Sellülit kremləri
Yaz gələndə qadınlar bir az təlaşa düşür: arıqlamaq, sellülit və normal çəkidə olmaq istəyəndə bəzi çətinliklər üzə çıxır. Əlbəttə, qısa zamanda arıqlamaq bir az çətin ola bilər, amma çimərlik mövsümü bu qədər çox yaxınlaşmışkən sellülitlərdən xilas olmaq mümkündür. Heç olmasa sellülitin görüntüsünü azaltmaq əlimizdədir. Texnologiya sanki biz qadınlarınn əmrindədir. Dərhal nəticə verən təsirli üsullar olduğu kimi, bir həftə, on gün içərisində nəticə ala biləcəyiniz gözəllik məhsulları da bazarda mövcuddur. Sellüliti bu qədər şişirtmək lazım deyil. Çünki bu vəziyyət bir az genetik kodlaşdırmanızla da əlaqədardır, zəif ya da kök olmağınız və ya çox idman etməyiniz də bəzən heç bir nəticə vermir. Bazarda olan bir çox məhsul bu dərdimizə çarə tapa bilər. Sellülit kremləri içərisində qadınların ən çox istifadə etdiyi "Vichy"dir. İstifadə edənlərin fikrincə, Vichy Cellu Destock məhsulunu istifadə etmək olduqca yaxşı nəticə verir. Amma bir şey vacibdir ki, hansı məhsulu istifadə etməyə qərar veririksə, sabitlik çox əhəmiyyətlidir. İstifadə şərtləri nədirsə tamı dəqiqliklə yerinə yetirmək vacibdir. Arada bir istifadə edib, nəticə gözləmək düzgün deyildir. Təbii məhsullar, kremlər və gözəllik salonundakı möcüzəvi texnologiya alətlər də sellülit problemimizə kömək edə bilər. Müxtəlif markalardan özünüzə lazım olan sellülit kremlərini seçə bilrəsiz. Sizi xoşbəxt edən bir nəticəyə çata bilmək təəssüf ki, bir az zəhmət tələb edir. Amma hər şeydən əhəmiyyətlsi odur ki,i özümüzə qiymət verməliyik və həyatı özümüzə zəhərə çevirmədən gözəlliyimiz üçün vaxt sərf eləməliyik.
Selülitlərinizə asan yolla qalib gəlin:
• Yeməklərinizə duz yerinə ədviyyat, limon və dadlandırıcılarla dad verməyə çalışın.
• Sağlam bir vücüd əldə etmək, daha az sellülit və daha çox əzələ görmək istəyirsinizsə, məşq edin.
• Qıç, omba və aşağı ətrafları işlətmək üçün aerobika və velosiped təsirli vasitədir. Bunlar həftəlik məşq planına daxil edilməlidir.
• Yoqa və masajla rahatlanın.
• Yağ və sellülitdən xilas olmaq üçün möhkəm bir pəhrizlə məşqi birləşdirin. İdmandan çox istifadə edə bilmirsizsə, tədricən başlayın. Qaçışdan əvvəl yerişi yoxlayın, gündəlik qısa gəzintilərlə məşqi bədəninizə sevdirə bilərsiniz. Unutmayın ki,hər gün minimum 30 dəqiqə məşq fərq yarada bilər.
• Sellülit üçün təsirli kremlərdən və yağlardan istifadə edin. Sellülitdən xilas olmaq üçün kliniki testlərdən keçirilmiş xüsusilə sellülit üçün hazırlanmış dəriyə qulluq məhsullarından yararlanın. Möhkəmləndirən və sellülit aradan qaldıran kremlər sellülitin azalmasına köməkçi olar.
• Vitamin qəbul edin. C vitamini ilə bədəni toksinlərdən qurtarın, hər gün mütləq təzə meyvə yeyin. Vitamin və mineralların sellülit azaldıcı təsirindən faydalanın. Unutmayın ki, vitamin və minerallar eyni zamanda dərinizi işiltılı və qüsursuz göstərəcək.
• Tünd qəhvə, tünd çay, qazlı içki və kola qəbulunu dayandırın. Qəhvə, spirt və siqareti mümkün olduğunca həyatınıza daxil etməyin. Qəhvə yerinə qida dəyəri daha yüksək olan meyvə şirəsi için.
• Tərkibində lif faizi yüksək qida menyusu seçərək toksik maddə atımağınızı asanlaşdırın.
