Aleksandr Nevski.
700 il bundan qabaq Neva sahilləri boş düzənlik idi. Lakin 1240-cı il iyulun 15-də qılıncların cingiltisi, qalxanların səsi bu yerlərin neçə əsrlik sükütunu pozdu. Bunlar Böyük Novqorod şəhərinin döyüşçü dəstələri idi. Onlara 20 yaşlı knyaz Aleksandr Yaroslaviç başçılıq edirdi. Hücum elə qüvvətli idi ki, isveçlilər özlərini itirərək geri çəkilməyə başladılar. Elə bu zaman knyaz Aleksandr atını irəli çaparaq nizə ilə Birgeri vurub atdan saldı. İsveç əsgərləri qaçmağa başladılar.
Neva çayı sahilindəki parlaq qələbəyə görə rus xalqı gənc knyaz Aleksandra Nevski ləqəbi verdi.
Almaniya.
Almaniya, rəsmi adı: Almaniya Federativ Respublikası -- Qərbi Avropada yerləşən dövlətdir. Şimalda Şimal dənizi, Danimarka və Baltik dənizi, şərqdə Polşa və Çex Respublikası, cənubda Avstriya və İsveçrə, qərbdə isə Fransa, Lüksemburq, Belçika və Hollandiya ilə həmsərhəddir.
Almaniya 16 federal əyalətdən ibarət parlamentli federal respublikadır. Paytaxt şəhər və inzibati mərkəz Berlin şəhəridir. Dövlət kimi Almaniya 1871-ci ildə Fransa - Prussiya müharibəsindən sonra iki hissəyə bölünən ölkə, 1990-cı ildə yenidən birləşdi. Avropa birliyinin yaradıcılarından biri olan Almaniya 81 milyon əhalisi ilə AB - də say etibarilə ilk yeri tutur.
Alman xalqının etnik olaraq formalaşmasının təxminən e.ə 1700-cü illərdə baş verdiyi güman edilir. Almaniya Avropanın mərkəzi hissəsində yerləşən 357.021 kvadrat kilometr əraziyə malik olan ölkədir.
Almaniyanın iqlimi mülayim-dəniz iqlimi hesab olunur. Həm qış, həm də yay mövsümləri üçün sərin, buludlu və rütubətli hava xarakterikdir.
Almaniyanın iqtisadiyyatı Sosial yönümlü bazar iqtisadiyyatıdır. Almaniyanın rəsmi dili Alman dilidir. Almaniya əhalisinin 67 faizi alman dilindən başqa daha bir dil, 27 faizi isə alman dilindən başqa daha iki dil bilir. Ölkədə daha geniş yayılmış xarici dil ingilis dilidir.
Almaniya ilə Azərbaycan arasında sıx mədəni əlaqələr mövcuddur.
Alpinizm.
Təxminən iki yüz il bundan əvvəl iki nəfər isveçrəli Alp dağlarındakı Monblan zirvəsinə qalxa bilmişdi. O vaxtdan uca zirvələrə qalxmağı alpinizm adlandırmağa başlayıblar. Alpinizmlə cəsur, dözümlü, mərd adamlar məşğul olurlar. Yalnız belə adamlar sərt küləkdə, 30 dərəcə şaxtada dağların hər saniyə uça bilən buz bağlamış çıxıntılarından, yumşaq qarla örtülü təhlükəli yamaclarından keçə bilər.
Alpinistlərin xüsusi ləvazimatı var: küləkdən, yağışdan, qardan qorunmaq üçün xüsusi geyim, altı diş-diş ayaqqabı, buz baltası, ayaqqabılara bərkidilmiş xüsusi qırmaqlar, qayalara və buzlaqlara keçirilən qırmaqlar, çəkiclər, çadırlar, yataq kisələri...
1982-ci ilin mayında 11 sovet alpinisti dünyanın ən uca dağ zirvəsi olan Everestə o vaxtadək heç bir alpinistin keçmədiyi ən çətin marşrutla qalxa bilmişlər: həm də sovet alpinistlərindən 4 nəfəri dünyada ilk dəfə Everestin zirvəsini gecə fəth etmişdir. Beləliklə, alpinizm tarixinə yeni şanlı səhifə yazılmışdır.
İndiki vaxtda ən cox rəğbət görən təbiət idmanlarından biri olsa da, bu idmana əlavə oluna biləcək yeniliklərin azalması, yeni nəslin yeni təbiət idmanlarına daha çox maraq duyması ya da bu cür idmanlara yönəlməsi səbəbiylə, XX əsrin başındakı məşhurluğunu itirməyə başlamışdır.
