Boşanma - evli tərəflər arasında ailə ilə bağlı və qanunla nəzərdə tutulan məsuliyyətlərə son qoyulmasıdır. Bu proses ailənin dağılması kimi də tanınır. Əksər ölkələrdə boşanma üçün Məhkəmə və ya digər rəsmi orqanın qərarı tələb olunur.
Qadın hüquqlarına hörmət göstərməklə tanınan əski Misirlilərdə olduğu belə boşanma haqqı kişinin səlahiyyətində idi. Makedoniyalıların Misiri istilasından sonra hüquq sahəsində meydana gələn dəyişikliklər nəticəsində, qadınlara boşanma haqqı verilmişdir. Və beləliklə Yunan hüququna yaxınlaşdırılmışdır.
Çin hüququna görə boşanma qarşılıqlı anlaşma və razılıqla ola bilərdi. Ailədə zina problemi yaşanmış olarsa, boşanma məcburidir. Hətta bu hal baş verərdisə kişi qadını satıb pulunu özünə belə götürə bilərdi.
Qədim Brehman hüququnda fərqli nikah şəkilləri vardır. Ər arvad arvad hər biri müəyyən səbəbdən boşanma tələb edə bilərdilər. onlar bərabər hüquqlu idilər. Pis, hiyləgər, sərt ürəkli bir qadını həmin an boşamaq mümkün idi.
Roma birliyində isə ailə birliyinin pozulması iki cür ola bilərdi.
1. Qadın və ya kişinin əlindən olmayan səbəbdən nikahın pozulması. Məsələn: ölüm, əsirli, vətəndaşlıq hüququnu itirmək və s.
2. Qadın və ya kişinin hər hansı birinin tələbi ilə nikahın pozulması. Bu, müasir hüquqda olduğu kimi məhkəmə ilə bağlı deyildi.
• Kişi hakimiyyəti ilə bağlı olan (manuslu) evlilik qızın satın alınıb kişi ilə bir il yaşadıqdan sonra evli sayılması. Ərin boşanmaq istədiyi vaxt isə qadının bir ailə qızı kimi digər kişiyə satılması idi. Göründüyü kimi, boşanma ancaq kişinin istəyi ilə olurdu.
• Kişi hakimiyyəti ilə bağlı olmayan (manussuz) evlilik. Bu evlilikdə hər iki tərəfin arzusu ilə boşanmaq mümkün idi.
Romada getdikcə manussuz evlənməyə üstünlük verilirdi. Boşanma halı getdikcə yayılmağa başladı. Səbəbsiz boşanmalara mane olacaq hökmlər yox idi. Sonralar evlilərə məcburiyyətlər qoyulsa da bunun heç bir təsiri olmamışdı.
Xristianlıq dini isə boşanmanı qəti qadağan etmişdi. Yalnız Xristianlıqda İki bədən bir və ayrılmaz sayılır. Və Allahın birləşdirdiyini ayırmaq haram hesab edilirdi. Və bu prinsiplə uzun əsrlər Katolik kilsələri boşanmanı qadağan etmişdir.
Halbuki böyük alman hüquqşünası öz əsərində çox haqlı olaraq demişdir. Bir yerdə yaşamaqları mümkün olmayan ərlə arvad arasındakı evlilik, sadəcə bir əzab və işgəncə olmaqla qalmaz, ruhi təkamülə bir mane təşkil edər və böyük istedadları bir heç dərəcəsinə endirər. bu məcburi evlilik nə əxlaqa, nə mədəniyyətə, nədə sosial əlaqələrə ziyan verməyə bilməz. Bu cür sevgisiz ailələrdə ancaq problemli uşaqlar böyüyər. əgər bu qanun davam edərsə, çıxılmaz qəfəsə bənzəyən evlilik insanları qorxudar. Və heç bir şüurlu insan bilə-bilə qəfəsə daxil olmaz.
