Dərimizin hansı növə aid olduğunu ev şəraitində müəyyənləşdirə bilərik. Səhər üzümüzü yuduqdan 1 saat sonra nazik salfeti üzümüzə yapışdırırıq. Əgər salfetdə heç bir iz qalmırsa demək quru dəridir. Quru dəri eləcə qabıq verir soyulur, hətta üzdəki nazik kapilyarlar da gözə çarpır. Yox əgər salfetdə ləkələr qalırsa demək yağlı dəridir. Yağlı dəri tez kirlənir, parlaq olur. Salfetdə əgər alın, burun və çənə hissələrində ləkələr qalıbsa demək qarışıq dəridir. Belə dəriyə sahib olanların yanaqları quru olur. Nomral dəri isə heç bir iz saxlamır, belə dəri problemsiz və şəffaf olur. Dərimizi tanıyıb ona görə qulluq üsullarını seçmək lazımdır.
Quru dəriyə qulluq və maskalar
Quru dərisi olanlar səhər və axşam dərilərinə qulluq etməlidirlər. İlk növbədə nəmləndirməyə çalışmalı və daha da qurumasının qarşısını almalıdırlar. Belə ki, çox isti və çox soyuq suyla yuyunmaq olmaz. Çünki dərimizin qurumasına səbəb olar. Hər axşam yatmazdan əvvəl dəriyə badam yağı çəkmək lazımdır. Yağın artıq qalan hissəsini salfetlə təmizləmək olar.
Nəmləndirici maska
Bir ədəd bananı yaxşıca çəngəllə əzib üzümüzə sürtürük. 15 dəqiqədən sonra ilıq suyla yumaq və yumuşaq dəsmalla quruladıqdan sonra nəmləndirici krem çəkmək lazımdır. Həftədə bir dəfə etmək kifayətdir.
Nəmləndirici və qidalandırıcı maska
Tərkibi:
1 ədəd yumurtanın ağı
1 ç/q bal
Bir neçə damcı badam yağı
Yumurtanın ağı olan maskalar üzündə qırışları bəlli olan xanımlara məsləhətdir. Çünki yumurtanın ağı məsamələri yığır. Yumurtanın ağı çalınıb beze halına gətirilir. Üzərinə bal və badam yağı əlavə edilib krem halına gətirilir. Bu qarışığı hər səhər 1-2 saat sürtüb gözlədikdən sonra yuyun. Həftədə bir dəfə etmək kifayətdir.
Yağlı dəriyə qulluq və maskalar
Yağlı dərinin də səhər və axşam qulluğa ehtiyyacı var. Yağlı dərisi olanlar adi sabunla üzlərini yumasınalar, kükürdlü sabunla yumaq məsləhətdir.
Banan maskası
1 ədəd banan
2x/q qatıq və ya bal
Bananı yaxşıca əzib üzərinə qatıq və ya balı əlavə edirik. Bu qarışığı üzünüzdə quruyuncaya qədər gözləyin və ilıq suyla yuyun.
Kartof maskası
1 ədəd kartof
1 st süd
1 yumurtanın sarısı
Kartofu sürtkəcdən keçiririk. Süd və yumurtanın sarısını ocaqda bir az isidib üzərinə əlavə edirik. İlıq halda üzümüzə sürtüb 20 dəqiqədən sonra əvvəlcə isti, sonra soyuq suyla yuyuruq. Ayda bir dəfə etmək lazımdır.
Qarışıq dəriyə qulluq və maskalar
Qarışıq dəriyə qulluq ikiqat çətindir. Çünki yağlı olan alın, burun və çənə hissəsini yağlı dəriyə qulluq üsulundan, quru olan yanaqları isə quru dəriyə qulluq üsulundan istifadə edirik. Belə ki, çalışıb yağlı hissələrin yağını təmizləmək lazımdır.
Losyon- sarımsaq, sirkə və nar suyunun qarışığını yağlı olan yerlərə sürtmək lazımdır. Quru yerləri isə nəmləndirmək lazımdır. Bunun üçün nəmləndirici kremlərdən istifadə etmək olar. Makiyajdan çox istifadə etmək lazım deyil.
Normal dəriyə qulluq və maskalar
Normal dərisi olan xanımlar heç bir problem yaşamırlar. Belə dəri, necə deyərlər, qüsursuz olur. Sadəcə çalışıb dərimizi nəmləndirmək, qurumasının qarşısını almaq lazımdır. Nəmləndirici krem və maskalardan həftədə bir dəfə istifadə etmək kifayətdir.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Eskimo tortu (foto resept)
Kakaolu tort (foto resept)
Məşhur aktrisa toydan sonra xınayaxdı etdi-FOTO
Şahbaz: "Anam və qızımdan narahatam"
Yapon əzgilinin faydaları
Münasibətinizə nəzarət edin
Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinət artırıldı
O aşiqdir?
Dəbli jaket modelləri
Ölkədə yeni iş yerləri yaradılacaq
Cəfəri maskası
Min cavan dəyən ən dəbli yaşlı qadın.
Limonlu ədviyyat hazırlayaq
Amerikalı professordan ermənilərə zərbə
Tələbələrə uçan aparatlar veriləcək
Altıaylıqsan?..
Serenay Sarıkaya səs dərsləri alır-SƏBƏB
Koronavirusla bağlı SON STATİSTİKA
Həmyerlimiz Vilnüsdə həmsədr seçilib
Erməni məşqçinin millimizin futbolçusuna bəhanəsi
Körpə olduğumuz dövrü niyə xatırlamırıq?
Rəssamlıqla məşğul olan həkim
Bir gündə 4,3 milyard dollar itirdi
Velosiped yarışmasında nəfəs kəsən anlar
Ermənistan məhbusların cəbhəyə göndərilməsini rəsmən təsdiqlədi
Günün qoroskopu - 01.11.2013
Mehriban Əliyeva ən gözəl birinci xanımlar sırasında (foto)
NASA-dan ŞOK açıqlama: “QARA DƏLİK”dən bizim kainata SİRLİ OBYEKT KEÇDİ
Özünü saymayan dövləti kim sayar ki…
İran Azərbaycan Tibb Univeresitetinin diplomlarını tanıyacaq?
Qarın əzələlərini işlədən yoqa hərəkətləri
Gözəl saçların sirri
Meqan və Harri hər kəsi belə Təbrik etdi-FOTO
Prezidentlər üz-üzə görüşüb
Jelatin həqiqəti və halal qida
Başsız və gələcəksiz ölkəni yenə aldatdılar
İnternetdən ayrılmadan edə biləcəkləriniz
Müğənni arıqladı: tamaşaçılar gözləri ilə də qulaq asırlar - FOTO
Ermənilər Ağdam məscidini hərbi qərargaha çevirdilər
Film kimi real yerlər
Toyuq və avokadolu sendvinç (foto resept)
O, Azərbaycan haqqında yalan yayır!
25 müasir mətbəx dizaynı (1)
Putin Mehriban Əliyevanı təbrik etdi
Azərbaycanda xəstələrin qeydiyyatı ilə bağlı yenilik
TƏBİB sədri həyəcan təbili çalır: “Normal həyata dönə bilmirik”
Prezidentdən xanımlara 8 Mart təbriki
Erməniləri saran qorxu
İrina Şeyk yeni sevgilisini təbrik etdi
"Ufak tefek cinayetler"dən getmə xəbərindən danışdı
- ŞƏRHLƏR