Körpə
Uşağın çəkisi təxminən 3 kq, boyu isə 48-50 sm-dir. Qalan iki həftə ərzində körpənin doğuşa qədər boyu 35 sm olacaq və kütlə artımı bir az artacaq. Körpə qidanı (oksigen və qidalı maddələrı) hələ də ana cifti vasitəsilə alır. Əgər sizin oğlunuz olacaqsa, onun xayaları inkişaf etməlidir. Əgər qızınız olacaqsa, onda bu həftə siz ana ola bilərsiniz, adətən qızlar tez dünyaya tez gəlməyə tələsirlər. Əksər hallarda uşaqlar 3.300 q doğulurlar, amma çəki aşağı və yuxarı da ola bilər. Boyu təxminən 50-55 sm olur. Anadan olduqdan sonra körpənin ilk çığırtısı eşidilir və bu andan etibarən o özü müstəqil nəfəs almağa başlayır. Hamiləliyin 38-ci həftəliyində uşaq az tərpənir və fırlanır, bu da uşaqlığın daralması və embrion ətrafı suyun azalması ilə bağlıdır. Balacanın hərəkətləri artıq mütəmadidir. O, ana bətnindən kənar həyata sürətlə hazırlaşır. Bu mərhələdə başı çanağa bərk qısılır. Normal ürək döyünməsinin tezliyi dəqiqədə 120-160 olmalıdır.
Ana
Qasıq simfizindən uşaqlığa qədər məsafə 36-38 sm, göbəklə ara məsafəsi 16-18 sm dir. Cift çəkisi 1-2 kiloqrama çatıb, onun həcmi isə 20 sm diametrindədir. Sizdə doğuşa qədər olan son günlərdə narahatlıq hissi güclənə bilər. Bu günlərdə hamilələr tez-tez pis yatmalarından şikayət edirlər. Yatmazdan əvvəl bir stəkan isti süd içmək tövsiyə olunur, ona görə ki, uşaqlığa qan yaxşı gəlir. Sol böyrü üstə yatmaq məsləhətdir.
Siz yəqin ki artıq övladınızın cinsini bilirsiniz. Hamiləliyin son həftələrində cift qocalır, körpə oksigen və qidalı maddələrlə pis təchiz olunur.
Hamiləliyin 9-cu ayında xoşagəlməz məqam ombalarda, sinənizin və qarın üzərində qırmızımtıl çatlaqların yaranmasıdır. Doğuşdan sonra onlar bir qədər azalacaq və rəngi açıqlaşacaq. Əgər siz mütəmadi olaraq kremdən istifadə etsəniz, bunun qarşısını ala bilərsiniz.
Sinənizin bir qədər ağırlaşdığını hiss edəcəksiniz. Bel nahiyənizdə qeyri-müntəzəm ağrılar sizi narahat edə bilər. Sizin orqanizm qarşıdakı doğuşa aktiv şəkildə hazırlaşır: hormonal fon dəyişir, çanaq sümükləri aralanırlar, oynaqlar daha da mütəhərrik olur, vətərlər və qığırdaqlar yumşalır.
Yalnız təbii parçalardan və qalın pambıq parçadan olan alt paltarı geyinmək lazımdır.
Əgər uşağın hərəkətlərini hiss etmirsinizsə, narahat olmayın, bəlkə o, hələ də yatır. Amma əgər uşaq uzun müddət tərpənmirsə, öz həkiminizə məlumat vermək lazımdır ki, həyatı üçün təhlükə yaranmasın. Əgər şişlərdən narahatsınızsa, uzun müddət ayaq üstə durmaqdan və ya oturmaqdan çəkinin, yuxu zamanı öz ayaqlarınızı yüksəklikdə saxlayın və duzlu yeməkdən imtina edin.
Əgər siz doğum evini seçmisinizsə, özünüzlə götürəcəyiniz əşyaların siyahısını müəyyənləşdirin. Hər doğum evi öz siyahısını verə bilər. Doğum evi əşyalarının siyahısı barədə saytımızda getmiş xəbərdən faydalana bilərsiniz. Ola bilsin ki, əlavə dərmanlar da almaq lazım olsun, bu barədə sizə deyəcəklər.
