mübarizəyə qoşulub.
86 kq-da Həmzət Osmanov və 125 kq-da Cəmaləddin Məhəmmədovbütün rəqiblərindən üstün olub, yığmamıza qızıl medal qazandırıblar. Həmzət Osmanov ardıcıl olaraq Əlcəzair, Polşadan iki və finalda Türkiyə güləşçisi üzərində qələbə əldə edib. Cəmaləddin Məhəmmədov isə, Bolqarıstanın iki, ardınca Ermənistan, finalda isə Ukrayna təmsilçisinin kürəyini yerə vurub.
57 kq-da mübarizə aparan Ruslan Surxayev isə bürünc medala sahib olub, həlledici görüşdə güləşçimiz yaponiyalı rəqibindən üstün olub. Turnirin son günündə 65, 70 və 97 kq çəki dərəcələridə pəhləvanlar qüvvələrini sınayırlar. Ruslan Dibirhacıyev (70 kq) və Olimpiya çempionumuz Şərif Şərifov (97 kq) turnirin son günündə xalça üzərinə çıxıblar. Hər iki güləşçimiz inamla güləşərək finala vəsiqə qazanıb. Final görüşlərini də qələbə ilə tamamlayan Ruslan və Şərif turnirin qızıl medalını qazanıblar.
Olimpiya və dünya çempionu Şərif Şərifov sərbəst güləş yarışlarındaturnirin ən texnikalı güləşçisi nominasiyasında kubokla mükafatlandırılıb. Yığma komandanın baş məşqçisi Semyon Çterev, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında turnirdə 8 güləşçimiz mübarizə aparıb.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev təmsil edib.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
"Messi ilə rəqabət hər ikimizə motivasiya verir"
Günün ulduz falı
Hande Erçel və Murat Dalkılıçın ayrılıq səbəbi bəlli oldu
Riyazi məntiq - 12
Şok qərar: meymunun insan haqları tanındı
Bağırsaq parazitləri və müalicəsi
"Mercedes"dən möhtəşəm yenilik
Van Dam rəqsi ilə gündəm oldu - VİDEO
Uşağın oğlan və ya qız olmasının bəzi əlamətləri
Baxarkən nə görürsən? (Test)
Günün ulduz falı
"Ah Karabağ"mahnısının müəllifi Başkal Azərbaycana gəlir
Cüneyt Arkın yenidən səhnəyə qayıdır-FOTO
Aktrisa Hamiləlik xəbərləri ilə Gündəmdədir-FOTO
"20 yanvar şəhidləri İslam aləminin şəhidləri kimi tanınmalıdır"
Rahat yatmaq üçün 4 qayda
Bakıda mənzillər kəskin ucuzlaşacaq?
Bəy gəlin evinə ağzında əmzik, iməkləyərək getdi
Hamiləlikdə gözəllik məhsulları zərərlidirmi?
Şamaxı Rəsədxanası: Azərbaycanda maqnit qasırğası hiss olunub və ürək-damar xəstəlikləri olan insanlara təsir edib
Polad Bülbüloğlunun ad günüdür
Bina üzlükləri təcili sökülür
Ahmetlə Sılanı barışdıran mahnı bu imiş
Düşmənin canlı qüvvəsi aviazərbələrlə məhv edilib– VİDEO
Dekorasiyada vintage tərzi
Seda Sayanın oğlu İlk Dəfə Sevgilisi ilə Görüntüləndi-FOTO
Boyunbağı modelləri
Özünü ən sevdiyi məşhura bənzədən 8 insan
Maqnit qasırğası xəbərdarlığı
Dünyanın ən qəribə və mehriban üçlüyü
Bizə xarici həkimlər lazımdırmı?
Hər kəsin sevdiyi serial cütlüyü onlar oldu-FOTO
Məktəblilər üçün yeni kompüterlər istehsal ediləcək
Gürcüstan-Tbilisi (6)
Ebru Şallının 3 qızıl qaydası
Planetin ən yaşlı insanı vəfat edib
Ölkədə torpaq sürüşmələri aktivləşəcək
Azərbaycan polisi və Daxili Qoşunların bir qrup hərbçisi Şuşada komendant rejimində fəaliyyətini davam etdirir
Natamamlıq effekti
Hər gün bir-birindən fərqli oriqami hazırladı
Ramazanda bədən detoksunu gücləndirməyin yolları
"Neftçi"nin prezidenti istefa verəcək?
Sərdar Ortac boşandığına peşmandır - FOTO
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı
“Telegram”dan istifadəçiləri sevindirəcək yeni funksiya
Boyunbağılar
Ən çox satılan smartfon hansıdır?
"Xocalı soyqırımının iyirmi ikinci ildönümünün keçirilməsinə dair tədbirlər planı" təsdiq edilib
Avtobuslarla bağlı yeni qadağa
Angelina Jolienin gözəllik sirrləri
- ŞƏRHLƏR