Uşaqlıq dövrü davranış problemləri
Yalan danışmaq
Növbəti davranış problemi yalan danışmaqdır. Yalan danışmaq qarşısındakı insana səhv məlumat vermək məqsədilə qəsdən ortaya qoyulan aldadıcı davranışdır. İnsan daxili dünyasını təhdid edən xarici təsirlərdən qorunmaq üçün yalan danışır. Uşaqların yalan danışması eynilə gənclərin yalan danışması qədər özünü və daxili dünyasını qorumaq üçündür. Uşaqların xəyal ilə həqiqəti ayırmadıqları dövr məktəb illərinin başlanması ilə sona çatır. Ancaq bu dövrdən sonra uşaqların reallığa uyğun olmayan sözləri yalan adlandırılır. İdman ayaqqabılarının harada olduğu soruşulduqda Fərid onları kiminsə məktəbdəki bədən tərbiyəsi otağından oğurladığını söyləmişdi. Halbuki, anası bir‐iki gün sonra evi təmizləyərkən ayaqqabıları Fəridin yatağının altından tapır. Aişənin anası yolda qızının rəfiqəsinin anası ilə qarşılaşır. Ondan öyrənir ki, Aişə atasının polis olduğunu demişdir. Əslində Aişənin atası polis deyildir.
Ailə uşağının yalan danışdığını bildiyi anda verilməli bir çox cəza növləri haqqında düşünə bilər. Zəruri olan ilk şey belə bir vəziyyətdə sakit olmaq və uşağın bu yalanı niyə söylədiyinin cavabını tapmağa çalışmaqdır. Uşaqların yalanlarının müəyyən tipləri vardır, ən çox yayılan tipi araşdırıcı yalandır. Araşdırıcı yalanlar uşağın müstəqilliyə doğru ilk və utancaq bir addımıdır. Uşaq yalan danışmanın necə bir şey olduğunu tapmaqda və sərhədləri yoxlamaqdadır. Uşağın inkişafı baxımından bu tip yalanlar normaldır. Uşaqlarda daha çox rast gəlinən bir başqa yalan isə pis bir hərəkət etdiyini gizlətməsidir. Uşaq düzgün hərəkət etmədiyini bilib ortaya çıxarsa, cəza alacağından qorxduğu üçün yalana müraciət edəcək. Digər yalan tipi də aldadıcı yalanlardır. Bu, uşağın daha çox etibarlı olmaq istəyindən irəli gəlir.
Bəzən belə uşaqlar dost qazanmaq, insanlara təsir etmək niyyətində olurlar. Daha çox müvəffəqiyyət qazanan, yaxud da daha çox sevilən bacı, qardaş, dostunun olduğunu düşünən uşaq özündə bu hərəkəti etməyə ehtiyac hiss edir. Son yalan növü isə uşağın gördüyü yuxu haqqında dediyi yalanlardır. Məsələn, Lalə etdiyi hər səhv hərəkətdən sonra bunu görünməyən bir cücənin etdiyini söyləyir. Belə bir vəziyyətdə ana‐atanın “o cücənin məsuliyyəti sənə aiddir, bu işi etməyinə mane ola bilmirsənsə, o zaman onun almalı olduğu cəzanı sən alacaqsan” şəklində münasibət bildirmələri kifayət edəcəkdir.
Yalan ortaya çıxdıqdan və səbəbi aydın olduqdan sonra cəza mövzusu başlanır. Ana və ata uşağı intizama dəvət etməli, ona xəbərdarlıq etməli, bu hərəkətlər təkrarlandıqda ona verilən cəzalar uşağın yaşına və dözümlülüyünə müvafiq olmalıdır. Məsələn, uşağı xoşladığı bir şeydən müəyyən müddət məhrum etmək də cəza növünə aiddir.
