Psixoloji travma nədir? Travmanın təsirləri və travmayla mübarizə yolları.
Ayrılıq, boşanma, iş itkisi, ailə daxili şiddət, aldadılma, cinsi istismar, yol qəzası, ani xəstəlik, şikəst qalma və ani ölümlər fərdi travmalar siyahısına daxildir. Terror hadisəsi, təbii fəlakətlər, böyük iqtisadi böhranlar isə sosial travmalar olaraq xarakterizə edilir.
Yazını mütəxəssis kliniki psixoloqlar: Pınar Çelikoğlu və Virna Gülzari'nin birlikdə hazırladıqları elmi məqalədən tərcümə etdim. Məqalənin əsli: Boğaziçi Universitesi Psikoloji Araştırma ve Uygulama Merkezi
Travma nədir?
Həyatımıza, bütöv bədənimizə, inanc sistemlərimizə, sevdiklərimizə istiqamətlənən bir təhdid vardır – travma. Fiziki və psixoloji bütövlüyümüzü təhdid edən hər cür hadisə travmadır. Travma, heç gözləmədiyimiz bir anda və nə etsək də ona qarşı əsla hazırlıqlı ola bilməyəcəyimiz bir şəkildə, varlığımızı söykədiyimiz bütövlük və dözümlülük kimi təməl həyat referanslarımıza dəyən ani bir zərbədir.
Bizi keçmişimiz və gələcəyimizdən (şiddətinə bağlı olaraq) müəyyən bir müddətə qoparan bir zamansızlıq halıdır. Ayrılıq və boşanma, iş itkisi, ailə daxili şiddət, təcavüz, yol qəzası, ani xəstəlik, şikəst qalma və ani ölümlər fərdi travmalar siyahısına daxildir. Müharibə, terror, təbii fəlakətlər, diametri geniş olan iqtisadi böhranlar isə ictimai travmalar kimi xarakterizə olunur. İctimai travmanın yaratdığı təsir siyahısına ən çox risk altında olanlar sırası ilə bunlar daxildir: zərər görənlər, ona şahid olanlar və ondan möcüzə nəticəsində xilas olanlar. Müdaxilə edən sağaldıcı qruplar: polis, xilasetmə komandaları, dostlar və ailə üzvləri isə daha az olsa da, yenə də travmanın təsirini yaşayan riskli qruplarıdır.
Keçmişdə başqa bir fəlakətin qurbanı olanlar, ailə problemləri olanlar, yaxın keçmişdə həyatlarında itki yaşayanlar, ictimai əlaqələri güclü olmayanlar, psixososial çətinliklər yaşayanlar və xroniki bir xəstəliyi olanlar, travmanın təsirini ən ağır şəkildə yaşama riski olan qruplardır.
Travmadan sonra meydana çıxan reaksiyalar
Emosional reaksiyalar: Şok, kədər, hirs, əndişə, günahkarlıq, ümidsizlik, daxili narahatlıq, qorxu, pessimizm, donuqluq, aşrı əsəbilik, çarəsizlik, özünü özü kimi hiss etməmək və keçmiş travma və itkilərin yenidən alovlanması, verilən emosional reaksiyalardır.
Fikri reaksiyalar: inamsızlıq, düşüncə və diqqət dağınıqlığı, unutqanlıq, bəzən intihar düşüncələri, səhv və ümumiləşdirməyə söykənən (hər şey və hər kəs pisdir kimi) düşüncələr, tez-tez meydana çıxan imiclər (tərzlər), hadisəylə əlaqədar görüntülərin xatırlanması və hadisəni təkrar-təkrar yaşamaq fikri reaksiyalardır.
Fiziki reaksiyalar: Baş, sinə ağrısı, mədə göynəməsi, ürəkbulanma, ürək sıxılması, səs-küyə qarşı həssaslıq, iştahın artması ya da əksinə azalması, davamlı olaraq yorğunluq halı, nəfəs darlığı və asan xəstələnmək kimi fiziki reaksiyalar əslində bədənimizin travma qarşısında bir növ özünü ifadə halıdır.
Davranış reaksiyalar: Yuxu və yemək pozuqluqları, sosial mühitdən uzaqlaşma, özünə laqeyd yanaşma, özünə qapılma, alkoqol və başqa maddələrin istifadəsi, qaçınmaq və ya imtina etmək davranışları, susqunluq, diqqətsizlik və dağınıqlıq, davamlı olaraq eyni şeylə məşğul olmaq, heç bir şey olmamış kimi davranmaq, travma qarşısında göstərilən müəyyən davranış formalarıdır.
Öhdəsindən necə gələ bilərik?
