Azərbaycanda koronavirus pandemiyasına görə tətbiq edilən sərtləşdirilmiş karantin rejimində avqustun 5-dən etibarən bəzi məhdudiyyətlərin götürülməsinə qərar verilib. Lakin rəsmilər və mütəxəssilər bildirir ki, yumşalma qərarından sonra vətəndaşların məsuliyyəti daha da artır və yoluxmanın təkrar sürətlənməməsi üçün qaydalara daha ciddi əməl edilməlidir.
Axşam.az xəbər verir ki, TƏBİB-in Elmi Komitəsinin üzvü, professor Akif Qurbanov “Real” TV-yə müsahibəsində bildirib ki, Azərbaycanda karantin rejiminin sərtləşdirilməsi yoluxma sayının 600-dən 200-dək azaldıb:
“Xəstəxanalarda da yerlər boşalır, yükdən azad olunur. Əgər karantin rejimi sərtləşdirilməsəydi, xəstələri yerləşdirməyə yer tapa bilməzdik. Ona görə də karantin rejiminin sərtləşdirilməsi düzgün addım idi. Bu gündən isə icazə sistemi ləğv edildi, çimərliklərə getməyə icazə verildi. İnsanlar hansı çimərliyə gedəcəyini də sıxlığa görə müəyyən etməlidirlər. Çimərliyə gedərkən insanlar çox ehtiyatlı olmalıdılar. Bir gün çimərliyə gedib 3-5 saat dincələndə yoluxsanız, gələndən sonra iki həftə karantində qalıb müalicə olunacaqsınız. Bu sizə lazımdır? Karantin rejimi yumşaldıqdan sonra əvvəlkindən də daha sərt, daha ciddi qaydalara əməl olunmalıdır. Vətəndaşlar mümkün qədər ictimai nəqliyyatdan az istifadə etsinlər və ya istifadə etməsinlər.
Rayonlara getmək qadağası aradan götürülməsi ilə bağlı istəklər çoxdur. Bizim elə rayonlarımız var ki, orada yoluxma yoxdur, amma Bakıda çoxdur. Bakıdan bir nəfər həmin rayona gedib oradakı insanları yoluxdursa, onda bizim üçün yeni infeksiya ocağı yaranacaq. Mən hesab edirəm ki, həmişə belə qalmayacaq, yoluxma sayı müzakirə olunub götür-qoy ediləcək və bu məsələyə baxılacaq. Aprel-may aylarındakı sərt karantin rejimindən sonra yumşalma çox qısa vaxt oldu və yoluxmaların sayı artdı. Bu gün isə maksimum mərhələli şəkildə yumşalmaya gedirik ki, o halı təkrar yaşamayaq. Bu gün rayonlar arası qadağa götürülsə, yoluxma sayı yenə 600-ə çatacaq və yenə sərtləşmə olacaq. Belə mübarizə olmaz axı. Ona görə insanlar düşünsün ki, bütün bu işlər onların sağlamlığı üçün edilir, heç də bu işlərin arxasında onların bilmədiyi hansısa məsələ yoxdur. Hazırda bütün ölkələrdə karantin qalır. Heç bir ölkə sərhədlərini açmayıb. Əhalisi bizim ölkənin sayına yaxın olan və səhiyyəsi inkişaf etmiş, karantin tətbiq etməyən İsveçdə ölüm sayı Azərbaycandan təxminən 10 dəfə çoxdur”.
XƏBƏR LENTİ
Aybaşı gününü hesablama
Yer kürəsi üçün təhlükə
Erkən yaşlarda qeydə alınan abortlar
İki gün toz-duman olacaq
Bakının mərkəzi yolları bağlanır - SİYAHI
Bakıda mənzil bahalaşıb
Daraqları tanıyaq
Neft yenidən ucuzlaşdı
Sarı saç modelləri kimlərə yaraşır?
Multivarkanın hansı növünü seçək?
Avropa birinciliyindən 6 medalla!
Bu ölkədə kabab yeyənlər dövlətə vergi verirlər
Bakıda qırmızıyaylıq kişilərin parkomat kələyi
Bu ət qaraciyər xərçənginin qarşısını alır
Mehriban Əliyeva "Neft Daşları"nın 70 illiyi münasibətilə Azərbaycan neftçilərini təbrik edib
Cansu Dere 10 milyona ev aldı
Şakiranın konsertinə ulduzlar toplaşdı-FOTO
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva: "Əsrlər boyu sivilizasiyalararası dialoqun inkişafına öz töhfəsini verən Azərbaycan tarixən xalqlararası birliyin gücləndirilməsinə səy göstərib"
Dünyanını "lənətləyən" rəssam
Günün ulduz falı
Zeynəb Xanlarovanın yeni görüntüsü-VİDEO
Azərbaycan Ordusu atəşkəs rejimini pozmayıb - RƏSMİ
Gülməli heyvan şəkilləri
Alimlər koronavirusdan qoruyan ən yaxşı parça növünü tapdı
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Həftənin ilk iş günü hava necə olacaq?
Tək-tənha
Zövqlü ziyafət çantaları
Edamdan 18 il sonra bəraət aldı
Yaponiya kosmosa "zibilyığanlar" buraxacaq
5 yaşında Microsoft mütəxəssisi olan Ayan Qureyşi
Ozan Güvən yeni FOTOsu ilə hər kəsi güldürdü-FOTO
Öküzün ağciyərlərindən hazırlanan dərman koronavirusdan ölümü beş dəfə azaldıb
Kəs və yapışdır-34
Koronavirusa qarşı peyvəndlərin hazırlanması məqsədilə tədbirlər görülür
Rəqəmləri birləşdir-1
Saç tökülməsinə qarşı maska
Gəncədə ölkədə analoqu olmayan ticarət mərkəzi tikilir
"Məşhurların övladı": Misir Mərdanovun qızı kimdir?
Arda millidən çıxarıldı
Azərbaycanda 345,6 min nəfər əlilliyə görə əmək pensiyası alır
Gözlənildiyi kimi çıxmayan sifarişlər
Uşaqlarla əylənməyin yolları-1
İstilər gəlir
Putinin sirli kababı - Prezidentin aşpazlıq qabiliyyəti-FOTO
Məşhur futbolçu baldızının qızı ilə evləndi - FOTO
Məşhur müğənninin oğlu qəzaya düşdü-FOTO
Gübrə ilə yetişdirilən məhsulların ziyanı
Dənizləri gəzən mesaj: "O adam mənimlə əlaqə saxlasın"
Məşhur model 1,4 milyon dollar ödəyəcək