Toy gününüzdə özünüzü yaxşı hiss etməyinizi təmin edəcək ən əhəmiyyətli detallardan biri də gəlin saçınızdır. Ürəyinizcə olmayan bir saç modeli bütün gecənizi məhv edə bilər.
Saçlarınızın hər modeldə qəşəng görünüşdə olacağını bilirsiniz. Amma tək bir modelə qərar verməlisiniz. Ağılınızdakı bütün modelləri təyin edin. Sınamaq üçün özünüzə vaxt ayırın. Bu müddət sizə yaraşan saç modelini tapmağa kömək edəcəkdir. Ancaq sınaqlardan əvvəl sizə kiçik ipucları vermək istəyirik.
Bunları etməlisiniz!
Saç ustasına gedərkən fikrinə güvəndiyiniz bir rəfiqənizdən sizə qoşulmasını xahiş edə bilərsiniz. Beləcə, qərar verməyiniz asanlaşacaq.
Saç aksesuarlarınızı və duvağınızı da yanınızda aparıb aksesuarlarınıza görə saç modelinizi təyin edin. Hətta gəlinliyinizin və istifadə edəcəyiniz qızıl zinət əşyalarının fotoşəkilini də ustanıza göstərə bilərsiniz.
Saç modelinizə qərar verərkən gəlinliyinizi və toyun ediləcəyi mühiti nəzərinizdə saxlayın.Açıq havada edilən yay toyu üçün açıq saçlarda kiçik çiçəklər xoş dayanarkən, qapalı yerdə edilən toy üçün isə topuz model və göz oxşayan tac yaxşı bir seçim olacaqdır.
Saç modelinizi seçərkən bəyi unutmayın. Aranızda boy fərqi varsa, uzun topuz modeli dikdaban ayaqqabılarla birləşərək sizi bəydən daha uzun göstərəcək. Bu vəziyyətdə başınızın arxa hissəsində yığılacaq topuzdan istifadə edə bilərsiniz.
Üzünüzün quruluşu da gəlin saçı modeli seçimində əhəmiyyətlidir. İncə, uzun bir üzdə tətbiq olunacaq topuz modelində üzə doğru saç salınması gəlinin üzünü daha da uzun göstərəcəyi üçün yaxşı seçim deyil. Yumru üzlü gəlinlərdə isə üzü incə göstərmək üçün üzə yanlardan və qulaq arxasından saçlar çıxarıla bilər.
Gəlin saçında ümumiyyətlə,çox vaxt topuz saç modelləri seçilər. Amma sizin saçınız qısadırsa, o zaman aksesuarlarla saçlarınızı rəngləndirərək çox gözəl bir gəlin saçı düzəltdirə bilərsiniz.
Yumru üz: Üzünüzün yumruluğundan şikayətçisinizsə,bir az olsun naziltmək üçün saçınızın həcmini yüksək tutacaq modelləri seçim edə bilərsiniz. Qısa kəsdirmək də həll yolu ola bilər. Ancaq uzun istifadə etmək istəyirsinizsə, topuz saç modelləri də yaxşı bir seçimdir.
Kvadrat üz: Balanslı bir üz tipidir. Üzdəki ifadəni yumşaltmaq üçün gicgahlarınıza doğru enən saç düzümləri etdirə bilərsiniz.
Düzbucaqlı üz: Kəsim düşünürsünüzsə, çənə sümüyünü keçməyəcək şəkildə olmalıdır. Gicgah sümüyünü örtəcək şəkildə kəsimlər ilə balanslı, uyğun saç modellərinə sahib ola bilərsiniz.
Tərs üçbucaq üz: Sahibini enerji dolu göstərən bu üz şəklinə toy günü bir az güc qatmaq istəyirsinizsə, saçınızın yanlarını qısa kəsdirərək, saç təpəsinə həcm verəcək modelləri seçim edə bilərsiniz.
Üçbucaq üz: Bu tip üz şəkillərində üz formasını saçınıza veriləcək müsbət enerji ilə tarazlıqlaşdırmalısınız.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Hava haqqında
HAVA necə olacaq?- 22 MART
Hamiləlik dövründə həddindən artıq kökəlməmək üçün...
Bütün ölkələrə səyahət edən ən gənc qadın
Toyuq ətli blinçiklər (foto-resept)
İranda güclü zəlzələ oldu
Seks ürəyi qoruyur
Bakı yaşıllaşacaq
“Hercai” efirlə vidalaşır
Möcüzəvi su və isti ayaq vannaları
Türkiyədə zəlzələ olub
Günün qoroskopu:İntuisiyanızın səsinə qulaq asın
Düşmənin atəş nöqtəsi və şəxsi heyəti məhv edilib - VİDEO
Pensiyaların nə qədər artırılacağı yanvarda məlum olacaq - RƏSMİ
Prezident İlham Əliyev "Yasamal" parkının açılışında iştirak edib
Pilotsuz aparatlar vurulacaq
HAVA necə olacaq?- 10 Mart
4 terabaytlıq, ilk...
Günümüzü əks etdirən rəsmlər
Sobada əriştəli toyuq (foto-resept)
Vaşinqtonun görməli yerləri
Bir neçə rayonda qaz problemi olacaq
Mənzilin təzəsi, yoxsa köhnəsi?..
Xızı-Xaçmaz, Quba, Qusar turizm zonaları yaradılacaq - FOTO
Azərbaycanla AB arasında saziş imzalandı
Mehriban Əliyevadan Madagizdə bayrağımızın qaldırılması ilə bağlı paylaşım
Sabahdan açılan kafe-restoranlarda hansı qaydalara əməl olunmalıdır? - FOTO
Yay üçün donlar
Zəngilanın işğaldan azad edilən daha bir kəndindən görüntülər - VİDEO
Bu gün “Son zəng”dir
Günün qoroskopu:Pullarınızı ağılla, məntiqlə xərcləyin
Azərbaycanda daha dörd nəfərdə koronavirus aşkarlandı
Bu il məhsuldarlıq aşağı ola bilər
Tanınmış aktrisa öldü
Prezident İlham Əliyev "Rossiya-24" telekanalına müsahibə verib
Şeyma Subaşıdan Gözlənilməz Etiraf
Şadlıq evlərində vəziyyət necədir?
Günün qoroskopu: ambisiyalarınız və xırda arzularınıza uyğun hərəkət edirsiniz
Uşaqların məzəli kəlamları
45 kiloqram arıqlayan Adelin sirri
Körpə qızlar üçün yay geyimləri
İş yerindən arayış almaq asanlaşdı
Mesut Özildən ulduz xanımına 80 milyonluq hədiyyə-FOTO
Qurama yastıqlar (1 hissə)
Bu yay ağıllı saat ola bilər
Düşmənin ələ keçirilən zirehli texnikaları təqdim olundu - FOTO
Dünyanın ən qorxunc körpüləri
"Kurtlar Vadisi" ekranlara qayıdır
Teylor Sviftdən nümunəvi addım-FOTO
Balaca şahzadələrimiz üçün donlar
- ŞƏRHLƏR