Əziz xanımlar! Madam Səbinənin həyatı ilə sizi bu qədər kədərləndirdim, onda icazə verin soyuqlayaraq xəstəxanaya düşməsi ilə mənim onunla (Səbinəylə) rastlaşmağıma səbəb olan başqa bir qızcığazın hekayəsi ilə bunu kompensasiya edim.
Əslində onun da hekayəsi bir xəstəxana palatasında başlayır.
Hələ bir gün əvvəl uzun sürən ağır cərrahiyyə əməliyyatından çıxmışdım. Bu gün isə çarpayımın ətrafında bir qrup həkim və tibb bacıları çaşqın-çaşqın hamilə olduğumu göstərən test çubuğuna baxaraq susurdu. Axı bu necə ola bilərdi? Heç kim inana bilmirdi. Keçirilən əməliyyatdan sonra hamilə olsam belə uşağın düşməməsi mümkün deyildi. Uzun çəkən sakitlikdən sonra nəhayət ki, cərrah xanım dilləndi:
-Doğrusu bu cür əməliyyatdan sonra hamiləliyin qalmasını mümkünsüz hesab edirdik. Demək, belə də olurmuş. Nə isə, olan olub. İndi hələki mümkün deyil, Allah qoysa 1.5 aydan sonra tikişlər oturuşacaq, sonra götüzdürərsən.
Çaşqınlıq içində idim. Necə yəni “götüzdürərsən”? Sakitcə:
-Doktor, mənim elə bir fikrim yoxdur. – dedim.
Bayaqdan davam edən susqunluğu pozmağa elə bu lazım imiş sanki. Hərə bir tərəfdən etiraza başladı. Araya qoyan kim, qınayan kim, başa salmağa çalışan kim...
-Sən nə danışırsan, ay qız?- cərrah qətiyyətli tonla dilləndi, - Necə yəni götüzdürməyəcəm? Elə bilirsən ondan sənə uşaq olacaq? Heç xəbərin var ki, 2 saatlıq əməliyyat boyunca sənə nə qədər narkoz verilib? O heç inkişaf da etməyəcək! Üstəlik sənin özünə də olmaz axı. Bu cür əməliyyatdan sonra... saxlasan, mən heç nəyinə təminat vermirəm.
Susurdum. Nəhayət abort qərarı verib, hərə öz işinə dağılışdı.
Artıq 2 övladım vardı. Ana idim. Övlad nədir, bilirdim. Doğulmamış övladımı öldürməmək üçün çarə axtarırdım. Mənə dəstək olacağına ümid etdiyim ginekoloqumu xatırladım. Tibb bacısını çağırıb, ondan mənim üçün istifadə olunmuş narkotik vasitələrin adını xahiş etdim. Nəhayət uzun bir siyahını axır ki, gətirib çıxardılar. Lakin böyük ümidlə zəng vurduğum ginekoloq siyahını eşidib, dəhşətə gəldi! Uşağın görünüşü normal olsa belə, əqli zəkasında mütləq çatışmazlıq olacağından əmin idi.
Yolum hər tərəfdən bağlanmışdı. Çarəsizdim. Ancaq ümidimi kəsmirdim. Birdən, sanki, Allah mənə zehin açıqlığı verdi. Düşündüm və anladım ki, test daha çox zəif göstərdiyi üçün bu uşaq ən çoxu 3 həftəlik ola bilər. Uşağın isə ana ilə bağı yalnız 3 həftədən sonra yaranır. Yəni uşaq narkozun təsirinə məruz qalmamalı idi. Bəlkə də səhv xatırlayırdım, ancaq bu fikir mənim ümidim oldu, ona sarıldım və saatlarla dua etdim...
Artıq 12 həftəmi tamamlamışdım. Pis xəbər eşitməkdən çəkinsəm də UZİ-yə getdim. Uşağın sağlamlığı haqda az-çox məlumat almaq istəyirdim. Və burada daha bir sürprizlə qarşılaşdım: uşaq qız idi! Qız... Evdə daha 2 qızım vardı. İndi mən çıxıb bu da qızdır desəm, onsuz da hamının götüzdür dediyi bir şəraitdə israrlar daha da artmayacaqmı? Və qərara gəldim: uşağın cinsiyyətini gizləyəcəm, və nə olursa olsun onu dünyaya gətirəcəm. Səhv etməmək üçün çox düşünürdüm. Başa düşürdüm ki, bu qərarımla bütün qalan həyatımı əqli çatışmazlığı və ya hər hansı başqa şikəstliyi olan bir uşağa həsr etmiş ola bilərəm. Nə etməli idim? Bu qız mənim sınağım idimi? Bəlkə cəzam idi? Bəlkə mükafatım idi? Ona baxmaq savabı mənə yetəcəkdi, bəlkə? Bütün bu suallara tək bir cavab tapdım: istər sınağım olsun, istər cəzam, istər mükafatım, hər nə olur olsun, onu mənə Rəbbim verir. Rəbbimin verdiyindən imtina etmək nə həddimə? Buna haqqım varmı? Əlbəttə ki, YOX! Və həmin gün bir ŞANS VERMƏK qərarına gəldim. Yox, uşağa yox! Özümə! Məhz özümə bir şans vermək istədim: ÖVLAD QATİLİ OLMADAN YAŞAMAQ ŞANSI!
