Özünəinam-qadın gücünün açarıdır. Fransada aparılan yüzlərlə müsahibə və tədqiqatlar nəticəsində, jurnalist Keyt Ceymi Kallan fransızların özünəinam və güvən nüansını kosmetikasız və estetik əməliyyatsız necə əldə etdiklərini təyin edib.
Gizli bağ
Zaman-zaman biz özümüzü hissiyyat cəhətdən tükənmiş hiss edirik. Kiçik uğursuzluq bizim əhvalımızdakı “Mən”-imizdən bir parça qopara bilir. Bu zəifliyinizin qarşısında dəstək almaq üçün alkaqol, köhnə sevgilinin qollarına qayıtmaq, sizi dəfələrlə incidən insanların yanında olmaq yerinə öz ruhi yorğunluğunuza hörmətlə yanaşın. Sirli bağ öz hisslərinizə güc-qüvvət qazandırma qüçün ruhlandırıcı mühit olacaq. O psixikanızı qidalandıraraq dəstək verəcək. Xarici mühit fransız qadınlarını gücdən məhrum edəndə, onlar öz yataq otaqlarına çəkilib yataq dəstlərini geyinib kitab oxuyurlar. Və yaxud da yoqa ilə məşqul olurlar – deyə Keyt Ceymi Kallan öz müşahidələrini bölüşür. Yaxud da sadəcə uzanıb Van Dam haqqında düşünür, ilk öpüşdüyü günü xatırlaya bilər. Bu addımlar onu yungüllüyə aparır. Arzular, xəyyallar dünyasını ən son nöqtəsinə qədər hiss edir. Sirli bağ sadəcə bir kitabxanada tapdığı maraqlı kitab ola bilər.
Fransız qadınları hər zaman rahat gedib kitab oxuya biləcəkləri bir kafe təyin edirlər, evə hər zamankı zaatdan gec gəlirlər, və oxuduqları kitab onlarda belə bir fikir formalaşdırır –hamı eyni deyil. Onlar öz gündəlik həyatlarına özlərinə və dünyaya, uşaqlarına, sevgilisinə, ərinə qarşı yeni hisslərlə qayıdır. Real həyata qayıdarkən onun özünəməxsus sirri olur. Bu özünə dəyər vermək baxımından çox əhəmiyyətlidir. Yox, öz gizli bağınız haqqında sözlər sərf etmək lazım deyil. Həqiqət budur ki, o mövcuddur və mənəvi güc qazanmaq üçün əvəzsizdir.
Gözəl əşyalar
Biz gündəlik adi əşyalaradn istifadə etməyə öyrəşmişik. Özümüzə verdiyimiz dəyər bu səbəbdən də azalmış olur. Biz unuduruq ki, ümumiyyətlə axı bizim gözəl əşyalarımız da var.
Fransız qadınları heç vəchlə nənələrinin verdiyi çaynik, stəkan cehiz dəstini unutmurlar. O cehizlər nəinki bayram günlərində, hətta hər gün süfrələrini bəzəyir.
Başqalarını ilhamlandırmaq
Baxmayaraq ki, biz bunu nəzərə almırıq çox vaxt amma həyatımızda demək olar ki hər gün yaxşı yönümdə nəsə dəyişiklik etmək bizim əlimizdədir. Hər birimiz bu dünyanı necə yaşamaq lazım olduğuna dair bir nümunəyik. Hətta bunun fərqinə varmadan belə, siz kiməsə, özünüzdən cavan kişi və qadınlara təkan ola bilərsiniz. Buna görə də hətta təcrübəniz olmasa belə, ətarf üçün, əriniz üçün, gələcək nəsillər üçün xoşbəxt görünün, gülümsəyin.
Məsələn adicə piyada gəzintiyə çıxarkən fikirləşin ki kənardan sizə baxırlar, istər-istəməz görəsən necə görünürəm, kişilərə necə təsir bağışlayiram deyə düşünəcəksiniz. Keyt Ceymi Kallan qeyd edir:
Biz ətirləri yoxlamaq üçün, alış-veriş etmək üçün yaxınlığımızdakı maqazinlərə giririk. Qonşulaqdakı kitab dükanına baş çəkirik bütün bunları edərkən biz nəzərə almırıq ki, həyatımızı dəyişə biləcək qarşılaşma məhz həmin vaxt ola bilər. Bir sözlə bizim bu dünyadakı mövcudluğumuz tək bizim özümüzlə bağlı olan bir məsələ deyil, eyni zamanda ətrafımızı da əlaqələndirən bir işdir.
Heç kimə bənzəməmək
Fransız gözəlliyinin əsas sirri bundadır ki, o özündən razıdır. Yol verdiyi tək şey özünü təkrarsız göstərmək və hiss etdirmək olur. Ona görə də bütün münasibətlərin başlıcası odur ki, öz özəlliyini qoruyasan, öz həyatını yaşayasan nəinki ərinin, uşaqlarının, dostlarının həyatın. Əlbəttə ki, insanı sevmək, ona dəyər vermək, bəzi güzəştlərə getmək olar amma siz onun yerinə ki yaşaya bilməzsiz, o da sizin. Sizi sevən olduğu kimi sevəcək onsuz da. Necə varsınızsa elə də sevəcək. Bax məsələ də bundadır, necə varsınızsa elə də qalın həmişə.
