Kamilla Kladuel 8 dekabr 1864-cü ildə Fransada bank işçisi Lui Prosper və dindar Luisa Atanisinin ailəsində doğulub. Ailənin ikinci övladı olan Kamilla hələ uşaq yaşlarından evlərinin bağçasında palçıqdan və gildən cürbəcür fiqurlar düzəltməyi xoşlasa da, düzəltdiyi fiqurları günün altında qurudub evə gətirəndə anasının ciddi tənqidi ilə üzləşirdi.
Kamilla böyüdükcə heykəllərə olan marağı daha da ciddiləşməyə başlayır. Həmin dövrlərdə Fransada qadın rəssam və heykəltaraşlar o qədər azlıq təşkil edirdilər ki, ailə qızlarının incəsənətə olan marağına o qədər də əhəmiyyət vermirdi. Lakin, hələ on üç yaşı olanda Kamilla Bismarkın, I Napoleonun heykəllərini düzəltməyi bacarırdı. Qızının bu qabiliyyətini qəbul etməyən ana tezliklə Kamillanı arzuladığı işdən uzaqlaşdırmağa cəhd edir.
Kamillanın özündən böyük bir qardaşı və özündən kiçik balaca bacısı da vardı. Onlarla müqayisədə ana Kamillanın hərəkətlərini və qəribəliklərini qəbul edə bilmir. Onun fikrinə görə qızı ətrafdakı ailələrin gənc qızlarından xeyli fərqlənir və bu hal onun üçün xoşagəlməzdir. Bütün bu səbələrdən ana ilə qızın arasında daima gərgin və emossional münasibət olurdu. Anadan fərqli olaraq ailədə avtoritet fiqur olan ata qızının gilə və daşlara olan marağını yüksək qiymətləndirir və hər zaman qızına dəstək olur. Hətta bu sahədə Kamillanın daha yaxşı təhsil alması üçün ailəsini Parisə köçürtməyə qəti qərar verir.
Rodenlə tanışlıq və məhvedici məhəbbət…
1881-ci ildə Kamilla Parisdə qız tələbələrin təhsil almasına o qədər də üstünlük verilməyən Kolarossi akademiyasına yazılır. Üç dostu ilə birlikdə kiçik bir emalatxana kiraləyən Kamilla bir müddət sonra dövrün ən məhşur heykəltaraşlarından biri olan Roden Oqyustun tələbəsinə çevrilir. Bu tanışlıq Kamillanın həyatındakı dönüş nöqtəsi olur. Çünki bir müddət sonra Roden Kamillanın sevgilisi sonda isə rəqibi olur.
Roden Kamillanın gözqamaşdırıcı istedadından çox təsirlənir. Və birlikdə bir çox işlərə imza ata biləcəklərini düşünür. Həmin ərəfədə Roden “Cəhənnəm qapıları” adlı unudulmaz əsərini yaradır. Lakin, Rodenin bu əsərinin daha çox hissəsini Kamilla ilə birlikdə hazırladığı üçün ona aid olan uğurun tən yarısının Kamillaya aid olduğu dildən-dilə dolaşır. Dövrün bir çox tənqidçiləri hətta Rodenin ən yaxşı və unudulmaz əsərlərinin məhz Kamilla ilə birlikdə olduğu müddətdə yarandığını dilə gətirməkdən də çəkinmirlər.
Axtardığı qızıl öz içərisindəydi…
1890-cı illərdə Kamilla artıq öz əsərləri ilə məşhurluq qazanmış və ətrafındakı insanlardan hörmət görən sənətkar idi. O, öz məşhurluğunun və içindəki potensialın fərqinə varırdı. Lakin, Rodenlə birlikidə yaşamasını ailəsi ona bağışlamır. İlk öncə anası daha sonra digər ailə üzvləri ondan üz çevirir. Ailəsinin dəstəyini itirən Kamilla daha bir itki ilə üz-üzə qalır. O, Rodendən hamilə qalsa da, qəza nəticəsində bətnindəki uşağını itirir. Bu itkinin ardından o, çoxlu uşaq heykəlləri və fiqurları düzəldir.
