Qadın və həbsxana bir araya sığmayan anlayışdır.Təbiətcə emosional, həssas olan qadın anadır, nəsil artırandır. Qadın hökumətin sərt, amansız, rəzil, qəddar mexanizmi olan həbsxana anlayışından elə uzaqdır ki, heş düşünsədə onları birləşdirmək olmur. Hətta "qadın həbsxanası" dedikdə, bu sözün qadın üçün nə qədər yad olduğunu düşünürsən.
Amma çox təəssüf ki, bu yaşadığımız həyatın ən acı reallığıdır.
Qadınlar kişilərə nisbətən qanunlara daha çox tabe olurlar. Onlar cinayət və qanun pozuntusuna az yol verirlər. Əgər dövlətdə statistikaya görə qadınlar kişilərdən çox olarsa, qadınlar həbsxanaya 10-12 dəfə az düşürlər. Bu onunla izah edilir ki, qanun qoruyucuları onlara qarşı azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalar kəsirlər.
Həbsxana daxilində də qadınlar kişilərə nisbətən nizam-intizam pozğunluğuna 10 dəfə az yol verirlər. Qadın cinayəti strukturuna görə kişi cinayətindən fərqlənir. Qadınlar tamahkar cinayətləri- oğurluq, quldurluq, xuliqanlıq az törədirlər. Amma məişət xarakterli zorakılıq hərəkətlərinə, adamöldürmə, bədənə xəsarət, daha tez-tez rast gəlinir. Bu qadın ruhuna yad olsa da onunla izah olunur ki, qadınlar çox emisional olduqlarından şüurları güclü mənfi hissi ( qısqanclıq, qəzəb, güclü inciklik) idarə edə bilmir.
Nəticədə qadın zorakılığının qurbanı adətən yaxın adamları olur.Xəyanətkar ər və ya sevgili, ərin məşuqəsi, sadist-atalar, zalım otaq yoldaşı və s.Qadınlar kişilərə nisbətən qeyri qanuni hərəkətlərinə görə az hallarda peşman olurlar. Hətda cəzasını çəkən qadın sona qədər düşünür ki, onu incidən insanı oldürməkdə düz edib. Saxlama zamanı qadınlar kişilərə nisbətən müqavimət göztərmir, qaçmır, çox hallarda isə özləri təslim olurlar. Lakin buna baxmayaraq çox hallarda belə qadınlara qarşı cəzaçəkmə müəsisəsində pis münasibər olur. Döyülürlər, soyülürlər, saçından tutub sürüyürlər.
Müvəqqəti saxlama təcridxanasında qadınları kişilərdən ayrı yerləşdirirlər. Tutulma haqqında qətnamə veriləndən sonra qadını istintaq təcridxanasına köçürürlər. Həbsxanaya düşən insan güclü stress keçirir, əsasən də qadınlar üçün nə qədər ağır olduğu daha sonralar da özünü göstərir. Sanki, belə qadınlar həbsxana həyatından sonra da cəmiyyətdən tədric olunurlar. Cəmiyyət içərisində başqa gözlə baxılan, sevgidən məhrum olan bir qınaq obyektinə çevrilir, onlar haqqında müxtəlif dedi-qodular yaranmağa başlayır. Əlbətdə ki, bu həbsxana həyatı yaşamış kişilərə də aid ola bilər.
İş qurmaq baxımından, ailə sevgisini qazanmaq və s. Lakin kişilərə nisbətən qadınlar daha çox əziyyət çəkirlər. Bəzi gözdəniraq insanlar tərəfindən belə qadınlar daha pis yollara əl atır, təzədən həbsxana həyatına qayıtmalı olurlar. Hərdən belə qadınları düz yola çəkməyi, onlara həyatda düzgün yol tutmağa kömək etməyi unuduruq. Halbuki, əgər belə qadınlara yaşamaq həvəsi aşılanarsa, onları təzədən həyata qaytarmalı olarıq. Əks halda isə, ömürlərinin sonuna kimi həbsxana hissinin acı daşıyıcısıları olurlar.
XƏBƏR LENTİ
64 kiloqram arıqladı kimsə tanımadı-FOTO
Azərbaycan daha bir ölkədə səfirlik açır
Sevdiyiniz dırnaq boyası hansıdır?
Minlərlə insan qorxub: hər tərəf küldür
Hacı İsmayılovun doğum günüdür
Çox yatan tez ölür
10 yaşlı Mikaylın istedadı hər kəsi heyran etdi-FOTO
İlin son günləri Azərbaycanda hava şəraiti necə olacaq?
Yadplanetlilərlə görüşə hazırsınız?
Facebook hesabınızı bağlayın
Bakı Xoreoqrafiya Akademiyası yaradılır – SƏRƏNCAM.
"Gənclər, aldanmayın!" - ÜST XƏBƏRDARLIQ etdi
"Twitter" istifadəçilərinə xoş xəbər
Müdhiş layihə - Kosmik internet!
Ləzzətli toyuq (foto resept)
Qoltuqaltındakı qaraltını necə aradan qaldırmalı?
Güllü və fıstıqlı keks ( foto resept)
Hande Yener ərə gedir?
Sağlam bəslənmə pəhrizi (2)
Göz ətrafı qırışlar üçün krem
Badambura (foto resept)
Repetitorlar bu məsələyə diqqət etməlidir - VİDEO
Prezidentdən manat açıqlaması
Bu şəxslərə XƏBƏRDARLIQ: Sabahdan...
Bilmədiklərimizi bilək (II hissə)
Yeni cərimələr təsdiq olundu - Xəbəriniz olsun!
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Ağciyərlərdə problem olduğunu göstərən 4 işarə
Kristina Agileradan gözlənilməz açıqlama
Düşmən mədəniyyət nümunələrimizi hərraclarda satır - RƏSMİ
2 ilə 230 kiloqram arıqladı - inanılmaz fotolar
Kosmetik preparatlar
Yaz qarderobunun əvəzedilməz 4 trendi
"Azərbaycanda boşanmaların sayı artır"
Hamiləlik zamanı cinsi münasibətlər
Qıvrım saçlı xanımların diqqətinə
Ronaldu Messi ilə İnyestaya qalib gəldi
Hava haqqında
Dünya tibbində İLK - FOTO
Kokos suyu sağlamlığın unikal iksiridir
Günün ulduz falı
Toyuq ətli tərəvəz salatı (foto resept)
Muradla Aslının ayrılmasının pərdəarxası
Dünyanın ən nüfuzlu insanlarının siyahısı açıqlandı - Fotolar
Uğurlu ünsiyyət üçün
Çox yatmaq beyini zəiflədir
"Azərbaycan qadınları kimi gözəl ikinci "zərif millət" yoxdur"
Bülent Ersoy Eylül Metini məhkəməyə verdi-SƏBƏB-FOTO
Stresdən xilas olmağın yolları
Balqabaqlı sıyıq(foto resept)
- ŞƏRHLƏR