Tərəzi bürcü
Tərzi və modanı həyat fəlsəfəsi halına gətirmiş olan tərəzilər, gəlin paltarlarında da rahat, amma özlərini və gözəlliklərini ortaya çıxaracaq paltarları seçərlər. Güpür, atlas (saten), tül (orqanze) və əl işlərini onların gəlin paltarlarında görə bilərsiniz. Omba hissəsi gözəl olduğundan, ombasını və bel qıvrımını ortaya çıxaracaq, kürək dekolteli, belə doğru incələn və sonra aşağıya qədər öz qıvrımlarıyla tökülən gəlin paltarlar favoritləridir. Quyruq hissəsinə doğru toplanan və oradan quyruq şəklində buraxılan modellərini də yaxşı daşıyarlar. Parçada kiçik parıltılar, müxtəlif rəng çalarları, daşlar xoşlarına gələ bilər. Saçlar təsadüfi toplanaraq, bəlkə də yanda toplanaraq, paltarın gözəl havasına uyğunlaşmasını təmin edir. Makiyaja çox əhəmiyyət verən tərəzilər, yaxşı bir saç və ya makiyajla bu xüsusi günlərini unudulmaz edə bilərlər. Detallar əhəmiyyətlidir.
Əqrəb bürcü
Ehtiraslı xanım
Hər vaxt seksual olan Əqrəblər, gəlin paltarlarında ya çox düz seqmentləri, ya da çox iddialı görünüşləri seçərlər. Seksual korsetlər üst qisimləri vurğulayar. Düz paltarlar, ikiyə bölünmüş gəlin paltarlarından bədənlərinə daha yaxşı oturar. Gözəl bir V yaxa dekolte onlara çox yaraşacaq. Üst və bel qismində güpürlar, əl işi bəzəmələri yer ala bilər. Bu qadınlar paltarlarda kəsmələrə əhəmiyyət verir. Düz və sadə bir seqment seçdilərsə, gözəl və incə seqmentli bir tərəfdən kəsik onları cazibəli edər. Ya da ətəkləri qat-qat və qabarıq olsa belə, öndən açılan bir dekolte olduqca drammatik və fərqli bir hava qata bilər. Makiyajda tünd tonlardan daha çox pastel və düz rənglər seçmələri daha yaxşı ola bilər. Ayaqqabılara digər bürclərdən daha çox əhəmiyyət verə bilərlər və yüksək daban ayaqqabı onlar üçün biçilmişdir.
Oxatan bürcü
Müxtəliflik
Həyatlarında hər vaxt rahat olmağı sevən oxatan bürcü insanları üçün hər şəraitdə rahat hərəkət etmə çox əhəmiyyətlidir. Buna görə də, oxatan qadınları sadə və rahat parçalara önəm verir. Çünki bütün gün boyunca tüllər və qabarıq parçalar içində çox narahat olacaqlar. Bu insanların qolları, çiyinləri və əlləri açıqda olmalıdır. Straplez (sinədən başlayan, qolsuz) paltarlar, şalvar və üst tərzi gəlin paltarlar, ya da iki parçadan ibarət olan çox ağır olmayan gəlin paltarları onlar üçün idealdır. Hətta onların gəlin paltarları gecənin irəliləyən saatları üçün iki parçadan meydana gələ bilər, ya da arxa qisimdəki quyruq bel qisminə ilişdirilərək qısaldıla bilər. Azadlıq sevən bu qadınların saçları açıq və ya yığılmış ola bilər. Hətta gəlin paltarlarının altından fərqli və dəyişik idman ayaqqabı geyən qadınlar, ümumiyyətlə, oxatan bürcüdürlər. Tafta və satinə daha çox üstünlük verərlər.
Oğlaq bürcü
Ənənəvi gözəllik
Ənənəvi və hər vaxt atalarının izi ilə getməyi sevən oğlaqlar üçün, toy müddətinin hər sahəsi, ən incə detalına qədər planlanmalıdır. Klassik, dəqiq seqmentli, yüngül qabarıq modelləri daha tez bəyənərlər. Sinə hissəsi əyninə oturmuş, güpür qollar, sadə asqılı paltarlar, ya da güpürdən olan, düz, yüngül gəlin paltarlarına üstünlük verərlər. Fil dişi və bej rəngə üstünlük verərlər. Bəzən gəlin paltarlarının üzərində qızılı rəngli və ya müəyyən, naməlum sim detalları görə bilərsiniz. Satin lentlər eleqant bir gözəllik təmin edə bilər. Ailə yadigarı aksessuarlar onlar üçün əhəmiyyətlidir və bu cür detallara əhəmiyyət verərlər. Klassik tərzdə bir toppuz, bantik və ya satin bir tac onları işıqlandıracaq.