Bir müddət keçir. Kamilla artıq yaradıcılığına Rodenin qanadları altında davam etmək istəmir. Azad ruhlu, heç kimdən asılı olmağı sevməyən Kamilla ilə Roden arasında məhəbbət ucbatından çıxan qısqanclıq davalarını da səbəb görərək, Kamilla 1898-ci ildə Rodendən ayrılıb gələcəyə təkbaşına davam etmək qərarına gəlir. Roden də öz növbəsində Kamilladan ayrılmaq istəyir. Və ilk addımı da o, atır. Kamillanı tərk edib başqa qadınla evlənir.
Ayrılıq isə Kamilla üçün o qədər asan olmur. Rodenlə birlikdə olduğu müddətdə “Vals”, “Ölüm vaxtı”, “İtmiş tanrı”, “Zəvzək qadınlar”, “Sakuntala” kimi ən yaxşı əsərlərini yaratsa da, ayrılıqdan sonra onun heykəlləri gözəl və canlı görsənsələr belə, o qədər də heyranlıq doğurmur. Hətta deyilənlərə görə həmin illərdə heç bir heykəltaraş heykəllərə Kamilla qədər can verməyi, daşı onun qədər hiss edərək yonmağı bacarmayıb.
Sonralar Roden Kamilla haqqında deyirdi: “Ona qızılı harda tapa biləcəyini söylədim. Amma tapdığı qızıl onun öz içərisindəydi.”
Öz əsərlərinə düşməncəsinə münasibət…
Kamilla ailəsindəki kişilərdən nə qədər dəstək görürdüsə, qadınlardan da bir o qədər pis, alçaldıcı münasibət görür. Anası və bacısı bacardıqları qədər ondan uzaq durmağa çalışırlar. Lakin atası və qardaşı Pol yaşadıqları müddətdə onun sənətinə hörmət edib sahib çıxırlar. Kamillanın atası çox uzunömürlü olmur. O, həyatdan köçdükdən sonra Pol da diplomatik işləri ilə əlaqədar Şərqə işləməyə gedir.
O, 1898-ci ildən sonrakı zamanlarda həm qadın sənətçi kimi yaşadığı sıxıntılar, həm də şəxsi həyatındakı fırtınalı hadisələr ucbatından ruh düşkünlüyünə yuvarlanır. Maddi sıxıntılar içərisində çabalayan Kamillanın ruh sağlamlığında problemlər baş qaldırır, paronoik hallar yaranır. 1906-cı ildə isə onda şiddətli krizlər başlayır. Bir gün gecə əsərlərinin çoxsunu sındırıb məhv edir, yarısını çaya atır. Onun vəziyyətinin pisləşdiyini görən anası və bacısı Rodenin köməkliyi ilə Kamillanı ruhi xəstəxnaya yatırdırlar.
Nə etdim ki, tənhayam?
Bir sənət adamına ediləcək ən böyük pislik məhz Kamillaya edilir. Xəstəxanada olduğu müddətdə dəfələrlə həkimlərdən palçıq və gil istəsə də onun bu arzusu qətiyyətlə rədd edilir. Onun tək istəyi evlərinə qayıdıb heykəl hazırlamaq olur. Kamillanın bu istəyini həkimi dəfələrlə onun anasına və bacısına yazıb bildirsə də, onlar tərəfindən məktublara heç bir əhəmiyyət verilmir. Beş ildən bir onu ziyarətə gələn qardaşı Pola yazdığı məktubda Kamilla çəkdiyi əzabları dilə gətirir:
“Ruhi xəstəxanadayam. Haqqımı itirmişəm… Zülm eləyirlər mənə, bir qadına belə zülm etməzlər, sənəti belə təhqir etməzlər, Pol… Boş yerə xəstəxanaya saldılar. Onlar mənim yaradıcılğımın sərhədlərinə yaxşı bələd idilər.
Qurdların gəmirdiyi kələm kimiyəm – hər yetişən yarpağımı çeynəyirlər… Bura atıldığım neçə il oldu? Bilmirəm…
Ancaq bütün həyatım boyu yaratdığım əsərlərə sahib çıxdıqdan sonra özlərinin yaşamalı olduqları həbsxana həyatını mənə yaşadırlar.
Bütün bunlar Roden deyilən o şeytanın işləridi. Onun beynində bircə qorxulu fikir vardı. Mənim ondan üstün olmağım. O bunu bilirdi. Bunun üçün də məni hər zaman sənətdən uzaq və bədbəxt edib bura saldırdı.
