Ağır bir yeməkdən sonra "Aman Allah! Məhv oldum!" deyə düşünməyin. Bəziləri bu ağır yeməkdən sonra çox aşağı kalorili bir pəhriz tutur və ya çoxlu məşq etməyi çıxış yolu kimi görürlər. Ancaq bunlara ehtiyac yoxdur. Ağır yemək yedikdən sonra bədəninizin istirahət etməsi, özünü yaxşılaşdırması və toksinlərdən təmizləməsi lazımdır. Əgər yaxın zamanda həddən artıq yemək yemişiksə, fiziki və zehni cəhətdən bunun öhdəsindən gəlmək üçün bu yeddi məsləhətə əməl edin.
1. Təlaşlanmayın
Ağır bir yeməkdən sonra təlaş etməyiniz normaldır. Təbii olaraq yedikdən sonra "Görəsən, neçə kalori aldım" deyə düşünürsünüz. Lakin unutmayın ki, yediyiniz yalnız yeməkdir, yəni nə dostunuzdur, nə də ki, düşməniniz. Kartof qızartması sizdən nifrət etmədiyi kimi, salatlar da sizə aşiq deyil. Nəticədə yemək dediyimiz şey kədərli olduğumuz zaman, hətta bəzən çox xoşbəxt olduğumuz zaman yediyimiz cansız obyektlərdən ibarətdir. Yeyilən ağır yeməkdən sonra stressə düşmək sizə zərər verəcək.
2. Öhdəsindən gəlməyə çalışmayın
Bir çox qadın ağır yeməyin səhəri günü heç bir şey yeməyərək, ya da aşağı kalorili pəhriz tutaraq bu problemin öhdəsindən gəlməyə çalışır. Bunu etmək bədəninizin maye - elektrolit tarazlığını pozmaqla yanaşı, bədəninizi bir başqa ağır yemək seansına hazırlayar. Çox yemək və ya heç yeməmək yerinə orta yolu tapmağa çalışın.
3. İştahaçan yeməklərdən çəkinin
Özünüzə "Görəsən, məni bu qədər çox yeməyə vadar edən şey nədir?" deyə sual verdinizmi? Həqiqətən, çox acmışdınız, yoxsa yalnız evdə təkbaşınıza olduğunuz üçün çox yediniz? Məsələn, əgər çipsi və ya popkorn və s. yeməkdən özünüza saxlaya bilmirsinizsə, bir müddət bu ərzaqları almayın və yemə vərdişinizin dəyişib-dəyişmədiyinə diqqət yetirin. Ümumiyyətlə, insanları çox yeməyə sövq edən şeylərdən biri evdə tezbazar, yəni hazır yeməklərin olmasıdır. Sizi çox yeməyə məcbur edən şey budursa, mətbəxinizdə tezbazar ərzaqlar işlətməkdən çəkinin.
4. Detoks edin
Yediyiniz ağır yeməkdən sonra özünüzü narahat hiss edirsinizsə, detoks yaxşı fikir ola bilər. Təbii ki, qeyri-adi nəyisə sınamağa cəhd etməyin. Amma yediyiniz şeylərə görə bəzi qida qruplarından istifadə etməmək yaxşı olar. Məsələn, böyük bir pizzanı tək başınıza yemisinizsə, çörək yeməyin. Artıq bədəniniz əvvəlki gün pizzayla aldığınızı həzm etməklə məşğul olacaq. Yəni səhəri günü yalnız meyvə, tərəvəz, qoz-fındıq yeməklə bədənin istirahət etməsinə köməkçi olmaq ən yaxşı variantdır.
5. Bolluca su için
Ağır yeməkdən sonra qəbizlik və ya digər həzm problemləriylə qarşılaşa bilərsiniz. Ağır yeməkdən sonra bolluca su içmək çox əhəmiyyətlidir. Yeməkarası su içilmədiyi üçün bədəniniz dehidrasiyaya uğraydır. Gündə səkkiz stəkandan çox su içməyi unutmayın, ağır yeməklərdən sonra daha çox su için.
6. Düşüncələrinizi yazın
Ağır yeməkdən sonra özünüzü stress altında hiss edirsinizsə, düşüncələrinizi kağıza yazmağa başlayın. Özünüzə müsbət xüsusiyyətlərinizi sıralayan bir məktub yazmaq ağır yeməkdən sonra stresinizi atmağa kömək edə bilər. Ən yaxşısı, yediyiniz şeylərin bir gündəliyini tutmaqdır. Yediyiniz şeyləri gündəliyinizə yazmağınız sizi çox yeməkdən uzaqlaşdıra bilər.