Yalanın növləri
Həqiqəti gizlətmək üçün deyilən yalan
Məsələn, uşaq, kitabını özü cırdığı halda bunu sinif yoldaşının boynuna atır. Yaxud xərcliyini itirdiyi halda başqa bir şəxsi oğurluqda ittiham edir. Əslində belə bir yalana müraciət edən uşağın problemini anlamaq çətin deyil. O, cəzadan, atasından və s. qorxaraq bu yalanı söyləyir. Əgər uşaqlar cəzadan, ya da atasının qorxusundan yalana müraciət edirsə, bu işin səhvi təkcə uşaqda deyil. Bu davranış ataların uşaqları ilə münasibətdə göstərdikləri sərtlik və şiddətdən irəli gəlir.
Öz mənlik və şəxsiyyətini sübut etmək məqsədi ilə deyilən yalan
Bəzi uşaqlar belə bir yalana tez‐tez müraciət edirlər. Bu, onların özlərini isbat etmək və valideynin tərif və minnətdarlığını qazanmaq istəyindən irəli gəlir. Məsələn, uşaq yalandan dərsdən əla qiymət aldığını söyləyə bilər. Valideynləri yekun cədvəlini istədikdə isə uşaq həqiqəti gizlətməyə çalışaraq – “Cədvəl hələ verilməyib” – kimi başqa bir yalanı uydurar. Bəs bu növ yalanın müalicəsi nədir?
Bunun müalicəsi bəsit və sadədir. Bu növ yalana müraciət edən uşağın mehribanlıq və məhəbbət hiss etməsinə ehtiyacı var. O, daha çox davamlı surətdə mükafatlandırılmalı və ruhlandırılmalıdır.
Şər və incidici yalan
Burada uşağın əvvəlcədən planlaşdırdığı yalan nəzərdə tutulur. O, əvvəlcədən bu yalanın digər şəxsə ziyan verəcəyini bilir, lakin bunu edir. Məsələn, özü etdiyi işi başqasının üstünə yıxır, ona böhtan atır. Bu problemi uşaqların diqqətini daha faydalı işlərə yönəltməklə həll etmək olar.
Təqlid etməklə deyilən yalan
Uşaqlar digər bir səbəbdən də yalana müraciət edə bilərlər. Məsələn, valideynlərini təqlid eləməyə çalışa bilərlər. Kiçik ailələrdə böyüyən uşaqlar daim diqqət mərkəzində olmağa alışdıqları üçün böyüdükdə və cəmiyyətdə əlaqə dairələri genişləndikdə yalana müraciət edirlər. Ona görə də uşaqların yanında yalan danışmaq olmaz. Onlar bunu özlərinə qayda edərək digərləri ilə də belə rəftar edəcək və ya da üzləşdikləri hər hansı bir problemdən xilas olmaq üçün ilk növbədə bu yola əl atacaqlar.
Xüsusiyyətləri
2 cür yalan danışmaq var.
• Bilərək yalan danışmaq (Patoloji yalan): Bu halda uşaq nəyisə əldə etmək üçün yalan danışır. Ola bilməyəcək şeyləri başa salmaq, olmuş hadisəni böyütmək, heyrətləndirici bir şey söyləmək uşağı sevindirir.
• Bir uşaq müəyyən bir səviyyəyə çatmalıdır ki, yalan danışsın. Uşaqların yalan danışmağa necə başlamaları haqqında olan fikirlər mübahisəli olsa da belə, bir ümumi qənaət var ki, uşaq başqa insanların fikirlərini öyrəndikdən sonra yalan danışmağa başlayır.