Nə etdim ki, tənhayam? Bu əsarətdən çox sıxılıram… Evə heç bir zaman dönməyəcəmmi, Pol? Mən həyatı, eşqi və ümidi sevirdim. Mükafatsız olsalar belə…”
Həyatının ən məhsuldar illərində ruhi xəstaxanaya salınması və otuz ilini orda keçirməsi Kamilla üçün dəhşətli idi. Ən pisi isə sevdiyi sənətdən, gildən, daşlardan və heykəldən uzaq olması idi. Kamilla Kladuel 1943-ci il 19 oktyabrda otuz ildən çox qaldığı ruhi xəstəxanada həyata gözlərini həmişəlik yumur. O, Monfavet məzarlığında dəfn olunur.
Henrix İbsen onun həyatından bəhs edən “Biz ölülər oyanarkən” adlı kitab yazıb. Kamilla Klodelin həyatından bəhs edən ilk film 1988-ci ildə rejissor Bryuno Nyuitten tərəfindən ekranlaşdırılıb. İkinci bir film isə 2014 cü ildə Bryuno Dyumon tərəfindən çəkilib. Həmin filmdə Kamilla obrazını aktrisa Jülyet Binoş ifa edir.
Tərcümə edən: Samirə Əşrəf
XƏBƏR LENTİ
64 kiloqram arıqladı kimsə tanımadı-FOTO
Azərbaycan daha bir ölkədə səfirlik açır
Sevdiyiniz dırnaq boyası hansıdır?
Minlərlə insan qorxub: hər tərəf küldür
Hacı İsmayılovun doğum günüdür
Çox yatan tez ölür
10 yaşlı Mikaylın istedadı hər kəsi heyran etdi-FOTO
İlin son günləri Azərbaycanda hava şəraiti necə olacaq?
Yadplanetlilərlə görüşə hazırsınız?
Facebook hesabınızı bağlayın
Bakı Xoreoqrafiya Akademiyası yaradılır – SƏRƏNCAM.
"Gənclər, aldanmayın!" - ÜST XƏBƏRDARLIQ etdi
"Twitter" istifadəçilərinə xoş xəbər
Müdhiş layihə - Kosmik internet!
Ləzzətli toyuq (foto resept)
Qoltuqaltındakı qaraltını necə aradan qaldırmalı?
Güllü və fıstıqlı keks ( foto resept)
Hande Yener ərə gedir?
Sağlam bəslənmə pəhrizi (2)
Göz ətrafı qırışlar üçün krem
Badambura (foto resept)
Repetitorlar bu məsələyə diqqət etməlidir - VİDEO
Prezidentdən manat açıqlaması
Bu şəxslərə XƏBƏRDARLIQ: Sabahdan...
Bilmədiklərimizi bilək (II hissə)
Yeni cərimələr təsdiq olundu - Xəbəriniz olsun!
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Ağciyərlərdə problem olduğunu göstərən 4 işarə
Kristina Agileradan gözlənilməz açıqlama
Düşmən mədəniyyət nümunələrimizi hərraclarda satır - RƏSMİ
2 ilə 230 kiloqram arıqladı - inanılmaz fotolar
Kosmetik preparatlar
Yaz qarderobunun əvəzedilməz 4 trendi
"Azərbaycanda boşanmaların sayı artır"
Hamiləlik zamanı cinsi münasibətlər
Qıvrım saçlı xanımların diqqətinə
Ronaldu Messi ilə İnyestaya qalib gəldi
Hava haqqında
Dünya tibbində İLK - FOTO
Kokos suyu sağlamlığın unikal iksiridir
Günün ulduz falı
Toyuq ətli tərəvəz salatı (foto resept)
Muradla Aslının ayrılmasının pərdəarxası
Dünyanın ən nüfuzlu insanlarının siyahısı açıqlandı - Fotolar
Uğurlu ünsiyyət üçün
Çox yatmaq beyini zəiflədir
"Azərbaycan qadınları kimi gözəl ikinci "zərif millət" yoxdur"
Bülent Ersoy Eylül Metini məhkəməyə verdi-SƏBƏB-FOTO
Stresdən xilas olmağın yolları
Balqabaqlı sıyıq(foto resept)
- ŞƏRHLƏR