Körpəmizin dünyaya gəldiyi andakı o ilk ağlama fəryadı böyük bir həyəcan və xoşbəxtlik səbəbidir. Bundan sonrakı ağlamalar, səbəblərini araşdırmaq məcburiyyətində olduğumuz ağlamalardır. Körpəlik dövründə ağlama özünü ifadə, istəklərini və narahatlıqlarını ifadə etmə məqsədiylə olur. Yəni bəlli bir səbəbi var. Ancaq bəzən də kiçik olmasına qarşı onun da hirs ağlamaları ola bilər! O kiçik bədənləri ilə yuxuya müqavimət göstərmələri bizi çaşdıra bilər. Körpənin sağlamlıqla əlaqədar hər hansı bir problemi yoxdursa, onun ağlamasını məhdudlaşdırmaq ya da təşviq etmək bir az da ana-ataların davranışlarından qaynaqlanır.
Ana-atanın qərarlı davranmaması ağlamaya qarşı verdiyi reaksiyalar, bir müddət uşağın ağlayaraq hər şeyi əldə edə biləcəyi kimi bir nəticəyə gəlməsinə səbəb olur. Valideynlər bu cür şiddətli ağlamalarda özlərini olduqca çarəsiz hiss edirlər və başqa bir romantik vəziyyətə keçirlər. Verdikləri reaksiyalar tamamilə gerçək mühitdən uzaq və duyğulu ola bilər. Uşağın ağlaması (yəni kədərlənməsi, ağrı hiss etməsi) ana-atanı dərhal reaksiya vermələri və uşaqlarını bu vəziyyətdən qurtarmaq üçün səy göstərmələri ilə qarşı-qarşıya buraxır. Çünki ən fundamental məsuliyyətlərindən (duyğularından) olan içlərində təbii impulsdan ibarət olan qoruma duyğusu, uşaqlarını dərhal qurtarma motivini hərəkətə keçirir. Bu tələsik davranış, onları səhv davranışlara sürükləyə bilər. Uşağın ağlamasının altında yatan səbəb o təlaş içində analiz edilə bilməz. Beləliklə ya ağlama davranışı gücləndirilir ya da uşağın bu hərəkəti həzm edilir.
Danışma inkişafını tamamlamamış kiçik uşaqlar dili özlərini ifadə üçün istifadə etmirlər. Bunun nəticəsi olaraq da istəklərini ağlama yoluyla əldə etməyə səy göstərirlər. Ancaq 3-4 yaşlarına gəldiklərində ağlama səbəbi özünü ifadə edə bilmə vaxitəsi olmamalıdır. Uşaq istəklərini dilə gətirmək yollarını öyrənməlidir. Ağlama hələ davam edirsə, bunun üzərində dayanmaq lazımdır.
Uşaqda istədiyi bir şeyi ağlama yolu ilə ifadə etmək vərdişi inkişaf edibsə, bu ona öyrədilmiş bir davranışdır. Ağlamanın mənfi istifadəsində uşağın eyni vəziyyətlə bir neçə dəfə qarşılaşması və laqeydliyə uğramasının göstəricisidir. Davam edən laqeydlik vəziyyəti də ağlamanı vərdiş halına gətirir. Uşağın istəklərini necə izah edə biləcəyi ona öyrədilməlidir. Bu davranışları tətbiq edərkən nəticə ala bildiyini görəndə ağlamağı kəsəcək. Ancaq burada qərarlı və tutarlı olmaq çox əhəmiyyətlidir. Bir gün ağlamasına cavab vermək, bir gün səbirli olub izah etmək həllə istiqamətli davranışlar deyil.
Fiziki ağrı və ağrıların xaricindəki, uşaqların inkişaf müddətindəki ağlama vərdişlərinin üzərində dayanmaq çox əhəmiyyətlidir. Çünki valideynlərin gözündən qaçan ümumiyyətlə bu cür vəziyyətlərdir.
