Makiyajın ən əhəmiyyətli addımlarından biri olan ənliyin 4 növü var:
Təbii məzmunlu mineral ənliklər, parlaq olan stick ənliklər, təzə görünüş verən krem ənliklər və istifadəsi sadə olan pudra ənliklər.
Bunlardan hansını seçəcəyiniz isə sizə qalır.
Mineral
Toz pudra konsistensiyasında olan bu tip ənliyin pudradan tək fərqi, içində sim dənəcikləri olmasıdır. O səbəblə istifadədən əvvəl mütləq çalxalanması lazımdır. Simlərin yaratdığı çox parıltını istəmirsinizsə, mineral ənliyin altına mat bir pudra istifadə etməyinizdə fayda vardır.
Stick
Dəriyə təmas etdiyində dərhal əriyən bu ənlik növü kosmetika dünyasında hələ yenidir. Stick ənliklər krem formulllarına çox bənzəyir, ancaq üzdə daha parlaq görünürlər. Dəridə uzun müddət qalır və duru bir ifadə yaratmağa kömək edir.
Təbii bir görünüş istəyirsinizsə, o zaman bu ənliklər tam sizə görədir.
Krem
Təzə və canlı bir dəri görünüşü üçün möcüzəvi bir seçimdir. Tonal krem və ya rəngli bir nəmləndirici üzərinə ən yaxşı tətbiq oluna bilən ənlik tipidir. Gün ərzində ehtiyac duyduqca istifadə edə bilməniz üçün mütləq çantanızda bir ədəd bu ənlikdən saxlamalısınız. Bu vaxt krem ənlik, üzünüzdən tamamilə silinirsə, yağ ifraz etməyən tərkibli bir krem ənlik seçə bilərsiniz.
Pudra
Ən yaxşı bilinən və tətbiqi ən asan olan pudra ənlik, mat tonal kremin və sabitləyici pudranın üzərinə tətbiq oluna bilər. Pudra ənliyi əvvəlcə nazik tətbiq etmək çox əhəmiyyətlidir. Daha sonra dərinizdə ön plana çıxarmaq istədiyiniz hissələrdə rəngi yaxşıca vurğulaya bilərsiniz.
Rəng tonları
1- Şaftalı: Ağ dərili və sarışın xanımlara görədir.
2- Çəhrayı: Buğda rəngli və qumral (ağla qaranın orta rəngi) olan xanımlar bu tonları seçməlidir.
3-Qəhvəyi tonlar: Qaraşın xanımalar üz xəttlərinə nəzərə çarpacaq görüntü vermək üçün qəhvə tonlarını istifadə etməlidirlər.
Kölgələr
Ənlik, yalnız üzünü rəngləndirməklə kifayətlənməyib, eyni zamanda müxtəlif kölgələndirmələrlə üz xəttlərinin daha diqqətə çarpan olmasını təmin edir. Bu an etməyiniz lazım olanlar bunlardır.
Üzünüz oval formalıdırsa
Qələm və ya stick ənliklə almacıq sümükləri və çənəyə az miqdarda çəkin. Sonra da bunları barmağınızla astaca yayın.
Üzünüz yumru formalıdırsa
Üzünü daha da incə göstərmək üçün, hər iki qaşınızın üst hissəsinə, gicgahlara və alt hissəsinə azca çəkib, yenə barmaqlarınızla yayın.
Üzünüz uzun formalıdırsa
Üzünüzün daha da oval görünməsini təmin etmək üçün ənliyi saç diblərinə, almacıq sümüklərinə və çənəyə tətbiq edib, yaxşıca yayın.
İstəsəniz üzərinə bir qat pudra sürtərək daha yumşaq bir görüntü əldə edə bilərsiniz.
Hansı ənlik necə sürtülər?
Toz ənlik
Toz ənliklər dəriyə mat bir görünüş verir. Çox praktik deyil, amma gün boyu davamiyyətli olurlar.
