Qadin.NET / Ənliklərdən ənlik bəyənə bilmirsinizsə

Ənliklərdən ənlik bəyənə bilmirsinizsə

Makiyajın ən əhəmiyyətli addımlarından biri olan ənliyin 4 növü var:

Təbii məzmunlu mineral ənliklər, parlaq olan stick ənliklər, təzə görünüş verən krem ənliklər və istifadəsi sadə olan pudra ənliklər.

Bunlardan hansını seçəcəyiniz isə sizə qalır.

Mineral

Toz pudra konsistensiyasında olan bu tip ənliyin pudradan tək fərqi, içində sim dənəcikləri olmasıdır. O səbəblə istifadədən əvvəl mütləq çalxalanması lazımdır. Simlərin yaratdığı çox parıltını istəmirsinizsə, mineral ənliyin altına mat bir pudra istifadə etməyinizdə  fayda vardır.

Stick

Dəriyə təmas etdiyində dərhal əriyən bu ənlik növü kosmetika dünyasında hələ yenidir. Stick ənliklər krem formulllarına çox bənzəyir, ancaq üzdə daha parlaq görünürlər. Dəridə uzun müddət qalır və duru bir ifadə yaratmağa kömək edir.

Təbii bir görünüş istəyirsinizsə, o zaman bu ənliklər tam sizə görədir.

Krem

Təzə və canlı bir dəri görünüşü üçün möcüzəvi bir seçimdir. Tonal krem  və ya rəngli bir nəmləndirici üzərinə ən yaxşı tətbiq oluna bilən ənlik tipidir. Gün ərzində ehtiyac duyduqca istifadə edə bilməniz üçün mütləq çantanızda bir ədəd bu ənlikdən  saxlamalısınız. Bu vaxt krem ənlik, üzünüzdən tamamilə silinirsə, yağ ifraz etməyən tərkibli bir krem ənlik seçə bilərsiniz.

 Pudra

Ən yaxşı bilinən və tətbiqi ən asan olan pudra ənlik, mat tonal kremin və sabitləyici pudranın üzərinə tətbiq oluna bilər. Pudra ənliyi əvvəlcə nazik tətbiq etmək çox əhəmiyyətlidir. Daha sonra dərinizdə ön plana çıxarmaq istədiyiniz hissələrdə rəngi yaxşıca vurğulaya bilərsiniz.

       Rəng tonları

      1- Şaftalı: Ağ dərili və sarışın xanımlara görədir.

      2- Çəhrayı: Buğda rəngli və qumral (ağla qaranın orta rəngi) olan xanımlar  bu tonları seçməlidir.

      3-Qəhvəyi tonlar: Qaraşın xanımalar üz xəttlərinə nəzərə çarpacaq görüntü vermək üçün qəhvə tonlarını istifadə etməlidirlər.

Kölgələr

Ənlik, yalnız üzünü rəngləndirməklə kifayətlənməyib, eyni zamanda müxtəlif kölgələndirmələrlə üz xəttlərinin daha diqqətə çarpan olmasını təmin edir. Bu an etməyiniz lazım olanlar bunlardır.

Üzünüz oval formalıdırsa

Qələm və ya stick ənliklə almacıq sümükləri və çənəyə  az miqdarda çəkin. Sonra da bunları barmağınızla astaca yayın.

Üzünüz yumru formalıdırsa

Üzünü daha  da incə göstərmək üçün, hər iki qaşınızın üst hissəsinə, gicgahlara və alt hissəsinə  azca çəkib, yenə barmaqlarınızla yayın.

Üzünüz uzun formalıdırsa

Üzünüzün daha da oval görünməsini təmin etmək üçün ənliyi saç diblərinə, almacıq sümüklərinə və çənəyə tətbiq edib, yaxşıca yayın.

İstəsəniz üzərinə bir qat  pudra sürtərək daha yumşaq bir görüntü əldə edə bilərsiniz.

Hansı ənlik necə sürtülər?

Toz ənlik

Toz ənliklər dəriyə mat bir görünüş verir. Çox praktik deyil, amma gün boyu davamiyyətli olurlar.

Necə tətbiq edəcəyinizə gəldikdə:

Böyük ənlik fırçasını toz ənliyinin üzərinə çəkib, çoxunu yüngülcə silkələdikdən sonra, almacıq sümüklərə tətbiq edin.