Əgər siz həyat yoldaşınız və ya hansısa yaxınlarınızın biri ilə birlikdə doğuşu keçirmək fikrindəsinizsə, doğum evində bu məsələ ilə əvvəlcədən maraqlanın.
38-40-cı həftə doğuş üçün normal sayılır.
Körpənizə hansı adı verəcəyiniz haqda fikirləşmisinizmi? Artıq bu barədə düşünməyin vaxtı çatıb. Bir çox qadın yalnız doğuşdan sonra körpəsinə hansı adın yaraşacağı haqda fikir sahibi olurlar. Çalışın ki, sizi mənəvi dayaq olacaq şəxs həmişə yanınızda olsun.
Doğum evinə özünüzlə xoş əhval-ruhiyyə və ən müsbət emosiyalar aparın, axı siz çoxdan gözlədiyiniz körpənizlə tezliklə görüşəcəksiniz!
Sizə rahat doğuş və səbr arzulayırıq.
XƏBƏR LENTİ
Devid Rokfeller haqqında yayılmış şəhər əfsanəsi
Saçların elektriklənməsinin səbəbi və həlli yolu
Mikroelementlər-1
Nüsrət Ərzurumdan FOTO paylaşdı
Xanımlarımız üçün gündəlik sadə makiyajlar
Hadise yeni imicdə-FOTO
İnternetə qoşulanlar 33 milyarda çatacaq
Azərbaycanda zəlzələ oldu
Koronavirusla bağlı son STATİSTİKA
Radio və televiziya işçilərinin peşə bayramıdır
Müdafiə Nazirliyindən səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilmə ilə bağlı əhaliyə ÇAĞIRIŞ
CeyLo Türkiyədən 1 milyon qazanıb
Günün ulduz falı
Lənkəranlı bağbanın konfet ağacı növbəti dəfə bar verdi
Koronavirusun qalıcı ZİYANLARI
Ətli blinçik (foto resept)
Ermənistanın təlimlərə cəlb etdiyi muzdlu: “Kabuslar görməyə başladım”
Milyaderlər uşaqlarına nə hədiyyə edir?
Akın əsil adını açıqladı
Hava haqqında
Qışda güllərə necə qulluq etməli?
Aydın-Qərb, Qaranlıq-Şərq?
22 yaşlı xidmətçi "zadəgan" oldu, fırıldaqla milyonlar yığdı - FOTO
DƏCƏL DEYƏ - DEYƏ DƏCƏL OLMASIN!
Yerlərinə yapışdır
Subaylar üçün vacib xəbər
HAVA necə olacaq?- 16 APREL
Depressiya əleyhinə 7 faydalı qida
Kolleclərə və V qrupa ərizə təqdim etmiş abituriyentlərin nəzərinə
Arıqlamaq üçün edilən hərəkətlərin texnikası
Balıq satışı qaydaları sərtləşdirildi
Hellouindəki qeyri-adi kostyumlar
Hərəkətin möcüzəvi gücü (Son)
Məşhurların kompleksləri
Sərnişinlərə şad xəbər
Məşhur cütlüyün övladı olacaq-FOTO
Putin Azərbaycana hərbi donanma ilə gəlir
Cobs haqqında film bəyənilmədi
Pomidorlu düyü şorbası (foto resept)
Leyla Əliyeva atasını belə təbrik etdi - VİDEO
Əks cinsi 7 saniyəyə valeh edin
Məşhur bədən boyama festivalı
Qış aylarında körpə gəzintisi
Sezen Aksunun makiyajsız FOTOsu yayıldı
Jasmin çayının faydaları
Səhiyyə Nazirliyi vətəndaşlara çağırış etdi
Mila Kunis 9 kq ARIQLADI-FOTO
Bu günün hava proqnozu
Bakı sakini nazirliyə ceyran bağışladı
Yedikləriniz əhvalınıza təsir edir
- ŞƏRHLƏR