1949- cu ildə yazdığı “ İkinci sex” adlı kitabında Sinome de Beauvoir demişdi: “ Qadın doğulmaz, amma olar”. O, var olmağın əsas cəhəti sayılan cinsi menliyə doğuşdan sahib olmadığımızı, həyatın çətin imtahanlarından keçərək öyrəndiyimizi sətrlərində müdafiə etmişdi.
Dünyanın ən seksual qadını hesab edilən Monica Belluci demişdi: “Ailemdəki bütün qadınlar, anam, xalam, nənəm əsl qadılardır, dikdaban ayaqqabılar geyinərlər, makiyajsız gəzməzlər”. O, qadın olmağı hələ uşaq yaşda qadınlığına heyran olduğu nənəsindən öyrenmişdi: “ 80 yaşında idi, amma hələ də kilsəyə gedərkən qırmızı dodaq boyası sürtərdi” deyir. Cinsi mənlik olmadan var olmağa çalışmağın mümkün olmadığını kiçik yaşda keşf etmişdi.
Görəsən bizim anamız, xalamız, nənəmiz nə vəziyyətdəydi? Görəsən cinsi mənliklərinə sahib çıxmağı öyrənmişdilər? Görəsən qadın olmaqları ilə qürur duyurdularmı? Görəsən onlar cinsi menliyə sahib olmayan insanın əskik, bədbəxt, sağlamlıqsız olduğunu, qadınlığını yaşamayan qadının musiqi çalmayan pianinoya, sözü olmayan kitaba bənzədiyini bilirdilərmi? Əgər “ Qadın doğulmaz, amma yaranar” isə, niyə bəzi qadınlar bunu bacarmış, bəziləri isə bacara bilməmişdir?
Əslində qadın və ya kişi rolları ictimai bioloji, psixoloji və hətta iqtisadi şərtlərdən təsirlənərək uzun bir səfər sonunda meydana gələr. Bu səfərdə gənc qızlar, gənc oglanlar cinsi mənliklərini kəşf etməyə, özlərinə “yaraşan” bir şəxsiyyət meydana gətirməyə cəhd göstərərlər.
“Özünü necə tanıdarsan” deyə soruşduğumuzda insanlar özlərini dəyişik bucaqlarda tanıdarlar. Kimisi peşəsindən danışar, kimisi ana olmağından. “Özüm” anlayışı illərcə sürən bir səfər sonunda, ətrafında şəkilləndirməsiylə meydana gəlmişdir. Özümüzü düşünərək “özüm” içində rollarımızın, duyğularımızın zənginləşdirdiyi bir çox mən olduğunu, yalnız bir dənə “mən” olmadığının fərqində ola bilərik. “Ana mən”, “övlad mən”, “dost mən”, “əsəbi mən”, “mehriban mən”, “qısqanc mən”, “uşaq mən”... Gənc qadınlara “özüvü necə tanıdarsan” deyə soruşulduğunda, bu “mən” lərin arasında ən cılız səs ümumiyyətlə “qadın mən” dən çıxır. Çünki “qadın mən” gizlənmişdir. “qadın mən” nin ehtiyacları, maraqları, istəkləri “ətraf” tərəfindən təsdiq görməmiş və bu səbəblə ortadan qaldırılmışdır. Çünki “qadın mən” danışmaq istəsə, icazə verilsə, azad buraxılsa, yalnız “ətraf” deyil, digər mənlərdə onu itələyib qaxmağa, alçatmağa başlayaraq.
İnsanın mənliyi meydana gələrkən, başqaları tərəfindən qəbul olunmayan davranışlar, duyğular ya ən dərinlərə saxlanır, ya da ortadan itirilməlidir. Əgər hirslilik duyğumuzu saxlaya bilmiriksə, məsələn, əsəbi deyilmiş kimi davranmağı öyrənməlisiniz. Hirsliliyinizi gizlədərsiniz. Cinsi duyğular qadağandırsa danışılmasına, ifadəsinə icazə verilmirsə, cinsi duyğularınızı, həyacanlarınızı olmamış kim davranmaqda çətinlik çəkərsiniz.