7. Həyatınıza davam edin
Kiçik bir yemək sevdası günün sonunda sizi hirsləndirməyə dəyəcək bir şeydirmi? Nəticədə o yeməyi yedikdən sonra ediləcək bir şey yoxdur. Edə biləcəkləriniz isə çox yemək yediyinizi qəbul etməyiniz, bir daha eyni səhvi etməyəcəyinizi özünüzə təkrar etməyiniz və həyatınıza davam etməyinizdir. Bir dəfə ağır yemək yemək sizi pis, axmaq və ya dəyərsiz birinə çevirməyəcək. Gün ərzində yediklərinizi yadınıza salmağınız sizi sağlamlığınız üçün zərərli vərdişlərə və davranışlara yönəldə bilər. Ağır yemək yeməyin dünyanın sonu olmadığını və bunun öhdəsindən gələ biləcəyinizi özünüzə xatırladın.
Heç kim həddindən artıq yemək yeməkdən və bunun əmələ gətirdiyi fiziki və zehni problemlərdən həzz almır. Bu cür yeməkləri azaldın və yedikdən sonra da bunun mənfi nəticələrinin öhdəsindən gəlməyin minlərlə yolu olduğunu özünüzə xatırladaraq uzanın və dincəlin.
Xanımlar, həddindən artıq yemək seanslarından sonra özünüzə gəlmək üçün ümumiyyətlə nələr edirsiniz?
XƏBƏR LENTİ
Ermənilərdən azərbaycanlılara Qarabağ dəvəti
Mütləq izlənməli 7 İtaliyan filmi
Türkiyə hərbçilərinin Qarabağda xidmət edəcəyi müddət açıqlandı - RƏSMİ
Macəra axtaran pişiklər
Miranda Kerridən AÇIQLAMA
Azərbaycandakı şizofrenlərin sayı açıqlandı
Qışda necə geyinək?
Övladlarının cinsiyyəti bəlli oldu
İskender kababı (foto resept)
Bu gündən Azərbaycan ərazisində bəzi iş və xidmət sahələrinin fəaliyyəti bərpa ediləcək - SİYAHI
Alman politoloq: "Vyana görüşündən sonra 7 rayonun qaytarılması..."
Yeni Chevrolet Volt
Bu qızla kim evlənsə 10 milyon alacaq-FOTO
Günün qoroskopu: həyat potensialı yüksəkdir
Karantin rejimində toylar keçirilsin - TƏKLİF
Bu şəhərdə daha çox qadınlar yaşayır
"Qarabağ" "Xəzər Lənkəran"a, "İnter" "Neftçi"yə qarşı
İman edən alimlər-5
Bu günün hava proqnozu
"Formula 1"in ikinci günü başladı
BÜRCLƏR bizə nə vəd edir?-18 yanvar
“Hababam Sınıfı”nın Mahmud hocası öldü (FOTO)
2019-un manikür trendləri
Qumdakı rəsmlər
Hava haqqında
İçindəki qadını həbsdən çıxar
Gənc xanımlara yaz-yay donları
Bu 5 yanlış haqda doğrular bütün təsəvvürlərinizi alt-üst edəcək
Bakı metrosu gün ərzində 5 saat işləyəcək
"Sümüksüz qız" hər kəsin diqqətini çəkdi
5G şəbəkəsi gəlir
Rəngarəng geyim nümunələri
Azərbaycan Gimnastika Federasiyasının baş katibi Avropa Gimnastika İttifaqının vitse-prezidenti seçilib
Yeni tədris ilində neçə şagird təhsil alacaq?
Epidural anezteziya və hamiləlikdə bel ağrısı
Palanqada ailəvi ev - FOTO
Azərbaycanda hava kəskin dəyişəcək
Dünyanın ən məşhur muzeyləri
Neftçilərin axtarışı dayandırıldı?
Qadınlar ən çox bu kişiləri sevirlər
Seda Sayan gəncliyinin sirrini bölüşdü-FOTO
Hava haqqında
Megan Marklın "ekizi" tapıldı-FOTO
Səni sevmək...
SMS icazə ilə yaxın qohumun dəfninə getmək mümkün olmayacaq - RƏSMİ
Qeyri-adiliyi sevənlər üçün
Azərbaycanlılar Almaniyada ayağa qalxdı
Bu ilin ilk Ay tutulması başladı
Qarğıdalı şorbası
Qubalı pəhləvan qardaşlar güclərini Ukraynada göstərəcəklər
- ŞƏRHLƏR