Dözümlülük və bütövlük duyğunuzu bərpa etmək üçün: Çoxlu məlumat əldə etmək, kiçik amma reallaşdıra biləcəyiniz məsuliyyətlər əldə etmək, əsla ictimai əlaqələri itirməmək, etibar etdiyiniz dostlarınız ilə qruplaşmaq, tək qalmamaq və bunu əsla unutmamaq: verdiyiniz reaksiyalar normal insanların belə anormal vəziyyətlər qarşısında verdiyi tipik reaksiyalardır. Siz yox, başınıza gələn vəziyyət ANORMALDIR! Fiziki baxımdan qüvvətli ola bilmək üçün, özünüzə əsla laqeyd yanaşmayın və yaxşı qidalanın. İstirahət üçün özünüzə zaman ayırın. İdman etmək stressi azaltmağın ən yaxşı yollarından biridir. Spirt və narkotik maddələrdən uzaq olun.
Emosional baxımdan toparlana bilmək üçün: Emosional baxımdan yaxın gələcəkdə sizləri nələrin gözlədiyini bilin, məlumat əldə edin, hüznlü anınızı yaşamaq üçün özünüzə icazə verin, güclü görünmək üçün səy göstərməyin. Sizi səmimi şəkildə anlayan və dəstəkləyən güvənilən insanlarla əlaqənizi kəsməyin. Ətrafınızdan və ya lazım gələrsə professional birindən dəstək istəyin, sıxıntılarınızı onunla bölüşün.
Düşüncələrinizi toparlamaq üçün: Göstərdiyiniz reaksiyaları normal qəbul edin. Başınıza gələn travmanın sizin iradəniz (və ya idarəniz) xaricində formalaşdığını və nə edirsiniz edin bu kimi vəziyyətlər qarşısında hazırlıqlı ola bilməyəcəyinizi unutmayın. Həm də unutmayın ki, bu hal yalnız sizin ya da yaxınlarınızın başına gəlmədi. Davranışlarınızı nəzərdən keçirin; Həyatınızı nizama salın. Bu əvvəlki həyat nizamınızdan fərqli də ola bilər. Həyatınızın prioritetlərini dəyişdirə bilərsiniz. Mənasız gördüyünüz və etmək istəmədiyiniz şeyləri həyatınızdan çıxara bilərsiniz. Sizin üçün əhəmiyyətli olan kəslərlə daha tez görüşüb, daha dərin əlaqələr qura bilərsiniz. Nə keçmişi, nə gələcəyi: sadəcə bu günü yaşaya bilərsiniz.
Tərcümə və tərtib: Coşqu İsmayılzadə
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Bal ayını niyə təxirə saldıqları məlum oldu-FOTO
Taksi sürücüsünə hansı halda işləməyə icazə verilir?
2013-2014-cü il çanta modelləri
Kredit götürmək istəyənlərin nəzərinə: faizlər dəyişir
Burak Özçivit Rumıniyada ŞOK YAŞADI – VİDEO
Ölkə xaricindən internetlə təhqir edənlər necə cəzalandırılacaqlar?
6 serial birdən finala çıxacaq
Güllərin özəlliyi
Qazandıqlarımız xaricilərin ciblərinə gedir
İordaniya İŞİD-ə “cəhənnəm” yaşadıb
Mənim gözəl Xaçmazım
Bakıya böyük rus axını
Uşaqlar üçün çətir modelləri
Dostları sayəsində dünyanı gəzdi
Bu da Audi Q1 krossoveri
Aclıq, yoxsa özünə qəsd?
Anar Məmmədxanov Moskvada anıldı
Körpələr üçün toxunma ayaqqabı modelləri
Qarpızlı və pomidorlu Gazpacho (foto resept)
Google axtarışı təkmilləşdirdi
Limonlu cheesecake (foto resept)
Yaşa görə pensiyaların 88 faizi e-qaydada təyin olunub
Qızılgül xanımlar (Emile Vernon)
Bunlar dövlət varidatı elan edildi - Siyahı
Türk general cəbhədə
Gələcəyinizi kimlərə tapşırmısınız?
Azərbaycanla Çin arasında informasiya sahəsində əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə edildi
Yeni doğulmuş körpə
Pinqvin balaları Şaxta baba oldular
HAVA necə olacaq?-17 Sentyabr
Saxta əlillik dərəcələri ləğv ediləcək
Günortadan sonrakı yuxu ölüm riskini artırır
Qarabağ problemi həll olur
Qarabağın böyük tarixi abidəsi - Qaraköpəktəpə
Günün qoroskopu: yalnız belə olan təqdirdə...
Rusiyadan Qarabağla bağlı yeni təklif
Almanlar ispanları darmadağın etdi, yığmamız xorvatlara uduzdu
Qripdən qorunmaq üçün menyu.
Tarkandan Sevgililər günü paylaşımı - FOTO
30 gün əvvəldən bilet almaq mümkündür!
Ağ Evin Qarabağ xəyanəti
Keçmiş birinci xanım konsert verəcək
Qiyməli plov (foto resept)
Sucuq (foto resept)
Fıstıqlı peçenye (foto resept)
Murad Boz və Aslı Enverdən səmimi FOTO
Təzə balığın seçilməsi və saxlanması
Çempionlar Liqasında "Bavariya"nı cəzalandıran azərbaycanlı
Yenə qar yağacaq
Azərbaycanda koronavirusa yoluxanların əsas yaş qrupları açıqlandı - RƏSMİ














