Qadin.NET / Saçlarınızı sarımsaq ilə qoruya bilərsiniz!

Saçlarınızı sarımsaq ilə qoruya bilərsiniz!

 Saçlarınızı sarımsaq ilə qoruya bilərsiniz!

 

Yeməklərinizin imtina edilməz parçası olan sarımsaq ilə saçlarınızı qoruma altına ala və bu qoruma sayəsində daha gözəl bir saç quruluşuna sahib ola bilərsiniz. Son illərdə, xüsusilə saç tökülməsinə qarşı istifadə edilən sarımsaqla saçlarınızı əvvəlki sağlamlığına qaytara bilərsiniz. Unutmayın, sağlam saçlar fiziki mənada sizə böyük üstünlüklər qazandıra bilər və daha gözəl bir görünüşə sahib ola bilmənizi təmin edər.

     Sarmısağın içində olan allicin adlı komponent həm güclü qoxunu verir, həm də sarımsağın sağlamlığa faydaları bu komponentdən gəlir. Sarmısaqla saç baxımı, saçları gücləndirmək, təbii bir parlaqlıq qazandırmaq, uclarının daha az qırılması və saç dərisində meydana gələn qaşıntıdan xilas olmaq üçün istifadə edilə bilər.

 

Saçlarınızı sarımsaq ilə qoruya bilərsiniz!

 

     Sarmısaq yalnız yeməklərimizi dadlandırmaqla kifayətlənmir, qan təzyiqini salma, ürək xəstəliklərindən qoruma, göbələk və virus infeksiyalarına maneə törətmə, xolesterolu salma və damar tıxanmasına mane olma kimi bir çox əhəmiyyətli işə yarayır. Sarmısaq qan dövranını sürətləndirərək saç dərisinə daha çox oksigen getməsini və toksinlərdən təmizlənməsini də təmin edir. 

     İndiki vaxtda sarımsağın tökülən saçı təkrar çıxarması və saçların zəiflədiyi bölgədə daha çox saç çıxarması üzərində bəzi araşdırmalar aparılır. Saçların zəiflədiyi bölgələrdə sarımsaq jeli istifadə edən kəslərdə istifadə etməyənlərə nisbətlə gözlə görülə bilən şəkildə təkrar saç çıxdığı və saç keyfiyyətində artım təmin edildiyi müşahidə edilmişdir. Bu araşdırmaların nəticələri 2007-ci ildə “U. S. National Library of Medicine” da nəşr olunmuş və 2010-cu ildə  Dünya Saç Araşdırmaları Konqresində iştirakçılara təqdim edilmişdir.

 

Saçlarınızı sarımsaq ilə qoruya bilərsiniz!

 

     Sarmısaqla saç baxımı üçün içərisində sarmısaq olan şampunları istifadə edə bilər, ya da öz sarımsaqlı şampununuzu özünüz hazırlaya bilərsiniz. Digər bir alternativ isə çox incə dilimlənmiş sarımsaqla saç dərinizə masaj etməkdir. Sarımsaq dilimlərini saçınızın zəiflədiyi və töküldüyü bölgəyə masaj edərək tətbiq edin və 60 dəqiqə gözlədin. Daha sonra eyni bölgəyə zeytunyağı ilə masaj edin. Daha təsirli bir tətbiq üçün zeytunyağını 5-6 saat saç dərinizdə gözlədin. Sonra saçlarınızı normal şampunla yuya bilərsiniz. 

     Sarımsaq sağlamlığa faydaları ilə ön plana çıxmaqla birlikdə bəzən yan təsirə səbəb ola bilər. Sarımsağın ən çox görülən yan təsiri allergik reaksiyalardır. Dəridə qızarıqlıq, qaşıntı, səpgi olaraq görülə bilər. Bu allergik reaksiyalar ümumiyyətlə çiy sarımsağa toxunulduğunda ortaya çıxır. Körpələrdə və uşaqlarda sarmısağın birbaşa dəriyə tətbiqi doğru deyil.

 

 

2 iyun 2013
GO BACK