Dərinin təmiz və sağlam görünməsini təmin etmək üçün artıq bütün dünyada "dəri pəhrizi" adlanan geniş proqram tətbiq olunur. Proqrama dəri analizləri edildikdən sonra qulluq, klinika tətbiqləri, qidalanma və dəri məşqləri, dərini təmizləyib gözəlləşdirən müalicə daxildir. Dəri pəhrizinin faydalarına toxunan gözəllik mütəxəssisi Nihat Dikə görə, hər dəri tipinin ayrı pəhrizi olmalıdır. Dərinin sağlam və gözəl görünüşü dəri pəhrizi ilə, yəni qidalanma, qulluq və məşqlə birlikdə əldə edilə bilər. Bu istiqamətdə alın, boyun, çənə və yanaq bölgəsinə müntəzəm olaraq ediləcək məşqlər də dəri problemlərində xeyli əhəmiyyətlidir. Ancaq diqqət yetirilməsi lazım olan ən əhəmiyyətli məsələ hər dəri tipinə görə dəri pəhrizinin fərqli olmasıdır. Hər şeydən əvvəl dəri tipi müəyyən olunmalıdır. Hansı dəri tipinə necə dəri pəhrizi tətbiq edildiyi haqda danışacağıq.
Yağlı dəri
Yağlı dərisi olanlar ağ şəkər tozu və karbohidratlardan, qızartmalardan, ləpələrdən uzaq olmalıdır. Bol miqdarda kök, yaşıl çay, qan şəkərinə müsbət təsir göstərən kəpəkli taxıllarlardan, qəhvəyi makaron, yulafdan, bol taxıllı un məmulatlarından istifadə edə bilərlər. İçki, cem, jele, dondurulmuş şirniyyatlar, peçenye, tortlar, yağlı ətlər, kolbasa, sosiska, toyuq - bu ərzaqların yeyilməsinə də xüsusi diqqət göstərilməlidir, yəni bu məhsullardan bacardıqları qədər uzaq olmaları və ya az-az istifadə etmələri lazımdır. Bunların yerinə sitrus meyvələri, ərik, kök, ispanaq kimi A vitamini ilə zəngin qidalar yeyilməlidir. Balıq məhsullarından da istifadə etmək olar.
Yağlı dəri problemi yaşayanların yağ səviyyələrinə nəzarət etmək üçün yağsız məhsullardan istifadə etməlidir. Dəri hər gün səhər və axşam köpük və ya təmizləmə geli ilə mütləq təmizlənməlidir. Ayda bir dəfə qara nöqtə təmizliyi edilməlidir. Tonal krem və pudradan istifadə edilməməlidir. Bunların əvəzinə rəngli nəmləndiricilər seçilə bilər. Yağlı dərilərin nəmləndirici kremləri də tamamilə yağsız olmalıdır. Gündəlik nəmləndirici üçün oliqopeptit və kök hüceyrəsi ilə zəngin məhluldan istifadə etmək yaxşı olar. A vitamini belə dəri tiplərində yaxşı nəticə verə bilir. Günəş şüalarından qorunmaq üçün yağsız kremlərdən istifadə edilməlidir.
Quru dərilər
Quru dərilər üçün dərinin nəmlənməsinə faydalı olan xiyar, balıq, kərəviz, qoz, fındıq, quru ərik kimi qidalar yeyilməlidir. Bol su içmək və təzə meyvə-tərəvəz yeməyə diqqət göstərilməlidir.
Dərisi quru olanlar təmizləmə geli və köpükdən istifadə etməməlidir. Çünki bu, dərini daha çox qurudur. Təmizləmə südünün və losyonun seçimi də əhəmiyyətlidir. Həm də həddindən artıq isti mühitlərdən və günəş şüasına məruz qalmaqdan uzaq olmalısınız. Mümkünsə, kompüter qarşısında da günəşdən qoruyan kremlərdən istifadə edilməlidir.
Gün ərzində, axşamlar yüksək nəmləndirici kremlər seçilməli, 5 dəqiqə buxar duşundan dərhal sonra soyuq su ilə dəri yuyulmalıdır. Dəri nəmli ikən, yəni dərini qurulamadan nəmləndirici krem çəkilməlidir. Bununla yanaşı, mineral yağlar və vazelin də dərinin duş əsnasında özünə çəkdiyi suyu saxlamağa kömək edir.
XƏBƏR LENTİ
Azərbaycanı İrəvanda təriflədilər
İlham Əliyevdən kəskin Qarabağ bəyanatı
Qiyməli pide (foto resept)
Günahsız yerə 25 il həbsdə yatdı, çıxanda milyonçu oldu
Yataq dəstləri
BMT xəbərdarlıq etdi: “Maska və əlcək istifadəsi...”
Tarkandan maraqlı 2018-ci il arzuları
Qozlu peçenye
Hülya Avşar ada aldı
Eyni yaşda fərqli görünən məşhurlar
Piroq
Son dəbin mobil telefonları və planşetləri
Dostlarınıza münasibətiniz haqqında nəyi deməməlisiniz?
Ürəkdən süzülən sözlər-1
Manana ailəsindən danışdı - FOTO
Stiven Hokinqin pandemiya ilə bağlı DƏHŞƏTLİ PROQNOZU: 1 il ərzində...
İnternetdə şok
Pritçalar (2)
Çiyələkli rulet (foto resept)
Hitlerə bənzəyən küçük yaşayır
1 həftəyə 5 kiloqram
Bu çox yaxşıdır...
Günün ulduz falı
Zəriflərimizin zəif cəhəti...
Alimlərdən yeni infeksiya barədə XƏBƏRDARLIQ
Mikura Pearls
"Qayıq" pizzası
İnsanın hərəkətlərini qeydə alan futbolka yaradılıb
Metin Hara nişanlısı Adriananı bu cür təbrik etdi-FOTO
Türkiyə Azərbaycana yeni səfir təyin etdi
Aldığı evin çardağından çanta tapdı - İçinə baxanda GÖRDÜKLƏRİNƏ İNANMADI (FOTO/VİDEO)
Pınar Altuğun paylaşımı hər kəsi ayağa qaldırdı
Qarpız pizza (foto-resept)
Xalq şairi Söhrab Tahir dəfn edildi
Dünya bir pəncərədir
Qışda sevgilinizlə necə vaxt keçirə bilərsiniz?
Samovarlar
Qeyri-iş günlərinin sayı artırıldı
Kiyevdə "Azərbaycan gecəsi" keçirilib
Jurnalistin ölümünə prezidentdən reaksiya
Kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
Təsir yoxsa mübarizə!?
"Şirinim" tortu (foto resept)
Dünyanın bir nömrəli şahmatçısı Azərbaycana gələcək
Günün qoroskopu: danışmaqla bahəm, qulaq asmağı da bacarsanız, yaxşıdır
"Seqvey"lərdən istifadə fiziki hərəkətsizliyi artırır
İngilislər televizor üstündə dalaşdı
Meqan Marklın qardaşı oğlu həbs olundu-SƏBƏB
Günün ulduz falı - 05.09.2013
90 yaşlı nənə şəkil çəkməyə başlayarsa...
- ŞƏRHLƏR