Kölgə etmək üçün ənliyin bir ton tündünü gicgahların alt hisəsinə incə bir xətt şəklində sürtüb yaxşıca yayın. Çoxunu kağız salfetlə götürüb, üzərinə bir qat  pudra çəkin.

Likit ənlik

Dəriyə uşaq sayağı bir çəhrayılıq vermək üçün bundan daha yaxşı bir yol ola bilməz! Likit ənliklər, eynilə lak kimi şüşə və fırçadan  ibarətdir. Fırçanı şüşəyə salıb, çoxunu silkələdikdən sonra yanaqlarına xəttlər halında sürtüb, pambığın köməyi ilə yaxşıca yayın.

Stick ənlik

Fırça tələb etməyən və dəriyə əlavə parlaqlıq qazandıran stick ənliyindən istifadə etmək çox asandır. Stick ənliyini əvvəl əlinizin üzərinə sürtün və barmaqlarınızla götürüb, yanaqlarınıza çəkin. Almacıq sümüklərinə və burnunun üzərinə. Bu işgüzar xanımlar üçün çox uyğundur.

 

Ənlik fırçası

Ənlik istifadəsində bir başqa diqqət yetirilməsi lazım olan maddə də ənlik fırçasıdır. Fırça, digər fırçalarından fərqli olmalıdır.

Ənlik fırçaları daha böyük və daha geniş olmalıdır…

Doğru rəng  ənlik necə seçilir?

Ənlik üzünüzdə sanki idmandan yeni çıxmısınız kimi yanaqlarınız qızarmış halda dayanmalıdır.

İşin sirri ənlikdən düzgün istifadə edərək təbiiliyi əldə etməkdir. Yanaqlarınıza bir çimdik atın və orda necə bir rəng meydana gələcəyinə baxın. Kiminsə  yanaqlarında çəhrayı, kiminsə yanaqlarda isə qırmızılıq olacaq. Yaranan rəngə görə ənliyinizi  seçin!

Çünki bu sizin təbii rənginiz deməkdir. Ənlik də üzdə təbii dayanmalıdır. Məqsəd yanaqlarda lentlər meydana gətirmək deyil. Hansı bədən tipinə aid olduğunuz da çox əhəmiyyətlidir. Soyuq bədən tipinə sahibsinizsə,çəhrayı və gül qurusu tonlarını seçməlisiniz. İsti bədən tipinə sahibsinizsə şaftalı, kirəmit tonları sizdə möhtəşəm görünəcəkdir.

Orta ülçülü fırçayla tətbiq edin.

Krem və ya likit ənlikləri barmaq uclarını istifadə edərək və ya bir süngərlə sürtün.

Pudra ənliklərini orta boy bir fırçayla sürməlisiniz, kiçik bir fırçayla deyil.

Ənliklərin içindən çıxan fırçaları əsla istifadə etməyin. Kvadrat şəklində və kiçik olduqları üçün pis nəticə verər.

Çənənizin uzunluğundan şikayət edirsinizsə, torpaq tonlarında bir ənliyi çənənizə yüngülcə toxundurun.

Beləcə çənənizi yığmış  olarsınız.

Buxağınız var? Yenə qəhvə, torpaq tonlarında bir ənlik çəkin və buxağınız bir neçə saatlığına yox olsun!

Burnunuzu çox böyük hiss edirsinizsə, burun kənarlarına qəhvə tonlarında bir ənlik sürməklə  burnunuzu nazildə bilərsiniz.

Çəhrayı  və şaftalı rəngindəki ənliklər sizi daha uşaq sayağı  və sağlam göstərər. Tam almacıq sümüklərinin ortasına çəkərkən fərqi görəcəksiniz. Gül qurusu, qəhvə, kirəmit tonları daha yetkin və seksual təsir yaradır.

Quru dərili xanımlar krem ənlikləri seçməlidir. Yanaqlarınızı nəmli tutacaq.

Ənlik fırçanızı ənliyə  çox yüngülcə batırdıqdan sonra çoxluğu götürmək üçün fırçanı bir dəfə yüngülcə üfləyin . Ən yaxşı görünüşü əldə etmək üçün ənliyi yanaqlarınıza sürtdüyünüzdə fırçayla yaxşıca yaymağa çalışın.


29 iyul 2012
GO BACK