Necə tətbiq edəcəyinizə gəldikdə:
Böyük ənlik fırçasını toz ənliyinin üzərinə çəkib, çoxunu yüngülcə silkələdikdən sonra, almacıq sümüklərə tətbiq edin.
Kölgə etmək üçün ənliyin bir ton tündünü gicgahların alt hisəsinə incə bir xətt şəklində sürtüb yaxşıca yayın. Çoxunu kağız salfetlə götürüb, üzərinə bir qat pudra çəkin.
Likit ənlik
Dəriyə uşaq sayağı bir çəhrayılıq vermək üçün bundan daha yaxşı bir yol ola bilməz! Likit ənliklər, eynilə lak kimi şüşə və fırçadan ibarətdir. Fırçanı şüşəyə salıb, çoxunu silkələdikdən sonra yanaqlarına xəttlər halında sürtüb, pambığın köməyi ilə yaxşıca yayın.
Stick ənlik
Fırça tələb etməyən və dəriyə əlavə parlaqlıq qazandıran stick ənliyindən istifadə etmək çox asandır. Stick ənliyini əvvəl əlinizin üzərinə sürtün və barmaqlarınızla götürüb, yanaqlarınıza çəkin. Almacıq sümüklərinə və burnunun üzərinə. Bu işgüzar xanımlar üçün çox uyğundur.
Ənlik fırçası
Ənlik istifadəsində bir başqa diqqət yetirilməsi lazım olan maddə də ənlik fırçasıdır. Fırça, digər fırçalarından fərqli olmalıdır.
Ənlik fırçaları daha böyük və daha geniş olmalıdır…
Doğru rəng ənlik necə seçilir?
Ənlik üzünüzdə sanki idmandan yeni çıxmısınız kimi yanaqlarınız qızarmış halda dayanmalıdır.
İşin sirri ənlikdən düzgün istifadə edərək təbiiliyi əldə etməkdir. Yanaqlarınıza bir çimdik atın və orda necə bir rəng meydana gələcəyinə baxın. Kiminsə yanaqlarında çəhrayı, kiminsə yanaqlarda isə qırmızılıq olacaq. Yaranan rəngə görə ənliyinizi seçin!
Çünki bu sizin təbii rənginiz deməkdir. Ənlik də üzdə təbii dayanmalıdır. Məqsəd yanaqlarda lentlər meydana gətirmək deyil. Hansı bədən tipinə aid olduğunuz da çox əhəmiyyətlidir. Soyuq bədən tipinə sahibsinizsə,çəhrayı və gül qurusu tonlarını seçməlisiniz. İsti bədən tipinə sahibsinizsə şaftalı, kirəmit tonları sizdə möhtəşəm görünəcəkdir.
Orta ülçülü fırçayla tətbiq edin.
Krem və ya likit ənlikləri barmaq uclarını istifadə edərək və ya bir süngərlə sürtün.
Pudra ənliklərini orta boy bir fırçayla sürməlisiniz, kiçik bir fırçayla deyil.
Ənliklərin içindən çıxan fırçaları əsla istifadə etməyin. Kvadrat şəklində və kiçik olduqları üçün pis nəticə verər.
Çənənizin uzunluğundan şikayət edirsinizsə, torpaq tonlarında bir ənliyi çənənizə yüngülcə toxundurun.
Beləcə çənənizi yığmış olarsınız.
Buxağınız var? Yenə qəhvə, torpaq tonlarında bir ənlik çəkin və buxağınız bir neçə saatlığına yox olsun!
Burnunuzu çox böyük hiss edirsinizsə, burun kənarlarına qəhvə tonlarında bir ənlik sürməklə burnunuzu nazildə bilərsiniz.
Çəhrayı və şaftalı rəngindəki ənliklər sizi daha uşaq sayağı və sağlam göstərər. Tam almacıq sümüklərinin ortasına çəkərkən fərqi görəcəksiniz. Gül qurusu, qəhvə, kirəmit tonları daha yetkin və seksual təsir yaradır.
