O, 22 mart 1913-cü ildə dünyaya göz açmış və 2001-ci ilin eyni günündə - martın 22-də dünyasını dəyşmişdir. O, Atatürkün Sabiha Gökçen adı ilə tanınmış mənəvi qızı idi. Onun atası Bursa vilayətinin baş katibi Mustafa Hafiz İzzət bəy, anası isə Xeyriyyə xanım idi. Sabiha özü də Bursada dünyaya gəlmişdi. Valideynlərini hələ balaca ikən itirmiş və böyük qardaşının himayəsi altında böyüyüb boya-başa çatmışdır. 1925-ci ildə 12 yaşının olmasına baxmayaraq, Bursanı ziyarət etməyə gələrək Hünkar adlı köşkdə qonaq qalan Atatürklə əlaqə yaradaraq təhsil almaq istəyini ona çatdırmağı bacarmışdır. Atatürk Sabihanın qardaşının icazəsi ilə onu öz himayəsinə götürmüş və özü ilə birlikdə Ankaraya gətirmişdi. Sabiha Çanqaya ibtidai məktəbini bitirdikdən sonra Üsküdar qızlar kollecində təhsilini davam etdirmişdi. Xəstəliyi üzündən təhsilini yarımçıq qoyaraq Heybeliada və Vyanada müalicə olunmuşdu. Fransız dilini daha da yaxşı bilmək üçün bir müddət Fransada yaşamışdı. 1934-cü ildə soyadlar haqqında qanun çıxandan sonra Atatürk ona Gökçen soyadını verdi. Sabiha Gökçen 1935-ci ildə “Türkquşu”-nun açılış mərasimində göstərilən uçuşlara heyran olur və o andan etibarən hava yolları və uçuşlar barədə maraqlanmağa başlayır.
Atatürkün dəstəyi ilə 1935-ci ildə Türk Hava Birləşmələrinin Tük Hava Yolları məktəbinə daxil olur və Ankarada bir sıra təcrübələrdən keçir. İlk qadın döyüşçü-pilot olan Sabiha 7 kişi tələbə ilə birlikdə Krımdakı Koktebel Ali Planer məktəbinə göndərilir və 6 aylıq təhsil müddətində oranı uğurla başa vurur. O, Moskvada motorlu təyyarə dərsləri almaq istəyir, ancaq mənəvi bacısı Zəhranın ölüm xəbərini eşidən kimi Türkiyəyə geri qayıdır. Bacısının ölümü ona pis təsir edir və o, bir müddət heç nə ilə məşğul ola bilmir. Ancaq Atatürkün israrından sonra O, Eskişehir Havayolu məktəbində Sami Uçan və Mühitdin bəyin sayəsində uçuş dərslərində olur, onlardan çox şey öyrənir. 1936-cı ilin fevral ayının 25-də ilk dəfə olaraq təyyarə sürməyə başlayır. Atatürkün razılığı və özünün istəyi ilə o, dünyanın ilk qadın döyüşçü-pilotu olmaq istəyir və bu yolda əzmlə addımlayırdı. O zamanlarda qızları əsgəri hazırlıq məktəblərinə götürmürdülər. Ona görə də ona bir uniforma hazırlanaraq Eskişehir Uçuş məktəbinə göndərilmişdi. O, həmin məktəbdə 11 ay (1936-1937) xüsusi dərs alır. Təlimini bitirdikdən sonra isə Eskişehirdəki birinci uçuş alayında 6 ay işləyir. Bu 6 ay ərzində Sabiha Ege və Trakya ərazisindəki uçuşlarda iştirak edir. 1937-ci ildə Tunceli hərəkatına qatılır və bu hərəkat sayəində dünyanın ilk qadın döyüşçü-pilotu oldu. Bu hərəkatdan sonra ona Türk Hava Yollarının medalı verilir. 1937-ci il avqustun 30-da əsgəri uçuş diplomunu alır. 1938-ci ildə Balkanlarda 5 günlük uçuşu sayəsində onu bütün dünya tanıyır. Ankarada olan Balkan paktının üzvləri Sabiha ilə görüşmüş və ona Balkanlara getmək təklifi etmişdilər. Bu təklifdən sonra o, Balkanlara getmiş və öz bacarığını bir daha sübut etmişdi. Gökçen bu uçuşu ərzində təyyarəyə heç bir əlavə pilot qəbul etməmiş və tək uçmuşdu. Çünki bunu ondan Atatürk istəmişdi. "Vultee" tipli təyyarə ilə İstanbuldan havaya qalxıb, Afinaya, sonra isə Sofiya və Belqrada uçuşları həyata keçirmişdi. Yuqoslaviyanın baş naziri onu “Ağ qartal” medalı ilə təltif etmişdi. İnsanların istəyini nəzərə alaraq Buxarest üzərində də uçuş həyata keçirir və 6 gündən sonra İstanbula qayıdır. Bu uçuşdan sonra hamı ona “göylərin qızı” deyə müraciət etməyə başlamışdı.