• Bəzi alimlərə görə, uşaq 3 yaş yarımına qədər başqa insanların fikirlərindən xəbərsizdir. Bu yaş dövründəki uşaqların aldadıcı davranışları böyükləri sevindirmək, ya da cəzalandırılmamaları üçündür. Bir təcrübəyə dayanaraq tərbiyəçi 3 yaşındakı uşaqlara masanın üstündəki oyuncaqlara baxmamalarını tapşıraraq otaqdan çıxır və 5 dəqiqədən sonra geri qayıdır. Uşaqlardan oyuncaqlara kimin baxdığını soruşur. Uşaqların 85%‐i oyuncaqlara baxmışdır. Ancaq sadəcə 35% baxdığını etiraf edib. Oğlan uşaqlarına nisbətən qız uşaqlarının aldatma qabiliyyəti daha çoxdur. Onların bu aldadıcı davranışlarını tutmaq oğlan uşaqlarına nisbətən daha çətindir. Ən maraqlısı isə odur ki, yalan söyləyən uşaqların siması doğru danışanlarınkından daha günahsızdır. Cavab verməyən uşaqlarda qayğı hissi daha çoxdur.
• Uşaq yalanları böyüklərinkindən fərqlənir. Uşaq yalanlarının dərinliyi zəifdir. Uşaq bu davranışının nəticəsini təyin edə bilmir.
• Balaca uşaqların yalanları məsumdur, safdır. Söylədikləri yalana inanırlar. Böyüdükcə, evdəki qadağalar artdıqca yalanlar çoxalır.
• Uşağın məktəbəqədərki yalanları üçün narahat olmağa dəyməz. Çünki o yaşa qədər uşaqların xəyal gücü çox çalışır. Uşaq xəyali dostlar və xəyali hadisələr yarada bilər.
• Məktəb çağına gəlmiş uşaqlar qarşısındakının fikirlərindən xəbərdar olduqları üçün onları istiqamətləndirməyə və daha yaxşı aldatma üsullarından istifadə etməyə başlayırlar.
• 7 yaşlı uşaqlar yalan danışmaqla səhv hərəkəti ayıra bilirlər, amma bu iki davranışı yalan deyə qəbul edirlər. 8‐9 yaşında uşaqlar səhvi və yalanı ayrı‐ayrı qiymətləndirirlər. Amma 10 yaşında uşaqlar yalanın bilərək və planlaşdırılaraq işlənilən bir səhv olduğunu dərk edirlər.
• Uşaq məktəbə getməyə başlayanda ailənin həqiqətləri qəbul etmədiyini görür. O, evdəki öyrədilən tərbiyənin həyatda ziddiyyətlərini görəndə çaşbaş qalır. Bir tərəfdən də ailədəki hadisələri sirr olaraq tutmağı öyrənir.
• Yetkinlik çağının son illərində şəxsiyyət olmağa çalışan gənclər ana və atasından asılı olmayaraq qərar qəbul edərkən yalan söyləyirlər.
• Alimlərə görə, ağıldan kəm olan uşaqlar məntiqə uyğun olmayan yalanlar, normal və çox ağıllı olan uşaqlar isə məntiqə uyğun yalanlar söyləyirlər.
• Yalan söyləyən uşaqlar əksər halda problemli böyüyürlər. Ailəsində xoşbəxt olan uşaqlar cəmiyyət tərəfindən qəbul olunmuş yalanlar danışırlar.
• Qızların yalanı oğlanlara nəzərən tərəfsiz olur.
• Tədqiqatlara görə, yaş artdıqca oğlan uşaqlarında oğurluq, dalaşmaq və yalan danışmaq kimi mənfi davranışlar artır. Xüsusilə, xroniki yalan danışmaq onların narkotik maddələrdən istifadə etməsinə gətirib çıxarır.
Səbəblər
Tədqiqatlara görə, psixoloji cəhətdən insanlar arasındakı fərqliliklər həqiqətləri söyləmə səviyyəsinə təsir edir və yalan danışmaq vərdişi irsi yolla uşaqlara keçir. Yalan danışmayan, demək olar ki, yoxdur. Yalanı uşağa yaşadığı cəmiyyət öyrədir və inkişaf etdirir. Uşaq təqlid etməklə, böyükləri və həmyaşıdlarını müşahidə edərək yalan danışmağı öyrənir. Ana‐ata bir‐birlərinə və ya uşağa yalan danışırsa, yalanlar çoxalır. Çox vaxt cəmiyyət ağıllı yalançıları dəstəkləyir, amma yalana məruz qalmış insanları sadəlövh olmaqda günahlandırır.