Bir çox gənc qız, cinsi mənliklərini, qadın şəxsiyyətlərini meydana gətirməyə çalışarkən, düz bir xəttin üzərində ən mənfi tərəfə “yüngül qadını”, digər ucuna da “kişi kimi qadını” qoyub, öyrəndikləri doğrular və səhvlər işığında özlərinə bu xətt üzərində bir yer axtararlar. Seçim sanki qaçınılmazdır: “Yüngül qadın ola bilməyəcəyimə görə, kişi kimi qadın olmalıyam”. Bu gərar cəmiyyət tərəfindən təsdiqlənsə də insanın psixoloji sağlamlığı üçün çox təhlükəlidir. Çünki bu qərarı dəstəkləyən inanclar təhlükəlidir: qadın nə qədər az cinsəlliyindən uzaq olsa, nə qədər az paltar geyinsə, nə qədər az gözəl olsa, nə qədər az kişilərin marağını çəksə, nə qədər az sex istəsə, nə qədər az cilvə etsə, nə qədər az QADIN olsa bir o qədər yaxşıdır.
Başqalarının təsdiqləməsi, şəxsiyyətin qəbul görməsi üçün gerçək ehtiyaclardan, duyğulardan uzaqlaşar, başqalarına hörmətli olmaq uğruna ən böyük hörmətsizliyi özünüzə edərsiniz. Gerçək mənliyinizdən, qadınlığınızdan uzaqlaşarsınız.
Bəzi qadınlar qadınlıqlarından fiziki görünüşləriylə uzaqlaşarlar, bu qadınları tanımaq, həll etmək daha asandır. Qadın olduqlarına üsyan edər kimidirlər. Onlara qadın deməyə dilimiz gəlməz. Bəziləri isə qadın kimi geyinsələr, qadın kimi bəzənsələr də, iç dünyalarında qadınlıqdan uzaqlaşarlar. Qadınlıqla əlaqədar tabuları, qaydaları, qadın ruhlarını həbs etmişdir. İstəklərini, ehtiyaclarını qəbul etməzlər. Onların görünüşlərində, xaricində bir qadınlıq tapa bilməzsiniz… Seksual görünərlər amma seks sevməzlər…
Sex sevən seksual qadın: Ayşe Arman
Qadın ola bilən qadın, qadınlığını hiss etməyi, gözəl olmağı, seksdən zövq almağı, paltar geyib avtobusa minə bilməyi, qadınlığından kef almağı bacara bilər. Qadın olduğunu amma "yüngül" olmadığını hər fürsətdə bərkdən qişqırmaq, ətrafına qəbul etdirmək istər. Mərd, etibarlı, ağıllı, müvəffəqiyyətli olarkən "kişi kimi" olmamanın qürurunu daşıyar. Ətrafın təsdiqini almanın deyil, öz özünü təsdiqləmənin əsl zəfər olduğunu kəşf edər. Cinsiyyətsiz, əskik bir insan olmağı qəbul etməz.
Qadınlığı ilə barışan qadın bədənindən də qorxmaz. Özünə aynada çılpaq baxmaqdan, toxunmaqdan, öz-özünə zövq almaqdan qorxmaz. Özünü saxlamaz. Qadınlığına küskün qadının isə, qadınlığı nəfəs ala bilməz. Hörmət görməyən, sahib çıxılmayan qadınlığı, cinsəlliyi, küskün bədənlərə, bədbəxt cinsi həyatlara və doyumsuz əlaqələrə gətirib çıxarar. Özünü tək, çarəsiz, təminsiz, qızğın, bədbəxt hiss edər və bəzən də psixoloji mənşəli cinsi pozuqluqlara səbəb olar.
