Tapmacalar uşaqların çox xoşuna gəlir. Tapmacaların cavabını tapmaq uşaqların biliklərini genişləndirir və biliklərini yoxlayır. Habelə, bunların sayəsində uşaqlar təbiət, bitki, və heyvanlar aləmi barədə maraqlı məlumatlar toplayır. Şair Şamil Əsgərovun yazdığı tapmacalar da sizin uşaqlar üçün çox maraqlı olacaqdır.
Ovçu gərək bir gözləyib, bir ata,
Dünən gördüm min usaqlı bir ata,
Hamı minib yalman baslı bir ata,
Nə görmüşəm? Oğulsansa, düşün, de,
Tapa bilsən, qayıt mənə beşin de.
Ovçu olan gərək ova bir ata,
Qarğıdalı min uşaqlı bir ata.
Dənələri hamı minib bir ata,
Gördüyünü oğul kimi bilmişəm,
Belə asan tapmacaya gülmüşəm.
O nədir ki, üzü gülər, canı yox,
O nədir ki, başını kəs, qanı yox.
O nə yerdir, qulu, bəyi, xanı yox.
O nədir ki, tapa bilməz hər naşı,
On ayağı, iki əli, üç başı.
O şəkildir – üzü gülər, canı yox,
Kəpənəyin başını kəs, qanı yox,
Arıların qulu, bəyi, xanı yox,
İnək, buzov, adam dursa yanaşı –
On ayağı, iki əli, üç başı.
O kimdir ki, səhər dörddür ayağı,
Gün çıxanda ikiyədir marağı.
Üç qıç ilə yolu gedir şər çağı
Tap həmişə öz evində qalan nə?
Hərdən şirin, hərdən acı olan nə?
O insandır iməkdə dörd ayağı,
Cavanlıqda ikiyədir marağı.
Qocalanda çəlik onun dayağı
Bil həmişə dil ağızda qalandır,
Hərdən şirin, hərdən acı olandır.
Bir gözəlin bərabəri-tayı yox,
Dörd yanında incilərin sayı yox.
Bir dəryadır, nə suyu, nə çayı yox
O ümmanda iki sona üzər hey,
Biri isti, biri soyuq gəzər hey.
O Günəşdir, bərabəri-tayı yox,
Dörd yanında ulduzların sayı yox.
Göy bir dərya – nə suyu, nə çayı yox
Günəşlə Ay sona kimi üzər hey,
Biri isti, biri soyuq gəzər hey.
Tap-tapmaca, məmli qoca, dişi yox,
O nədir ki, nəfəsi var, leşi yox.
O nədir ki, yeddisi var, beşi yox,
Altı bulaq, üstü zəmi olan nə?
Yaz geyinib, qış soyunub solan nə?
O toyuqdur, qoca kimi dişi yox.
O küləkdir, nəfəsi var, leşi yox.
O həftədir yeddisi var, beşi yox.
Altı bulaq, üstü zəmi qoyundu,
Yaz geyinib meşə, qışda soyundu.
O nədir ki, alovu var, közü yox?
O nədir ki, adı qalar, özü yox?
O kimdir ki, el içində üzü yox?
O nədir ki, bölünər dörd nəsilə?
O nədir ki, gecə görər səs ilə?
O kibritdir alovu var, közü yox.
Yaxşı ölsə adı qalar, özü yox.
Yamanların el içində üzü yox.
Bir ilimiz bölünər dörd fəsilə,
Yarasalar gecə görər səs ilə.
O nədir ki, eli bəzər, lüt gəzər?
O nədir ki, gözü əvvəl it gəzər?
O nədir ki, ipək geyməz, çit gəzər?
O nədir ki, ayaq tutar, yeriməz?
O nədir ki, dildə qalıb əriməz?
O iynədir, eli bəzər, lüt gəzər.
Canavarın gözü əvvəl it gəzər.
O kasıbdır ipək geyməz, çit gəzər.
O böhtandır, ayaq tutar, yeriməz.
Hikmətli söz dildə qalar, əriməz.