Quru dərili xanımlar krem ənlikləri seçməlidir. Yanaqlarınızı nəmli tutacaq.
Ənlik fırçanızı ənliyə çox yüngülcə batırdıqdan sonra çoxluğu götürmək üçün fırçanı bir dəfə yüngülcə üfləyin . Ən yaxşı görünüşü əldə etmək üçün ənliyi yanaqlarınıza sürtdüyünüzdə fırçayla yaxşıca yaymağa çalışın.
XƏBƏR LENTİ
"Zövq" tortu (foto resept)
Qarışqanın iybilmə xüsusiyyəti
Qadin.Net-lə birlikdə "Özünü kəşf et!" layihəsi(1)
Günün ulduz falı
Sevgilisi olmayanlara şad xəbər-"Facebook"dan möhtəşəm Yenilik!
Prodüser Burak Özçvitdən üzr istədi-FOTO
İzmirdə ardıcıl yeraltı təkanlar baş verib
Gülben Ergen koronavirusa görə məhkəməyə gəlmədi
Düşmən kvadrokopteri məhv edilib - RƏSMİ
Ələ keçirilən düşmən qənimətlərinin görüntüləri yayıldı - VİDEO
Məşhur yazıçının məzarı 150 il sonra aşkar edildi
Kələm dolması(foto resept)
Azərbaycanda vergi yığımında dəyişiklik
Rio-2016: Daha bir atletimiz mübarizəyə başlayır
Azərbaycanda dəniz suyunu duzsuzlaşdıran zavod və müasir tinglikdən ibarət kompleks istismara verilib
Eynəyi necə seçməli?
Gəlinlər üçün toy günü manikürü
“Hercai”nin məşhur aktrisası 93 kq arıqladı – FOTO
Azərbaycan ordusunun Kəlbəcərə daxil olması “Haber Global”da - VİDEO
Moskvada koronavirusa yoluxma azalmaq bilmir: Qaydalar iki aylıq sərtləşdirildi
Emre Aşık boşandığı xanımına hər ay 25 min ödəyəcək
"Bizim Tarla" - Kürü məhsulları
Kartof pəhrizi
Azərbaycanda soyadların verilməsində yenilik
Böyük boy fərqi olan cütlüklər xoşbəxtdir
38 yaşlı aktrisa üçüncü dəfə ana olacaq
Smartfonlar insanı koronavirusa yoluxdura bilərmi?
4 uşaqlı ana bədən quruluşu ilə heyrətləndirdi-FOTO
Oktyabrın sonunda Bakıda Xəzər İnşaat Həftəsi keçiriləcək
Günün ulduz falı - 19.01.2014
Azərbaycanda hansı sosial şəbəkə daha populyardır?
Tas kababı (foto resept)
Azərbaycanda bu gecə ən çox qar hara yağdı?
Ərp bağlamış boğaz...
Düşüncə dərsi (6)
Koronavirusun yeni ehtimal olunan episentri açıqlandı
112 yaşlı britaniyalı Ginnesin rekordlar kitabına düşdü -VİDEO
Azərbaycanda icbari tibbi-sığorta tətbiq olunacaq
Rəngarəngliyi sevən xanımlara
Azərbaycanda əhalinin sayı hər il bu qədər artacaq
Ayaqqabı dünyası
Bakı bulvarından Yeni il sürprizi
Bred Pittlə Cenifer Enistonun yaşadığı malikanə illər sonra satıldı-VİDEO
Xərçəngin təbii müalicə üsulu tapıldı - VİDEO
Dəbli qocalar
Ziyafət üçün baş örtükləri
Yürüyüş zamanı meditasiyanın faydaları
Zövqlü çanta modelləri
Facebook istifadəçilərinə xoş xəbər
Təhsil Nazirliyindən orta məktəblərdə bu günə olan koronavirusa yoluxma ilə bağlı AÇIQLAMA
- ŞƏRHLƏR