Uşaqlar həsrətlə baxdıqlarının doğru olmasını istədiyi şeylər üçün yalan danışırlar. Anasından ayrı yaşayan uşağın anasının hər gün ona “səni axtarıram” deməsi, atasız böyüyən bir uşağın atasıyla bərabər keçirdiyi vaxtlarından danışması və s. Yalan danışan uşaqlar xəyallarının gerçəkləşməsini arzulayır.
Hərəkətlərinə qarışılan, davranışları müzakirə edilən uşaq səhv etməkdən, cəmiyyətdə alçaldılmaqdan qorxur. Bu vəziyyətdəki uşaqlar ailəsi tərəfindən danlanmaması üçün yalan danışırlar. Məsələn, çarpayını yığdın? “Bəli, yığdım”, – deyə cavab verən uşaq valideyn tərəfindən cəzalandırılmamaq və məsuliyyətdən qaçmaq üçün yalan danışır. Uşaq ailədə kifayət qədər sevgi görməyəndə yalan danışmağa başlayır. Təriflənmək üçün də yalan danışılır. Gənclər özünə inamını inkişaf etdirmək üçün başqa yollara baş vurur. Amma uşağın yolları azdır və bu vəziyyətlərdə yalan danışmağa başlayır. Ana və atanın gözlədiyi müvəffəqiyyət əldə edilmədikdə, uşaq yalan
danışır. Ailəsinə bağlı olan uşaqlar onları incitməmək, kədərləndirməmək üçün yalan danışır.
Valideynlərin səhv davranışlarına görə uşaq daxilinə qapanır. Ona görə də bəzən həqiqət deyil, yalan söylənilir. Bundan əlavə, yalan öz ətrafında səviyyəsini itirmə və ya səviyyə qazanma üçün söylənilə bilər. Tədqiqatlar göstərir ki, sosial və iqtisadi vəziyyətdən asılı olmayaraq, yalan söyləmək mümkündür. Mənlik hörmətini qorumaq üçün yalan söylənilir. Bu vəziyyət o insan üçün bir növ qoruma mexanizmi olsa da, əslində, insanın özünü aldatmasıdır. Başqalarına görə, özünü güclü və üstün hiss etmək üçün yalan söylənilir. Professor Dok.Üstün Dökmenə görə isə, yalan danışmağın əsas səbəbləri böyüklərdir: "Əgər uşağımız yalan danışırsa, bu o deməkdir ki, yalan deməyəcək qədər güclü bünövrəsi olan uşaq yetişdirməmişik. Yalandan istifadə etməyəcək qədər güclü bünövrəsi yoxdursa, bu, bir az onun, bir az da bizim günahımızdır. Uşaqlarımız bəzi səhvlərini yalan demədən açıq bir şəkildə ifadə etdikdə
bunu təmkinlə qarşılayırıqmı? Çox vaxt yox. Ən azından bəzilərimiz bu səmimi etiraflar qarşısında ya qışqırırıq, ya da ürəyimiz gedir. Bu
davranışlarımızla uşaqlarımızı istəmədən yalan danışmağa sövq edirik. Biz böyüklər öz haqlı səbəblərimizə əsaslanaraq – bəzən uşaqlarımızın önündə başqalarına yalan deyirik. Bəzən də “onlara kiçik müqəddəs yalan danışmaq olar”, – deyə uşaqlarımıza yalan deyirik. Elə gün gəlir ki, bizim xüsusi hallarda yalan dediyimizi başa düşürlər. Onlar da bəzi vəziyyətlərdə – öz haqlı səbəblərinə görə – yalan danışmağa başlayırlar (“uşaqlara kiçik müqəddəs yalan danışmaq olar” fikri çox səhv fikirdir)".
Təkliflər
Valideynlər çox vaxt uşaqlarına qarşı müəyyən qadağalar qoyurlar ki, bu da uşaqların ətrafına olan maraq tələbatının ödənilməməsinə səbəb olur. Ona görə də çalışmaq lazımdır ki, uşaqların həyatına qoyulan məhdudlaşdırmalar azaldılsın.
Bəzən isə uşağın hansısa hərəkətini “polis” kimi sorğulayan valideynlər “doğru söyləsən, cəza verməyəcəm” deyir, lakin uşaq doğrunu söylədikdən sonra sərt reaksiya ilə qarşılanır. Doğru sözün qarşılığında incidilir və beləliklə, uşaqlarda doğru danışmağa qarşı mənfi münasibət yaranır, yalanı isə doğrudan üstün tuturlar.
Uşaqlar nəzarət edərkən də onların yalan danışmasının qarşısını almaq olar. Məsələn, uşağa “ev tapşırığını bitirdinmi?” – deyə soruşmaq əvəzinə “tapşırığını görmək istəyirəm” – deyin. Belə nəzarət forması uşağın həm ev tapşırığını düzgün yerinə yetirməsini təmin edər, həm də nəticəsindən çəkindiyi üçün yalan danışmaz.
Bundan başqa uşaqlara tək valideyn yox, həm də onlara dost olmağı bacarmaq lazımdır. Uşaqlarla elə münasibət qurmaq lazımdır ki, onlar özlərinin istəklərini, çətinliklərini, narahatlıqlarını valideynləri ilə bölüşə bilsinlər. Uşağı dinləmək və həll yollarını özünün tapmasına yardımçı olmaq lazımdır.
Ana və atanın uşağın yalan danışdığını bildiyi halda göstərdikləri reaksiyalar, əl atdıqları vasitələr bir davranışı yox edə, gücləndirə, yaxud da həyat boyu davam etdirməsi halına gətirə bilər. Uşağın xəyal qurmasının qadağan edilməsi yalan danışmağı gücləndirə bilər. Balaca körpələrin söylədiyi “söz” yalanla bağlı əxlaqi bir səhv kimi görünməməlidir. Uşağa hər vəziyyətdə qəbul olunacağını və hər zaman seviləcəyini hiss etdirmək lazımdır. Uşağın tərbiyəsində yalan söyləməsinə yol verilməməlidir.
Uşaq bacarmadığı şeylərə görə günahlandırılmamalıdır. Bəzən uşağa öhdəsindən gələ bilməyəcəyi işlər tapşırıldıqda və bunun üçün təzyiq göstərildikdə uşaq yalan danışmağa başlayır. Bunun üçün də valideynlər uşaqlarını bacara biləcəyi şeylərdə məsuliyyətləndirməlidirlər.
Uşaqlar qorxanda tez‐tez yalan danışır. Qorxuyla tərbiyə edilən uşaqların yalan danışmaq səviyyəsi o biri uşaqlara görə daha çoxdur. Ona görə də uşaq tərbiyəsində qorxuya yer verilməməlidir. Uşağı tərifləməkdə xəsis olmayın. Uşaq təriflənməsi üçün yalan danışmağa
başlayır. Uşağa davamlı səhv vərdişlərdən danışmaq əvəzinə, ondan gözlənilən vərdişlərdən danışaraq uşaq tərbiyəsində müsbət nəticə ala bilərik. Uşaq həqiqəti söyləməsi üçün cəsarətləndirilməlidir. Dürüst davrandığı vaxt hədiyyə də vermək olar. Uşağın bəzi səhv hərəkətləri görməməzlikdən gəlinə bilər.
