
Elmira Süleymanova 17 iyul 1937-ci ildə anadan olmuşdur.1959-cu ildə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) kimya fakültəsini bitirmişdir.
1959-cu ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda laboratoriya müdiri və başqa vəzifələrdə çalışmışdır, kimya elmləri doktoru elmi dərəcəsi (1980), professor elmi adını (1982) almışdır. Nyu-York Elmlər Akademiyasının üzvüdür (1997).
E. Süleymanova 210 elmi əsərin, 40-dan çox ixtiranın müəllifidir, 2 elmlər doktoru, 14 elmlər namizədi yetişdirmişdir. 30-dan çox beynəlxalq konfransda, o cümlədən müxtəlif ölkələrdə keçirilmiş 7 neft-kimya simpoziumunda elmi məruzələrlə zıxış etmişdir.
Beynəlxalq aləmdə tanınmış alim və ictimai xadimdir. E. Süleymanovanın fəal vətəndaş mövqeyi onun ictimai fəaliyyətində öz əksini tapmış və insan hüquqlarının müdafiəsi ilə sıx bağlıdır.
1980-ci ildən Qadın hərəkatı rəhbərlərindəndir. Tailandın paytaxtı Bankonqda Çulalonqkorn Universitetində Qadın Liderliyi üzrə hazırlıq keçmişdir. 1990-1994-cü illərdə Azərbaycan Qadınlar Cəmiyyəti sədrinin muavini olmuşdur. 1994-cü ildən BMT-nin İqtisadi və Sosial Şurası yanında xüsusi məsləhətçi statusu almış ölkəmizin yeganə qadın qeyri-hökumət təşkilatının - "Qadın və İnkişaf" elmi- praktiki mərkəzinin yaradıcısı və Prezidenti, 2002-ci ildən - fəxri üzvüdür. Həmin təşkilat 15 nüfuzlu beynəlxalq qurumun üzvüdür və öz fəaliyyətini BMT-nin müxtəlif bölmələri ilə sıx əlaqədə qurur.
Dünya qadın hərəkatı liderlərindədir. Amerika Roçester Universiteti tərəfindən Dünya qadın və qızlarının hüquqlarının müdafiəçisi və onlar üçün nümunə olan 100 Qəhrəman qadından biri kimi şərəfləndirilmişdir (1998).
BMT-nin Baş Assambleyasının İnsan hğquqları üzrə ( Vyana, 1993), Əhali və İnkişaf (Qahirə, 1994, Haaqa, 1999), Qadın problemləri üzrə (Pekin, 1995, Nyu-York, 2000), Habitat (İstanbul, 1996, Nyu-York, 2001), Sosial İnkişaf (Cenevrə, 2001), Uşaq hğquqları üzrə (Nyu-York, 2002) xüsusi sessiyalarında və konfranslarında dövlət və ya QHT nümayəndəsi və koordinatoru kimi məruzələr və çıxışlar etmiş, regional qurumlarda fəaliyyət göstərmişdir.
Uşaq hğquqları Konvensiyasının 10 illiyi ilə bağlı vüsət almış Uşaqlar üçün Dünya hərəkatında öz fəaliyyəti ilə dünyada tanınmış Azərbaycan Uşaqdan- Uşağa Sülh Şəbəkəsinin və onun nəzdində Uşaqların ilk Liderlik məktəbinin yaradıcısıdır, uşaq hğquqları sahəsində 50-dən çox qadın və gənclər təşkilatını birləşdirən QHT Alyansını yaratmış, uşaq hğquqları üzrə milli koordinator kimi, onu 2000-2002-ci illərdə Regional CEE-CİS UNİCEF/QHT Komitəsində təmsil etmişdir.
2001-ci ildə ölkəmizdə ahıllar üçün ilk resurs mərkəzi yaratmışdır.
Dünyanın 50-dən çox ölkəsində dəfələrlə işgüzar səfərlərdə olmuş, 70-dən çox qlobal və regional konfransda , o cümlədən BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyası, BMT-nin İctimaiyyətlə Əlaqələr Departamentinin illik iclasları (Nyu-York, 1995-2002), Haaqa Sülh konfransı (1999), Ərzaq Sammiti (1996), İstanbul Sammiti (1999), Ahıllıq üzrə Ümumdünya Assambleyasında (Madrid, 2002) və s. iştirak etmişdir.
Azərbaycan Respublikası Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü olmuşdur. Dünya azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvüdür.
"Fəxri kimyaçı", "SSRİ İxtiraçısı" fəxri adları almış, "Şərəf nişanı" ordeni, "Əmək veteranı" və başqa medallarla təltif olunmuşdur. Akademik Y. Məmmədəliyev adına mükafatın laureatıdır.
Elmira Süleymanova 2002-ci il iyulun 2-də ilk Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilmişdir.
Beynəlxalq Ombudsmanlar İnstitutu, Avropa Ombudsmanlar İnstitutu və Asiya Ombudsmanlar Assosiasiyasının üzvüdür (2003). Beynəlxalq Sülh mükafatına layiq görülmüşdür (2003).

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR