Əziz oxucular, mənim Azərbaycanın sultanı Leyla Qoşqar adlı ilk məqaləmdən sonra bir çox insanların mənə etdikləri xahişini nəzərə alaraq ikinci məqaləmi də Leyla Qoşqara həsr etdim. Bu dəfə Leyla Qoşqar haqqında daha ərtaflı məlumat verəcəyəm. Oxumağınızda fayda var.
Leyla Qoşqar 1986-cı il aprel ayının 6-da Ağstafa şəhərinin Poylu kəndində anadan olub. 5 yaşında Səccəddin Məmmədov adlı orta kənd məktəbində təhsil almağa başlayıb və 2002-ci ildə orta məktəbi bitirmişdir. 16 yaşında Pediatriya fakultəsinə daxil olub və 2008-ci ildə Universitetdən məzun olub. 3 ay Almaniyanın Özəl Tibb xəstəxanasında təhsil almışdır. Uşaq yaşlarından özfəaliyyət dərnəklərinə qatılmış, teatrlarda çıxış edərək mükafatlara layiq görülmüşdür. Aşıq Alı adına musiqi məktəbində 2 il saz təhsili almış və sonra ən sevdiyi musiqi aləti olan və hal-hazırda da işinin bir hissəsi olan pianino dərsləri almağa başlamışdır. Sadəcə 20 gün pianino təhsili alan gözəl xanım 20 gündən sonra musiqilər bəstələməyə və musiqili şeirlər yazmağa başlamışdır. Bugünkü gündə onun yazdığı mahnı sözləri və bəstələdiyi musiqilər hamı tərəfindən bəyənilir.
Leyla Qoşqar hal-hazırda ən çox danışılan bir simadır. Yəni onun gözəlliyi və Türkan Şoraya olan bənzərliyi rejissorların diqqətindən qaçmayıb. Ona bir çox film, reklam və serial təklifləri edilib. Hətta modelleri olmaqlarını istəyən və səsinin gözəl olduğunu bilən musiqi şirkətləri ona aid bir albom da çıxarmaq istəyirlər. Amma xanım bu təklifi qəbul etmir. Sonra Nebahet Cehre və Türkan Şorayın "Vaxtilə bizim səsimiz də çox gözəl idi və bizə də albom təklifləri. Biz də qəbul etməmişdik. Lakin indi peşmanıq. Kaş ki, o zaman bu təklifi dəyərləndirəydik." dediyini eşidən Leyla xanım "Mən bu səhvə yol vermək istəmirəm." deyib müğənni kimi yox, səsindən yadigar qalsın deyə bir müddətdən sonra bir mahnı ifa edəcəyinə qərar vermişdir.
Leyla xanım haqqında bir sıra şayiələr yayılmış və o, haqqında yazılan şayiələrə açıqlıq gətirərək demişdir: "Haqqımda söylənilən bəzi fikirlərə aydınlıq gətirib bildirmək istəyirəm ki, özümü Türkan Şoraya bənzədirəm deyən insanlar çox olur. Hətta söyləməklə qalmayıb yazanlar da olur. Nəzərinizə çatdırmaq istəyirəm ki, xanımın sənətinə də, gözəlliyinə də hörmətim sonsuzdur. Lakin özümü Türkan xanıma bənzətməmişəm və bənzətməyəcəyəm də. Bəli, bir az bənzərliyim var, amma burada təəcüblənəcək bir şey yoxdur. İnsanlar biri-birilərinə bənzəyərlər. Hər insanda iki göz, iki qaş, bir burun və bir ağız vardır. Bunun üçün də bu təbii haldır. Türkan xanıma özlərini bənzətmək istəyənlər çox ola bilər, çünki gözəl xanımdır. Lakin mənə gəlincə mən bənzətmirəm və bənzətmək fikrim də yoxdur. Çünki mən daha gözələm. Mənə makiyajla gözəlləşibdir deyən insanlara isə qısaca olaraq bu cavabı verirəm. Düzdür, makiyajla düzgün üz cizgiləri olan bir xanımı məftunedici bir gözəlliyə sahib etmək mümkündür. Lakin bir şeyi unutmamalıyaq ki, makiyaj estetik deyil. İnsanı bəzəyər, səliqəyə salar və gözəlliyini birə beş artırar, amma başqa bir insana çevirə bilməz. Yəni insanın özündə təbii gözəllik olmalıdır ki, onu da gözəlləşdirmək mümkün olsun. Yalnız makiyajla gözəlləşməyə qalsaydı, gözəllik mütəxxəsisləri dünyanın ən gözəl xanımları olardılar. Çox təəsüflər olsun ki, bu həyatda bunu anlamayan insanlar hələ də var. O insanlar üçün Sədi Şirazinin "Çirkinlik və bəzək" adlı şeirini söyləyirəm:
Çirkinlik və bəzək
Çirkin arvadına qoca bir dərviş,
Görün bu sözləri nə gözəl demiş.