Xüsusilə uşaqlarda görülən, etibarsızlıq duyğusundan qaynaqlanan ağlamalardır. Uşağa qarşı dəqiq və qərarlı bir tutuma sahib ola bilməmə buna səbəb ola bilər. Bu tutumun səbəbi olaraq sıx iş tempi ya da ana-ata olmağa hazır olmama ola bilər. Bir səbəb də, ana-ataların klassik təhsil anlayışı ilə müasir təhsil anlayışı arasında keçid dövründə qalmalarından qaynaqlanır. Ana-atalar uşaqlarını azad yetişdirmə fikiri ilə hərəkət edərək onlara lazımlı yerlərdə sərhəd qoymurlar. Beləcə təşəbbüs tamamilə uşaqların əlinə keçir, uşaqlar da bu vəziyyəti ustaca istifadə edirlər. Necə gəldi hər istədiyini an-atasına etdirir, etdirə bilmədikdə də şiddətli ağlamanı seçir. Hər istədiyini əldə etdiyi üçün də beləliklə doyumsuz və etibarsız bir şəxsiyyət ortaya çıxır. Halbuki özünə inamlı olması, onun hər istədiyinin edilməsi deyil özünü idarə etmədə kafi hala gəlməsi, özünü beləliklə daha müstəqil hiss etməsidir.
Hər istədiyi edilən, əsassız davranılan təminsiz uşaq, qarşılaşdığı çətinliklərin üstünə gedib həll etmək yerinə, dərhal çarəsizcə ağlamaya və başqa yerdən gələcək köməyi gözləməyə başlayır. Çox təəssüf ki ətrafında da hər vaxt köməyə hazır bəziləri mütləq vardır.
Bəzən də ana-atalar səhv davranışlarını günahlandıraraq xəbərdar etmə yoluna gedərək, uşağın "davamlı səhv edirəm" duyğusuna sahib olmasına gətirib çıxarırlar. Bu vəziyyətdə uşaq ağlamağa, günahdan qaçma, öz şəxsiyyətini qoruma müdafiə etməsiylə də istifadə edə bilər.
Ağlamaq davranışı haqqında danışılan səbəblərdən, o anda ortaya çıxmayıb, başqa zamanlarda ümumi davranış pozğunluğu olaraq da özünü göstərə bilər. Əvvəllər ağlama davranışı olmadığı halda diqqəti çəkən bir ağlama müşahidə edilməsi isə diqqət çəkməsi lazım olan bir vəziyyətdir. Uşaqlıq depressiyası kimi kömək tələb edən bir problemin əlaməti ola bilər. Bunun ya da yuxudan oyanıb ağlamalar. kimi ağlamalar da əhəmiyyətli bir problemin əlaməti ola bilər. Bu kimi vəziyyətlərdə vaxt itirilmədən bir mütəxəssisə müraciət etmək lazımdır.
Uşağın mənfi meydana gəlmiş ağlama davranışının öhdəsindən gəlmək üçün ya ağlama davranışını göstərmədən tədbir alınmalı ya da ağlayaraq istədiyi hər nədirsə, qətiyyən yerinə yetirilməməlidir. Bu vəziyyətdə ilk olaraq ağlamanın şiddəti artacaq. Ancaq şiddətlə ağlamanın bir təpə nöqtəsi vardır. Bu nöqtə səbirlə aşıldığında, ağlama davranışı bir neçə hadisədən sonra sürətli bir eniş yaşayır. Yəni uşaq hər istədiyinin yerinə gələ bilməyəcəyini bu təpə nöqtəsi aşıldıqda anlaya bilər. Amma o nöqtədə istəyi reallaşdırılsa, sonrakı ağlamada, ağlama şiddətinin gücü artıq bu təpə nöqtəsindən başlayacaq. Buna görə istəyinin dərhal yerinə yetirilməsi (doğru olmasa da) ağlama şiddətinin artmasından sonra yerinə yetirilməsindən daha yaxşıdır.