Alüminium.
1855-ci ildə Parisdə Ümudünya sərgisində gümüşü-ağ rəngli 12 kiçik metal çubuq hamının diqqətini cəlb etmişdi. Yumşaq, tez əriyən bu metal gümüşə oxşayırdı, lakin ondan çox yüngül idi. Qəribə burasıdır ki, həmin metal qədimdən bəri kərpic hazırlamaq üçün istifadə olunan adi gilin tərkibində də var idi. "Gil gümüşü" adlandırılan bu metal qranit və bazaltın da tərkibinə daxil idi. Tıbiətdə yayılmasına görə o yalnız oksigendən və silisiumdan geri qalırdı. Onun çoxdan məlum olan və latınca "alümen" adlanan birləşməsi hələ 2500 il bundan əvvəl parça boyamaq, dəri aşılamaq üçün işlədilirdi. Nisbətən saf alüminiumu ilk dəfə 1825-ci ildə Danimarka alimi H.K.Erstedalmış və buna görə də çox qiymətli mükafatla - alüminiumdan hazırlanmış medalla təltif olunmuşdur. Təəccüblənməyin, o vaxtlar alüminium elə baha idi ki, (qızıldan bir az ucuz) ondan yalnız qiymətli bəzək şeyləri hazırlamaq üçün zərgərlikdə istifadə olunurdu.
Alüminiumu XX əsrin metalı adlandırırdılar. Alüminiumdan və onun ərintilərindən təyyarə və gəmiqayırmada, nüvə reaktorlarının, Yerin süni peyklərinin yaradılmasında istifadə olunur. Bütün radiocihazların və televizorların alüminiumdan düzəldilmiş hissələri var. Ondan elektrik məftilləri, mətbəx qab-qacağı, konfetləri sarımaq üçün "gümüş kağız" (folqa) və çoxlu başqa şeylər hazırlanır.
Amerika.
Amerika qərb yarımkürəsində, Atlantik və Sakit okeanları arasında qitədir. O, iki materikden ( Şimali və Cənubə Amerika) ibarətdir. Bu iki materik arasında sərhəd Panama bərzəxindən keçir.
Hər iki materikin yerli əhalisi hindilərdir. Lakin indi onlar sayca çox azdır. Bugünkü amerikalılar Avropadan gəlmiş işğalçıların nəsilləridir. Onlar, əsasən, ingilis, fransız, ispan və portuqal dilində danışırlar.
Şimali Amerikanın təbiəti çox gözəl və müxtəlifdir. Şimal Buzlu okeanının sahillərində tundra yerləşir, qütb parıltısına rast gəlmək olur. Cənuba getdikcə sıx meşələr başlayır. Kanadanın bütün dünyada məşhur olan ağcaqayın meşələri xüsusilə gözəldir. Amerikada çox böyük və qədim ağac olan sekvoyalar xüsusilə maraqlıdır. Şimali Amerikada qaz, neft, kömür, dəmir, mis, qızıl, gümüş kimi faydalı qazıntıları var. Şimali Amerikanın görməli yerlərindən biri Böyük Göllər qrupudur. Beş nəhəng göl br-biriylə birləşərək, şirin sulu bir dəniz əmələ gətirir. Niaqara çayı üstündə iki göl arasında məşhur Niaqara şəlaləsi yerləşir.
Cənubi Amerika materikinin də təbiəti çox müxtəlifdir. Qərbdən şərqə doğru bütün materik boyu Amazon çayı keçir. Onu hər iki tərəfdən selva adlanan tropik meşələr əhatə edir. Bu meşələrin özlərinə xas nadir bitki və heyvanat aləmi var. Məsələn, burada nəhəng ilana - anakondaya rast gəlmək olar. Amazon çayıda isə yırtıcı piranya balıqları yaşayır.
Materikin şimalından cənubunadək And dağları uzanır. Bu yerlərin qədim sakinləri olan inklərindilində "and" - "misli dağlar" deməkdir.
Siz yəqin ki, coğrafiya dərsliklərində Xristofor Kolumb və Ameriqo Vespuççinin adlarına rast gəlmisiniz. Amerika qitəsini 1492 - 1503-cü illərdə X.Kolumb kəşf etsə də, sonralar materik italyan dəniz səyyahı Ameriqo Vespuççinin şərəfinə adlandırılmışdır.
Amerika Birləşmiş Ştatları.
