"Axır zamanda ümmətimin qadınları bədənlərini göstərəcək paltarlar geyəcəklər, saçlarını da dəvə hörgücünə bənzər şəkildə toppuz edirlər. Onlar lənətlikdir". [İbni Hibban]
"Ümmətimin son dövrlərində geyimli, lakin çılpaq bir sıra qadınlar olacaq, bunların başlarının üstü dəvə hörgücü kimi olacaq. Onlar cənnətə girə bilməz, cənnətin qoxusunu belə ala bilməzlər. "(Əbu Davud Libas 125, Cənnət 52)
Rəsulullah (Aleyhissalatuvəssəlam) "Atəş əhlindən iki sinif vardır, hələ onları görmədim: Yanlarında mal quyruğu kimi bir şeylər daşıyıb onu insanlara vuran insanlar; geyinmiş, çılpaq qadınlar ki, bunlar Allaha itaətdən çölə çıxmışlar. Bunlar başqalarını da başdan çıxarırlar. Başları dəvə hörgücü kimidir. Bu qadınlar cənnətə girmək belə dursun, qoxusunu da almazlar. Halbuki, onun qoxusu bu bu qədər uzaq məsafədən hiss edilir" buyurdu". [Müslim, Cənnət 53, (2857), 52, (2128)]
"Bir qadın gözəl qoxular vurub, [kürk və dəri və ya rəngarəng diqqət çəkən parça və s. kimi] göz alıcı gözəl paltarlar geyərək, bir cəmiyyətin qarşısından keçsə, o qadın zina işləmiş kimi günaha girər" [İbni Hibban]
"Hər kəs baxsın deyə [bəzəkli] paltar geyən, onu çıxardıb atana qədər, Allahu-Təalanın rəhmətindən uzaq olar" [Taberani]
"Kim dünyada şöhrət üçün (moda) paltar geysə, Allah ona Qiyamət günündə zillət paltarı geyindirər. Sonra da onu cəhənnəmin alovlu atəşlərini yandırar" (Əbu Davud, Libas 5, h No: 4029, 4030)
"Şöhrət paltarından məqsəd, başqalarına cazibədar görünmək və fors satmaq üçün geyilən paltardır". (Şövqəni, Neylü'l-Evtar, c 2, s 94)
Quranı Kərimdə Allah (c.c) bildirir:
"Rəsuli sizə nə gətirib verirsə, onu götürün, sizə nəyi qadağan etdisə ondan da dərhal çəkinin, imtina edin". (Həşr surəsi, 59/7)
İbn-i Abdulber radıyallahu anh Peyğəmbər əfəndimiz (sallallahu əleyhi və səlləm)in şəxsən söhbətində olmuş bir səhabə olaraq bu hədis haqqında belə demişdir:
"Rəsulullah-sallallahu əleyhi və səlləm bu hədisdə bədəni örtməyən, əksinə bədəni göstərən incə paltarlar geyən, bundan ötrü ad olaraq geyinmiş olan, lakin gerçəkdə çılpaq olan qadınları nəzərdə tutmaq istəmişdir." (Suyuti; "Tenvîru'l-havalıda"; c: 3, s: 103)
İslamı yaşayan bütün cəmiyyətlərdə əsrlər boyu mömin qadınlar bədəni göstərməyəcək dərəcədə qalın, bol və sadə paltarlarıyla Cənabı Haqqın əmrinə riayət etdilər.
"Quran hicabı" 13 əsr boyunca davam etdikdən sonra keçdiyimiz əsrdə incə, dar və dəbdəbəli paltarların seçilməsiylə ilk pozulmalar başladı. Mühafizə etmək, qorunmaq və məhrəmliyi ifşa etməmək olan təsəttür indilərdə diqqət çəkmək, özünü göstərmək və cazibəni artırmaq üçün istifadə edilir.
Xüsusilə son bir neçə ildir ki, özündən tamamilə azdırılmış, azaldılmış, dar və ağır makiyajlı bir təsəttür anlayışı ilə qarşı-qarşıyayıq.