Ağlama davranışını maneə törədə bilmədə ən fundamental nöqtə sərhəd qoya bilməkdir. Sərhəd qoymaqda ən əhəmiyyətli nöqtələr bunlardır:
İsti sevgi dolu bir ailə atmosferi, sərhədlərə uyğun gəlməsindəki ən əhəmiyyətli şərtlərdən biridir. Uşaqlar sevildiklərini və təqdir edildiklərini hiss etsələr, qaydaları qəbul etmələri daha asan olar. Ana-atalar gözləmələrində qəti qərarlı və söylədiklərinin arxasında dayana bilirlərsə, inandırıcı olarlar. Son olaraq hər şey nə qədər pis olsa da, yumoru və gülməyi unutmayın. Hər problemin komik tərəfi də vardır. Ailə damı altında yalnız gurultu olursa çölə çıxın, dərin nəfəs alın deyin ki, hər nə qədər bildirməsələr də, başqa ailələrdə də bu olur. Onların da bəlkə başqa problemləri vardır, bu şübhəsizdir. Və nə gözəl ki problemlərin bir çoxu keçir.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Hindistan qozlu şokoladlı tort (foto-resept)
XTQ giziri: “Bir nəfər də qalsaq, o bayraq sancılmalı idi” - VİDEO
Acun Mayamidə onunla görüntüləndi-FOTO
Siz də xərçəng daşıyıcısı ola bilərsiniz
Orqanizmin düyü ilə təmizlənməsi
"Şahzadə" keksi (foto resept)
Ukrayna Krımın suyunu kəsdi
Aktrisanı görənlər təəccüb etdi-FOTO
Qaçqın və məcburi köçkünlər üçün salınmış yaşayış komplekslərinin aqibəti ilə bağlı AÇIQLAMA
Uşaqlarda normal temperatur
BÜRCLƏR bizə nə vəd edir?-19 Yanvar
Azərbaycana qar, şaxta qayıdır
Keyt Middletonun geyimi səs-küy yartdı-FOTO
Uşağınız hələ dil açmayıb?
Bakıda 2 məktəb sökülüb yenidən tikiləcək - FOTO
Demet Şener 5 milyon təzminat aldı-FOTO
Fərari oğula qız verməmək ənənəsi
Hadise tanınmaz halda – FOTO
Sfinksin burnunu kim qoparıb? - FAKT
Göy qurşağı şorbası (foto resept)
Nazirlikdən XƏBƏRDARLIQ: iyulun 6-7-də...
Boyama - 2
Azərbaycana 94 milyonluq təklif
"Rayonlar arası qadağa götürülsə, yoluxma sayı yenə 600-ə çatacaq" - VİDEO
195-2 Telefon Məlumat Mərkəzinə indiyədək 23 mindən çox müraciət edilib
Ərdoğan vəzifəsindən getməyə hazırdır
Bu şəxslərin əməkhaqqı 50% artırıldı - SƏRƏNCAM
Rusiya maşınlarının Azərbaycana yolu bağlanır
HAVA necə olacaq?-13 Sentyabr
Günün qoroskopu: yaxınlarınızla fikir ayrılıqları yaranacaq
Coğrafiya İnstitutu qış fəsli haqqında açıqlama verib
Güclü qar Quba-Xınalıq yolunu iflic etdi
Praqa tortu (foto resept)
Bəzi sabunların faydaları (2-ci hissə)
Yeni il gecəsi üçün saç modelləri
Daxili Qoşunlarda aparılan yoxlamaların nəticələri açıqlandı
Dünyanın fərqli yerlərində makiyaj trendi
"Avatar 2" filminin çəkilişi koronavirusa görə dayandırıldı
Özünübərpa edən şüşə yaradılıb
İlk elektrik təyyarəsi 2022-ci ildə satılacaq
Ermənistanda dövlət qurumlarını və vəzifəli şəxsləri tənqid etmək qadağan edildi
Bakının böyük təhlükəsi
Dünyanın ən reytinqli universitetləri
Müəllimlərin işə qəbulu üzrə imtahanlara start verilir
Lift qəzaları niyə artır?
Braziliya - Hollandiya oyununun hakimi müəyyənləşdi
Ağdama güclü dolu yağdı
Günün ulduz falı
Ermənistanın yeni Xarici işlər naziri azərbaycanlı imiş - FOTO
İlham Əliyev: “Dəyən ziyan hesablanacaq, ermənilər bu dağıntılara görə cavab verəcəklər” - VİDEO















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]