İlk dəfə Pinterestdə onunla qarşılaşdım. Niyə bilmirəm, haqqında bir zərrə də olsun fikrə sahib olmadığım halda, sadəcə aşağıdakı şəkilini gördüyüm bu qadının arxasınca düşdüm. Bir səbəbi vardır əlbət, nəticədə heç bir şey boşuna deyilmiş! Araşdırdıqca anladım.
Taşa Tudor, bir illüstrator, eyni zamanda yazıçıymış. 100 - dən çox uşaq kitablarının şəkilini çəkmiş, özü də işıqlı, xoşbəxt anlarla dolu kitablar yazmışdır.
Əsl adı Rosamunddur, amma “Hərb və sülh” romanındakı Nataşa surətindən çox təsirləndiyi üçün adını Taşa olaraq dəyişmişdir.
1915-2008 illəri arasında yaşamış, ancaq fotoları çox keçmiş zamanları xatırladır, deyilmi?
Çünki Taşa Tudor ömrünün sonuna qədər bir kənd evində yaşayır. Elektiriksiz, susuz. Uşaqları, pişiyi, iti, məşhur bağçası, çiçəkləri, toyuqları və quşları ilə...
Ehtiyaclarını özü ödəyir. Hörür, tikir, süt sağır, tərəvəz yetişdirir, yazır, illüstrasiya çəkir... Şamını belə özü düzəldir...
İstilik yayılan evi, mətbəxi... İstilik sistemi yox, buxarısı, sobası var.
Bu duruşun təvazökarlığı... bu göyərçinlə, pişiklə, keçi və toyuqla söhbəti... Heç bir dərdi yox yaradılışla, əksinə ünsiyyət qura bilib onlarla...
Üzündən, duruşundan, ifadəsindən hüzur və həlimlik axır... Artıq tamamən inanıram; dünyanı və dünyanın qaynaqlarını bitirməyən, təbiətlə iç-içə, təbiiliyin içində olan insanın təbiəti də yumşalır, halı başqalaşır.
Hələ bir də dünyaya qatıqısı olursa, bu insanlar modern zamanların ərənləri- müdrikləri kimi olurlar.
Kitablara mövzu olacaq bir bağçası var. Öz bitkisini yetişdirdiyi, çılpaq ayaqla, toyuqlar, keçilər, pişiklər, itlərlə birlikdə gəzindiyi ...
Və məni məndən alan şəkil. Bu şəkilə baxıb ağlaya bilərəm, saatlarca düşünə də bilərəm.
Heç bir qayğısı yox, böyük-böyük işlərdə gözü yox, nə də şəhərlərdə... O yaşında öz odununu özü kəsir... geyimləri yamaqlı, dəlik-deşik fotosu çəkilir bu əsnada... heç bir kompleksi yox, heç bir acizliyi yox... Əksinə işləməyində də bir övünməyi yox... Qarşıdakına bax mən, nə qədər də sadəyəm, deyə alt yazı keçən bir göstəriş havası yox... Öz halında .. məni valeh edən də budur.
Özü yununu əyirir, öz qiyafətini, hətta səbətini hörür, öz yorğanını tikir ...
O yarpaqlara basan çılpaq ayaqlar, hər təmasda üzünə doluşan o şəfqətli ifadə. Yayılan istilik ...
Və bu istiliyin, səmimiyyətin, hüzur saçan cazibənin səbəbsiz olmadığını, nəticədə içəridə nə varsa, xaricə də onu əks ediləcəyinin subutu olan bu söz:
“Mövcud zamanda tapılmayacaq heç bir huzur yoxdur”
“Qarı qoxlamağı sevirəm. İşin təəccüblüsü qar, alma ağacının çiçəkləri kimi tünd bir qoxuya sahibdir. Və siz havanı qoxlayaraq qarın nə vaxt gələcəyini söyləyə bilərsiniz”
“Həyat bacara biləcəyimiz hər şeyi edə biləcək qədər uzun deyildir. Amma yaşamaq böyük imtiyazdır. Bütün kirliliyinə və dəhşətinə rəğmən, dünya nə qədər də gözəldir.”
“Sadəcə ildə bir dəfə ulduz gördüyünüzü hesab edin. Düşünə bilirmisiniz, necə mükəmməl olardı”.
