Gözlərə makiyaj edərkən gözün forması əsas tutulmalı və gözlərdə olan qüsurları örtəcək şəkildə bir makiyaj edilməlidir. Gözlərə vurulan göz kölgələri çox açıq və canlı rənglərdə olmamalıdır. Yüngül tonlarda olan göz kölgələri gözləri daha təbii və gözəl göstərir. Hər bir göz formasına uyğun makiyaj eləməyin üsullarını nəzərdən keçirək.
Böyük gözlər üçün makiyaj
Böyük gözlərə sahib olanlar gözlərinin altına qara qələm çəkə bilərlər. Qara qələm gözləri balaca göstərir. Lakin gözünüzün daha da böyük görünməsini istəyirsinizsə, gözünüzün altına ağ qələm çəkə bilərsiniz. Bundan əlavə gözlərinizi böyük göstərmək üçün açıq rəng göz kölgələri, kiçik göstərmək üçün isə tünd rəng göz kölgələrindən istifadə edin.
Kiçik gözlər üçün makiyaj
Kiçik gözləri olan xanımlar heç vaxt gözlərin altına qara qələm çəkməməlidirlər. Çünki bu zaman gözləri daha da kiçik görünəcəkdir. Gözünüzü daha böyük göstərmək üçün altına və içinə ağ qələm çəkin. Göz kölgələrində isə açıq rənglərə üstünlük verin.
Bir-birinə yaxın gözlər üçün makiyaj
Gözlərinizin bir-birindən daha uzaq görünməsi üçün edəcəyiniz makiyaj göz ucunda deyil gözün quyruq hissəsində daha qabarıq olmalıdır. Bunun üçün tuşu yalnız gözünüzün ucundakı kirpiklərinizə çəkin. Göz qapağınızın ortasına qədər açıq rəngdə göz kölgəsi vurun.
Bir-birindən uzaq gözlər üçün makiyaj
Gözləri bir-birinə yaxınlaşdırmaq üçün isə əksinə makiyaj gözün iç hissəsində daha qabarıq olur. Burnun uc hissəsinə tünd rəngdə tonal krem çəkməklə gözləri bir-birinə yaxınlaşdıra bilərsiniz. Bundan əlavə tonal kremi qaşlarınıza doğru yayın və tuşunuzu 2 qat çəkin.
Çuxur gözlər üçün makiyaj
Çuxurda olan gözlərə sahib olanların gözləri kiçik görsənir və buna görə də gözləri böyük göstərmək üçün olan makiyaj üsulundan istifadə etməlisiniz. Göz qapağınıza açıq rəngdə göz kölgələri çəkin və göz çuxurunun yuxarısına kimi yayın. Qələmi çox incə formada çəkin. Tuşu üst hissəyə doğru çəkin və alt kirpiklərinizə də azca vurun.
Çəkik gözlər üçün makiyaj
Çəkik gözlər ümumiyyətlə daha gözəl görünən gözlərdir. Lakin gözlərinizin belə olmasından şikayətçisinizsə, layner istifadə etməməlisiniz. Çünki bu gözlərinizi daha çəkik göstərəcəkdir. Hər bir göz formasına uyğun makiyaj etmək üsulundan istifadə etməklə həm gözlərinizin qüsurlarını örtə, həm də daha gözəl görünə bilərsiniz
XƏBƏR LENTİ
Android-li noutbuk hazırlanacaq
Azərbaycan dili - XI dərs
Azərbaycanda vətəndaşlıq qaydalarını pozanlara 2 il həbs cəzası verilə bilər
Qışda sevgilinizlə necə vaxt keçirə bilərsiniz?
Kişilərin 6 sirri
İkinci, dağılmış Yer tapıldı
Fransa mətbuatı Azərbaycan bayrağından yazdı
Alimlər xoşbəxtlik genini tapdı
Vətən müharibəsində bir qolunu itirən qazimiz evinə qayıtdı - VİDEO
Bu obyektlər yaxın günlərdə açıla bilər - Nazir açıqladı
Qadın güləşimizdə intriqa
Göbələkli, toyuq ətli piroq (foto resept)
İlham Əliyev: Bu il Sumqayıtda şüşə istehsalı zavodu fəaliyyətə başlayacaq
Rusiyada fenomenə çevirilən türk aktyor
Mürəbbəli peçenye (foto-resept)
Nissan Sway təqdim olundu
ANS Televiziyasının yayımı dayandırılıb
Antibiotiklərlə əlaqədar bilməniz lazım olanlar
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
Valideynlər, pul gəlir!
Azərbaycanlı uşaqları xaricə necə aparırlar?
Sofia Vergaranın gözəllik sirləri
Sizi "tox" saxlayacaq 7 qida
Kitab oxumaq üçün rahat yerlər
Cennifer Lopez məhkəməlik oldu-SƏBƏB
Obamadan İlham Əliyevə təbrik
Astma və boğulma
Çimərlik geyimləri
ASAN-dan yeni xəbər
Şəkidə fənn olimpiadasının zona turu keçirilib
Ozan Doğulu aylıq kirayəsinə 12 min verəcək
Məşhur model yorğunluğunu belə ifadə etdi-FOTO
Gəlinlik alarkən bunlara diqqət edin!
Bakı Dövlət Universitetinin yeni tələbə şəhərciyi belə olacaq
Sürətli çəki artırmağın 20 yolu (2)
Şokoladlı sufle: gecə-gündüz (foto-resept)
Həcc ziyarətinə Azərbaycandan ilk qrupun gedəcəyi VAXT AÇIQLANDI
Azərbaycanın bəzi rayonlarında sərt karantin rejimi uzadıldı - SİYAHI
Dünyada cəmi 4 ölkədə əkilən meyvə Azərbaycanda yetişdirilir
HAVA necə olacaq?- 4 MART
"Azərbaycan Avropa Oyunlarının təsirli və heyrətamiz açılışını təşkil etdi"
Gülşen prokurorluğa verildi -SƏBƏB
Gənc xanımlar üçün donlar
Kredit götürmək istəyənlər üçün
XX əsrin faciəsi: Xocalı soyqırımından 25 il ötür
İlham Əliyev: “Bərdə sakinlərinin qisası yerdə qalmayacaq”
Dişi anakonda erkək olmadan balaladı
Qozlu peçenye
Başabəla vitamin
Megan Marklın 5 illik arzusu üzə çıxdı-FOTO