Uşaq yalan danışan kimi cəzalandırılmamalıdır. Çünki cəzalanmaqdan qorxan uşaq yalan deyir. Yalan danışan uşağa qarşı əsəbi şəkildə və sərt davranılmamalıdır. Çünki bu yolla uşaqlar yenidən yalan danışmağa başlayır. Uşaqlar valideynə hörmətsizlik etmək üçün deyil, tez‐tez səhvləri üzlərinə vurulmasın deyə yalan danışırlar.
Əgər uşaq yalan danışırsa, valideyn də doğru danışmış kimi davranırsa, onda ata və ana uşaqlarının fikirlərini bilmir. Ona görə də uşağınızın yalan danışdığını ona hiss etdirməlisiniz. Uşaq yalanla qarşılaşdırılmalı, amma dediyi yalanı qəbul etməsi üçün təzyiq edilməməlidir. Valideyn yalanı xoş qarşılamaq və ya cəzalandırmaq əvəzinə uşağın doğrunu görməsinə çalışmalıdır.
Hüseyn Xəlilov
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Devid Rokfeller haqqında yayılmış şəhər əfsanəsi
Saçların elektriklənməsinin səbəbi və həlli yolu
Mikroelementlər-1
Nüsrət Ərzurumdan FOTO paylaşdı
Xanımlarımız üçün gündəlik sadə makiyajlar
Hadise yeni imicdə-FOTO
İnternetə qoşulanlar 33 milyarda çatacaq
Azərbaycanda zəlzələ oldu
Koronavirusla bağlı son STATİSTİKA
Radio və televiziya işçilərinin peşə bayramıdır
Müdafiə Nazirliyindən səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilmə ilə bağlı əhaliyə ÇAĞIRIŞ
CeyLo Türkiyədən 1 milyon qazanıb
Günün ulduz falı
Lənkəranlı bağbanın konfet ağacı növbəti dəfə bar verdi
Koronavirusun qalıcı ZİYANLARI
Ətli blinçik (foto resept)
Ermənistanın təlimlərə cəlb etdiyi muzdlu: “Kabuslar görməyə başladım”
Milyaderlər uşaqlarına nə hədiyyə edir?
Akın əsil adını açıqladı
Hava haqqında
Qışda güllərə necə qulluq etməli?
Aydın-Qərb, Qaranlıq-Şərq?
22 yaşlı xidmətçi "zadəgan" oldu, fırıldaqla milyonlar yığdı - FOTO
DƏCƏL DEYƏ - DEYƏ DƏCƏL OLMASIN!
Yerlərinə yapışdır
Subaylar üçün vacib xəbər
HAVA necə olacaq?- 16 APREL
Depressiya əleyhinə 7 faydalı qida
Kolleclərə və V qrupa ərizə təqdim etmiş abituriyentlərin nəzərinə
Arıqlamaq üçün edilən hərəkətlərin texnikası
Balıq satışı qaydaları sərtləşdirildi
Hellouindəki qeyri-adi kostyumlar
Hərəkətin möcüzəvi gücü (Son)
Məşhurların kompleksləri
Sərnişinlərə şad xəbər
Məşhur cütlüyün övladı olacaq-FOTO
Putin Azərbaycana hərbi donanma ilə gəlir
Cobs haqqında film bəyənilmədi
Pomidorlu düyü şorbası (foto resept)
Leyla Əliyeva atasını belə təbrik etdi - VİDEO
Əks cinsi 7 saniyəyə valeh edin
Məşhur bədən boyama festivalı
Qış aylarında körpə gəzintisi
Sezen Aksunun makiyajsız FOTOsu yayıldı
Jasmin çayının faydaları
Səhiyyə Nazirliyi vətəndaşlara çağırış etdi
Mila Kunis 9 kq ARIQLADI-FOTO
Bu günün hava proqnozu
Bakı sakini nazirliyə ceyran bağışladı
Yedikləriniz əhvalınıza təsir edir
- ŞƏRHLƏR