Sən pissən, o yaxşıdır... Evdə uşağın qəlbini qırmaq üçün bircə dəfə “filankəsin uşağı filan işləri görür, ancaq sənin əlindən bir şey gəlmir ” demək kifayətdir. Bir də ki, qəlb qırmağa nə var ki? Ancaq bu cür ittiham təkcə qəlb qırmır, başqasına qarşı həsəd hissi də doğurur. Sən o “filankəsin uşağını” öz uşağından üstün tutanda övladının ürəyində qara qanlar axır, özünü bir növ yalqız hiss edir:”güvəndiyi dağlara qar yağır ”. Bir həqiqəti də etiraf edək ki, övlad tərbiyəsi məsələsində çox böyük problemlərimiz var.
Uşağı şəxsiyyət kimi böyütmək, onda həqiqət, ədalət hissini tərbiyə etmək hər bir valideynin ən böyük vəzifəsidir. Ümumiyyətlə, uşaqları bir-biri ilə müqayisə etmək heç də arzu olunan hal deyil. Çünki bütün hallarda biri inciyəcək və inciyəndən sonra da təbii ki, küsəcək. Heç başqa uşaq olmasın, qardaşları və ya bacıları belə müqayisə edərək, birini o birindən üstün tutmaq doğru deyil. Əgər uşaqlardan birinin hansısa yaxşı bir cəhətini vurğulamalı olursunuzsa, o birinin də yaxşı bir cəhətini tərfiləyin ki araya qısqanclıq düşməsin. Yoxsa uşağın bir-birini qısqanması çox adi haldır. Sizin yanaşmanızda da məhz o cəhət ön planda olmalıdır ki, uşaqlar arasında ayrı-seçkilik olmasın.
Çünki ayrı-seçkilik olsa, mütləq qısqanclıq olacaq. Ümumiyyətlə, bu müqayisə komplekslərindən uzaq olmalıdır. əni, filankəsin uşağı hansısa məsələdə sizin uşağınızdan bacarıqlı olsa da, əmin olun ki, sizin uşağınızın da ondan üstün tərəfləri var. Bütün bunlar bir tərəfə qalsın, sizin uşağınız elə sizin uşağınızdır. Bu bir düstur kimi beyninizdə, ağlınızda olmalıdır. Bir məsəl var: “Qurbağaya deyirlər, dünya, gözəli kimdir, öz balasını göstərir” Çox görmüşük ki, insan öz uşağı üçün malından da keçir, canından da... Bəs necə olur ki, ortada ciddi bir problem olmadığı halda “filankəsin uşağı səndən yaxşıdır” deyib o məsum, o təmiz qəlbi qıra bilirsiniz.
Axı, o, sizinlə qürrələnir, sizi özünün sarsılmaz dayağı, arxası hesab edir. Hansımızın qüsuru olmayıb ki?! Lap elə indinin özündə də hansımız qüsursuz olduğunu iddia edə bilər? Təbii ki, uşağınızın da səhvləri, xətaları olacaq. Sizin vəzifəniz tərbiyə etməkdir, ancaq qəlbini qırmadan, incitmədən, küsdürmədən... Nə edirsiniz-edin, onu küsdürməyin, kiminləsə müqayisə edib, qəlbini qırmayın. Onun qəlbi hələ ləkə nədir bilmir. Hələ qar kimi ağappaq, tərtəmizdir və adi bir söz də orada dərin yaralar aça bilər...
XƏBƏR LENTİ
Xərçəngin müalicəsi tapıldı - Türk alimdən İNQİLABİ ADDIM
Dəbdəbəni sevən xanımlara
Sadə peçenye (foto resept)
Demi Murun cadulu qalstuku-FOTO
Bakıda bu gün məşəl hansı yollarla daşınacaq? (ÜNVANLAR)
"Avtoşluq": harınlıq, yoxsa əyləncə?
Bakıda pərdəli maşın tamaşası
Məşhur cütlüyün ayrılıq səbəbi məlum oldu-XƏYANƏT
Azərbaycan klubunda səssiz qadağa
Azərbaycana Hollandiya və Fransadan keçilər gətirilib
Məşhur futbolçu koronavirusa yoluxdu
Uşaqlar üçün bayram kostyumları
Azərbaycanda qış ayında yaz havası
Murad Boz Təhsil sisteminə 250 min bağışladı
Uşaqlara xoş mesajlar verən filmlər
Meyvə qurusu daha faydalıdır
Məşhur türk aktyoru Həbs Olundu-SƏBƏB/FOTO
Zolaqlı badambura (foto resept)
Rusiyanın baş hərbi prokuroru Türkiyədən yardım istəyir
Hamı bu möcüzədən danışır
Həftənin ilk iş günü yağışlı olacaq
Düyü pəhrizi
Kraliçaya "Bahar qızı" hədiyyə olundu-FOTO
Şahbaz Quliyev 4 aylıq fasilədən sonra ailəsinə məktub yazıb
NASA kosmosda ilk cinayət işi ilə bağlı təhqiqat aparır
Hadise 1 milyon itirdi
Şabalıdlı şirniyyat (foto resept)
Qar yağacaq
Qırmızı banan olduğunu bilirdinizmi?
Xəyalınızdakı dəri üçün maskalar
Baş nazirdən İlham Əliyevin təşəbbüsü ilə bağlı QƏRAR
ÜST koronavirusun ağır formasının müalicəsi üçün effektiv preparatın adını açıqladı
Görkəmli xalq artistimizin ad günüdür
Koronavirus xəstələri üçün ən təhlükəli dövr açıqlandı
Hidrogen avtobusları xəttə buraxıldı
Ağdam rayonu işğaldan azad olundu
Malayziyaya vizasız gedəcəyik
Fahriye Evcen telefonlardan imtina etdi-SƏBƏB
Dünyanın ən güclü qızı ilə tanış olun
Gülben Ergen ilk dəfə onunla-FOTO
Qırılan dırnaqlardan xilas ol
Düyü qadın sağlamlığı üçün çox faydalıdır
Kıvanç Tatlıtuğ yeni paylaşımı ilə gündəmi silkələdi - FOTO
Təsdiqləndi: Saç boyası xərçəng yaradır
Azərbaycanda prezident seçkilərində 87 ölkədən müşahidəçilər iştirak edəcək
Azərbaycanda koronavirusa yoluxan həkimlərin sayı açıqlandı - RƏSMİ
Filmlərin dublyajından razısınız?
Günün qoroskopu: prioritetləri müəyyənləşdirin
Azərbaycanda yaxın üç gündə hava necə olacaq?
Şəhid anası: “Mən Cəbrayılda rahat gəzə bilərəm, balam orada şəhid olub” - VİDEOREPORTAJ















- ŞƏRHLƏR