Atatürkün ölümündən sonra qadınların orduda xidmət etməsi haqda qərar qəbul olunmadığı üçün ordudan ayrılır və 1955-ci ilə qədər "Türk quşu" uçuş məktəbində baş müəllim işləməyir. Türk Hava Yollarının İdarə Heyətinin üzvü olur və həyatı boyu cəmi 22 müxtəlif yüngül bombardman təyyarə ilə uçuş həyata keçirir. Gökçen 1940-cı ildə dərs dediyi məktəbdə coğrafiya və topoqrafiya dərsi deyən Kamal Eşiner ilə ailə həyatı qurur və yoldaşına öz soyadını verir. Ancaq 3 ildən sonra - 1943-cü il yanvar ayının 12-də həyat yoldaşı dünyasını dəyişir. 1953 və 1959-cu ildə Türk cəmiyyəti və türk qadınlarını təmsil etmək üçün ABŞ-a dəvət edilir və orada bir sıra uçuşlar həyata keçirir. Gökçen sonuncu dəfə 1996-cı ildə 83 yaşında fransız pilot Daniel Akton ilə birlikdə "Falkon 2000" təyyarəsi ilə səmaya qalxır. 1996-cı ildə pilotluq kariyerasının ən dəyərli mükafatını alır. Amerika Hava Yolları kollecində məzunlar üçün hazırlanmış mərasimdə xoşməramlı qonaq kimi iştirak edir və “Maxwell Hava Üssü”-dəki tədbirdə “Dünya tarixinə adını həkk edən 20 pilotdan biri” seçilir. O bu mükafata layiq görülən ilk və yeganə qadın pilot idi. Sabiha Gökçen 22 mart 2011-ci ildə doğum günündən bir gün sonra 88 yaşında "Gülhanə" xəstəxanasında dünyasını dəyişir. Son illərdə Sabiha Gökçenin erməni əsilli olduğunu iddia edənlər olsa da, bu iddiaları sübut edən heç bir sənəd və sübut yoxdur. Bu sözlər boş bir iddia olaraq qalır.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
SƏFURƏ ƏLİZADƏ stili
Yeni Məcnun axtardı, Leylini tapdı, amma...
Urmiya gölü çöl oldu
Komada olan şoumendən xəbər var
Şuşanın ecazkar “İsa bulağı”ndan yeni görüntülər - VİDEO
Günün qoroskopu:Məqsədinizə doğru inadla iraliləyin
8103-ə göndərilən SMS-lərin 29 faizi təsdiq cavabı almayıb
Bəzi şəhər və rayonlarda su kəsiləcək
Nemtsovun qətlini kim sifariş verib?
Xoşbəxtliyi ölçən cihaz
İlham Əliyev: "Heç kim güzəşt istəməməlidir"
4K formatlı planşet gəlir
Ermənistanla Avropa Birliyi arasında heç bir sənəd imzalanmayacaq
Moldova Azərbaycandakı səfirini niyə geri çağırdı?
Çinin hüdudlarından kənarda koronavirusdan ilk insan ölüb
Hər kəsin qorxduğu qadın-FOTO
Əzvay şirəsi
Böyüklərə hörmət qalıbmı?
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
İdeal pəhrizin incə məqamları
Koronavirusla döyüşən mübariz xəstələr və fədakar həkimlər - “YENİ KLİNİKA”DAN REPORTAJ - VİDEO
Prezidentdən Mərkəzi Bankla bağlı sərəncam
90 yaşlı qadından möhtəşəm məsləhətlər.
Alimlər kliniki ölüm zamanı "tunelin sonundakı işığ"ın sirrini açıblar
Ağıllı insanların ortaq xüsusiyyətləri
Bakıda sürücülərin bu əzabı nə vaxt bitəcək?
Başqa dünyaya keçid tapıldı-ŞOK FOTO
Təmiz zeytun yağını necə tanıyaq?
20 yaşlı gənclərin bilməli olduğu 20 şey
Yaşını eşidən heyrət etdi-FOTO
Operatordan qəribə addım - VİDEO
Bakıda 47 qanunsuz stomatoloji kabinet aşkarlandı
Türkiyə hərbçilərinin Qarabağda xidmət edəcəyi müddət açıqlandı - RƏSMİ
Gözümüzdəki işıq
Cütlüklər üçün idman növləri
Dövlətə xəyanətə görə cəza 20 ilə qaldırılır
Azərbaycanlılar Türkiyənin bu şəhərinə axın edir
İxtisas seçimi başlandı
7 rayon qazsız qalacaq
Kiara Ferragni
Azərbaycan müharibə mesajı verdi
Məktəb psixoloqunun fəaliyyətini tənzimləyəcək QAYDALAR LAYİHƏSİ
Riki Martin qızının FOTOsunu paylaşdı
Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyat müddəti uzadıldı
Ançelottidən sonra Pelleqrini seçildi
Gəlinliyə uyğun buzqalter necə seçilir?
Uşaqlar neçə saat yatmalıdır?
Məşhur həkim bu dəfə Dönərdən Danışdı
Marsda şəhər salınacaq-VİDEO
Yayın artan "dərəcə"ləri ölüm gətirir
- ŞƏRHLƏR