Aylar keçdi. Həkimlərin və yaxınlarımın bütün nigarançılıqlarına baxmayaraq, ağlıma belə gəlməyəcək qədər rahat hamiləlik keçirdim. Rəbbim mənə nur topu kimi sağlam və gözəl bir qız lütf etdi. Şirinliyi ilə hər kəsin sevimlisi olan Əsmərimi mənə əmanət etdi!
Bu gün artıq bütün qəlbimlə inanıram: həyatımda özümə etdiyim ən böyük yaxşılıq idi bu! O gün mən fərqli qərar vermiş olsaydım,
bu körpə can dünyaya gözünü heç açmayacaqdı,
ətrafında baş verənləri bu cür təəccüblə seyr edə bilməyəcəkdi
bu şirin üzünü heç görməyəcəkdim.
Bir gün beləcə oynayarkən yuxulamayacaqdı.
Bu gözəl gözlərlə mənə baxmayacaqdı.
Pəncərədən boylanaraq dünyanın belə böyük olduğunu görməyəcəkdi.
O olmasa idi bacısının yazı masasını kim dağıdacaqdı?
Sevimli ayaqqabıları ilə həm bayırda, həm də evin içində kim gəzəcəkdi?
Hər “olmaz” eşitdiyində küsərək mənə arxasını kim çevirəcəkdi?
Və nəhayət bu yazıya yerləşdirməyə 1 tək gözəl kadr çəkə bilmək üçün bütün günü məni arxasından qaçdırıb, sonda yenə də köhnə şəkillərə kim möhtac qoyacaqdı?
Sizcə də bütün bunları yaşamağa dəyməzdimi?
Əziz xanımlar! Abort stoluna çıxarkən bir daha düşünün:
Mənim və övladımın yaşadığı bu gözəllikləri nə siz, nə də həyatına son verməyə hazırlaşdığınız körpəniz görməyəcəksiniz!
Sonda bütün qadınlara müraciət edərək demək istəyirəm:
GƏLİN ÖZÜMÜZƏ BİR ŞANS VERƏK!
BALA QATİLİ OLMADAN YAŞAMAQ VƏ YARADANIMIZIN QARŞISINA ÇIXMAQ ŞANSI!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Can Yaman Burak Özçivitə söz atdı
Milyarderin qızı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Saytımızın ƏN-ləri II HİSSƏ
Lolita qonorarını açıqladı
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA - VİDEO
Bakıda ilk rəsmi moda həftəsi keçiriləcək
Avropa ən yaxşı maşınları seçir
Almalı oladi (foto resept)
Saakaşviliyə Ukraynada yüksək vəzifə təklif ediblər
Azərbaycanda banklar bir illiyə gəlir vergisindən azad edildi
Təhsil Nazirliyi deputatın iradına cavab verdi
Kişi hansı halda arvadından boşana bilməz?
Saçlara qulluq maskaları (2)
Aclıq hissi yaradan qidalar
Saç rezinləri
Ancelina Coli bu görüntülərlə heyran etdi
Övladı birinci sinfə gedəcək şəxslərin NƏZƏRİNƏ
"Titanik" yenidən hazırlanır-2022-ci ildə təhvil veriləcək
Uşaq tərbiyəsində 7 vacib məqam
Soyuğun faydaları
“Doğduğun Ev Kaderindir”də yeni aktyor
Məşhur serialla bağlı yeni qərar verildi
Əli Əsədovdan yeni TƏYİNAT
Təyyarəni qaçıran şəxs həbs edildi
İlon Mask koronavirusa qarşı peyvənd vurdurmaqdan imtina edib
ABŞ-da 91 yaşlı qadın gözəllik kraliçası seçildi(FOTO)
Adi köynəklə tərz sahibi olmaq üçün...
2011-ci ilin yaz-yay ayaqqabı modelləri
Erməni çöküşü sürətləndi
Arıqlamaq üçün edilən hərəkətlərin texnikası
Məşhur aktrisa vəfat etdi
Məşhur model qala gecədə - FOTO
Bakıda ağır avtobus qəzası: yaralılar reanimasiyada
Gəncənin 4 saylı tam orta məktəbi "İlin ən yaxşı ümumtəhsil məktəbi" seçilib
Bakıda alverin yeni yolu: uşaqların səhhəti hədəfdə
Sevgilisinin boğazına xalta keçirib gəzdirdi - FOTO
"Ebola" virusunu 15 dəqiqəyə aşkarlayan preparat hazırlandı
Bananlı rulet (video-resept)
"Neftçi", “Bakı” və "Sumqayıt" qalib gəldi
Ordumuz cəbhədə daha 2 erməni hərbçini məhv etdi
Məşhur model həbs olundu
Hadisənin uşaqlıq fotosu
Qurban bayramında qeyri-iş günlərinin sayı açıqlandı
Dünyanın ən bahalı gəlinliyi
Hava haqqında - 09.10.2013
Çay evlərində ömrünüzü çəkirsiniz?..
Qəhvə içənlərin arteriyaları "daha təmizdir"
Təhsil Nazirliyi 913 nəfərə yol açdı, yanvarda imtahandır
Ermənilərin cəbhə xəttində təxribatı davam edir
Naringili dondurma (foto resept)
- ŞƏRHLƏR