Əski türklərdə german hüququ və roma hüququnun manuslu evliliklərdə boşanma haqqı ancaq kişiyə verilirdi. Əski Misir və Babillərdə vəziyyət eyni idi.
Yalnız İslam dinində əsl boşanma budur. Qurani-Kərimdə nikah bağının kişinin əlində olması bəyan edilmişdir. Tələq felində boşanma haqqı yenə kişiyə verilmişdir. Qadının sosial zəif, psixoloji daha çılğın, tez qərar verən, ehtirasa daha tez qapılan və daha emosional olmaqları nəzərə alınmışdır.
İslam dinində boşanma tələb edən qadının müdriklərə müraciət etməsindən bütün səylərə, çalışmalara, hakimlərin (ağsaqqalların) uzlaşdırma metodlarından istifadə etməklərindən heç bir nəticə alınmamasından bəhs edildikdən sonra belə buyurulmuşdur. Əgər ərlə arvad ayrılacaq olarlarsa, Allah hər birini fəzl və kərəmi ilə (təmizliyi, ləyaqəti ilə) ehtiyacdan azad edər. Allahın lütf və inayəti genişdir. O tam bir hökm və hikmət sahibidir. (Nisa surəsi, 130)
Uca İslam Peyğəmbəri Həzrəti Məhəmməd (s.ə.v.) boşanmaq haqqında belə demişdir. “Tələq Allah nəzdində ən sevimsiz halal və mübahdır”, “Evlənin, amma boşanmayın. Çünki Allah zövqünə düşkün kişi və qadınları sevməz”.
İslam hüququ boşanmanın bütün hallarını nəzərə almış və qadınlara xırdalıqları ilə izah etmişdir. Boşanmaq İslam dinində evlilik davam etməzsə baş vurulan son çarədir.
1. Boşanmanın səlahiyyəti:
• qarşılıqlı razılıqla boşanma;
• məhkəmə(ağsaqqallar) araşdırması yolu ilə boşanmaq;
2. Sadəcə kişinin arzusu ilə boşanmaq;
3. Boşanma səlahiyyətinin qadına verilməsi;
4. Boşanma haqqının üçüncü bir şəxsə verilməsi;
5. Boşanma haqqının üçüncü bir şəxsə verilməsi;
6. Boşanmanın növləri.
• sünnətə uyğun boşanma,
• sünnətə uyğun olmayan boşanma,
• dindən çıxmaq səbəbi ilə boşanmaq,
• yuxuda olan insandan boşanma,
• dəli olmuş insandan boşanmaq,
• zorla boşanmaq,
• hirsli halda boşanmaq,
• qadının mehri müqabilində boşanmaq,
• itkin düşmüş birindən boşanmaq,
• tərk edilmiş birinin boşanması
• xəstəliklər səbəbindən boşanmaq,
• cinsi təminatsızlıq, və digər səbəblərdən boşanmaq kimi suallar İslam hüququnda ətraflı izah edilmişdir.
İslam dini barış dinidir. İslam dinində məcburiyyət yoxdur. İslam dini “Bədən həbs edilə bilər, amma ruh azaddır, buyurmuşdur”.
Qadınlar zəif məxluqlardır. Qadınlara qarşı zorakılıq fiziki cinsi və psixoloji ola bilər. Döymək, cinsi hücum, ailəvi zorlama, zərərli ənənələrin məcburi icrası, cinsi təhqir, qeyri ailəvi zorlama, fahişəlik, psixoloji basqı kimi əzazil əməllər İslam dini tərəfindən lənətlənmiş əməllərdir.
Qadınlar, siyasi, iqtisadi, sosial, mədəni və hər hansı digər sahələrdə bütün insan hüquqlarının bərabər istifadəsinə malikdir. Qadınlara qarşı zorakılığın bütün formaları qadınların insan hüquqlarını və əsas azadlıqlarını pozur. Zəiflədir və heçə endirir. Azərbaycan respublikasının qanunvericiliyində qadınlara qarşı hər hansı zorakılıq cinayət sayılır. Hətta ailə daxilində baş verdikdə belə polis ciddi rəsmi tədbirlər görməlidir.
