Yeməklərinizin imtina edilməz parçası olan sarımsaq ilə saçlarınızı qoruma altına ala və bu qoruma sayəsində daha gözəl bir saç quruluşuna sahib ola bilərsiniz. Son illərdə, xüsusilə saç tökülməsinə qarşı istifadə edilən sarımsaqla saçlarınızı əvvəlki sağlamlığına qaytara bilərsiniz. Unutmayın, sağlam saçlar fiziki mənada sizə böyük üstünlüklər qazandıra bilər və daha gözəl bir görünüşə sahib ola bilmənizi təmin edər.
Sarmısağın içində olan allicin adlı komponent həm güclü qoxunu verir, həm də sarımsağın sağlamlığa faydaları bu komponentdən gəlir. Sarmısaqla saç baxımı, saçları gücləndirmək, təbii bir parlaqlıq qazandırmaq, uclarının daha az qırılması və saç dərisində meydana gələn qaşıntıdan xilas olmaq üçün istifadə edilə bilər.
Sarmısaq yalnız yeməklərimizi dadlandırmaqla kifayətlənmir, qan təzyiqini salma, ürək xəstəliklərindən qoruma, göbələk və virus infeksiyalarına maneə törətmə, xolesterolu salma və damar tıxanmasına mane olma kimi bir çox əhəmiyyətli işə yarayır. Sarmısaq qan dövranını sürətləndirərək saç dərisinə daha çox oksigen getməsini və toksinlərdən təmizlənməsini də təmin edir.
İndiki vaxtda sarımsağın tökülən saçı təkrar çıxarması və saçların zəiflədiyi bölgədə daha çox saç çıxarması üzərində bəzi araşdırmalar aparılır. Saçların zəiflədiyi bölgələrdə sarımsaq jeli istifadə edən kəslərdə istifadə etməyənlərə nisbətlə gözlə görülə bilən şəkildə təkrar saç çıxdığı və saç keyfiyyətində artım təmin edildiyi müşahidə edilmişdir. Bu araşdırmaların nəticələri 2007-ci ildə “U. S. National Library of Medicine” da nəşr olunmuş və 2010-cu ildə Dünya Saç Araşdırmaları Konqresində iştirakçılara təqdim edilmişdir.
Sarmısaqla saç baxımı üçün içərisində sarmısaq olan şampunları istifadə edə bilər, ya da öz sarımsaqlı şampununuzu özünüz hazırlaya bilərsiniz. Digər bir alternativ isə çox incə dilimlənmiş sarımsaqla saç dərinizə masaj etməkdir. Sarımsaq dilimlərini saçınızın zəiflədiyi və töküldüyü bölgəyə masaj edərək tətbiq edin və 60 dəqiqə gözlədin. Daha sonra eyni bölgəyə zeytunyağı ilə masaj edin. Daha təsirli bir tətbiq üçün zeytunyağını 5-6 saat saç dərinizdə gözlədin. Sonra saçlarınızı normal şampunla yuya bilərsiniz.
Sarımsaq sağlamlığa faydaları ilə ön plana çıxmaqla birlikdə bəzən yan təsirə səbəb ola bilər. Sarımsağın ən çox görülən yan təsiri allergik reaksiyalardır. Dəridə qızarıqlıq, qaşıntı, səpgi olaraq görülə bilər. Bu allergik reaksiyalar ümumiyyətlə çiy sarımsağa toxunulduğunda ortaya çıxır. Körpələrdə və uşaqlarda sarmısağın birbaşa dəriyə tətbiqi doğru deyil.
XƏBƏR LENTİ
Ledi Qaqa yenə hər kəsi heyrətləndirdi - FOTO
Bakıda bu xəstəxana söküləcək - Yerində stansiya tikləcək
Ayaqqabılarımızı özümüz bəzəyək
Rusiyada viza rəsmiləşdirilməsində yenilik olacaq
Üçölçülü görmə
Hava xəbərdarlığı - küləkli hava olacaq
Qırmızı xalçada CeyLo etirazı - "Utanmaz"
Fahriye Evcenin estetik sirri ortaya çıxdı
Qadınlar üçün məsləhətlər
Azərbaycanda dərs ilinin uzadılacağı gözlənilir
Orucun elmlə sübut olunmuş faydaları
Haçalanan saçlar üçün maska.
Azərbaycana gətirilən mobil cihazların qeydiyyatı qaydası sadələşdirildi
Emma Stounun Toy Tarixi Bəlli oldu-FOTO
"Kök deyiləm sümüklərim ağırdır"
"Yüzleşme" serialı reytinq qurbanı oldu
Öldürücü virus qurbanlarının sayı artır
Fıstıqlı şorba ( foto resept)
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Tekila içkisi haqqında
"Fənər"də 5 il oynayan "Everton"a od qoydu
Təbii üsullarla böcəkləri evdən necə uzaqlaşdırmalı?
Kefir süddən daha faydalıdır
Qadın.Netlilərin "16 yaşında özünə məktub"ları (2)
Filmi xatırladan real təbiət şəkilləri
Məşhur teleaparıcı qulduru tutdu
Hyustonun mərkəzində “Qarabağ Azərbaycandır!” şüarı nümayiş etdirilib
Milli Qəhrəman Koroğlu Rəhimovun xatirəsi yad edildi
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
İlham Əliyev kino xadimlərinə fəxri adlar verdi-SİYAHI
"Göbələk" peçenye (foto resept)
Reyhan şərbəti (foto-resept)
Ajda Pekkan Yeni il konsertlərindən sərvət qazanacaq-FOTO
"Nizami obrazları xalçalarda" miniatür kitabın təqdimat mərasimi keçirildi
"Greencard" almaq istəyənlərə PİS XƏBƏR - Qaydalar sərtləşdirilir
Buyurun, söz sizindir - "Zeytun Bağları"
Jennifer Lopezdən qeyd etməli olduğunuz aforizmlər
Saç uzadan kök maskası
Büllur məscid
Qat-qat xəmirin hazırlanması (foto-resept)
Qorxuludur, yoxsa faydalı?
Ağız qoxusunu necə aradan qaldırmalı?
Çərəzli konfetlər (foto resept)
9 milyona ev aldı - FOTO
Kottiqli pəriləri (4-cü hissə)
Ermənilərin havası kəsilir
Qeyri-sağlam ürəyin simptomları
Bu tələbələrə təqaüd veriləcək
Snoudendən şok iddia
Mobil saytlarla bağlı yenilik
- ŞƏRHLƏR