Əmzik haqqında bəzi həqiqətlər
Körpələr doğumun dərhal ardından əmziyə alışırlar və ayrılmaları uzun müddət çəkir. Ümumiyyətlə 2 yaşına çatana qədər əmzik vərdişini davam etdirərlər. Ancaq bu mövzuda diqqət yetirməli olduğunuz bəzi nöqtələr var.
Əmzik körpənin təbii əmmə instinktini təmin edir, həmçinin ona inam hissi verir. Artıq indiki vaxtda ekspertlər bunları söyləyirlər. Əmzikdən qaçmaq yerinə, bu mövzuda düzgün məlumat sahibi olmaq və əmziyi körpəyə uyğun bir şəkildə vermək lazımdır. Çünki əmziyə alışdırılmayan körpə, bir müddət sonra barmaq əmməyə başlaya bilər. Ancaq uşağınızı əmzikdən döndərmək daha asan olur. Barmaq əmməyə alışınca, uşağın bundan imtina etməsi çox uzun illər alır və damaqda və dişlərdə problemlər ortaya çıxa bilər. Bu səbəbdən körpənizə əmziyi alışdırmazdan əvvəl sizlər üçün hazırladığımız bu yazını oxuyun.
Əmziyi niyə bu qədər sevir?
Əmzik körpələrin təbii əmmə instinkti olduğundan onlar üçün əvəzolunmazdır. Əmmə hərəkəti körpə üçün başlı başına bir məmnuniyyət qaynağıdır. Çünki doğumu izləyən həftələrdə körpənin ən güclü refleksi əmməkdir. Əmzik sayəsində körpə üzərindəki gərginliyi təyin edər, sakitləşər və yuxuya daha asan gedər.
Silikon əmzik yoxsa kauçuk?
Əmziklər kauçuk və silikon olmaqla iki maddədən düzəldilir. Təbii maddə olan kauçukdan hazırlanan əmziklər çox elastik və dayanıqlı olur. Xüsusilə diş çıxardan körpələrdə kauçuk əmzik istifadəyə daha uyğundur. Ancaq kauçuk əmziklerin forması, suyu içlərinə çəkdikləri üçün tez pozulur. Silikon da silisyumdan istehsal olunur. Silikon əmziklərin forması asanlıqla pozulmaz, ancaq diş əziklərinə qarşı dözümlü deyillər. Buna görə silikon əmziklər hələ diş çıxarmamış körpələr üçün daha uyğundur.
Damaqlı yoxsa damaqsız? Damaqsız əmziklər ana məməsini xatırlatdığı üçün körpələr tərəfindən seçilir. Ancaq bu cür əmziklər xüsusilə bir yaşından sonra damağa təzyiq edərək damaq quruluşunu və üst ön dişlərin sıralanmasını poza bilər. Bu cür əmziklərin bir yaşından sonra istifadə edilməsi təklif edilmir.Damaqlı əmzik isə daha ellips və yuxarı doğrudur. Bu anatomik şəklinə görə 2-3 yaş arasında belə rahatlıqla istifadə edilə bilər. Damağa tamamilə adaptasiya olunduğundan, hər hansı bir deformasiyaya səbəb olmaz.
Gecə də istifadə edilə bilərmi?
Doğrusu, körpələri gecələri əmziksiz yatırtmaq daha çətin olar. Körpə əmziksiz yuxuya gedə bilmirsə, damaqlı əmzik seçməlisiniz. Körpə yuxuya getdikdən sonra isə onu oyandırmadan əmziyi ağzından almalısınız.
Şəkər batırmaq olarmı? Əmziyi körpəyə vermədən əvvəl şəkərə və ya bala batırmaq yanlış bir vərdişdir. Bu hərəkət körpənin diş diblərini zədələyər və diş çürüklərinə səbəb olar. Bundan başqa, buna alışan körpə, ağzında davamlı şirin bir dad almaq istəyə bilər. Körpələrin qalıcı olmayan süd dişlərinə də qulluq çox əhəmiyyətlidir. Əgər bunlara yaxşı baxılmazsa dərhal altlarında olan qalıcı dişlər də zərər görə bilər.
Əmzik necə təmizlənməli?
