Tənbəllik insanların əksəriyyətinin xasiyyətinə çevrilmişdir. Bəzən insan bir iş görmək qərarına gəlir. Lakin bu işi görməyə onun nə həvəsi olur, nə də enerjisi çatır. Belə bir fikir var: tənbəllik deyilən şey yoxdur. Biz bu fikri belə analiz edə bilərik: insan bu işi sadəcə görmək istəmir və onun bu işi görmək üçün kifayət qədər motivasiyası yoxdur. Bu haqda hər nə qədər yazı oxusa, film izləsə, mühazirə dinləsə də onda təsir qoymur. Məncə, insan üçün bir iş zəruri sayılsa el arasında tənbəl kimi tanınsa belə onu yerinə yetirəcəkdir. Misal üçün: yemək, ayaqyoluna getmək, yatmaq və s. kimi. Ola bilər ki, insan bunları icra etməyə ərinsin, həvəsi olmasın. Amma zərurət onu bu işi həyata keçirməyə məcbur edəcək. Tənbəllik, həvəssizlik və s. bu kimi mənfi sifətlərin qarşısını almaq üçün bir çox məsləhətlər verilmişdir. Biz isə bu məsləhətləri həvəslə oxuyur, lakin əməl etməkdən boyun qaçırırıq. Mən tənbəlliklə mübarizə aparmaqda daha çox təsirli olan 3 əsas yol qeyd edəcəyəm. Kim bunlara əməl etsə, bir müddət sonra özündə müsbət təsirlərini görəcəkdir.
- İşlərinizi günün ikinci yarısına saxlamayın! Səhər tez durmağa çalışın. Axşama doğru getdikcə, insanın enerjisi tükənir. Lakin sübh çağı insan iş icraatı üçün hazır vəziyyətdə olur. Məsələn, telefonunuzu borcu olduğuna görə bağlayıblar. Buna baxmayaraq siz neçə gündür tənbəllik edib, borcu ödəməyə qarşı həvəssizlik göstərirsiz. Səhər vaxtları borcu ödəmək üçün ideal vaxtdır. Nahardan sonra bədəninizin enerjisi azalmağa başlayacaq və tənbəllik sizi daha çox əhatəsinə alacaq. Günorta yeməyi yedikdən sonra yuxulayacaq, tərpənməyə, bir iş görməyə həvəsiniz olmayacaq. Ona görə də, nə etmək istəyirsizsə, yalnız səhər - günortaya qədər yerinə yetirin. İkinci dərəcəli işlərinizi günortadan sonraya da saxlaya bilərsiz.
- Bəzən həyatda hədəfsiz yaşayırıq. Hey düşünürük ki, 40-50 yaşımızda filan işləri görərik və arzularımız həyata keçər. Adətən şikayət etməyə daha çox vaxt sərf edir, lakin o şikayətlərin həlli istiqamətində səy göstərmirik. Özümüzü həyatın axarına buraxırıq. Amma bu səhv yoldur. Sabah nə olacağı barədə bizi heç kəs sığortalamayıb. Gecə yatmamışdan əvvəl sabah görəcəyiniz işləri planlaşdırın. Bir neçə zəruri plan hazır edin. Səhər durduqda isə tərtib etdiyiniz planı yerinə yetirin. Kiçik şeyləri hədəf almayın. Kiçik hədəf seçməyiniz sizin nə qədər kiçik olmağınızdan xəbər verir. Əgər özünüz üçün qeyd etdiyiniz gündəlik planı icra etsəz, axşam özünüzü yaxşı hiss edəcək və özünüzə "Əhsən!" deyəcəksiz. Belə bir addım atmaq həftəlik, aylıq və illik planlar tərtib etmə mərhələsinə müqəddimədir.
