Amerikada yaşadığım illərdə öz evində suda doğuşla bağlı bir çox ananın yanında iştirak etmiş, onlara verdiyim məsləhətlərlə ağrılarının azalmasına köməkçi olmuşdum. 1992-1993-cü illər idi. Türkiyədə o zamanlar köşə yazısı yazdığım bir qəzetin oxucusu olan həkimlə tanış olmuşdum, onunla suda doğuşla əlaqədar məlumatlarımı bölüşürdüm. Birlikdə bir ananın suda uşaq dünyaya gətirməsinə yardımçı olmuşduq. Ananı doğuşdan üç ay əvvəl psixi və emosional sahə üzrə suda doğuşa hazırlamış, hipnozla ağrısız, dərmansız, süni sancısız doğması üçün lazımi tədbirlər görülmüşdü. Ana ilə doğuş günü səkkiz saat boyunca hər mərhələni birlikdə müşahidə edirdik. Türkiyədə reallaşan bu ilk doğuş növü qəzet və jurnallarda işıqlandırılmışdı. "Sağlam hamiləlik və doğuş" adlı diski anaya təqdim etdim. Bu disk doğuşa hazırlaşan bir çox anaya kömək etməkdədir.
Qeysəriyyə ilə doğuşun son 30 ildə həyəcan gətirən ölçülərə çatması, bəzi xəstəliklərin təəccübləndirən nisbətdə artmasında vacib amillərdəndir. Türkiyə dünyada ən çox qeysəriyyə əməliyyatı aparan ölkələr arasında yer alıb. Bu ölkələrin çoxu inkişaf etməkdə olan ölkələrdir. ABŞ-da, o cümlədən inkişaf etmiş ölkələrdə belə qeysəriyyə əməliyyatı zamanı dünyasını dəyişən anaların sayının təbii doğuşdakına nisbətən dörd dəfə çox olduğunu bilirsinizmi?
Yumurtadan çıxan bala quşlar yumurtadan çıxa bilmək üçün əvvəl özlərinə kiçik bir dəlik açır. Sonra o kiçik dəlikdən sürtünərək çıxmağa çalışır. Əgər quşun yumurtadan daha asan çıxması üçün ona "kömək edərək" dəliyi böyütsəniz, quş qanadlarını inkişaf etdirmədən dünyaya gəlir. Və uça bilmir. Sürtünmə və çətinlik quşa qanadlarını qazandırır. Süni sancı ilə başladılan doğumun da əvəzləri var. Beləcə, körpə inkişafdan qalır. Uşaqlıq borusunda körpə doğulmaq üçün çətin səfər edərkən ağciyərləri inkişafını tamamlayır. Doğuş zamanı uşaqlıq sancıları uşağın bədəni üzərinə təzyiq (masaj) etməsi üçün lazımdır.
Həyatımızın hansı dövründə başdan-ayağa eyni anda masaj oluruq? Bu masaj dəridə sinir hüceyrələrini xəbərdar etdiyi üçün körpə üçün çox əhəmiyyətlidir. Qeysəriyyə doğuşu doğuşdan sonrakı depressiyanı da artırır. Doğuşdan sonra üç ay boyunca depressiv olan anaların uşaqları 10-11 yaşına çatdıqda aqressiv davranırlar. Bu uşaqların sevilmə duyğularında da problem olur, özünə və başqalarına zərər vermə və intihar meylləri, narkotikdən istifadə və depressiya artır. Epidural anesteziya və qeysəriyyə ilə doğulan heyvanların öz balaları ilə heç bir şəkildə maraqlanmadığını bilirsinizmi?
İnsan analarının beyinlərində heyvanlarda olmayan neokorteks, yəni ön beyin olduğu üçün ana qeysəriyyə ilə də doğsa da balalarıyla maraqlanır, amma yenə də təbiətin qanunu budur: insan da məməli heyvandır. Yəni ananın da, körpənin də instinktiv sevmə bacarığında azalma olması qaçılmazdır. Məməli heyvanlar "sevmiş kimi" etmir. Onlar təbii olanı bilir, ictimai şərtlənmələrin "uşaq doğmalıyam, zamanı gəldi, hər qadın ailə qurursa ana olmalıdır, ailəm nəvə gözləyir, bir uşağım olsun onunla əylənərəm, yaşlılığımda mənə baxar, uşağımla sevgi aclığımı aradan qaldıraram" kimi yanaşmalar doğru hesab edilməməlidir. Ana sevgisi ilə doğuş sancısı arasında əlaqə olduğu da bilinir. Çünki, təbii doğuşda ana ilə körpə arasında əlaqə yaradan sevgi kokteyli - oksitosin hormonu ifraz edilir və ananın süd istehsalında lazım olan prolaktin hormonunda artım olur.
Anada da, körpədə də sevgi istəyi artır. Bu sevgi gələcək illərdə əks olunur və insanın həyat seçimini təyin edir. Qeysəriyyə haqqında kitabı nəşr edilən Dr. Michael Odent suda doğuş və evdə uşaq dünyaya gətirmə mövzusunda inqilab yaratmış humanist həkimdır. Onun etdiklərini, düşüncələrini və fəaliyyətini uzun illərdir izləyirəm.
Dr. Odent körpəni ağac meyvəsinə bənzədir. Bir ağacın meyvələri eyni zamanda yetişməz. Vaxtından tez qoparılan meyvə ləzzətsiz olar və tez çürüyər. Körpə də elədir. Bəzi körpələrin doğulmağa hazır olması üçün daha uzun zamana ehtiyacı olar. Qeysəriyyə günü əvvəldən təyin olunur.
Həftələrə görə hesablanan doğuş tarixində körpə doğulmamışsa, uşaq "zorla doğuzdurulmalıdır" deyir.
Meyvəni budağından vaxtından tez dərmək olmaz. Yalnız doğuş üçün insan təbiətinə uyğun doğuş evlərinin Türkiyədə də yaradılacağını güman edirəm.
Bir şey daha əlavə edim - hər vaginal doğuş da təbii doğuş deyil! Doğuşda kəsik atılırsa, süni sancı dərmanlarından istifadə edilirsə, həmin doğuş təbii doğuş sayılmır. Bu saydıqlarımızın çoxu həkimlərin iddia etdiyi kimi zərərsiz deyil. Ana üçün də, körpə üçün də əks təsiri vardır. Doğuşa hazırlanmaq mayalanmadan əvvəl başlayar. Əlimizdən gəldiyi qədər nəşr etdiyimiz kitablarla yeni nəsil analarını məlumatlandırmağa cəhd göstəririk. Uşağınız oğlandrsa, sünnət etdirmədən əvvəl dörd illik araşdırmanın məhsulu olaraq yazdığım "Sünnət" kitabını oxumağınızı tövsiyyə edirəm. Bu, sizin bir valideyn kimi uşağınıza qarşı məsuliyyətiniz və vəzifənizdir. Gələcək nəsillərin daha sağlam olması valdeyindən asılıdır.
XƏBƏR LENTİ
Bağdadda terror aktları: 51 nəfər öldü, 150 nəfər yaralandı
Türkiyənin yeni baş nazirinin seçiləcəyi tarix bəlli oldu
2014-cü ilin şərf və şal modelləri
Xalq Şairi Zəlimxan Yaqub son mənzilə yola salındı
Bakı, Aşqabad, Ankaradan mühüm görüş
Valideynlərə təcili kömək -4
Saç kəpəyinin yaranma səbəbi (2)
"Çılğın Bediş" 23 il sonra yenidən-FOTO
Kəs və yapışdır-9
Toğrul Nərimanbəyovun əsəri hərracda 68 500 funta satıldı
Toyuq langeti (foto-resept)
Yupiter böyüklüyündə qeyri-adi planet kəşf edildi
Qoyun onlar yatsınlar
Dünyanın ilk süni insanı yaradıldı
Kağız halva-11
Meryem Üzerlinin FOTOsu səs-küy yartdı
Dünyanın ən kiçikləri
Körpələrdə sarılığın müalicəsində yeni metod
Unun qiymətləri qalxdı?
Sanders Klintona qalib gəldi
30dan çox insan Həcc ziyarətinə ikinci dəfə gedəcək
Dərinizə təbii gözəllik bəxş edin
Məşhur aktyor vəfat etdi
2018-2019 Qış şalvar trendləri
Ermənistanı beş yerə bölürlər
Bu günün tarixi (22.08.2014)
Makiyaj süngərlərini təmizləmək üçün...
Mehriban Əliyeva işsiz qalanlarla bağlı vacib göstəriş verdi
Tələbələrə ödənişlərdə güzəşt olunacaq? - Nazirdən AÇIQLAMA
Keçmiş baş nazir qeyri-adı işə düzəldi
Məntiqi suallar
İraq türkmənlərinin soyqırımları
Qurban Qurbanov millimiz haqda danışdı
Bəlkə, gedək sürüşək?
Dərini gəncləşdirən maska
Valideyn olmaq asan deyil
Elvis Preslinin "Codillac"ı ucuz qiyətə satıldı-FOTO
Tarkan hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Kerem Bursin Qalmaqal Yaşadığı Aktrisa ilə Birlikdə-FOTO
Qış vaxtı" nəyimizə lazımdır?
Lukaşenkoya nə olub?
Bu gecə, sonuncu dəfə...
Perunun yeni prezidenti məlum olub
Cəlbedici gözlər
Bu yazıdan sonra qatığın suyunu atmayacaqsınız
Cennifer Eniston bu hərəkəti ilə GÜNDƏM oldu-FOTO
Yeməkdən sonra ağızda acı dadın səbəbi
Hər kəs bu Evlilik Təklifindən danışır
Toyuq ətli salat (foto resept)
Rənglər haqqında maraqlı faktlar
- ŞƏRHLƏR