Özünə güvənən kəslər ətrafın təsdiqi ilə çox-çox maraqlanmayan kəslərdir. Eynilə Ayşe Arman kimi, orijinallıqlarını, xəyallarını, hədəflərini, seçkilərini sahiblənər, başqalarından asanca təsirlənməzlər. Seksin ayıb olmadığını, həyatın əhəmiyyətli və təbii bir parçası olduğunu, qadınların da cinsi həyatda kişilərlə eyni haqqlara sahib olduqlarını bilər, qadınlığına hörmətlə sahib çıxar. Özünü qəbul etmənin, qəbul görməkdən daha möhtəşəm olduğunu, özü üçün ən əhəmiyyətli təsdiqin özündən gəlməsi lazım olduğunu bilərlər.
Monica Belluci, Ayşe Arman kimi qadınlar, gözəl olmanın, cazibədar olmanın, "bəzəkli" olmanın, qadın olmanın onları "yüngül qadın" etməyəcəyini, ağıllı, müvəffəqiyyətli, qabiliyyətli və eyni zamanda da "qadın" oluna biləcəyini, içindəki qadını həbsdən çıxarmadan xoşbəxt və sağlam oluna bilməyəcəyini kəşf etmişlər. Onlar, cinsiliklərinə hörmətli və dürüst olmağı bilən, seksi sevən seksual qadınlardır.
XƏBƏR LENTİ
Ən pis dizayn nümunələri
Bu ölkədə Qurban ətini odunda bişirməmək - TÖVSİYƏ OLUNDU
"Sıla" serialı haqqında maraqlı AÇIQLAMA
Dövlət Bayrağının təsviri təsdiq edildi
O, ən bahalı avtomobil oldu
Dünya ulduzu Bakıya gələcək
Hava limanlarında maraqlı dizaynlar
HAVA necə olacaq?- 22 APREL
Bayquş kimə ağlayır?
Sevgilisi FOTO paylaşdı
Günün ulduz falı
Cennifer Lopezdən yeni FOTO
Dünya çempionatı başlanır: Azərbaycan Türkiyəyə qarşı
Bal və idman masajı
Günün qoroskopu: gəlirlər çox olmayacaq
Öləndə molla istəməyən yazıçımız
Müharibə mütləq olacaq
Köhnə telefon köşkləri indi...
Qadınlar haqqında bilmədikləriniz
Öz-özünə yenilənən kompüter yaradılır
Bu vitamin COVID-19 RİSKİNİ AZALDIR
Balalarını xilas etmək üçün özünü fəda etdi - VİDEO
Bu pişik milyonları heyrətləndirdi - FOTO
Yeni nazirliklər yaradılır
Azərbaycanda qış və yay vaxtına keçid ləğv ediləcəkmi?
Məşhur model körpəsinin cinsiyyətini açıqladı
Avtobuslarda qəpiklər yığışdırılır
Cəbhə xəttində qeyri-sabitlik davam edir
Avtomobildə kitab oxuyarkən ürək bulanmasının səbəbləri
Ana bətnində yaranan möcüzə
Şəhid Xudayar Yusifzadənin büstü hazırlanıb - FOTO
Gəncliyin sirri
Günün qoroskopu: Münaqişələrdən uzaq olun!
Yay ayaqqabıları
Yaşıl çay içmək üçün 3 səbəb
Nazir: Bu şəxslərin də ödəniş üçün müraciət hüququ var
Kəsmikli alma piroqu
Coni Depp rekord qırdı - FOTO
Dünya ölkələrində koronavirusla əlaqədar məhdudiyyətlər sərtləşdirilir - VİDEO
Yarımçıq doğulan körpənin dramı
Can Yamanın tərəf müqabili kim olacaq?
Yeni ildə Azərbaycanı gözləyən təhlükə
Hande və Murat Qış Tətilində-FOTO
Ermənistanın Rusiyadan asılılığı artdı
Rusiyalı müğənni döyüldü-SƏBƏB
Ceki Çan gənclik səhvlərini etiraf etdi
Britaniyada 45 yaşlı qadın 22-ci uşağını dünyaya gətirdi – FOTO
Armudlu keks (foto-resept)
“Qarabağ” ordeni ilə təltif olunan gizirin həyat yoldaşı: “Zəng edib dedi ki,...”
Bakı metropoliteni bu tarixdə işləməyəcək - RƏSMİ
- ŞƏRHLƏR