- Bunu unutmayın ki, qorxunun üzərinə getmək lazımdır. Nəticə bizi qorxutmamalı, hədəfdən sapdırmamalıdır. Alınmasa da, ürəyimiz xətircəm olacaq ki, boynumuzdakı vəzifəni icra etmişik. Böyük nəaliyyət qazanmış insanlara baxaq. Onlar müvəffəqiyyət qazanmaq üçün min-bir əziyyətə tab gətiriblər. Zəhmət çəkib, var güclərini ortaya qoyub, hədəflərinə sarı istiqamətləniblər. Biz isə istəyirik ki, zəhmət və əziyyət çəkmədən nəyəsə nail olaq. Axı, bu ədalətsizlikdir. Əlaçı olmağı arzulayan, lakin dərs oxumağı istəməyən tələbə əla qiymət ala bilərmi? Onun çaba sərf etmədən, dərs oxumadan, yatağında uzanmış halda "Bu nə həyatdır, mən əlaçı olmaq istədim, amma alınmadı" - deməsi nə qədər doğrudur?
Elə isə bu günün işini sabaha qoymayaq. Bu gündən başlayaq. Uğurlar.
Fərid Abdullah
XƏBƏR LENTİ
DİQQƏT! Bu gün üç qəsəbəyə elektrik verilişində fasilələr olacaq
Allahşükür Paşazadə Türkiyənin səfirini qəbul edib
Siçovul göstərdiyi şücaətə görə medalla təltif olundu - VİDEO
Cüdoçumuz Avropa çempionu oldu
Azərbaycanda bir küçədə 53 nəfər koronavirusa yoluxdu, giriş-çıxış məhdudlaşdırıldı - RƏSMİ
Təhsil Nazirliyindən dərsliklərlə bağlı AÇIQLAMA
Kitab oxumaq üçün rahat yerlər
Oktay Kaynarca Bakıda izdihamın arasında qaldı -FOTO
İlham Əliyev dörd polkovnikə general-mayor rütbəsi verdi - SƏRƏNCAM
Günün qoroskopu:Bədxərclik etməyin!
Səyyah yoxsa fotoqraf?
40 saniyəlik məşq diabetdən müdafiə olunmağa kömək edir
Paytaxtda duman tıxac yaratdı
Azərbaycanın dövlət bayrağı dünyanın ən hündür beşinci göydələnində dalğalanıb
Yazmamaq sindromuna tutulan yazıçılar
İlham Əliyev və xanımı İtaliyada
Bakı-2015-də bu idmançılarla yarışacağıq
944 nəfər ÖLÜB-DİRİLDİ
Twitter-də yeni funksiya: canlı yayım
Günün qoroskopu: Düşərli gündür!
Kompüter oyunlarını oynamağın 5 əsas səbəbi
"Trampın Azərbaycan haqqında fikirləri bir sıra dövlətlərə mesajdır"
Azərbaycan "Vikipedia" ensiklopediyasında iştirakını genişləndirəcək
Yeni trend: Üzüklü çantalar
Azərbaycanda idman kompleksləri nə vaxt açılacaq? - RƏSMİ
Sevişərkən fikriniz harda olur?
Cəbhə bölgəsinə həkim briqadası göndərilib
Novruz inancları
Yağış yağacaq
Dadlı üz maskaları
Fransızsayağı alma deserti (foto resept)
Səhər yeməyi üçün çörək (foto resept)
Ərdoğan dünya ictimaiyyətinə çağırış etdi
Sibel Can İlker Koçu məhkəməyə verdi
Fahriyə Evcən ana olacaq!
Begemotlar
COVID -19-a görə yaxın beş il üçün bir neçə ssenari proqnozlaşdırılıb
Ermənilər Bakı-2015-dən nə qədər qazanacaq?
Ərəb şahzadələri "Vogue" dərgisində - FOTO
Oskar gecəsinin aksesuar seçimləri
Azərbaycan tarixindən yüz şəxsiyyət-84
Bir milyon bir qızılgülü Bakıda restoranın qabağına səpdi
Sən demə, bütün hərəkətləriniz telefonla izlənilir
Gözəl bədən quruluşuna sahib olmaq üçün 3 qayda
Qan vermək haqqında
Selin Dion gözlənilən AÇIQLAMAnı verdi
Şeyma Subaşı paylaşımları ilə diqqət çəkdi-FOTO
Bu qidaları soyuducuya qoymayın!
Gənc qızlar üçün geyimlər
Eksklüziv Porsche 911 Turbo S