Çirkin yaratmışdır səni təbiət,
Dəyişməz boyayla o çirkin surət.
Güclə mümkün deyil olmaq bəxtiyar,
Sürmənin kor gözə nə faydası var?
Tərbiyə versən də vəhşi heyvana,
Xisləti dəyişib dönməz insana.
Sən daşla silərsən güzgü tutsa pas,
Lakin daşdan güzgü düzəltmək olmaz.
Gəlsə filosoflar Yunandan, Rumdan,
Bal düzəldə bilməz acı zəqqumdan.
Söyüddə gül açan bir budaq olmaz,
Zəncinin yumaqla üzü ağarmaz."
Türkiyədən Aslı Pamuk.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Ağız qoxusunun qarşısını alan üsullar
Koronavirus bu tarixə qədər davam edəcək
Pankreatitin kəskinləşməsi
Kanadada 17 il sonra məktub tapıldı-FOTO
Bu kişilərin evlilik təklifini qəbul etmək olar
Düzgün makiyaj üçün 20 qızıl qayda
Aleksandr Borodin
Sinəsinin böyüklüyündən bezən qadın danışdı-FOTO
13 milyon adam ölə bilər
Ordumuz ermənilərin silah anbarını belə vurdu - VİDEO
Qeyri-adi heyvanlar haqda faktlar
Pazllar ("İtmiş balıq Nemo")
İsrail yenə raket zərbələri endirdi
Qonşu ölkələrdə “Koronavirus qaydaları”na əsasən yeni dərs ili
Qadın.Net-lilərin ən dəyərli əşyaları(2)
"Bakı 2015"in rekord vuran idmançısı
BÜRCLƏR bizə nə vəd edir?-15 yanvar
Yeni "Kalaşnikov"lar gəlir
Ana südünü nə artırar?
Birləşən banklarda əmanətlərin taleyi necə olacaq?
Balqabaqlar əsər oldu
Disney qəhrəmanlarının həzin sonu
Dollarda növbəti bahalaşma
“Eşkiya dünyaya hükümdar olmaz”da yeni sima
Hava haqqında
Bal ilə gələn gözəllik
Gigi və Bella Hadidin başına Gözlənilməz İş Gəldi-FOTO
Kartof salatı
NASA-dan dünyanı təəccübləndirən PAYLAŞIM
Mançesterdə "Azərbaycan gecəsi" keçirilib
Borderline müalicəsi (Ruhdakı cənnət və cəhənnəm)-2
Dəri geyimlər
ABŞ-dan Qarabağ çağırışı
Apple App Store yeni rekord vurdu
2011-ci ilin yeni gəlinlik modelləri
Tərk edilən qadınların ortaq xüsusiyyətləri
Şeyma Subaşı Acun haqqında İLK DƏFƏ danışdı
5 günə şəkəri həyatınızdan çıxarın
"Vur, komandir, vur!"
"İnqilabi" prosessor nüvəsi yaradılır
Dünyanın məşhur mədən şirkəti səhvən 46 min illik tarixi mağaranı uçurdu
Zamanın dayanmadan axdığına şahid olun
Pəhriz zamanı bu qidalardan uzaq durun
Dərdlərə dərman olan badımcan sapı
Günün ulduz falı - 14.09.2013
Sehirli uşaq kostyumları
Məktəblilər üçün düzgün qida menyusu
Məşhur model kökəldi-FOTO
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
IV sinif dərsliklərinin taleyi nə olacaq?
- ŞƏRHLƏR