Azərbaycan Respublikasının Konstitusiyasında
• Maddə 17. Ailə və dövlət.
• Maddə 25. Bərabərlik hüququ.
• Maddə 26. İnsan azadlıqlarının və hüquqlarının müdafiəsi.
• Maddə 29. Mülkiyyət hüquq.
• Maddə 31. Təhlükəsiz yaşamaq hüququ.
• Maddə 32. Şəxsi toxunulmazlıq hüququ.
• Maddə 34. Nikah hüququ.
• Maddə 41. Sağlamlığın qorunması hüququ.
• Maddə 46. Şərəf və ləyaqətin toxunulmazlıq hüququ.
• Maddə 47. Fikir və söz azadlığı və digər maddələrinə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin. Avropa İnsan Hüquqları Konvensiyasının nəzərdə tutduğu digər hüquq normalarında qadına verilən hüquq, İslam hüququnda bütün xırdalıqları ilə izah edilmişdir.
Rusiyanın “Arqumentı i faktı” qəzeti ən maraqlı boşanmaların siyahısını dərc edib:
5-ci yer. 67 yaşlı rumıniyalı təqaüdçü Sandu B. 47 yaşlı qadınla evlənir. Onlar 8 ay çox xoşbəxt yaşayıblar. Amma 9-cu ayda qadının sevimli pişiyi bir-birinin ardınca ərinin sevimli tutuquşularını yeyir. Bu da onların ayrılmasına səbəb olub.
4-cü yer. İngilis futbol fanatı Nil Dyüxart məhkəməyə boşanmaq istəyini belə izah edib – həyat yoldaşı onun üzərində futbolçuların imzası olan sevimli köynəyini yuyub. Məhkəmə qadını vandallıqda günahkar bilib və Nilin istəyini yerinə yetirib.
3-cü yer. ABŞ-ın Klivlend şəhərində yaşayan mister Danielsonun həyat yoldaşı detektiv romanlarını sevirmiş. Amma onun “əclaf” əri hər dəfə kitabın 30-cu səhifəsində qatilin adını yazırmış. Əlbəttə ki, qatilin adını bilən qadının kitabı oxuyub başa çatdırmağa həvəsi qalmırmış. Bu “ənənəni” eşidən məhkəmə hakimi qadının tərəfini tutub və onun həyat yoldaşını “son dərəcə incə şəkildə hazırlanan qəddar davranış”da ittiham edərək onların nikahını pozub.
2-ci yer. 55 yaşlı alman fermeri Volfqanq Zober internetdə 38 yaşlı Pendi Viktoriya adlı qadınla tanış olub. Qadın şəkillərdə çox gözəl olub. Həyatda isə bundan da gözəl təsir bağışlayıb. Ancaq nikah gecəsi məlum olub ki, Rendi tam qadın deyil. Daha doğrusu, heç qadın deyil! Ralf (“qadının” əsl adı belə olub) kişi çıxıb və onun 2 uşağı varmış...
1-ci yer. Adi bosniyalı ər və arvad, 32 yaşlı Adnan Klariç və 27 yaşlı Sana internetdə başqa kişi və qadınla tanış olublar. Amma onların bəxti gətirməyib – “Şirni” və “Sevinc şahzadəsi” adları altında onlar yenidən bir-birlərini tapıblar. Ehtiraslı onlayn danışıqlardan sonra “Şirni” və “Sevinc şahzadəsi” reallıqda görüşərək arzularını həyata keçirmək qərarına gəlirlər. Amma görüş zamanı dəhşətli məyusluqla üzləşiblər. Nəticədə, onlar bir-birini xəyanətdə günahlandıraraq boşanıblar. Maraqlıdır ki, Çində baş verən analoji hadisə isə xoşbəxt sonluqla başa çatıb. Ər və arvad gizli görüş zamanı görüşəndə, bir-biriləri üçün yarandıqları və bir yerdə qalmaları barədə qərar veriblər.
