Tərbiyə hər yaşda var, 7-də, 70-də də. Başqasını tərbiyə etmək, özünü tərbiyə etməkdən başlayır. Özünü tərbiyə edə bilməyənin verdiyi tərbiyə əksər hallarda uğursuz olur. Tərbiyə səhvdən qaçmaqdır, doğruya yönəlməkdir, özü ilə mübarizədi ,təmizlənməkdir, arınmaqdır, saflaşmaqdır,gözəlləşməkdir...
Alimlər deyirlər ki, uşağın dünyagörüşü ağ vərəq kimidir, ora istədiyin sözləri yaza bilərsən, ancaq bir məsələ də var ki, hər uşağın imkanları və potensialları eyni olmur.
Təmizlik iki müstəvidə olur: maddi və mənəvi. Hər biri də ciddi tərbiyə tələb edir. Əl-üzümüzü, üst-başımızı su ilə, sabunla təmiz yuduğumuz kimi, mənəvi dünyamızı da səmimi etirafla, üzrxahlıqla ,tövbə ilə təmizləyə bilərik. Özümüzdən başlamalıyıq ki, başqalarını da tərbiyə edə bilək.
Başlayaq mənəvi təmizlikdən. Əgər bir ailədə valideyinlər uşaqları eşidə-eşidə qonşunun arxasınca danışırlarsa, sonra da həmin qonşu ilə rastlaşanda üzlərinə səmimiyyət maskası taxaraq şirin-şirin söhbət edirlərsə, onların verildiyi tərbiyənin heç bir təsiri olmayacaq. Hələ bəlkə həmin uşaq valideynin o qədər də səmimi olmadığını düşünəcək.
Əsl tərbiyə sözlə olmur, gözlə olur. Yəni, uşaq etdiyinə yox, gördüyünə inanır. Eşitdiyindən daha çox gördüyündən dərs alır. Etiraf üzrxahlıq mədəniyyəti tərbiyədə çox mühümdür. Səmimi insan öz səhvi üçün uşağından üzr istəməkdən çəkinməz. Bu qarşı tərəfi tərbiyə etməyin ən gözəl yoludur. Üzr istəmək əskiklik deyil, təmizlənməkdir, dürüstlükdür, böyüklükdür.
Mənəvi təmizlik söhbətini istədiyimiz qədər uzatmaq olar, ancaq bircə onu qeyd edim ki, başqasını tərbiyə özünü tərbiyədən başlayır.
İndi də maddi təmzilik və bu istiqamətdə tərbiyədən danışaq. Maddi təmizlik valideyinlərdən başlayır və mərhələlərlə davam edir. Körpənin yaxasından asılmış təmiz dəsmaldan tutmuş, onun yatağındakı təmiz mələfəyə qədər hər şeyin tərbiyəyə birbaşa adiyyatı var.
Təmizlik tərbiyəsi kompleks bir işdir və gün boyu davam etdirilməlidir. Uşaq yuxudan duran kimi, düşündüyü ilk iş təmizlik olmalıdır. Yatağın yığışdırılması, otağın səliqəyə salınması, əl-üzün yuyulması, dişlərin fırçalanması, saçları daramaq, dırnaqları tutmaq, paltarları ütüləmək, ayaqqabıları təmizləmək tərbiyənin müəyyən çalarlarını ifadə edir.
Bəzən ana canıyananlıq edərək uşağın görməli olduğu işləri öz boynuna götürür. Uşağın yatağını yığışdırır, paltarlarını yerindən asır, masasının üstünü səliqəyə salır, ayaqqabısını təmizləyir və.s. Etiraf edək ki, fədakarlığı ilə xarakterizə olunan Azərbaycan anasının bu cür davranışları əksər hallarda uşağın təmizlik tərbiyəsinə pis təsir göstərir. Analar ona nail olmalıdırlar ki, uşaq hec kimdən kömək gözləmədən süpürgəni, ya da tozsoranı götürüb yatağının yanını təmizləməyi adət etsin, paltarlarını ütülüməyəi öyrənsin, təmizliyi özünün həyat standartına çevirsin.