O nədir ki, harda gəzsə, izi yox?
Nədir yansa, alovu yox, közü yox?
O nədir ki, gedib görər, gözü yox?
Suya girsə, millənəni tapıb de,
Sudan çıxsa, dillənəni tapıb de.
O kölgədir, harda gəzsə, izi yox.
Ürək yansa, alovu yox, közü yox.
O xəyaldır, gedib görər, gözü yox.
O zəncirdir, suya girsə millənər.
Sudan çıxsa cingildəyib dillənər.
O nədir ki, hamımızın gərəyi?
Hansı damın bir dənədir dirəyi?
Xəncərdən çox nə yaralar ürəyi?
O nədir ki, gəl-gəl dedim gəlmədi?
Gəlmə dedim, gəldi, söylə, o nədir?
Havayla su hamımızın gərəyi,
Göbələyin bir dənədir dirəyi.
Xəncərdən çox söz yaralar ürəyi,
Dodaqlara gəl-gəl dedim gəlmədi,
Gəlmə dedim, gəldi, bildim o nədir.
XƏBƏR LENTİ
Barbiyə bənzəmək üçün hər ay əməlliyat olunur-FOTO
Surprizli zrazı (foto resept)
75 yaşlı məşhur gözəllik sirrini AÇIQLADI
Avropadan erməniləri üzəcək xəbərə
McDonald's şirkətinə qarşı ittihamlar səngimir
Prezident Bilal Əliyevə ev hədiyyə etdi
Onu unuda bilmirəm...
Moskvada XİN rəhbərlərinin Qarabağ danışıqları başladı - VİDEO
Viktoriya Bekhem "Spice Girls"ə qoşulub?
Saç və dırnaq maskası
Gözəl qocalmağın 9 yolu
Windows istifadəçiləri təcili sistemi yeniləsinlər
Beren Saatın tətil fotosu
Saçlarınız üçün lazımlı maskalar
TƏKLİF: Müəllimlər güzəştli kateqoriyaya daxil edilsin
Azərbaycanda daha 6 nəfər koronavirusa yoluxdu
Yazın 10 super qidası
Fəsəli (foto-resept)
Azərbaycanı gözləyən təhlükə ilə bağlı
Bayram namazının vaxtı açıqlandı
Aslı Enverdən Təəccübləndirici Paylaşım
Bölgələrimizin mətbəxi - Naxçıvan MR
Zəmanə dəyişilib yoxsa insanlar?
Məşhur saytın rəhbəri işdən çıxarıldı
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq - SİYAHI
WhatsApp-ı kimlər idarə edir?
Muzeylərə giriş pulsuz olacaq
Yeni terminal 3 milyon sərnişinə xidmət edəcək
Günün qoroskopu: Ağlınızı işlədin!
Türkiyə kurortu sökülür
İmtahana hazırlaşarkən yol verdiyiniz səhvlər
Arıqladan detokslar
Türkiyədə insanlar özlərinə ən yaxın ölkə kimi Azərbaycanı görürlər
Həftənin ilk iş günü Azərbaycanda hava necə olacaq?
Aysel və Araş dueti populyar mahnı siyahısında
Güclü qadın olmaq
Şeymadan yeni FOTO
Messi ikinci dəfə ata olacaq
Şuşada azərbaycanlı polislər fəaliyyətə başladı
Mədə qanaxmasının əlamətləri, səbəbləri və müalicəsi
Rənglərin mənaları və təsirləri
Gözəl qadın kişi sağlamlığı üçün xeyirlidir
Nazirlik məktəblinin “ağır yükü”nə çarə tapdı
Məktəbli geyimlərini hardan alaq?
Yaz qarderobunun əvəzedilməz 4 trendi
Azərbaycanda Od çərşənbəsi qeyd olunur!
104 yaşlı moda ikonu-FOTO
Alimlərdən QORXUNC XƏBƏRDARLIQ
HAVA necə olacaq?- 2 APREL
Bu dərmanların koronavirusa təsiri yoxdur
- ŞƏRHLƏR