Əmzik təmizliyi çıxarıldığı vəsaitə görə dəyişir. Kauçuk olanlar xüsusi bir dezenfektan maddə köməyi ilə soyuq sterilizə edilməlidir. Silikon olanlar isə isti üsulla də steril hala gətirilə bilər. Əmziklərin davamlı təmiz dayanmasını istəyirsinizsə, təhlükəsiz bir sancaq ilə uşağın paltarına tutdurun və beləcə davamlı yerə düşməsini əngəlləyin.
Əmzik hansı yaşda buraxılmalı?
Ümumiyyətlə əmziyi 2 yaş ətrafında buraxılması lazımdır. Əgər bu yaşda uşaq əmziyi buraxmaq istəmirsə bir az daha gözləmək mümkündür. Ancaq bu əsnada əmzik istifadə vaxtının davamlı azaldılması lazımdır. Bu dövrlərdə əlinə dişləməsi üçün təzə tərəvəz verə bilərsiniz. Ancaq onu əsla bir şeylər yeyərkən tək buraxmayın. Hər nə şərtdə olursa-olsun, 4 yaşına qədər əmzik vərdişinin aradan qaldırılması lazımdır. Uzun müddət əmzik istifadəsi qulaq iltihabına və diş quruluşunun pozulmasına səbəb ola bilər.
XƏBƏR LENTİ
Geyim kombinasiyaları
Balıq yedikdən sonra süd içmək olarmı?
Can Yamanın Saç Stili TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Cəbhədə güclü atışma başladı
BÜRCLƏR bizə nə vəd edir?-30 dekabr
Evdə işləmək...
Yeni ildə maraqlı anlar şəkillərdə
Tarixin ən bahalı 5 telefonu - SİYAHI
Nə üçün xiyar yeməliyik?
HAVA necə olacaq?- 7 MART
Pulu uşağa necə tanıtmalı?
"İşğal olunmuş torpaqların geri qaytarılmasına ümidlər artıb"
Vanqanın xəbərdarlığı şok yaratdı
Almaniyada Xocalı abidəsi ucaldılacaq
Qızı ilə eyni yaşda görünən qadının gözəllik sirləri
Azərbaycanda ali məktəbə yeni rektor TƏYİN EDİLDİ
DİN-dən hərbi vəziyyət və komendant saatı ilə bağlı ÇAĞIRIŞ
Gündəlik dəri təmizləyici maskalar
Balaca mələklərimiz üçün...
Dünyada ilk elastik smartfon yaradıldı - VİDEO
Hava Nəqliyyatında polis işləmək istəyənlərin nəzərinə
Məişət zəmnində baş verən cinayət hadisələrinin qarşısı necə alınmalıdır?
Kreditlə həyat: yaxşıdır, yoxsa pis?
Qazi ananın şəhid oğlu - VİDEO
Günün ulduz falı
Serenaydan sevənlərinə pis xəbər
Həftənin ilk iş günü Azərbaycanda hava necə olacaq?
Danimarkada qəribə hadisə: Koronavirusa görə öldürülən su samurlarının cəmdəkləri basdırıldıqları yerdən çıxdı
"Spartak" tortu (foto resept)
Məşhur endokrinoloqdan CİDDİ XƏBƏRDARLIQ
"Miss Pakistan-2012" qəzada öldü-FOTO
Birlikdə və ya ayrı?
Cütlüklər arasında güclü bağlılıq olduğunu göstərən əlamətlər
Məktəbəqədər idrak inkişafı standartları(3-4 yaş)
Cennifer Lopez öz kosmetik brendini yaradıb
Azərbaycanda 28 min uşaq bu xəstəlikdən əziyyət çəkir
Dünyaca məşhur cütlük boşanır
Böyrəyinizi itirmək istəmirsinizsə, oxuyun
Ordumuzda yenilik
Olimpiya oyunlarından YENİLİK
Kədərli qadının əhvalını yüksəldəcək 5 məsləhət.
Məişət tullantılarından inqubator icad edən azərbaycanlı-FOTO
Dünyanın ən rəngli yerləri
Qızılı xətli dırnaq boyasının hazırlanması
Putin 14 generalını işdən qovdu
Ayağı yaralamayan ayaqqabını necə seçməli?
Kökəlmək üçün sınanmış məsləhətlər
Ərzaqların kaloriya miqdarı
Evə qulluqçunu necə tapmalı?
Pəhriz saxlamaq nə üçün çətindir?
- ŞƏRHLƏR