Neçə minilliklərdi ki, Kleopatranın gözəlliyi haqqında yaranan əfsanələr dünyanı dolaşmaqdadır. Kleopatra doğrudan gözəl olub?
2000 ildən çoxdur Kleopatra bütün dünyada bir gözəllik simvoluna çevrilmişdir. Onun gözəlliyi rəssamların, şairlərin, heykəltaraşların ilham mənbəyi çevrilmişdir. Tarixdə Kleopatra misilsiz bir gözəl, daim gözəl və cavan qalmağın sirlərini bilən bir qadın kimi təsvir olunmuşdur.
Çariça Kleopatra VII Filopator — Ptolomey sülaləsinin sonuncu nümayəndəsi olmuş və Ellin Misirini 21 il idarə etmişdir. Tarixdə onun adının Qədim Roma imperiyasını idarə edən Yuli Sezar və Mark Antoni ilə bağlı olduğu qeyd edilir. Bu tarixi şəxsiyyətlər Kleopatranın gözəlliyinin əsiri olmuşdur. Gəlin, baxaq, Kleopatranın gözəlliyi haqqında tarix və arxeoloji tədqiqatlar nə deyir?
Kleopatranın çariçalığından 200 il keçdikdən sonra Roma tarıxçisi Dion Kassiy çariçanı belə təsvir etmişdir: -“ o, çox cazıbədar və misli görünməyən bir gözəl olmuşdur. Onu görən hər bir kəs ilk baxışdan ona vurulurmuş...” Amma Dion Kassiydən 100 il əvvəl Plutarx Kleopatra haqqında belə yazmışdır: — “Çariça Kleopatra məftunedici, qeyri-adi bir gözəlliyə malik olmayıb. Sadəcə cazıbədar bir qadın olub”. Amma təəssüflər olsun ki, nə Kassiyin, nə də Plutarxın dediklərini təsdiqləyən heç bir dəlil və fakt yoxdur. Çünki Kleopatra təsvir edilən heç bir rəsm və heykəltaraşlıq əsəri qalmamışdır.
Yalnız Kleopatra təsvir olunan sikkə pullar qalmışdır. Bu pullar da o, zamanlar siyasi təbliğat məqsədilə buraxılmışdır və pulların üzərində də “qarmaq burunlu, kişiyəbənzər qadın” təsvir olunmuşdur. Tarixçilərin bəziləri isə bunu belə izah edirlər ki, onun Ptolomey nəslindən olması və bu nəslə bənzəməsi öz təsdiqini tapması üçün pulların üzərində Kleopatra kişiyə bənzər təsvir olunmuşdur.
Qədim sikkələrin üzərindəki Kleopatra özündən çox Ptolomey nəslindən olan kişilərə bənzədilmişdir. Bununla da, Kleopatranın hakimiyyətə daha çox iddialı olduğunu sübuta yetirməyə çalışmışlar. Bu qədim pulları da o zamanlar Kleopatranın xarici görünüşünü göstərmək üçün deyil, məhz siyasi təbliğat məqsədilə buraxmışlar. Bir şeyi də qeyd eləmək yerinə düşər ki, əvvəllər “qadın gözəlliyi” dedikdə, heç də yalnız sifət gözəlliyi nəzərdə tutulmurdu. O zamanlar, adətən fiziki sağlamlıq, cəlbedici danışıq tərzi, səs və sairə...
Qədim tarixçi Dio yazırdı ki, — “ Kleopatra çox cazıbədar bir səsə malik olmuş və şirin bir ünsiyyət yaratmağı bacaran qadın olmuşdur. Onunla bir dəfə söhbət edən adam, sanki ona ömürlük bağlanırdı”.
Plutarxın fikrincə də, Kleopatranın xarici görünüşündən çox, onun xasiyyəti, ünsiyyəti daha çox cəlbedici olmuşdur. Elə Yuli Sezarı da, Mark Antonini də Kleopatra öz ünsiyyətilə məftun etmişdir. Amma bütün bunlarla bərabər, sözsüz ki, Kleopatranın xarici cəlbediciliyi də olmuşdur. O, gözəl xarici görünüşə malik bir qadın olub”.
2000 ildən çoxdur Kleopatra tarixdə gözəllik simvolu hesab edilir. Tarixçilərin sözünə görə, Kleopatranın daxili gözəlliyi xaricindən daha gözəl idi.
Aynur Alimuradbəyli
XƏBƏR LENTİ
Bu gün atəşfəşanlıq olacaq
Azərbaycan əhalisinin gəlirləri il ərzində 7,6 faiz artıb
Batanları xilas etmək üçün “canlı zəncir” yaratdılar
Haluk Levent üsyan etdi: - "Nankorsunuz"
Astronomiyadan təsirlənən manikür
Azərbaycan tarixindən yüz şəxsiyyət-81
Nazirlikdən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Ana südü çatışmırsa
Azərbaycanda GMO məhsullara nəzarət gücləndirilir
35 yaşadək elmlər doktoru olanlara 5000 manat mükafat verilir
Günün ulduz falı
Cinsi həyatınızın qayğısına qalın
Polis Akademiyasında oxumaq istəyirsiniz?
Ermənilərin Laçında törətdiyi barbarlıq davam edir- FOTO
Karma qanunu
Qurban Qurbanov koronavirusa yoluxub
“Uzunömürlülüklə məşğul olan elmi-tədqiqat mərkəzi yaradılmalıdır”
Dünyanın ən gözəl əkiz qızları - fotolar
Saç tökülməsinə qarşı maska
Mayli Sayrus toyu təxirə saldı-SƏBƏB
DİQQƏT: Bu yoqurtlar TƏHLÜKƏLİDİR - FOTO
Cavanlıq sirri qulaq arxasında gizlənib
Qədim dövrlərdə istifadə olunan 3 gözəllik üsulu
Rusiya şokdadır: rubl dibə vurdu
Ledi Qaqa Bakıya neçəyə gəldi?
Brüksel kələmli makaron (foto-resept)
Çin balqabağının nəyi yaxşıdır?
Azərbaycan Türkiyə və Rusiyanı qabaqladı
Nişanlılıq dövrü
İlham Əliyev jurnalistlərlə bağlı qanunu təsdiq etdi
Xəstəliklərin psixoloji səbəbi var!
Kokoslu peçenye (foto resept)
Ərikli bükmə (foto resept)
Leonardo Di Kaprio tanınmaz halda-FOTO
Sınaq imtahanında 2 nəfər 700 bal topladı
Virtual Mercedes real olacaq
Bakıda böyük söküntü başlayır, 16 minə yaxın mənzil plana düşdü - ÜNVANLAR
Solyari dəri xərçəngi əmələ gətirir?
Sevinirəm ki, indi ikimizdə xoşbəxtik...
Separatçı məmur Azərbaycan ordusunun gücünü etiraf etdi
Azərbaycanlı gənc rəssamın “yaratdığı” Arda Turan
Azərbaycandan sərt etiraz
Antibiotiklər: yanlış fikirlər və reallıq
Dəbli pencəklər
Naxçıvana qar yağır - FOTO
Braxioplastika – qolların gərilməsi
İlham Əliyev Təhsil Nazirliyinə bir milyon manat vəsait ayırdı - SƏRƏNCAM
Bu şəxslər cəzalandırılacaq - XƏBƏRDARLIQ
BÜRCLƏR bizə nə vəd edir? - 13 Aprel
15 marşrutun dayanacaq məntəqəsi dəyişdirildi
- ŞƏRHLƏR