“Niyə qadınların qadın olmaq kimi bir üstünlükləri varkən, kişi kimi geyinməyi seçirlər? Qadın olmaq cazibədarlıqdır, bunu itirməyi istəmək nəyə lazımdır? Halbuki qadın kimi olduğumuzda şalvarlar və siqaretlə gəzməkdən daha cazibədar oluruq. Mən kişilərə heyranam. Onların mükəmməl varlıqlar olduğunu düşünürəm. Onları qəlbdən sevirəm. Amma onlar kimi olmaq istəmirəm. Qadınlar uzun ətəklərdən vaz keçdi, məncə bu onlar üçün böyük xətadır. “
“Evdə ya da tövlədə işlədiyim zamanlar keçmişdə etdiyim xətaları düşünürəm. Amma sonra bu düşüncələri sürətlə geriyə atar və nilufərlərimi düşünürəm. Onları düşünmək bədbin şeyləri yox edir. Ya da qazlar, onlar bərabər dərəcədə rahatlıq bəxş edirlər. “
“Ütü işindən, ev işi görməkdən, yemək bişirməkdən, paltar və qab yumaqdan zövq alıram. Bəzən forumlar doldur, nə iş gördüyünüzü soruşan suallar olur. Ora həmişə ev xanımı yazıram. Bu təqdir edilməsi lazım olan məsləkdir, niyə bunun üçün üzr istəyək ki? Ev xanımı olduğunuz üçün axmaq deyilsiniz. Mürəbbə qarışdırarkən Şekispiri oxuya bilərsiniz..”
“Günümüzdə insanlar daha çox şikayətlənirlər. Halbuki axşamlar çobanyastığı çaylarını alıb, balkonda yellənən stullarına otursalar, özlərinə çəkilib ardıç quşunun axıcı nəğməsini dinləsələr, həyatdan daha çox zövq ala bilərlər.”
“Heç bir ilanın üzünü yaxından incələdinizmi? Əslində necə də optimist görünürlər. Onlarda sonsuz bir gülümsəmə vardır.”
Çəkdikləri də, evi də, həyatı və özü də hekayə dolu nağldan qadın ... Həmişə bunu hiss edirəm: təbiətlə olan, yaradılana diqqətli davranan, torpaqla səmimiyyətlə iç- içə olan insan həqiqi insan olur vəssəlam!
Heyran olduğum boşqablar, mətbəx və balkon ...
Allah belə yaxşı insanları çoxaldsın... Bizi də yaxşılardan etsin. Amin, amin, amin!
Mənbə: Deli Anne bloqu
Tərcümə: Aidə Mahmudzadə
XƏBƏR LENTİ
64 kiloqram arıqladı kimsə tanımadı-FOTO
Azərbaycan daha bir ölkədə səfirlik açır
Sevdiyiniz dırnaq boyası hansıdır?
Minlərlə insan qorxub: hər tərəf küldür
Hacı İsmayılovun doğum günüdür
Çox yatan tez ölür
10 yaşlı Mikaylın istedadı hər kəsi heyran etdi-FOTO
İlin son günləri Azərbaycanda hava şəraiti necə olacaq?
Yadplanetlilərlə görüşə hazırsınız?
Facebook hesabınızı bağlayın
Bakı Xoreoqrafiya Akademiyası yaradılır – SƏRƏNCAM.
"Gənclər, aldanmayın!" - ÜST XƏBƏRDARLIQ etdi
"Twitter" istifadəçilərinə xoş xəbər
Müdhiş layihə - Kosmik internet!
Ləzzətli toyuq (foto resept)
Qoltuqaltındakı qaraltını necə aradan qaldırmalı?
Güllü və fıstıqlı keks ( foto resept)
Hande Yener ərə gedir?
Sağlam bəslənmə pəhrizi (2)
Göz ətrafı qırışlar üçün krem
Badambura (foto resept)
Repetitorlar bu məsələyə diqqət etməlidir - VİDEO
Prezidentdən manat açıqlaması
Bu şəxslərə XƏBƏRDARLIQ: Sabahdan...
Bilmədiklərimizi bilək (II hissə)
Yeni cərimələr təsdiq olundu - Xəbəriniz olsun!
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Ağciyərlərdə problem olduğunu göstərən 4 işarə
Kristina Agileradan gözlənilməz açıqlama
Düşmən mədəniyyət nümunələrimizi hərraclarda satır - RƏSMİ
2 ilə 230 kiloqram arıqladı - inanılmaz fotolar
Kosmetik preparatlar
Yaz qarderobunun əvəzedilməz 4 trendi
"Azərbaycanda boşanmaların sayı artır"
Hamiləlik zamanı cinsi münasibətlər
Qıvrım saçlı xanımların diqqətinə
Ronaldu Messi ilə İnyestaya qalib gəldi
Hava haqqında
Dünya tibbində İLK - FOTO
Kokos suyu sağlamlığın unikal iksiridir
Günün ulduz falı
Toyuq ətli tərəvəz salatı (foto resept)
Muradla Aslının ayrılmasının pərdəarxası
Dünyanın ən nüfuzlu insanlarının siyahısı açıqlandı - Fotolar
Uğurlu ünsiyyət üçün
Çox yatmaq beyini zəiflədir
"Azərbaycan qadınları kimi gözəl ikinci "zərif millət" yoxdur"
Bülent Ersoy Eylül Metini məhkəməyə verdi-SƏBƏB-FOTO
Stresdən xilas olmağın yolları
Balqabaqlı sıyıq(foto resept)
- ŞƏRHLƏR