Amerika Birləşmiş Ştatları qərb yarımkürəsinin ən böyük ölkəsidir. Onun ərazisi, əsasən, Şimali Amerikadadır. ABŞ şərqdən Atlantik okeanı ilə, qərbdən isə Sakit okeanla əhatə olunur. ABŞ-ın iqlimi, əsasən, mülayim və subtropikdir. Havay adalarında əsl tropik iqlim mövcuddur. Şimal ştatı olan Alyaskada isə qışda Arktika soyuğu özünü göstərir.
Amerikalıların ən çox yaşadığı ştatlar Koliforniya, Texas, Nyu-York, Florida və İllinoys ştatlarıdır. Ən az əhali isə Vayominq ştatında yaşayır.
ABŞ dövləti 50 ştatdan, Kolumbiya federal dairəsi və asılı ərazilərdən ibarətdir. Ştatlar rayonlara bölünürlər. ABŞ-da 3141 rayon var.
Sakit okean sahilində ən iri şəhərlər Los-Anceles və San-Fransiskodur. Demək olar ki, bütün amerikan filmləri Los-Anceles yaxınlığındakı Hollivudda çəkilir. ABŞ bir çox böyük şəxsiyyətlərin vətənidir. Görkəmli siyasi xadimlər Bencamin Franklin və Avraam Linkoln, ixtiraçılar Robert Fulton, Tomas Edison, yazıçılar Mark Tven və Cek London və bir çoxları bütün dünyada məşhurdur.
XƏBƏR LENTİ
Haluk Levent azərbaycanlı qıza görə konsert verəcək
12 mindən çox brilyantdan hazırlanan üzük dünya rekordunu qırdı
Putin ordu rəhbərliyi ilə iclasda: “Siz məndən qorxursunuz yoxsa məni sizdən qoruyurlar?”
Balotelli: "Messi və Ronaldu da..."
Bekhem Seriala Çəkildi - FOTO
Azərbaycanda Nazirlikdə "SOS"!
Xocalı qətliamı zamanı əsir düşən musiqiçi "Əl-Cəzirə"yə danışdı
Xilaskarlarına minnətdar olan heyvanlar
Ezgi Mola ərə gedir
Gözəl ayaqlara sahib olaq
Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun VAXTI açıqlandı
Mütəmadi halsız və yorğun olmağın tibbi səbəbi
Qar yağacaq!
Bunlar kişilər üçün zərərlidir
2011-ci ilin gecə geyimləri
Bu adada hər şey tərsinədir - Kişilər "gəlin" köçür, evdən qovulur... - FOTO
Bakının bir hissəsinə su verilməyəcək
Dünyanın ən gözəl və qeyri-adi meşələri
Şahbaz Quliyev və Dilqəm Əsgərov vətənə gətirildi - RƏSMİ
Doğulacaq körpələrinin cinsi məlum oldu
Hər şeyin balacası
İNANILMAZ: Meşə insanları
Günəş ləkələrinə qarşı nə etməli?
Hava haqqında - 12.11.2013
2019 ayaqqabı trendləri
"Ebola"dan ölənlərin sayı 9152 nəfərə çatdı
Dövlət qulluğunda çalışmaq istəyənlər, DİQQƏT - Müsahibə elan olundu
2019 Məzuniyyət Saç Modelləri
Uşağın makrozomik olaraq doğulması
Dilqəm Əsgərov ermənilərə boyun əymədi
Şimşək çaxacaq, leysan olacaq - XƏBƏRDARLIQ
Sabahdan məktəblər bağlanır
Toy karvanının qabağını kəsən uşaqlar cərimələnəcək
Cərimələr azalır
BÜRCLƏR bizə nə vəd edir?- 29 yanvar
Castin Biber izləyicilərindən kömək istədi-FOTO
Soçi bitdi, savaş olacaq?
Azərbaycan Ginnesin rekordlar kitabına düşə bilər
Uzun saçlara necə qulluq etmək lazımdır?
Ermənistanda həbsdə olan azərbaycanlı azadlığa buraxıldı
Kağızdan portretlər
Evdə hazırlaya biləcəyiniz sakitləşdirən çaylar
Serenay Sarıkayanın 13 minlik donu-FOTO
"Sürücülük vəsiqələrindən ödəniş etmək olacaq"
Böyrək daşı xəstəliyi 2-ci hissə
Günün ulduz falı - 28.08.2013
Subaylıqla bağlı fərqli ölkələrin adətləri
Ölkədə gediş haqları dəyişibmi?
Enerji içkiləri onlara satılmayacaq - DƏYİŞİKLİK
55 yaşlı Tarantino ilk dəfə evləndi
- ŞƏRHLƏR