Qurandakı örtünmənin ruhuna tamamilə zidd paltarları canlandıraraq, müsəlmanlardan imanı zəif və günaha meylli olanları təsiri altına alan, işin ən dəhşətli tərəfi də mühafizəkar insanlara xitab etdiyini idda edən moda jurnalları, bəzi başlarda hicabın artıq "fərz" olmaqdan çıxıb, bir "tərz "olaraq istifadə ən böyük göstəricisidir.
Artıq insanlar Cənabı Haqqın əmr etdiyini gerçək mənasıyla anlamaq və bunu layiqincə yerinə yetirmək üçün məşğul olmur. Eyni vaxtda həm örtülü, həm də cazibəli necə olunur?
Cəmiyyət içində ucuz və sadə insanlar dərhal özünü müəyyən edir. Şəxsiyyəti ilə deyil, xarici görünüşü ilə özünü göstərmək istəyir. Beyinləri daim kimlərdən daha gözəl görünə biləcəkləri ilə məşğuldur. Ağılları marka paltarların hansılarının bədəni daha gözəl göstərdiyindən, kimin geydiyinin daha cazibədar və bahalı olduğundan başqa bir işə yaramır.
Onsuz da insanların gözəl əxlaqına, doğru sözünə deyil, yalnız paltarına baxaraq qiymətləndirən bu insanlar, təəssüf ki, geyindikləri paltarlardan daha qiymətli olmağı heç cür bacara bilmirlər. Paltar bədənə yaxşı otursun, parça xüsusiyyətləri bir-birini tutsun, rəng ahəngi olsun, dəbdəbəli ayaqqabılar, üzərinə bir də şal, eynək əlavə etdimi - xanım bütün vəzifələrini tamamlamış olar. Dinimizdə ən gözəl xüsusiyyətlərdən olan "sadəlik" və "təvazökarlıq" yerini eqoizmə verən hərəkətlərə, gözəllik yarışına, başqalarına yuxarıdan baxmağa verir. Nəticədə müsəlman cəmiyyətlərin bir qisimində içi tamamilə boşaldılmış bir hicab anlayışı hakimdir. Xüsusilə şəhərlərdə ətraf hicablı çılpaqlarla doludur.
İşin içində savadsızlıq da var... Amma bu, bəhanə ola bilməz. Çünki bir insan pis mühitdə yaşasa belə, bu, inandığı dinin cahili olmasını tələb etmir. Bir azca araşdırdığı təqdirdə nəyin nə olduğunu bilər. Həm dildə bağlı, əslində çılpaq olan birisi məhşərdə: "Allahım, Sən zinətlərinizi örtün demişdin, mən örtülərinizi zinətləndirin anlamışam" kimi bir bəhanəylə ilahi dincliyə gedə bilməyəcək. Onların ən saf və dini məlumatı az olanı belə etdiyinin "səhv" olduğunu bilir. Günah işlədiyi üçün tövbə etməzsə, hansı ayə və hədislərə həmsöhbət olacağını da bilir. Əcəl vaxtının qəflət anına bərabər olub, axirət həyatına nə qədər zərər verə biləcəyini də bilir.
Cənabı Haqq Əhzab Surəsinin 59-cu ayəsində mömin qadınların evlərindən çölə çıxdıqları zaman hicablarını (bədən xətlərini müəyyən etməyən xarici örtüklərini) üzərinə almalarını əmr etmişdir. Məhrəm sərhədlərini isə (naməhrəm yerlərini öz ərlərindən, atalarından, ərlərinin atalarından, oğullarından, ərlərinin ögey oğullarından, öz qardaşlarından, öz qardaşlarının oğullarından, bacılarının oğullarından, öz qadınlarından, yaxud da hələ qadınların məhrəm yerlərinə vəqf olmayan oğlanlardan başqalarına göstərməsinlər) Nur Surəsinin 31-ci ayəsində təyin etmişdir. Yenə eyni ayədə hicabı fərz olaraq yazmış, gələcəkdə insanlar bu əmri tərk etməsinlər deyə "yaxalarından örtəcək şəkildə bağlasınlar" deyilib.
Müsəlmanlığı yalnız şəxsiyyətlərində qalan bir qisim qadınlar bu ayələri heç yoxmuş kimi sayır. Yəni ayədə adı çəkilən (ata, qardaş, dayı kimi haram olmayan) kəslərdən başqa, yad kişilərin yanında da eyni rahatlıqla gəzə bilir. Kimiləri də yad kişilərin yanında örtünür, lakin məhrəmiyyətini örtməsi lazım olan hicabı tam əks bir istiqamətdə - qadına xas istiqamətini ön plana çıxarmaq üçün vasitə olaraq istifadə edir. Saxta göz boyamaqla yalnız özünü aldadır.
Mustafa Kuş
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Şeron Stoun məşhur səhnəni yenidən canlandırdı
Həkimlərə müjdə - maaşları artırıldı!
Sinoptiklərdən xəbərdarlıq: hava çönəcək
Kerem yayılan gizli mesajlarından danışdı
Azərbaycanda səslə idarə olunan mini-kompüterlər yaradılır
Yerə yaxınlaşan "Ölüm asteroidi" təhlükə yaradacaqmı? - Rəsədxanadan CAVAB
Filiz Akının başına 11 tikiş vuruldu-FOTO
Bir aya 10 kiloqram arıqladı - FOTO
Cəlbedici insanların 4 xüsusiyyəti
Başqalarını koronavirusa yoluxduranlar cinayət məsuliyyətinə cəlb oluna bilər - RƏSMİ
Günün qoroskopu: hədiyyə alacaqsınız
HAVA necə olacaq?
Ermənistan mağazalarında Azərbaycan adı
Qurban bayramı ərəfəsində bəzi rayonlardan iribuynuzlu heyvanlar satışa çıxarılmayacaq
Bu telefonlarda Vatsap sabahdan işləməyəcək
Azərbaycan dəmiryolları iş rejimini dəyişdi
Saç tipinə görə daraq seçimi
Kişilərə görə ideal qadının xüsusiyyətləri
Ebru Şallı aylar sonra ilk dəfə
Əgər Allah varsa, niyə şər də var?
Binalara istilik nə vaxt veriləcək?
Xurşidbanu Natəvanın dünyadan köçdüyü gündür
Bu qatarın bileti 2 min dollara yaxındır
Malların saxlanma şəraitinə diqqət edin!
Azərbaycan tarixindən yüz şəxsiyyət-20
“Best Model of the World” müsabiqəsinin ikincisi hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Selfie çəkdirənlər cərimə olunacaqlar
“33 milyon insan epidemiyadan öləcək”
Çobanyastığı maskası
BÜRCLƏR bizə nə vəd edir? - 3 MART
Tatlısəsin evlilik xəbəri yayıldı-FOTO
Qadin.Netlilərin tərcümeyi-halı (2)
"Uğursuz" dahilər
Azərbaycanda bu gün 130 nəfər COVID-19-a yoluxub, 142 nəfər sağalıb, bir nəfər vəfat edib
DKNY-dən milyon dollarlıq ətir
Heyran olacağınız rəsmlər
Evdə hazırlanan darçınlı maskalar
Məhkum öz istəyi ilə 24 saat açıq havada gəzə biləcək
Azərbaycanda yeni telekanal açılır
Azərbaycan prezidenti 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında
Prezident ad gününü belə qeyd etdi-FOTO
Millimizin baş məşqçisi biabırçılığı belə şərh etdi
Miniatür əl işləri
Koronavirusun mənşəyi ilə bağlı AÇIQLAMA
Maksim Allaya xəyanət edir?
ATƏT: Dağlıq Qarabağ münaqişəsi hərbi yolla...
Ağdama sonuncu gedişim...
Antik dünya haqqında səhv bilinən faktlar
Dodaqlara qulluq
Uşaqlar uçun xəz papaqlar
- ŞƏRHLƏR