Boşanma tortları
Həyat yoldaşınızı az görün,xoşbəxt olun
MEHİR - Qadına verilən mülkiyyət haqqı
XƏBƏR LENTİ
Dövlət katibi Con Kerri Azərbaycan xalqına müraciət etdi
Burak və Fahriye oğullarına bu ADI verəcək
Mustafa Sandaldan Defne Samyeli AÇIQLAMSI-FOTO
Qarabağda Ermənistan tərəfdən Azərbaycana qarşı vuruşan terrorçuların haradan gəldiyi məlum olub
Bütün dünyanı metro birləşdirəcək? - FOTO
Çimərliyə gedənlərin DİQQƏTİNƏ: Bu qaydalara ƏMƏL EDİN
10 erməni hərbçisi məhv edildi
Hava haqqında
Uşaqlara hansı yaşda hansı oyuncaq verilməlidir?
Hamiləlikdə istifadə edə biləcəyiniz bitki çayları
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Almaniyanın ən çox qaçan futbolçusu
Əsgərlərimiz Ermənistan bayrağını erməninin özünə endirtdirdilər - VİDEO
DəmirBank “Məktəbli Bazarlığı” yeni güzəştli kredit aksiyasına başlayıb
Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü başlayıb
Televizora çox baxmağın yeni riskləri üzə çıxıb
İaşə obyektlərində sanitar qovşaqlardan istifadə qadağan olunacaq? - AÇIQLAMA
Ay və Günəş bundan sonra tez-tez tutulacaq - PROQNOZ
Film üçün tanınmaz hala düşdülər
Uşaqlar hansı hallarda stress keçirir?
Alman kilsəsindən müsəlmanlara dəstək
Şöhrət hərisliyinə düçar olan Suzanna
Soyuq qış günlərində bədəni təmizləyən 3 pilinq
Günün ulduz falı
Məşhurların milyon dollara satılan əşyaları
7 yaşlı azərbaycanlı qız dünya çempionu oldu
İrem Helvacıoğlu aylar sonra Etiraf etdi
Onu bağışlamaq olarmı?!
Kamran Əliyev Azərbaycanın baş prokuroru təyin edildi - SƏRƏNCAM
“Kurtlar Vadisi Pusu”nun aktyoru mədəsini kiçiltdi - FOTO
Xəstəxanaya müraciət etmiş şəxsin qulağından görün nə çıxdı
Doğulacaq körpənin cinsini açıqladılar-FOTO
Artıq çəkidən necə xilas olmaq olar?
Qat-qat xəmirli börək (foto-resept)
Natalya Podolskaya ikinci dəfə ana olacaq
Gözəllik müsabiqəsində qalmaqal yaşandı-FOTO
Uçan Motosiklet təqdim olundu-FOTO
Axşam saat 20:00-dan sonra bunları yeməyin!
Onu unuda bilmirəm...
Acunun keçmiş həyat yoldaşı Şeymadan danışdı_FOTO
İnstaqramda ən çox izlənilən məşhurlar - Siyahı
Obama məşhurları Ağ evə dəvət etdi
Ridli Skot "Qladiator" filminin davamını çəkməyə hazırlaşır
Qurban Qurbanov: "Nəhayət..."
Daha bir təyyarə yoxa çıxdı
Tavada su börəyi
Qocalmağı gecikdirən maska.
"Makiyajsız çirkinsən" deyən izləyicisini cavabı ilə susdurdu - FOTO
Səbzi plov (foto resept)
Hadisə ailəsini sosial şəbəkələrdən SİLDİ
- ŞƏRHLƏR