Keyt Ceymi Kallan deyir ki, Fransız qadınları çox gözəl bilir onların özəlliyi, təkrarsızlığı nədir və ərin, ətrafın diqqətini necə cəmləyib sabit saxlamaq olar. Məhz bu qabiliyyətlə də meydan oxumaq olar. Əgər ikiləşsəniz,onunla cüt geyinsəniz əlaqələr hər zaman təravətli qalar. Buna baxmayaraq öz xüsusiliyinizi və fərqliliyinizi qorumalısınız. Əgər qadın fərdiliyini qurban verirsə bu münasibətlərdə manatonluq hökm sürəcək və hətta birlikdə olduğu müddətdə belə yanındakı kişini mənəvi cəhətdən tamamlaya bilməyəcək.
Özündən əminlik
Görüşə hazırlaşmaq ya idman zalına hazırlaşmaq, evdə oturmaq yaxud insan arasına çıxmaq. Biz yeyəndə, yaxud pəhriz saxlayanda belə “ağ-qara” səbəblər peyda olur. Sevgidə də belədir: biz ya hislərdən imtina edirik, yaxud birdən-birə həyəcanlanırıq, özünəinamımızı itiririk, bizə tamamilə uyğun gəlməyən kişilərlə münasibət qururuq.
Hər şeyə mülayim yanaşıb özünüzə şokalat tikəsi kimi bir xoşbəxtliyi rəva görün. Fransızların dili ilə desək həyatdakı hər xırda şeydən də həzz almağa cəhd edin. Məsələ onda deyil ki, kişini əldə saxlayasan yaxud ərini məcbur edəsən ki, hər zaman sənə diqqət yetirsin. Həyatının hər dəqiqiəsini, hər saniyəsini daha ürəkaçan şəkildə yaşamaq varkən, gözəl geyinib, fərəhli gəzib,rahat yaşamaq varkən başqa seçimə ehtiyyac yoxdur məncə.
XƏBƏR LENTİ
64 kiloqram arıqladı kimsə tanımadı-FOTO
Azərbaycan daha bir ölkədə səfirlik açır
Sevdiyiniz dırnaq boyası hansıdır?
Minlərlə insan qorxub: hər tərəf küldür
Hacı İsmayılovun doğum günüdür
Çox yatan tez ölür
10 yaşlı Mikaylın istedadı hər kəsi heyran etdi-FOTO
İlin son günləri Azərbaycanda hava şəraiti necə olacaq?
Yadplanetlilərlə görüşə hazırsınız?
Facebook hesabınızı bağlayın
Bakı Xoreoqrafiya Akademiyası yaradılır – SƏRƏNCAM.
"Gənclər, aldanmayın!" - ÜST XƏBƏRDARLIQ etdi
"Twitter" istifadəçilərinə xoş xəbər
Müdhiş layihə - Kosmik internet!
Ləzzətli toyuq (foto resept)
Qoltuqaltındakı qaraltını necə aradan qaldırmalı?
Güllü və fıstıqlı keks ( foto resept)
Hande Yener ərə gedir?
Sağlam bəslənmə pəhrizi (2)
Göz ətrafı qırışlar üçün krem
Badambura (foto resept)
Repetitorlar bu məsələyə diqqət etməlidir - VİDEO
Prezidentdən manat açıqlaması
Bu şəxslərə XƏBƏRDARLIQ: Sabahdan...
Bilmədiklərimizi bilək (II hissə)
Yeni cərimələr təsdiq olundu - Xəbəriniz olsun!
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Ağciyərlərdə problem olduğunu göstərən 4 işarə
Kristina Agileradan gözlənilməz açıqlama
Düşmən mədəniyyət nümunələrimizi hərraclarda satır - RƏSMİ
2 ilə 230 kiloqram arıqladı - inanılmaz fotolar
Kosmetik preparatlar
Yaz qarderobunun əvəzedilməz 4 trendi
"Azərbaycanda boşanmaların sayı artır"
Hamiləlik zamanı cinsi münasibətlər
Qıvrım saçlı xanımların diqqətinə
Ronaldu Messi ilə İnyestaya qalib gəldi
Hava haqqında
Dünya tibbində İLK - FOTO
Kokos suyu sağlamlığın unikal iksiridir
Günün ulduz falı
Toyuq ətli tərəvəz salatı (foto resept)
Muradla Aslının ayrılmasının pərdəarxası
Dünyanın ən nüfuzlu insanlarının siyahısı açıqlandı - Fotolar
Uğurlu ünsiyyət üçün
Çox yatmaq beyini zəiflədir
"Azərbaycan qadınları kimi gözəl ikinci "zərif millət" yoxdur"
Bülent Ersoy Eylül Metini məhkəməyə verdi-SƏBƏB-FOTO
Stresdən xilas olmağın yolları
Balqabaqlı sıyıq(foto resept)
- ŞƏRHLƏR