• Mütləq gündəlik içdiyiniz su miqdarını artırın. Bol su qəbul etmək toksinləri bədəninizdən uzaqlaşdıracaq.
• Razyana, alma qabıqları və yaşıl çayı qarışdıraraq hazırladığınız bu mükəmməl bitki çayını gündə ən az 4 dəfə içməyə çalışın.
• Təbii qidalar yeməyə çalışın. Fastfood yemək yerinə, bol-bol yaşıl yarpaqlı tərəvəz, meyvə və yağsız ət yeyin. Mümkünsə hər gün bir dəstə cəfəri, bol-bol kərəviz, kələm və nar yeyin.
• Şirniyə olan tələbatınızı meyvə, meyvə kompotları və südlü şirinlərdən ödəməyə çalışın.
• Yağlı souslardan uzaq durun. Yağın gündəlik kalori qəbulunu məhdudlaşdırın.
• Qızartmalar yerinə soba, buğlama və qaynadılmış yeməkləri seçin.
• Həddindən artıq duz və yağ tərkibli məhsullardan, yağlı sous və yeməklərdən uzaq durun.
XƏBƏR LENTİ
Qadınlar nə istəyər, kişilər nə anlayar?
Keçədən kuklalar (özün düzəlt)
Hamiləliyin əvvəlində yorğunluq hissi
Səmadan şokolad yağdı
Soğan qabığının inanılmaz faydaları
Koronavirusun ağrıkəsicilik xüsusiyyəti aşkarlanıb
Asan qəlyanaltı (foto resept)
Qısa saçlar üçün hörük modelləri
Çağatay Ulusoy reklam təklifini rədd etdi-SƏBƏB
Azərbaycan Müdafiə Nazirliyi: “Motoatıcı alayın komandiri məhv edilib”
“Qanlı Yanvar” Şəhidlər Xiyabanında
DƏHŞƏTLİ İSTİLƏR gəlir: temperatur rekord həddə yüksələcək
Prezident bir qrup hərbçini “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif etdi
Leyla Əliyeva sahibsiz itlər haqqında...
Dırnaqlara qulluq
Bu günün hava proqnozu-01.11.2013
Bu geyimlər qarderobunuzda mütləq olmalıdır
Məzuniyyəti harada keçirməli?
Lampalarda yeni il simvolları
Ayaqlarına görə internet fenomeni oldu - FOTO
İsraildə Azərbaycandakı tolerantlığı əks etdirən fotosərgi keçirilir
Sem Hyuqen ilin ən cəlbedici kişisi oldu
Süfrə nizamı necə olmalıdır?
Adamlardan akkumulyator kimi istifadə edəcəklər
Noxudlu bisküvit (foto resept)
Körpənin duyğuları nə vaxt inkişaf edər
Acun Ilıcalı Şeyma Subaşı ilə barışdı?-FOTO
Hədiyyə qablarından özünə don tikdi
Unitazda çox oturmağın ziyanı - proktoloqlar xəbərdarlıq edir!
İnsan ölüm yatağında bunlara peşman olur
TƏKLİF: Müəllimlər güzəştli kateqoriyaya daxil edilsin
Öd kisəsindəki daşdan xilas olmaq üçün...
Ayda yadplanetli gəmisi tapıldı-FOTO
Noutbuk satışları artacaq
“Qarabağ”ın baş məşqçisi: “Böyük qürurla Ağdamda oynayacağımız ilk oyunu gözləyirik”
Moskvada koronavirusa qarşı peyvəndin kliniki sınaqları başa çatıb
Başlayan doğuşun əlamətləri
Hande Ataizi ərə gedir-FOTO
Neft ucuzlaşdı
Bu Azərbaycan yazıçıları repressiya olunmuşdular
Dalğıc akulanı ölümdən xilas etdi-VİDEO
Putin Azərbaycana hərbi donanma ilə gəlir
Diqqət! Təhlükə var
Demi Murun narkotik asılılığı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Bu da 10 milyonuncu uşağın FOTOSU
Demi Rouz bu dəfə də sevənlərini təəccübləndirdi-FOTO
Müəllimin verdiyi cəza şagirdi öldürdü
Akademik Zərifə Əliyevaya həsr edilən kitabın Stokholmda təqdimatı olub
İslam müqəddəsləri Ramazan ayı və oruc haqqında
Məşhur reperin milyonluq aksesuarları diqqət çəkdi-FOTO
- ŞƏRHLƏR