Dolça bürcü
Orijinallıq
Həyatlarında hər şeyi fərqli etməyə çalışan dolça üçün bütün bu evlilik müddəti də qorxuducu deyil, rahat və fərqli olmalıdır. Görkəmli, qabarıq və fərqli gəlin paltarları xoşlarına gələr. Onlar hər vaxt fərqli olmalıdır, buna görə həndəsi və ya asimmetrik gəlin paltarları, müasir seqmentli alt-üst gəlin paltarları maraqlarına səbəb olar. Ağdan çox, qarışıq ağ və tonlarını daha asan istifadə edərlər. Qabarıq qollu və onları daha uzun göstərəcək paltarları seçməlidirlər. Yenə önləri çox düz və sadə enərkən, kürək qisimlərində fərqli və dəyişik bir kürək dekoltesi, ətraflarındakı insanları çaşdıra bilər. Straplez deyil, çox incə və ya qalın bantlı asqılı paltarları seçmələri yerinə düşər. Fataları kiçik parıltılar və sürprizlərlə dolu ola bilər. Gecənin irəliləyən saatlarında fatalarını şal kimi istifadə edə bilərlər.
Balıq bürcü
Nağıl pərisi
Romantik balıqlar nağıllara yaraşan bir toy axtarışındadır və bunu şübhəsiz bacararlar. Mərcan, fil dişi, krem rəngləri favoritləridir. Romantik bir görünüş yaratmaq üçün gəlinliyinin parçası, su kimi axan, şəklə girən bir toxumada olmalıdır. Şifonlar, satinlər, ipək orqanzalar, straplez düz seqmentlər, qabarıq, dalğa, dalğa açılan ətəklər, üst qismi vurğulayan lent gəlin paltarlarına xüsusilik qatar. Qol qisimlərində tüldən kiçik parçalar ola bilər. Bədənlərini çox tutan paltarlardan çox, nağıl diyarını xatırladan, üstü düz, altı tort kimi dayanan gəlin paltarları, şirin bantik, kiçik çiçək və ya tül parçaları xoşlarına gələcək. Düz boyunlu, xam ipək paltar kombinasiyaları qəşəng ayaqqabılarla və açılan orqanze quyruqlarla tamamlana bilər. Rəqs etməyi sevən bu qadın, özünə xüsusi hazırlanan gəlin paltarının içində gözəl görünəcək.
XƏBƏR LENTİ
42 yaşlı qadın öz bədən quruluşu ilə təəccübləndirir-FOTO
Musiqi dinləməyin faydaları və zərərləri
Qatıqlı meyvə salatı (foto resept)
Kabab yeyənlərin nəzərinə-DİQQƏT
Köklü miso şorbası (foto resept)
Koronavirusda GİZLİ TƏHLÜKƏ: aylar sonra ortaya çıxır
"İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır"
Ermənistanın sonu yaxınlaşır
Ailə sirləri başqalarına deyilə bilər?
Kıvanç Tatlıtuğ rep oxuyacaq!
Qozun sağlamlığımıza faydaları
Yeni dövrün coğrafiyası (XV-XIX)-2
Dünyadan maraqlı faktlar (III hissə)
Dərinizi çirkli havalardan qoruyacaq maska
Ebru Şahin Mərakeş və Misir gündəmindədir
Sosial şəbəkədən qorxan ölkələr.
“Facebook” bunu da etdi
Gökhanın görüntüləri TƏƏCCÜBLƏNDİRDİ
Çavuşoğlu Lavrovla danışıb Ermənistana xəbərdarlıq edilməsini istədi
Nazirlikdən vətəndaşlara MÜRACİƏT: Məhkəməyə verin
Ölkədə gediş haqları dəyişibmi?
BÜRCLƏR bizə nə vəd edir? - 2 MAY
Hərbiçilərimiz Füzuli və Cəbrayılın girişində
Dünəndən qalan plovu yeməyin!
Fərqli saç aksessuarları
Bu geyim sonsuzluq yaradır
Ermənistanda hərbi vəziyyət rejimi davam edəcək
Qulaqda səslərin yaranma səbəbi
"Pelmeni" (foto-resept)
Kayli Cennerin daha bir yalanı üzə çıxdı-FOTO
Öyrəndim ki...
Şəhzadə Harry və Meghanın toyu
Zaman gedir, tələs
Gənc qızlar, zamana dəyər verin
58 yaşlı ulduz hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yağış yağacaq, şimşək çaxacaq
İstirahət günü hava bakılıları sevindirəcək
"iPhone"nun qiyməti düşür
Azərbaycanda vitse-prezident vəzifəsi yaradılır - KONSTİTUSİYA DƏYİŞİR
Finalın adı məlum oldu
"Ana harayı" abidəsi ziyarətə hazırdır
Türkan Şoray sevincdən ağladı-FOTO
Cəbhədə güclü atışma başladı
Yay aylarının ən faydalı meyvələri
Banklar girov mənzilləri satdırır
Yapon geyşalarının sirri
Qaraciyərin böyüməsinin səbəbləri
Makiyajsız canlı görünməyin yolları
Yağlı xəmirdən "Napoleon" tortu (foto-resept)
Teylor Svift Uitni Hyustonun rekordunu təzələdi
- ŞƏRHLƏR