Lev Tolstoy
Bu soyadda vurğu ən qədim rus soyadlarında olduğu kimi son hecaya düşür. 1383-cü ildə İndros adlı litvalı Rusiyaya köçür. Onun nəticəsi Andrey 15-ci əsrdə Moskva knyazı Vasilinin ordusunda xidmətə başlayır. Knyaz bədən quruluşuna uyğun olaraq ona «Tolstoy» deməyə başlayır və bu, nəslin soyadına çevrilir. Böyük Pyotr, sədaqətinə görə, bu nəslin nümayəndəsi Pyotr Tolstoya qraf titulu verir.
Anton Çexov
Bu nəslin adının çex xalqı ilə heç bir əlaqəsi yoxdur. Qədimdə Rusiyada Çox, Çex (bəzən «С‡РµС…» yazılıb «С‡С‘С…» kimi tələffüz edilirdi) adları geniş yayılmışdı. Pravoslavlıqdan əvvəlki, yəni kilsədə verilməyən adlardan olub. Çox — «С‡РёС…ание» (asqırmaq) sözündəndir. Tez-tez soyuq dəyən, yaxud nəyəsə allergiyası olan və buna görə asqıran uşağa belə bir ad verilə bilərdi. Rusiyada Çoxov, Çexonin kimi eyni kökdən gələn soyadlar da var.
Denis Fonvizin
18-ci əsrdə yaşamış böyük rus dramaturqu Denis Fonvizin də ruslaşmış Pribaltika almanlarının nəslindəndir: vonWiesen-lərdən. 17-ci əsrin əvvəlində artıq ruslaşmış nəslin soyadı sənədlərdə Fonvizin yazılırdı.
Fyodor Dostoyevski
Bu nəslin şəcərəsi Danila İvanoviç Rtişşevdən başlanır. Rtişşevlərin adı cənub-qərbi Rusiyanın 16-cı əsrə aid sənədlərində tez-tez çəkilir. Onlara o dövrdə pravoslav Rusiyasının katolik Avropanın təsiri dairəsinə düşməsi qarşısında sipər olan millətçi və dindar nəsillərdən biri kimi böyük ehtiram göstərilirdi. Pinsk knyazı Fyodor İvanıç bu xidmətlərinə görə Dostoyeva kəndinin bir hissəsini Rtişşevlərə bağışlamışdı. Beləcə, kəndin yeni sahiblərini Dostoyevskilər adlandırmağa başladılar. Kəndin adında vurğu ikinci hecaya düşdüyü üçün Dostoyevski soyadı da ilkin dövrlərdə buna uyğun səslənirdi.Aleksandr Puşkin
Şəcərənin tarixi Rusiyaya köçmüş Radşa adlı almandan başlanır. O, Rusiyaya knyaz Aleksandr Nevski dövründə köçüb. Musinlər, Bobrışevlər, Buturlinlər, Şerefinovlar və bir sıra başqa məşhur nəsillərin də şəcərəsi başlanğıcını Radşadan alıb. «Puşkin» soyadı isə Radşinin nəslindən olan və 16-cı əsrdə yaşamış Qriqori Aleksandroviç Puşkadan gəlir. Ona niyə «Puşka» deyildiyi bilinmir. Güman edilir ki, ya topçu olub, ya da töp tökən usta. 16-cı əsrdən sonrakı sənədlərdə Puşkin soyadlı mülkədar və boyarların adlarına rast gəlinir.
Mixail Lermontov
Rusiyanın ən məşhur nəsillərindən olan Lermontovlar öz soyadını şotland əsilli Corc Ler-montdan götürüb. 17-ci əsrin əvvələrində o, muzdlu döyüşçü kimi polyak ordusunda xidmət edirdi. Ruslara əsir düşəndən sonra Rusiyada qalır və ailə qurur...İvan Turgenev
Şəcərə Qızıl Ordadan olan tatar Turgendən başlanır. «Turgen» monqol dilində «cəld, sürətli, tez özündən çıxan» deməkdir.Nikolay
Karamzin
Böyük rus tarixçisi və yazıçısı Nikolay Karamzinin də nəsli türk kökənlidir. Soyad tatar Kara Murzanın adındandır. «Karamurzin» sonradan «Karamzin»ə çevrilib.
Vüsal Baxşıyev

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR