Qadin.NET / Hansı dəri pəhrizi sizə uyğundur?

Hansı dəri pəhrizi sizə uyğundur?

Hansı dəri pəhrizi sizə uyğundur?

Dərinin təmiz və sağlam görünməsini təmin etmək üçün artıq bütün dünyada "dəri pəhrizi" adlanan geniş proqram tətbiq olunur. Proqrama dəri analizləri edildikdən sonra qulluq, klinika tətbiqləri, qidalanma və dəri məşqləri, dərini təmizləyib gözəlləşdirən müalicə daxildir. Dəri pəhrizinin faydalarına toxunan gözəllik mütəxəssisi Nihat Dikə görə, hər dəri tipinin ayrı pəhrizi olmalıdır. Dərinin sağlam və gözəl görünüşü dəri pəhrizi ilə, yəni qidalanma, qulluq və məşqlə birlikdə əldə edilə bilər. Bu istiqamətdə alın, boyun, çənə və yanaq bölgəsinə müntəzəm olaraq ediləcək məşqlər də dəri problemlərində xeyli əhəmiyyətlidir. Ancaq diqqət yetirilməsi lazım olan ən əhəmiyyətli məsələ hər dəri tipinə görə dəri pəhrizinin fərqli olmasıdır. Hər şeydən əvvəl dəri tipi müəyyən olunmalıdır. Hansı dəri tipinə necə dəri pəhrizi tətbiq edildiyi haqda danışacağıq.

Hansı dəri pəhrizi sizə uyğundur?

Yağlı dəri

Yağlı dərisi olanlar ağ şəkər tozu və karbohidratlardan, qızartmalardan, ləpələrdən uzaq olmalıdır. Bol miqdarda kök, yaşıl çay, qan şəkərinə müsbət təsir göstərən kəpəkli taxıllarlardan, qəhvəyi makaron, yulafdan, bol taxıllı un məmulatlarından istifadə edə bilərlər. İçki, cem, jele, dondurulmuş şirniyyatlar, peçenye, tortlar, yağlı ətlər, kolbasa, sosiska, toyuq - bu ərzaqların yeyilməsinə də xüsusi diqqət göstərilməlidir, yəni bu məhsullardan bacardıqları qədər uzaq olmaları və ya az-az istifadə etmələri lazımdır. Bunların yerinə sitrus meyvələri, ərik, kök, ispanaq kimi A  vitamini ilə zəngin qidalar yeyilməlidir. Balıq məhsullarından da istifadə etmək olar.

Yağlı dəri problemi yaşayanların yağ səviyyələrinə nəzarət etmək üçün yağsız məhsullardan istifadə etməlidir. Dəri hər gün səhər və axşam köpük və ya təmizləmə geli ilə mütləq təmizlənməlidir. Ayda bir dəfə qara nöqtə təmizliyi edilməlidir. Tonal krem və pudradan istifadə edilməməlidir. Bunların əvəzinə rəngli nəmləndiricilər seçilə bilər. Yağlı dərilərin nəmləndirici kremləri də tamamilə yağsız olmalıdır. Gündəlik nəmləndirici üçün oliqopeptit və kök hüceyrəsi ilə zəngin məhluldan istifadə etmək yaxşı olar. A vitamini belə dəri tiplərində yaxşı nəticə verə bilir. Günəş şüalarından qorunmaq üçün yağsız kremlərdən istifadə edilməlidir.

Hansı dəri pəhrizi sizə uyğundur?

Quru dərilər

Quru dərilər üçün dərinin nəmlənməsinə faydalı olan xiyar, balıq, kərəviz, qoz, fındıq, quru ərik kimi qidalar yeyilməlidir. Bol su içmək və təzə meyvə-tərəvəz yeməyə diqqət göstərilməlidir.

Dərisi quru olanlar təmizləmə geli və köpükdən istifadə etməməlidir. Çünki bu, dərini daha çox qurudur. Təmizləmə südünün və losyonun seçimi də əhəmiyyətlidir. Həm də həddindən artıq isti mühitlərdən və günəş şüasına məruz qalmaqdan uzaq olmalısınız. Mümkünsə, kompüter qarşısında da günəşdən qoruyan kremlərdən istifadə edilməlidir.

Gün ərzində, axşamlar yüksək nəmləndirici kremlər seçilməli, 5 dəqiqə buxar duşundan dərhal sonra soyuq su ilə dəri yuyulmalıdır. Dəri nəmli ikən, yəni dərini qurulamadan nəmləndirici krem çəkilməlidir. Bununla yanaşı, mineral yağlar və vazelin də dərinin duş əsnasında özünə çəkdiyi suyu saxlamağa kömək edir.

11 aprel 2014
GO BACK