Təkcə əl üzün, üst başın deyil, ətraf mühitin də təmizliyinə çalışmaq hər birimizin insanlıq borcudur. Təmizlik gözəllikdir ,insanlığın ən mühüm şərtlərindən biridir. Təmiz olmaq və təmizliyi yaratmaq bizim ən mühüm insanıq borcumuzdur. Uca Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s) heç sevmədiyi 4 xüsusiyyətdən birinin pintilk olduğunu bildirir. Bu bilgi bizə təmizliyin dinimizdə necə həssas məslə olduğunu ortaya qoyur. Bütün ibadətlər insanın mənən, cismən təmizliyi üçündür. Allah bizi təmiz olaraq yaradır və təmiz qalmağı öyrədir.
Təmiz olaq, təmiz olmağı təbliğ edək ki, Allah da bizə təmiz olmağı nəsib etsin...!
XƏBƏR LENTİ
Pis xatirələri yuxuda yaddaşınızdan silin
Qarışıq içlikli mantı (foto resept)
Ana müqəddəs varlıqdır
BMT-dən XƏBƏRDARLIQ: "Dünyanın üzərini qara bulud alıb"
Qeyri-adi evlər
Ebola virusunun aşkar olunması üçün iki yeni test
Futbolçu canlı yayımda evlənmək təklif etdi
Damar sağlamlığı haqqında bilməli olduqlarınız
Ziyafət geyimləri
Bakıda 3000-ə yaxın müəllimin maaşı artırıla bilər
Ay bu yükün yiyəsi
Azərbaycanda bu il ərzində qar ehtiyatının ən çox düşdüyü ərazilərin adları açıqlandı
Hind mətbəxindən bir nümunə (foto resept)
Sevgililər gününə nə hədiyyə etməli?
"WhatsApp"dan möhtəşəm yenilik
Afrikanın soyq ölkəsi. Kralın toyu - FOTOSESSİYA
Emin Ağalarov qarda çimdi – FOTO
Batumiyə avtobusla getmək istəyənlərin nəzərinə
İlan dərisindən bikini geyindi-FOTO
Just for girls
“YouTube”un bu yeniliyi ürəyinizcə olacaq
Bayram bazarlığını haradan etməli?-SİYAHI
Bu gün Bakıda yüksək temperaturla məktəbə gələn şagird olub?
ABŞ-ın sabiq birinci xanımı vəfat etdi
Gözə gözəl makiyajın 5 yolu
13 yaşlı uşağın zarafatı ölkəni ayağa qaldırdı-FOTO
Tərbiyədə səbrin rolu
Adları göy cisimlərinə verilmiş azərbaycanlılar - SİYAHI
İjevsk salatı
Gözəl dırnaqlar
Sabahın HAVAsı
Dəyərsiz bildiyiniz köhnə telefonların tərkibində qızıl var
Buxar maskasının faydaları
Hikmət Hacıyevdən beynəlxalq ictimaiyyətə çağırış: “Fərqə baxın”
Çavuşoğlu Lavrovla Dağlıq Qarabağ məsələsini müzakirə etdi
Neftçi" Avropa Liqasında!
Düşmən cəbhə xəttində atəşkəsi 23 dəfə pozdu
Günün ulduz falı
Prezidentdən nazirliklə bağlı fərman
Kəsmikli alma ( foto resept)
Koronavirusun müsbət tərəfləri açıqlandı - NƏLƏRİ DƏYİŞDİ?
Taksi də bahalaşdı. Bundan sonra nə olacaq?
Lobyalı tort (foto resept)
2016-cı ildə hansı bürcü nə gözləyir?
Parlaq və ləkəsiz dəri üçün maska
Gözəl saç aksessuarları
Bu nənəni 2 milyon nəfər izləyir - FOTO
Məşhur modelyer Hadiseni tənqid etdi-FOTO
Ekspertdən Ermənistanla bağlı bədbin proqnoz
Kişi ətiri seçərkən nəyə diqqət etməli?
- ŞƏRHLƏR